Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   33

   5. Elm vasitəsilə irəli sürülmüş bilik-həqiqət hər zaman proqresə və mükəmməlliyə 

istiqamətləndirir. Bütün insan institutları və onların əldə etdikləri təcrübələr elm (səbəb-

obyektivlik) prizmasından analiz edilə bilər;  

   6. Son hökmün səbəbi nəyin həqiqət, nəyin düzgün, nəyin yaxşı, nəyin leqal və nəyin etik 

olmasını müəyyənləşdirmək üçündür. Azadlıq mühakimə ilə müəyyənləşdirilmiş müvafiq 

qanunlara riayətdən ibarətdir;  

   7. Dünya səbəblə idarə olunur. Səbəbsiz heç bir şey baş vermir; həqiqət hər zaman öz xoş 

məramlı, haqlı və gözəl keyfiyyətlərini qoruyub saxlayacaq; nəyin haqlı, nəyin həqiqət və s. 

olması arasında konflikt ola bilməz;  

   8. Beləliklə, elm bütün sosial biliklərin faydalı təzahürləri üçün örnək olaraq qalır. Elm neytral 

və obyektivdir; bitərəf rasional qabiliyyətləri ilə elmi bilikləri təqdim edən elm adamları azad 

şəkildə elmi qanunauyğunluqları izləməli və bundan narahat olanların pulundan, gücündən 

qorxmamalıdır;  

   9. Elmi bilikləri çatdırarkən fikrin ifadə modeli dil də elmi olmalıdır; yəni aydın başa 

düşülməlidir. Onun vəzifəsi rasional zəka tərəfindən real-dərk olunan dünyanın müşahidəsinin 

təcəssümünü təmin etməlidir. Qavranılan obyektlə istifadə edilən sözlər arasında davamlı, sabit 

və obyektiv bağlılıq gözlənilməlidir.  

   Yuxarıda humanizmin və modernizmin bəzi fundamental prinsipləri ümumiləşdirilib. Bu 

prinsiplər demokratiya, qanun, elm, etika və estetika da daxil olmaqla, bizi əhatə edən bütün 

sosial strukturlara və institutlara haqq qazandırmağa və onları izah etməyə xidmət edir.  

    

   Modernlik başlıca olaraq, ağlamüvafiqlik, səmərələşdirmə, xaosdan kənar anlamında qaydalar 



sistemi kimi başa düşülür. O, sosial düzənin səviyyəsini daima izləyir və bildirir ki, modern 

cəmiyyətlərin sabitliyi hər cür düzənsizlikdən, qarışıqlıqdan mühafizə üzərində dayanır. 

Beləliklə, modern cəmiyyətlər daimi olaraq, "düzən" və "düzənsizlik" arasında qərarlaşan 

davamlı, ikiqat ziddiyyətlərə etibar edilir. Ona görə də, belə cəmiyyətlərin havadarları bundan 

çıxış edib, "düzən"in üstünlüyünü iddia edə bilirlər. Əslində modern cəmiyyətlərin aparıcı 

qüvvələri davamlı "düzənsizliy"i özləri yaradır. Bunun da səbəbi "düzənsizliy"i təcəssüm etdirən 

halları əldə əsas tutub, özlərinə bəraət və rəğbət qazanmaqdır.  

   Rasional modern cəmiyyət ağıldankənar hər bir halı "düzənsizliy"in tərkib hissəsi kimi göstərir 

və bunu düzənə əngəl adlandırıb aradan qaldırır. Yenə də əsas son məqsəd sosial sabitliyə nail 

olmaqdır. Françoys Lyotard belə sabitliyi (stabilliyi) "totalitarlıq" ideyası və ya totalitarizm 

sistemi ilə bərabər tutur. Və Lyotard inandırmaq istəyir ki, modern cəmiyyətlərdə totalitarlıq, 

stabillik və düzən mövcud siyasi sistemin tələbindən doğan "aparıcı mövzu"nun və ya "siyasi 

süjet-tematik mənzərə"nin əksini, praktika və inanc səviyyəsinə qaldırıb özündə sərgiləyən 

spesifik mədəniyyətlər vasitəsi ilə qoruyur. Əgər Amerika mədəniyyətində "aparıcı mövzu"nu 

nəql etmək istəsək, o zaman görərik ki, demokratiya dövlətin daha çox maarifləndirmə (rasional) 

modelidir və bu demokratiya bəşəriyyəti ümumbəşəri xoşbəxtliyə yönəldəcək. Ümumiyyətlə

Lyotarda görə, hər bir ideologiyanın və inanc sisteminin öz aparıcı mövzusu var. Məsələn, 

marksizmdə "aparıcı mövzu"nu özündə ehtiva edən ideya budur ki, kapitalizm özü öz içindən 

dağılacaq və utopik sosialist dünyası inkişaf edəcək. Aparıcı mövzunu meta-nəzəriyyə, yaxud 

meta-ideologiya kimi başa düşmək lazımdır. Çünki onun özü elə hər hansı bir ideologiyanı izah 

edən ideologiyadır (marksizmdə olduğu kimi). Lyotard inandırmağa çalışır ki, biliyin ali forması 

olan elm də daxil olmaqla, modern cəmiyyətlərin bütün aspektləri belə aparıcı mövzulardan 

asılıdır. 

   Bunun əksinə olaraq, postmodernizm isə aparıcı mövzuların tənqididir. Eyni zamanda da 

postmodernizm belə doqmatların mövcud ziddiyyətləri və dayanıqsızlığı yalnız və yalnız 

maskalamağa xidmət göstərdiyini xəbər verir, başqa sözlə desək, həmişə "düzən" yaratmağa 

edilən hər bir təşəbbüsün, eyni dərəcədə də "düzənsizliy"in yaradılmasını tələb etdiyini göstərir. 

Amma "aparıcı mövzu" bu kateqoriyaların konstruksiyasını "düzənsizliy"in HƏQİQƏTƏN 

xaotik və zərərli, "düzən"in isə HƏQİQƏTƏN rasional və faydalı nəticələr verdiyini hökm 

şəklində əlində əsas tutub, bu istiqamətdən izah edərək, maskalayır.  

 

11



   Postmodernizm "aparıcı mövzular"ı rədd edib, "mini mövzular"a üstünlük verir və geniş 

miqyaslı, universal, qlobal məsələlərdən daha çox kiçik təcrübələri, lokal olayları əks etdirir. 

Postmodern "mini-mövzular" adətən situasional, ötəri, gözlənilməz və müvəqqəti olur. Belə 

mövzular ümumbəşəriliyi, həqiqəti, səbəbi və stabilliyi iddia etmir. Maarifçi fikrin digər mühüm 

aspektini (mənim əlavə etdiyim 9-cu bəndi) təşkil edən "sözlər fikrin və obyektin təcəssümünə 

xidmət göstərməli, onun (yəni sözün) arxasında heç bir başqa funksiya durmamalıdır" prinsipini 

müəyyənləşdirir. Ona görə də, modern cəmiyyətlər hər zaman proqnozlaşdırılmış ehtimallara 

bildirilən münasibətlərin reallığına əsaslanır.  

   Amma postmodernizmdə sözlə fikir və obyekt arasında əlaqə pozulur. Çünki burada daimi, 

sabit reallıq ideyası yoxa çıxır. Daha doğrusu, postmodern cəmiyyətlərdə yalnız mahiyyətsiz 

zahir, ehtimalsız münasibət bildirənlər olur. Bunu başqa yolla izah edən Cean Baundrillarda 

görə, postmodern cəmiyyətdə orijinallıq olmur, yalnız kopyalama, köçürmə, özünün dili ilə 

desək, "zahiri oxşarlıq" olur. Siz misal üçün, rəssamlıq və heykəltəraşlıq əsəri barəsində 

düşünüb, bir tərəfdə Van Qoqun orijinal bir əsərini, digər tərəfdə isə onun minlərlə surətini 

(kopyasını) təsəvvürünüzə gətirə bilərsiniz. Amma dəyər, xüsusilə valyuta dəyəri baxımdan 

orijinal əsər ən yüksəyi və ən qiymətlisidir. Əslində rəsm əsərlərinin üzü onları divardan asmaq 

və ya zirzəmidə saxlamaq üçün köçürülmür. Bunu cd-lər və lent yazıları ilə müqayisə etsək, 

eynən rəsm əsərlərində olduğu kimi görərik ki, onlar da orijinal deyil. Daha doğrusu, bu 

surətlərin hamısı eynidir, sadəcə, onların bəlkə də milyonlarla surətləri vardır və hamısı da 

(təxminən) eyni məbləğdə pula satılır. Baundrillardın başqa "zahiri oxşarlıq" versiyasına misal, 

virtual reallıq konsepsiyasıdır. O, əsaslandırmaq istəyir ki, burada da orijinal olmayan zahiri 

oxşarlıqla virtual "reallıq" yaradılır və o, buna dəlil kimi, xüsusilə kompüterlərdəki oyunları 

("Sim Şəhərinin düşüncəsi", "Sim Qarışqa" və s.) göstərir.  

   Postmodernizm biliyin təşkilatı məsələsi ilə də məşğul olur. Modern cəmiyyətlərdə bilik elmə 

bərabər tutulur və bədii əsərlərə qarşı qoyulur. Bildirilir ki, elm faydalı bilikdir, bədii əsər isə 

zərərli, primitiv və irrasionaldır. Çünki özündə qadınları, uşaqları, ruhi xəstə - qeyri-normal 

insanları, bir sözlə, primitivlikləri əks etdirir. Bunun əksinə olaraq, bilik isə öz məxsusi amacına 

görə faydalıdır. İstər əyani, istərsə də qiyabi təhsil alıb bilik qazanan birisi nəticədə bilikli, 

ümumiyyətlə, təhsilli şəxsə çevrilir. Liberal humanitar təhsilin idealı da məhz budur. Amma 

postmodern cəmiyyətdə bilik funksional rol oynayır. Belə ki, öyrənilən biliklər sadəcə, yadda 

saxlamaq üçün deyil, onlardan istifadə məqsədilə mənimsənilir. Sarapın qənaətinə görə, bugünkü 

təhsil siyasəti təhsilin anlaşılmaz, humanist idealından daha çox bacarıqlar və məşğələlər 

üzərində qərarlaşıb. Bu məsələ İngiltərədə xüsusilə aktualdır. Orada belə bir sual ciddi şəkildə 

tez-tez verilir: "Sən elmi dərəcənlə NƏ EDƏCƏKSƏN?"  

   Postmodern cəmiyyətlərdə bilik təkcə faydalılıq prizmasından xarakterizə edilmir. Burada 

modern cəmiyyətlərdən fərqli olaraq, bilik yayınlanır, qorunur və tənzimlənir. Unutmaq olmaz 

ki, elektron kompüter texnologiyalarının zühuru cəmiyyətimizdə biliyin istehsal, yayın və 

istehlakını kökündən dəyişdirib. Lyotard bildirir ki, postmodern cəmiyyətlər üçün mühüm 

məsələ nəyin bilik (və nəyin "skandal") olması qərarına gəlinməsi və nəyin lazımlı olması 

qərarının kim tərəfindən verilməsidir. Bilik barədə belə qərarlar verilərkən köhnə modern - 

humanist keyfiyyətlər buraya cəlb olunmur: misal üçün, biliyi həqiqət kimi texniki keyfiyyətinə, 

yaxşılığı və ədaləti etik dəyərinə, gözəlliyi estetik xüsusiyyətinə görə qiymətləndirmək. 

Vitgensteyn kimi, Lyotard da göstərir ki, kifayət qədər bilgi dil oyununun paradiqmasına gətirib 

çıxarır. Mən burada Vitgensteynin dil oyunları ideyasının təfərrüatına varmaq istəmirəm, ona 

görə ki, Sarap bir məqaləsində bu məsələnin geniş izahını artıq verib.  

   Postmodernizmlə bağlı çoxlu suallar verilir. Və ən əsası siyasət də buraya cəlb olunur. Ancaq 

verilən suallar arasında aşağıda qeyd etdiyimiz sual daha populyardır: Fraqmentasiyaya, 

davamsızlığa, performansa və qeyri-sabitliyə qarşı olan bu cərəyan xeyirlidir, yoxsa zərərli? 

Bunun müxtəlif cavabları var. Hətta danılmazdır ki, müasir cəmiyyətimizdə pre-postmodern 

dövrə (modern-humanist-maarifçilik) qayıtmaq arzusundan doğan meyllər mühafizəkar siyasi, 

dini və fəlsəfi qrupları postmodernizmə qarşı birləşdirir. Həqiqətən də, postmodernizm dini 

həqiqətin "aparıcı mövzular"ını şübhə altına alıb, dinə müqavimət şəklində təzahür edir. Ona 

 

12



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə