Mövzu bitki ekologiyasinin iNKİŞaf tariXİ. Ekoloji faktorlarin təSİRİ VƏ TƏSNİFati. Plan



Yüklə 264,64 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix16.06.2022
ölçüsü264,64 Kb.
#89584
1   2   3   4   5   6   7   8   9   10   11
I Muhazire. Ekoloji amil. tesnifati.Biotik amil.

II. Biotik amillər
. (orqanizmlərin bir-birinə və orqanizmlərin mühitə təsiri) 
Bitki və onun populyasiyasına (fitosenizlara) təsir göstərə bilən bütün 
mikroorqanizmlər, bitki və heyvanlar bu qrupda birləşdirilir.
Biotik amillər fitogen, zoogen, mikogen, bakteriya və virogen olmaqla 5 yerə ayrılır. 
1.
 
Fitogen amillər: 
a.
 
bitkilərin bir-birinə birbaşa konkret təsirləri
b.
 
bir ali bitkinin müxtəlif orqanizmlər vasitəsi ilə (əsasən mikroblarla) digər ali 
bitkiyə dolayısı ilə transbiotok təsiri; 
c.
 
yaşayiş yerinin fiziki və kimyəvi xassələrini dəyişməklə dolayısı ilə 
tarnsbiotik təsirlər. 
2.
 
Zoogen amillər: 
a.
 
bitkilərə heyvanların müxtəlif birbaşa təsirləri; 
b.
 
bitkilərin yaşayış mühitinin heyvanlar tərəfindən dəyişdirilməsi ilə təsirlər. 
c.
 
Mikogen (göbələklərlə), bakterio və virogen amillər. 
III. Antropogen amillər
– insanın bitkilərə, bitki qruplarına, ətraf aləmə müxtəlif 
formalı təsirləridir. 
Ekoloji faktorlar birbaşa və dolayı təsir göstərir.İqlim faktorundan işıq bitkilərə 
birbaşa təsir edir, meşə fitosenozu çəmən fitosenozuna dolayı yolla iqlimi az-
çox dəyişməklə təsir edə bilər. İqlim faktoru bitkilərin yer üzərində zonal və 
qurşaqlar üzrə yayılmasına səbəb olan əsas faktordur. Dağlıq ərazilərdə relyef 


13 
iqlimə təsir edərək onu dəyişə bilər, başqa sözlə - bitkilərin yayılmasında əsas 
faktora hesab edilir. 
Əsas ekoloji amillərlə yanaşı bitkilərə ikinci dərəcəli amillər - tarixi amillər
yanğınlar, yerin maqnit sahəsi, atmosferin elektrikləşməsi, ionlaşdırıcı şüalanma və 
digər bu kimi amillər də təsir edirlər. 
Qeyd olunan əsas amillər öz növbəsində bir çox xırda amillərə ayrılır. Məsələn, işıq 
amili – işığın gücünə, tərkibinə, gün işığının uzunluğuna; istilik amili – illik 
temperatur cəmindən, qışın mənfi, yayın müsbət temperaturundan və başqa 
xüsusiyyətlərdən asılı olaraq bir neçə amilə bölünür. Deyilənlərdən aydın olur ki, 
ekoloji amil anlayışı mürəkkəb anlayışdır. Prosesin mürəkkəbliyinin bir cəhəti də 
odur ki, amillər təbiətdə ayrılıqda deyil, birgə təsir göstərirlər. 
Hər bir amilin bitki həyatında əhəmiyyətli rolu vardır. Bu və ya digər amilin 
çatışmaması bitkilərdə gedən həyati proseslərin pozulmasına səbəb olur. 

Yüklə 264,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə