Mövzu bitki ekologiyasinin iNKİŞaf tariXİ. Ekoloji faktorlarin təSİRİ VƏ TƏSNİFati. Plan



Yüklə 264,64 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix16.06.2022
ölçüsü264,64 Kb.
#89584
1   2   3   4   5   6   7   8   9   10   11
I Muhazire. Ekoloji amil. tesnifati.Biotik amil.

4.
 
Ekoloji amilin fiziki və fizioloji xüsusiyyətləri
Ekoloji amillər fiziki və fizioloji xüsusiyyətlərinə görə də fərqlənirlər. 
Bitkilərin bitmə yerində ekoloji amilin bu iki tərəfinə diqqət yetirmək lazımdır. 
Məsələn, bataqlaşmış torpaqlar fiziki cəhətdən rütubətlidirlər, lakin rütubətin 
çoxluğu bitkilərin sudan istifadəsini çətinləşdirə və turş reaksiya verə bilər, həm də 
temperatur aşağı olduğundan bitki sudan istifadə edə bilməz. Bu cür torpaqlarda su 
çox olmasına baxmayaraq, onlar fizioloji quru torpaqlar adlanır. 
İqlim amilləri də fiziki və fzioloji təsirlərinə görə fərqlənirlər. Məsələn, illik 
yağıntıların miqdarı eyni, lakin ilin fəsillərinə görə yağıntıların paylanması müxtəlif 
olan iki ərazidə bitki örtüyü fərqlənir. Aralıq dənizi ölkələrində illik yağıntıların 
miqdarının Avropadan çox olmasına baxmayaraq, kserofit bitkilər Aralıq dənizi 
ölkələrində çoxluq təşkil edir. Çünki Aralıq dənizi ölkələrində yağışlar payız-qış 
aylarında, Avropada isə ilboyu bərabər paylanır. 
1.
 
Ekoloji amillərin təsnifatı. 


12 
Ekoloji amillər əsas və ikincidərəcəli olmaqla iki yerə ayrılırlar. Bitkilərə təsir edən 
əsas ekoloji amillər 3 qrupa bölünür: abiotik, biotik və antropogen amillər. 
I. Abiotik amillər. 
(qeyri-üzvi mühit amilləri)
Abiotik amillər də öz növbəsində 3 qrupda qruplaşdırılırlar: 
a.
 
iqlim amilləri-işıq, istilik, rütubət (yağmurlar, torpaq və havanın rütubəti), 
havanın qaz tərkibi və hərəkəti; 
b.
 
edafiq (torpaq-geoloji) amillər – torpaq və süxurların mexaniki tərkibi, fiziki-
kimyəvi xassələri və digərləri
c.
 
oroqrafik (relyef) amillər – dəniz səviyyəsindən hündürlük, relyef və onun 
formaları, yamacların ekspozisiyası (buxarlığı) və s. 

Yüklə 264,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə