Niyazi Mehdi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə7/33
tarix23.08.2018
ölçüsü0,68 Mb.
#63930
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   33

görə postmodernizmin bir mənası da dini fundamentalizmə üsyan forması kimi başa düşülür. Bu 

məsələ Birləşmiş Ştatlarda bəlkə də ən açıq-aşkar, adi bir şeydir. Amma müsəlman 

fundamentalizminin hökm sürdüyü Yaxın Şərqdə dini, etik, gənələksəl və s. kimi dəyərləri - 

aparıcı mövzuları dekonstruksiya etdiyi üçün Salman Rüşdinin "Şeytan Ayələri" kimi 

postmodern kitablar qəti qadağandır. Mühafizəkarlıq və fundamentalizm ilə postmodern rədd 

arasındakı assosiasiya qismən də olsa, postmodern etirafın dolaşıq, fraqment meyllərinin nə üçün 

liberallara və radikallara cəlb olunmasının səbəbini izah edə bilər. Elə bu keyfiyyətlərinə görə də

Sarap, Flaks və Batler kimi bir çox feminist teoristlər postmodernizmi çox cəlbedici hesab 

edirlər. Postmodernizm qlobal mədəniyyətin istehlakına qoşulmaq üçün alternativlər təklif edən 

cərəyan kimi özünü göstərir. Amma burada istehlak malları və bilik formaları hər hansı bir fərdi 

nəzarətsiz şəkildə, güclə istehlakçıya təqdim olunur. Postmodernizm bu alternativləri hər hansı 

bir zəruri fəaliyyətin (və ya sosial mübarizənin) lokal, məhdudiyyətli və partiyalı (amma 

effektiv) düşüncəsi üzərində cəmləşdirir. "Aparıcı mövzular"ı rədd etməklə, spesifik məqsədləri 

bir yerə cəmləşdirməklə postmodern siyasət qlobal təmayüllərdən təsirlənmiş lokal situasiyaları 

ehtimalsız nəzəriləşdirməyin üsullarını təklif edir. Deməli, postmodern siyasətin devizi "qlobal 

düşünüb, lokal hərəkət et"məkdir. Heç bir böyük layihədən və aparıcı plandan narahat olmayın. 

       

   Müəllifin icazəsi ilə ingiliscədən çevirdi:  



 

 

   Elmar Vüqarlı 



 

Qaynaq: http://xariciedebiyyat.azeriblog.com/2007/09/18/professor-meri-klages-postmorernizm 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

13




Təyyar Salamoğlu 

 

"YARIMÇIQ ƏLYAZMA" POSTMODERNİZM..." 

 

 



"YARIMÇIQ ƏLYAZMA" POSTMODERNİZM VƏ POLİFONİK ROMAN 

KONSEPSİYALARININ SİNTEZİNDƏ 

 

Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı 2004-cü ilin ədəbi prosesinin məhsuludur. Keçən 



bu az müddət ərzində ədəbi mü-hitdə romanla bağlı mübahisə və müzakirələr onu ilin romanı 

kimi qiymətləndirməyə ciddi əsas verir. Müəllif özü romanla bağlı otuz yazı çıxması haqqında 

məlumat versə də, əsəri "Azərbaycan ədəbiyyatından olay" kimi qiymətləndirən türkiyəli yazar 

İrfan Ülkünün "Azərbaycanın Umberto Ekosu" adlı internet yazısında qəzetlərdə, ədəbiyyat 

dərgiləri və İnternet səhifələrində əsərlə bağlı üç yüzdən artıq yazının çap olunması, rus və 

fransız dillərinə tərcüməsinin işıq üzü görməsi, yaxın zamanda türk dilinə də çevriləcəyi 

haqqında məlumat verir.  

 

      Azərbaycan ədəbiyyatının, tənqid və ədəbiyyatşünaslığının bir çox tanınmış nümayəndələri - 



T.Hacıyev, N.cəfərov, Anar, A.Hüseynov, Z.Yaqub, Ə.Cahangir, E.Hüseynbəyli, Ə.R.Xələfli və 

b. romanla bağlı müəyyən mülahizələr söyləmişlər. Bu fikirlərdə romanın sənət faktı kimi təsdiqi 

və inkarı ilə bağlı müəyyən polemik mövqe nümayiş etdirilmişdir.  

 Tənqidçi Ə.Cahangir yazır: "Postmodernist yazıçı kimi Kamal Abdul-lanın düşüncəsində 

zamanlar arasındakı fərq silinib, buna görə onun romanı-nın dilini çıxmaq şərtilə əsərdə ənənəvi 

tarixi əsərlər üçün səciyyəvi olan xüsusi kolorit yoxdur" (Ə.Cahangir. Dəmirbaşlar. "Körpü" 

jurnalı, 2005, ¹1, səh. 251). Fikrimizcə, posmodernist yazıçının əsərində "ənənəvi tarixi əsərlər 

üçün səciyyəvi olan xüsusi kolorit" axtarmaq məntiqi görünmür. Nəzərə alsaq ki, 

"postmodernizm "qaydasız döyüşdür" və bu zaman rəssam və ya yazıçı qaydasız işləyir, onun 

əsas vəzifəsi hazır qaydalar əsasında nəsə növbəti bir şey yaratmaq yox, hələ yaranmaqda olan 

əsərin qaydasını müəyyənləşdirməkdir" (İlya İlin. Postmodernizm XX əsrin sonunun ruhi 

konsepsiyası kimi. Tərcümə - interpretasiya Ə.cahangirindir. "Azərbaycan", 2005. ¹6. səh.), onda 

bu romanı ərsəyə gətirən prinsipləri, "qaydasız döyüş" qaydalarını müəyyənləşdirmək daha elmi 

variant kimi görünür. 

Fikrimizcə, bu zaman postmodernist estetika üçün çox səciyyəvi olan cəhətə xüsusi diqqət 

yetirmək zəruridir. "Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq statusundan məhrum 

olmuş sənətkar əsər yox, mətn yaradırg Əslində hər bir oxucu mətnin yaradıcısı statusu qazanır. 

Məhz buna görə də "hər bir mətn daim (oxucu tərəfindən - Q.Q.) burada və indi yazılır." 

(R.Bart)" (Q.Quliyev. Postmodernizim. "Azərbaycan", 2005, ¹9, səh.180.) 

 

      "Yarımçıq əlyazma" romanı təhlil edilərkən əsərə yanaşmadakı birinci prinsipial yanlışlıq 



Kamal Abdullanı roman mətninin yox, romanın müəllifi kimi qəbul edilməsi ilə baş verir. 

Halbuki postmodernist estetikaya görə, mətn təkcə müəllif oxunuşunda romana çevrilmir, o həm 

də hər bir oxu-cunun qavrayışında yenidən "oxunur" və "yazılır". "Yarımçıq əlyazma"nın bizə 

məlum təfsirlərinin hamısında mətnin müəllif "oxu"su əsas götürül-müşdür. Fikrimizcə, əsərə 

bütün kəskin tənqidi yanaşmalar öz başlanğıcını burdan götürür. 

 

      Romanın bədii materialını təşkil edən "Yarımçıq əlyazma" mətninin "Kitabi-Dədə Qorqud" 



dastanın ilkin variantı, bu dastanı yazmağa hazır-laşan dastan müəllifinin hazırlıq qeydləri 

olması fikri bədii mətnə münasi-bətdə hər hansı bir tədqiqatçının və ya oxucunun müstəqil olaraq 

gəldiyi qənaət deyildir. "Yarımçıq əlyazma" deyilən mətnin özündə də buna aid heç bir işarə 

yoxdur. Bu fikir mətn müəllifinə məxsusdur və bədii mətnə "ön söz" kimi düşünülmüş 

parçalarda özünə yer tapmışdır: "Əslində bu belə olub!" - Yarımçıq Əlyazma bunu deyir. 

 

14




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə