Mövzu bitki ekologiyasinin iNKİŞaf tariXİ. Ekoloji faktorlarin təSİRİ VƏ TƏSNİFati. Plan



Yüklə 264,64 Kb.
Pdf görüntüsü
səhifə5/11
tarix16.06.2022
ölçüsü264,64 Kb.
#89584
1   2   3   4   5   6   7   8   9   10   11
I Muhazire. Ekoloji amil. tesnifati.Biotik amil.

O. Drude “Bitki ekologiyası”
kitabında ekologiyanı 
morfoloji-bioloji istiqamətdə inkişaf etdirdi ki, sonralar həyati forma elmi yarandı. 
XX əsrin 20-30-cu illərində V.İ.Vernadski, A.Humbolt, N.İ.Vavilov, X.Qlizon, 



A.Tensli və başqa alimlərin əsərlərində ekologiyanın əsas istiqamətləri müəyyən 
olundu. Ekologiya bütövlükdə 40-cı illərdə formalaşmışdır. 
Ekoloji-fiziologiya istiqamətində L.A.İvanov (işığın təsiri), N.A.Maksimov 
(quraqlığadavamlılıq), O.V.Zelinski (fotosintezin ekologiyası), İ.İ.Tumanov 
(şaxtayadavamlılıq), P.A.Qenkel (duzadavamlılıq) əhəmiyyətli işlər görmüşlər. 
Ekosistem və biosenoz haqqında təlim meydana gəldi. Növün və qrupların 
ekologiyası anlayışları konkretləşdirildi. V.N.Sukaçov fitosenologiya və 
biogeosenologiyanı ekoloji istiqamətdə inkişaf etdirdi. 
XX əsrin 60-cı illərindən sonra ekoloji tədqiqatlar bütün dünyada sürətlə inkişaf 
etməyə başlayır. Hal-hazırda bioloji ekologiya, fizioloji ekologiya, insan, heyvan və 
bitki ekologiyası və s. elmlər ayrılıqda inkişaf etməkdədirlər. 
4. Müasir ekologiyanın əsas problemləri.  

Müasir ekologiyanın problemlərinin bir qismi ekologiyanın riyaziləşdirilməsi 
(riyazi modelləşdirmə) nəticəsində meydana gəlmişdir.
Birincisi,
natamam məlumatlar nəticəsində ekosistemdə gözlənilməyən davranışlar 
özünü büruzə verir.
İkincisi, 
riyazi metodun çatışmazlıqlarından digəri - ekosistemin ən mühüm 
xüsusiyyətlərindən olan kəskin yenidənqurmaları riyazi dildə ifadə etməyin hələlik 
mümkün olmamasıdır.

Problemlərin bir qismi də bitki ekologiyasının ümumi ekologiyadan süni surətdə 
ayrılması nəticəsində baş vermişdir. Heç bir bitki və ya populyasiya təbii mühitdə 
tək mövcud ola bilməz, onlar yalnız ekosistemlə qarışlıqlı əlaqədə yaşaya bilər. 

Populyasiya, qruplaşma və ekosistemin ekoloji parametrlərini təyin etmək çox 
çətin elmi-metodik problemdir. Həmin problemin həlli ekologiyanın ən mühüm 
vəzifələrindən biri olan qohum növlərin ekoloji ayrılma prinsipini aydınlaşdırmağa 
imkan verə bilər. Növün ekologiyasında oxşarlıq çoxaldıqca bir növ digərini 
sıxışdıracaqdır. Əksinə müxtəlif cinslərdən olan növlər qruplaşmada asanlıqla 
birləşir və eyni ərazini əhatə edir.




Antropogen amillərin təbiətə təsiri nəticəsində ekologiyanın bir sıra elmi-tətbiqi 
problemləri meydana çıxmışdır. Bunlardan ekoloji sistemlərin davamlılıq 
problemləri; populyasiya, qrup, ekosistem və nəhayət biosferin davamlılıq 
problemləridir. Davamlılıq dedikdə ekoloji sistemlərin özünübərpası başa düşülür. 
Ekoloji sistemlərin davamlılığı ilə bir çox praktiki məsələləri (zəhərli birləşmələrin 
təbiətə qarışma həddini; şumlama, suvarma və gübrələrin miqdarını və s.) təyin 
etmək lazım gəlir. Doğrudan da, əgər növün xarici mühitə qarşı ekoloji tələbatı 
məlumdursa, növün yaşaması üçün lazım olan kriteriyanı yaratmaq mümkündür. 
Təbiəti və fitosenozları mühafizə etmək, onlar üzərində daim nəzarət etmək, 
fəaliyyətimiz nəticəsində yaranan yaranmış səhvləri düzəltmək dərin ekoloji biliklər 
tələb edir. 
Digər orqanizmlər kimi bitki həyatı da bir-biri ilə əlaqədar olan mürəkkəb prosesləri 
əhatə edir. Bitkilər mühitdən qıda maddələri alır və onlardan istifadə edərək öz 
bədənlərini qururlar (assimilyasiya edirlər). 
Bitki ilə mühit
*
arasında əlaqə yalnız maddələr mübadiləsindən ibarət olmayıb, 
bunlar paralel olaraq enerji mübadiləsi də edirlər. Bitkidə fizioloji funksiyalara və 
digər proseslərə müəyyən qədər enerji sərf olunur. O, sərf etdiyi enerjini mühitdən 
alır. Bitkilər üçün enerji mənbəyi Günəşdir. Xlorofilsiz orqanizmlər üçün enerji 
mənbəyi üzvi maddələrdir.
-
Göründüyü kimi, bitkilərlə onları əhatə edən mühit arasında sıx əlaqə vardır. 
Bu cür əlaqə 

Yüklə 264,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə