Mövzu bitki ekologiyasinin iNKİŞaf tariXİ. Ekoloji faktorlarin təSİRİ VƏ TƏSNİFati. Plan



Yüklə 264,64 Kb.
Pdf görüntüsü
səhifə7/11
tarix16.06.2022
ölçüsü264,64 Kb.
#89584
1   2   3   4   5   6   7   8   9   10   11
I Muhazire. Ekoloji amil. tesnifati.Biotik amil.

Əsas ekoloji amillər 
1.
 
Canlıların yaşadığı yerdə onu əhatə edən amillərin (və ya təbiət 
cisimlərinin) məcmusu mühit adlanır.
Mühit bir-biri ilə sıx əlaqədə olan 
çoxlu komponentləri ilə fərqlənir. Mühitin orqanizmə təsir edən hər bir 
elementi ekoloji amil adlanır. 
2.
 
Əsas ekoloji amilləri,
adətən abiotik (qeyri-üzvi mühit amilləri) və biotik 
(orqanizmlərin bir-birinə və orqanizmlərin mühitə təsiri) olaraq iki yerə 
ayrılırlar. Qeyri-üzvi mühit amilləri ekotopu (
ekotop - bitmə yerinin xüsusi 
torpaq-iqlim şəraitidir
) formalaşdırır. Biotik amillər biotopu (
biotop-
orqanizmlərin yaşayış yeridir)
təşkil edir. 


11 
3.
 
V.M.Sukaçov 1964-cü ildə biogeosenoz anlayışını elmə daxil edərək
biosenozun cansız varlıq (torpaq, iqlim) daxilində yayıldığını və onlarla 
qarşılıqlı əlaqədə olduğunu qeyd edir. O, göstərir ki, 
biogeosenoz
biosferin 
bir hissəsi olub ekotopdan və biotopdan ibarətdir. 
3. Bilavasitə və dolayı yolla təsir edən ekoloji amillər
Bütün ekoloji amillər bitkilərə bilavasitə təsir göstərmir. Bunların bəziləri bitki 
orqanizminə dolayı yolla, yəni bitkinin yaşadığı mühiti dəyişdirmə vasitəsi ilə təsir 
edir. Bu cəhətdən ekoloji amillər təsir etməsinə görə iki qrupa bölünür. 
1.
Bilavasitə təsir edən ekoloji amillər. Buraya işıq, istilik, su, torpağın kimyəvi
tərkibi, hava, heyvanları tərəfindən yeyiyetmə, yanğın hadisələri və s. 
daxildir. 
2.
Dolayı yolla təsir edən ekoloji amillər
. Bu amillərə relyef şəraiti, ana süxurlar, 
torpağın fiziki xassələri, sahənin qurudulması və ya bataqlaşdırılması və s. 
daxildir. 
Sadalanan amillər nəmliyin, işığın və istiliyin paylanmasına dəyişərək, həmin 
şəraitdə yaşayan bitkilərə dolayı yolla təsir edir. 

Yüklə 264,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə