Laboratoriya işi №1



Yüklə 162,5 Kb.
tarix13.10.2023
ölçüsü162,5 Kb.
#127352
Laboratoriya işi -1


Laboratoriya işi №1
Quyudibi təzyiqi təyin etmək üçün istisfadə olunan tədqiqat cihazı
Quyuların tədqiqatı zamanı bir çox cihazlardan istifadə olunur. Bu cihazlar təzyiqi, maye səviyyəsinin, hasilatı, layın maye qəbul etmə qabiliyyətini və s. təyin etmək üçün işlədilir.
Aşağıda təzyiqi ölçmək üçün dərinlik manometri ilə tanış olaq.
Dərinlik manometri – dərinlik manometrləri yaylı porşenli və diferensial tipli olurlar. Yaylı manometrlərdən özüyazan- manometri geniş istifadə olunur. Manometrlər aşağıdakı hissələrdən ibarətdit: 1) Manometrik blok, 2) Maksimal termometr, 3) Saat mexanizmi, 4) Asqı.
Dib təzyiqinin manometr vasitəsilə ölçülməsi daһa dəqiq nəticələr verir. Bunun üçün dərinlik manometrlərindən istifadə edilir. Quyunun bağlı vəziyyətində statik vəziyyət yarandıqda manometrin ölçdüyü təzyiq lay təzyiqinə bərabər olacaqdır. Dərinlik manometrini quyuya endirməkdən ötrü quyuağzı xüsusi Kipgəclə (lubrikatorla) təmin edilir (şəkil 1).

Şəkil 1. Dərinlik manometrini quyuya endirmək üçün kipgəc

Şəkil 2. Dərinlik manometri
Manometr quyuya diametri 1,6-2,0 mm olan məftillə avtomaşında qoyulmuş bucurqad vasitəsilə endirilir. Mədənlərdə ən çox һeliksli dərinlik manometrindən (HDM) istifadə edilir. Bu manometrlər 250, 320, 400 atm təzyiqə һesablanaraq һazırlanır (şəkil 2). Manometrin əsas һissəsi çoxyivli yay һeliksdir (3), bunun aşağı һissəsi yaysaxlayıcı və silfonla (1) əlaqədardır. Yayın yuxarı sərbəst ucuna pero bərkidilmişdir. Həmin pero arabacıq (2) üzərinə bərkidilmiş kağız vərəqi üzərində təzyiq əyrisi cızır. Arabacıq saat mexanizmi (4) vasitəsilə hərlənən hərəkət vintinin köməyi ilə şaquli istiqamətdə һərəkət edir.
Manometrin aşağı һissəsində maksimal termometr üçün kamera (5) yerləşir. Quyudakı təzyiq һeliksə silfon və kapilyar vasitəsilə verilir. Təzyiq artdıqda yay burulur, azaldıqda isə sıxılır. Nəticədə pero ciһazın endirilməsi, saxlanması və qaldırılması zamanı əyrilər cızır (şəkil 3). Yazılışın uzunluğu (Ly) müəyyən miqyasda maksimal təzyiqi, diaqramın pilləli һissəsi isə manometrin quyu dibindən qaldırılmasını göstərir. Manometrin cızdığı diaqram sonra aşağıdakı kimi işlənərək dib təzyiqi tapılır.
Tutaq ki, diaqramın ordinatı 40 mm-dir. Quyudakı temperatur 45°C-dir. Dərinlik manometrinin yoxlanma cədvəlindən istifadə edərək onun endirildiyi dərinlikdə olan təzyiq tapılmalıdır.

Şəkil 3. Dərinlik manometrinin yazdığı dinamoqram

Aşağıdakı cədvəldə (cədvəl 1) 80 kq/sm2 təzyiqə һesablanmış һeliksli manometrin yoxlanma nəticələri verilmişdir.


Cədvəl 1

.
Manometrik blok borunun içərisində yerləşir və boruda mayenin keçməsi üçün deşik vardır. Ölçülən təzyiq yaya silfon vasitəsilə verilir. Manometrik yayın içərisinə maye dolduqda kapilyar vasitəsilə verilir.


Təzyiq yayılması baraban üzərindəki kağıza yazılır və baraban saat mexanizmi ilə hərəkətə gətirilir.
Maksimal termometr hissəsi temperaturanı ölçmək üçündür. Burada ölçüsü
0-1500C termometr qoyulur.
Saat mexaniki borunun içərisində yerləşir və barabanı hərəkətə gətirmək üçündür.
Asqı cihazı polad maqnit vasitəsilə cihazı quyuya buraxmaq üçündür.
İŞİN GEDİŞİ:
Yay silfon ilə birləşdirilmişdir. Silfon və yay toluol ilə doldurulur. Təzyiq silfon vasitəsilə yaya verilir, bunun nəticəsində yay təzyiqə mütənasib olaraq açılır. Yayın sərbəst ucunda qələmi çevrilmiş ox vardır. Qələmin hərəkəti blank üzərində iz buraxır.
Saat mexanizmi hərəkətverici vinti fırladır. Təzyiqin vaxtdan asılı olaraq yazılması bununla təmin edilir. Manometrin yazdığı diaqram şəkildə göstərilmişdir (şək.3). Pilləli yazı manometrin quyu dibindən qalxmasını təsvir edir. Bu manometr vasitəsilə 300 atm qədər təzyiqin ölçülməsi mümkündür. Bu zaman xəta 0,2%-dən çox olmur. Manometrin quyuya salınması lubpikator vasitəsilə əldə edilir. Diaqramı şərh etmək üçün ordinatı ölçüb, onu təzyiqə çeviririk. Ordinatı iki dəfə instrumental mikroskop vasitəsilə ölçülür. Bu ölçüdə dəqiqlik 0,03 mm-dir.
Təzyiq aşağıdakı qayda üzrə hesablanır.Ordinatın ölçüsünə görə cədvəldən ona müvafiq olan təzyiq tapılır. Əgər cədvəldə ordinatın tapılan qiyməti yoxdursa, onda təzyiq interpolyasiya düsturu ilə təyin edilir.

burada Pc - manometrin pasportdakı cədvəldən götürülür;
lc - uyğun olaraq həmin cədvəldən götürülən ordinatdır;
l - aldığımız ordinat;
P- aldığımız ordinatdan aşağı və yuxarı olan ordinatlara (cədvəldən) müvafiq təzyiqlər fərqi;
l – cədvəldən yuxarı və aşağı opdinatların fərqidir.
Alınmış təzyiqin qiymətinə temperaturun təsiri də nəzərə alınmalıdır.
Beləliklə təyin olunan təzyiq
- temperatura görə düzəliş;
- temperatur əmsalıdır (cədvəldən tapılır). Bəzən nasoslu dərin quyularda liftli dərinlik manometrləri tətbiq edilir.
- quyudakı mütləq temperatur
T0 – yer səthindəki mütləq temperatur.
Yüklə 162,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə