Mövzu bitki ekologiyasinin iNKİŞaf tariXİ. Ekoloji faktorlarin təSİRİ VƏ TƏSNİFati. Plan



Yüklə 264,64 Kb.
Pdf görüntüsü
səhifə4/11
tarix16.06.2022
ölçüsü264,64 Kb.
#89584
1   2   3   4   5   6   7   8   9   10   11
I Muhazire. Ekoloji amil. tesnifati.Biotik amil.

“Bitki ekologiyası”
digər elmlərlə birgə inkişaf etməkdədir. Ekoloji amilləri 
ayrılıqda və ya kompleks şəkildə öyrənərkən fizika, kimya, informatika, riyaziyyat 
və s. elmlərdə olan uyğun metodlardan istifadə edilir. 
Bitki ekologiyası
bitki fiziologiyası ilə sıx əlaqədardır. Fiziologiyadan fərqli olaraq 
ekoloji tədqiqatlar təbii şəraitdə - daim dəyişən mühitdə aparılır. N.A.Maksimov, 
İ.A.İvanov və digər fizioloqlar tədqiatlarını bilavasitə təbiətdə araşdırdıqları üçün 
onları ekoloq da hesab edirlər. 



Bitki ekologiyası
“bitki coğrafiyası” elminin içərisində meydana gəlmişdir. 
Fitocoğrafiya bitkilərin yayıldığı yeri, ekoloq isə yaşayış şəraitini əsas götürür və 
fərqlənmənin səbəblərini öyrənir. 
Təkamül prosesində çox dəyişkənliyə məruz qalmış bitkilər paleontoloji materiallar 
əsasında tədqiq olunur. 
Bitki ekologiyası
kənd təsərrüfatında əksər sualların həll olunmasına, ətraf mühitin 
mühafizəsinə və bu kimi çoxlu problemlərin həllinə köməklik edir. 
3. “Bitki ekologiyası” elminin inkişaf tarixi. 
Ekologiyanın inkişafı 
5 əsas dövrə
bölünür: 
I dövr -
qədimdən başlamış XVIII əsrin sonuna qədər. Bu dövrdə ayrıca ekologiya 
elmi olmamış, canlıların yaşama şəraiti nəzərə alınmamış, ekoloji bilgi və təcrübələr 
nəsildən-nəslə ötürülmüş .və ya botanikanın (zoologiyanın) tərkibində verilmişdir. 
II dövr
– XIX əsrin birinci yarısında. Bu dövrdə orqanizm mühitlə vəhdətdə 
anlaşılır. 
III dövr
– 1851-1920-ci illəri əhatə edir. Orqanizmi öz sığınacaq yerində öyrənən 
elm-ekologiya meydana gəlir. Fərdlərin, birliklərin və populyasiyaların ekologiyası 
öyrənilir. 
IV dövr
– 1920-1980-ci illər. Bu dövrdə ekologiya ümumbioloji fundamental 
elmlərdən birinə çevrilir. Ekosistem (1935) və biosenologiya (1942) anlayışları elmə 
daxil edilir. “Bitki ekologiyası” ayrılır və inkişaf edir. Canlıların ətraf mühitlə 
əlaqəsi bir neçə səviyyədə öyrənilir” 
(autekologiya, 
demekologiya, 
spesiesekologiya, sinekologiya, sistemekologiya və ya biogeosenologiya). 
V dövr
– XX əsrin 80-ci illərindən başlayır. Müxtəlif elmlərdə ekoloji istiqamətlər 
yaranır, ekologiya qlobal xarakter alır. 
Ekologiya sahəsində əsaslı kəşflər, ekologiyanın sərbəst elm kimi yaranmasından 
çox əvvəl meydana çıxmışdır. Təbii ehtiyaclar ibtidai insanlardan geniş ekoloji 
bilgilər tələb etmişdir. Ekoloji anlayış və bilgilər nəsildən-nəslə keçərək 
genişləndirilmiş və təkmilləşdirilmişdir. 



Eramızdan əvvəl V minillikdə Cənibu-qərbi Asiyada ilk suvarma kanalı çəkilmişdir. 
Teofras (372-278 il b.e.ə) və Böyük Pliniya (23-79 il b.e.ə.) bitkilər haqqında 
məlumat vermiş, onların forma və böyüməsinin iqlimdən asılı olduğunu qeyd 
etmişlər. Orta əsrlərdə (XVIII əsr) Böyük Albert bitkilərdə qış istirahətinin 
səbəblərini araşdırmış, çoxalma və böyümənin qidalanmadan, torpaqdan və günəş 
istiliyindən asılılığını göstərmişdir. 
XVI-XVIII əsrlərdə Çezalpino, Turnefor, Con Rey, Linney və digərlərinin işlərində 
ekoloji məlumatlara rast gəlinir. 
1724-cü ildə yaradılan Rusiya Elmlər Akademiyası Rusiyada ekoloji istiqamətin 
inkişafına təkan verdi. M.V.Lomonosov (1758) ilk dəfə bitkilərin havadan 
qidalanması fikrini irəli sürür. O, meşələrin torpağa təsirini, canlı orqanizmlərin 
neft, kömür və torpaq əmələ gəlməsində rolunu izah etmişdir. 
Moskva Universitetinin professoru K.F.Rule (1854) İ.B.Lamarkin “ekoloji” 
ideyalarını ilk dəfə qiymətləndirmiş və ekoloji mühitin tam tərifini vermişdir. 
Ruleyə görə xarici şərait dedikdə-canlılara təsir göstərən bütün amillər, məsələn 
hava, istilik, su, torpaq, torpaqda bitən bitkilər, orada yaşayan heyvanların və insanın 
özü başa düşülür. 
E. Hekkel 1866-cı ildə ekologiya terminini elmə daxil etməyi təklif edir. 
Ekologiyanın bir elm kimi yaranmasına Ç.Darvinin “Növlərin mənşəyi” (1869) əsəri 
böyük təsir göstərdi. Bitki coğrafiyası əsasında yaranan ekologiya sərbəst elmə 
çevrildi. Bu dövrdə ekoloji istiqamət əsasən bitki coğrafiyasında inkişaf etdirilirdi. 
Danimarka botaniki E.Varminqin “Ekoloji bitki coğrafiyası” (1895) əsəri sonrakı 
tədqiqatlara təkan verdi. Tədricən bitki ekologiyası bitki coğrafiyasından ayrıldı. 
1910-cu ildə botaniklərin Brüsseldə keçirilmiş III Beynəlxalq konqresində bitki 
ekologiyası sərbəst elm sahəsi elan edildi. Konqresdə bitki ekologiyasının iki 
istiqaməti müəyyən edildi: fərdlərin ekologiyası (autekologiya) və bitki 
qruplaşmalarının ekologiyası (sinekologiya). 
1913-cü ildə alman alimi 

Yüklə 264,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə