Güney Az ərbaycanda 2013-cü ilin



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32533
  1   2   3   4   5   6   7   8   9   ...   20



 
 
 
 
 
 
 
Güney Az
ərbaycanda 
2013-cü ilin 
ədəbi 
yekunları 
Esmira Fuad (Şükürova) 
 
 
Hindistanın keçmiş baş naziri Mahatma Qandi yazırdı: “Dünyada 
bu q
ədər insanın diri qalması göstərir ki, dünya silahların gücünə 
deyil, h
əqiqət və məhəbbətə güvənmişdir. Həqiqətin və məhəbbətin 
danılmaz gücü bu gerçəklikdə qorunur ki, böyük dünya savaşlarına, 
yüz minl
ərcə ailələrin həyatının pərişan edilməsinə, söndürülməsinə 

 



 
baxmayaraq, h
əyat davam etməkdədir. Tarix yalnızca məhəbbətin 
qırılma və yenilmə olaylarını yazmışdır. Olayın dərinliyinə diqqət 
etm
əmişdir. Ancaq ən son amac insan olmalıdır.” (1) 
Ən son amacı insan, həqiqət və məhəbbət olanlardan-çağdaş 
Güney yazarlarından, bir əsrə yaxın müddətdə onların mübarizə və söz 
c
əbhəsindəki çabaları nəticəsində yaratdıqları ədəbiyyatın son 
durumundan, Güneyd
ə cərəyan edən ədəbi prosesdən söz açmaqdır 
m
əqsədimiz... 
Giriş  
Qloballaşma və Qərbə-Avropaya inteqrasiya dövründə, nə gözəl ki, 
Çağdaş Güney Azərbaycan ədəbiyyatı öz mövcudluğunu qoruyub 
saxlayır. Bu anlayışı formalaşdıran gücün-Güney yazarlarının yaratdığı 
böyük ədəbi-bədii irs, son dönəmlərdə isə dinamik inkişafı ilə diqqət 
çəkən modern ədəbiyyat fərqli müstəvilərdə dartışma-mübahisə 
mövzusuna da çevril
məkdədir. Ancaq Çağdaş Güney Azərbaycan 
ədəbiyyatı bu günkü duruma yetənədək beş inkişaf mərhələsi keçmişdir. 
Bu inkişaf mərhələlərinin dördü-Məşrutə dövrü (1906-11), Xiyabani 

 



 
hərəkatı dövrü (1920), 21 Azər İnqilabı-Milli Hökumət dövrü və hələlik 
sonuncu-1978-79-
cu illər İran İslam İnqilabı dövrü siyasi, beşincisi, Ağ 
inqilab dövrü isə ədəbi müstəvidə təzahür etmişdir. Təbii, bu dövrlərdə 
cərəyan edən ictimai-siyasi hadisələrin yansıdığı ədəbiyyat, söz sənəti də 
istisnasız olaraq bu inkişaf mərhələlərini keçməli olmuşdur. Lakin 1960-
cı illərdən başlayaraq İranda və Güney Azərbaycanda “Şeiri-no” hərəkatı, 
Ağ şeir-Ağ inqilab dalğası da kükrəmişdir ki, məhz həmin mədəni inqilab 
bu coğrafi məkanda çağdaşlaşma-modernləşmə prosesini 
gücləndirmişdir. 
Bu bir həqiqətdir ki, Güneydə ədəbiyyatın yeni ictimai məzmun kəsb 
etməsi, yeniləşmə-çağdaşlaşma prosesinə keçidi Məşrutə inqilabı 
dövründən etibarən başlanmışdı. Qeyd etməyi gərəkli sayırıq ki, XX 
əsrin əvvəllərində hələ 1918-19-cu illərdən etibarən rüşeymləri qoyulmuş 
modernləşmə prosesinin önündə məhz Tağı xan Rüfət gəlirdi. 
İranda və Güney Azərbaycanda sərbəst-yeni şeirin təməlini qoymuş 
Tağı xan Rüfət (Şəms xanım Kəsmayi, Cəfər Xamneyi, Yəhya Ariyanpur 
ilə birlikdə) Şeyx Məhəmməd Xiyabani ilə eyni cəbhədə mübarizə 

 



 
apar
mış və hər şeyini-sənətini, şeirini, hətta canını belə ustadı və əqidəsi 
yolunda qurban ve
rmişdi. Novator şairin qənaətinə görə, ədəbi yenilik 
ədəbiyyata xas bir olay deyil, bəlkə bir sosial və milli məsələdir. Onun 
g
ənclərə və əqidədaşlarına: “Sərbəstcə düşünün və hiss edin. 
Düşüncələrinizi və hiss etdiklərinizi yazın. Düşüncələriniz gerçəyə və 
elm
ə dayanmalıdır. Hisslərinizi və ruhunuzu heç bir yad təsirin altında 
buraxmayın. Hər zaman səmimi olmağa çalışın. Tənqidçinin baxış acısı 
n
ə olursa-olsun, tənqidlərini sevinclə qarşılayın. Аmmа yetərli dəlil 
olmadan öz düşüncələrinizi söyləməyin. Düşüncələri təcrübə və 
sınamalardan sonra qəbul edin. Özəlliklə könlünüzdə hüznə-qəmə və 
iztiraba yer verm
əyin, əzmli olaraq yarınlara koşun!” (2) - etdiyi 
tövsiy
əni əməli işə çevirən Güney yazarları bu gün sərbəstcə düşünüb 
hiss etdikl
ərini yazır, gerçəyə, həyat həqiqətlərinə və elmə dayanan 
əsərlər yaradır, ustad Şəhriyar, Həbib Sahir, Səhənd, Səməd Behrəngi, 
Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü, 
Qulamhüseyn S
əidi, Əbdürrəhman Talıbov və digərlərinin yolunu uğurla 
davam etdirirl
ər.  

 



 
Güney Az
ərbaycan poeziyası və nəsrində, bütövlükdə ədəbiyyatında 
bu proses 2013-
cü ildə də dinamik sürətlə inkişaf etmişdir. Şair və 
yazıçılar çağdaş və modern şeir, yaxud nəsr əsəri yazmaq üçün, təbii ki
ilk önc
ə çağdaş və modern bir dilin gərəkliliyini dərindən dərk edir və bu 
istiqam
ətdə də uğurlu addımlar atırlar. Təəssüflər olsun ki, Güneydə Ana 
dilinin-Az
ərbaycan türkcəsinin uzun illər boyu yasaqlanması, 
m
əktəblərdə təhsilin fars dilində olması öz fəsadlarını vermiş, ədəbi dilin 
inkişafı ləngimişdir. Rza şah Pəhləvi hakimiyyətə gəldikdən, yəni, 1925-
ci ild
ən sonra Azərbaycan türkcəsinin qəti şəkildə qadağan olunmasının, 
xalqın milli haqq və hüquqlarının əlindən alınmasının əsas səbəbləri 
hakim rejimin v
ə tərəfdarlarının başladıqları iranlılaşma, farslaşdırma 
siyas
ətində idi. Müasir fars millətçiliyi “modernləşmə və qərbliləşməni 
ayrılmaz bir bütün olaraq öz içində birləşdirmişdi. Bu nəzəriyyənin 
t
əməlini ilk dəfə çökdürən Mirzə Fətəli Axundzadə olmuşdur” (3.s.3), - 
dey
ən Arif Kəskin “Fars mlliyyətçiliyinin iç üzü” adlı I yazısında Müasir 
fars mill
ətçiliyinin nəzəri inkişafının erməni əsilli Mirzə Mülküm xanla 
yeni bir m
ərhələyə qədəm qoyduğunu da diqqət mərkəzində saxlayaraq 

 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə