Mövzu bitki ekologiyasinin iNKİŞaf tariXİ. Ekoloji faktorlarin təSİRİ VƏ TƏSNİFati. Plan


“Bitki ekologiyası”nın məqsəd və vəzifələri



Yüklə 264,64 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix16.06.2022
ölçüsü264,64 Kb.
#89584
1   2   3   4   5   6   7   8   9   10   11
I Muhazire. Ekoloji amil. tesnifati.Biotik amil.

“Bitki ekologiyası”nın məqsəd və vəzifələri. 



XX əsrin 60-80-ci illərinə qədər ekologiya ümumbioloji elm kimi öyrənilir. 80-
ci illərdən başlayaraq müxtəlif elmlərdə ekoloji istiqamət yaranır, ekologiya qlobal 
xarakter alır. “Ekologiya” termini populyarlaşır. “Sosial ekologiya”, “ekoloji təhsil”, 
“mühəndis ekologiyası” və s. kimi çoxlu yeni terminlər meydana çıxır. Hazırda 
ekoloji ideyaların geniş yayılmasına baxmayaraq, müasir ekologiyanın həll 
olunmamış nəzəri, təcrübi və metodik problemləri çoxdur. 
Bu problemlərin həllində “Bitki ekologiyası” elminin də əvəzsiz xidmətləri vardır. 
Hazırlanan bioloq və ekoloqlara “Bitki ekologiyası”nın tədrisində əsas məqsəd: 
a.
 
bitkilərin bir-biri ilə və digər ekoloji amillərlə qarşılıqlı təsirləri, eləcə də 
bitkilərin inkişaf və yayılmalarını tənzimləyən amillərin təsir qanunauyğunluqları 
ilə tələbələri tanış etmək; 
b.
 
mühitin bitki üçün əlverişsiz olan amillərini aradan qaldırmağı, optimal inkişaf 
şəraiti yaratmaq və fitosenozun məhsuldarlığını artırmağı öyrətmək; 
c.
 
təbiətdən düzgün istifadə olunmasında və ətraf mühitin mühafizəsində onlara 
yardımçı olmaqdır. 
İndiki elmi-texniki tərəqqi və insanların fəallığının artdığı dövrdə onları ekoloji 
təfəkkür, təbii ehtiyatlara məhəbbət ruhunda tərbiyələndirmək bioloq və ekoloqların 
birinci dərəcəli vəzifələrindəndir. Insanla ətraf mühit arasındakı münasibətləri 
nizama salmaq üçün ekoloji tərbiyə, ekoloji təhsil və ekoloji təfəkkür probleminin 
həlli indi həmişəkindən daha kəskin qarşıda durmuşdur. 
 “Bitki ekologiyası” aşağıdakı başlıca vasitələri yerinə yetirir: 
a.
 
yaşayış yerində mühit amillərinin bitkilərə, bitki birliklərinə (fitosenozlara) 
təsirlərini müəyyən edir; 

Yüklə 264,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə