Mövzu bitki ekologiyasinin iNKİŞaf tariXİ. Ekoloji faktorlarin təSİRİ VƏ TƏSNİFati. Plan



Yüklə 264,64 Kb.
Pdf görüntüsü
səhifə6/11
tarix16.06.2022
ölçüsü264,64 Kb.
#89584
1   2   3   4   5   6   7   8   9   10   11
I Muhazire. Ekoloji amil. tesnifati.Biotik amil.

ikili xarakter daşıyır

birincisi
- bitki mühitdən asılıdır. Mühitdə 
bitkinin həyatı üçün tələb olunan hər şey olmalıdır. Bu və ya digər materialın 
olmaması, həyat proseslərinin yavaşımasına, hətta kəsilməsinə səbəb olur.
İkincisi,
bitkilər mühitə dəyişdirici təsir göstərirlər. 
Həyat fəaliyyəti nəticəsində oksigenin yaranması, karbon qazının atmosferdə 
nizamlanması, yerə düşmüş bitki qalıqlarının çürüyərək torpağı münbitləşdirməsi və 
s. belə dəyişdirici təsirlərdir. Bitkilər fiziki fəaliyyətləri ilə də mühitə dəyişdirici təsir 
göstərirlər: məsələn, köklər torpağa keçərək mexaniki sürətdə torpağı dağıdır, 
aşınmaların qarşısını alır və s. 


10 
Beləliklə, yalnız bitki mühitdən asılı deyil, eyni zamanda mühit də bu və ya digər 
dərəcədə bitkilərdən asılıdır. Bitkilərlə mühit arasında baş verən mübadilə 
prosesləri, energetik əlaqələr və s. belə bir nəticəyə gəlməyə imkan verir ki, bitkilər 
ilə mühit tam vəhdət şəklindədirlər və mühitsiz bitki mövcud ola bilməz. 
Ekoloji faktorları və onların təsir qanunauyğunluğunu
öyrənmək üçün akad. 
V.İ. Vernadskinin biosfer haqqında nəzəriyyəsini və V.M.Sukaçovun biosgeoferdə 
qarşılıqlı əlaqələr haqqında nəzəriyyəsinə nəzər salaq. Biosfer haqqında ilk dəfə 
avstraliyalı Eduard Zyuss 1875ci ildə fikir söyləmişdir. Biosfer haqqında ilk dəfə 
Vernadski yazmışdır. Biosfer - ”bio” həyat, “sfer”- sahə, təbəqə deməkdir. Başqa 
sözlə canlıların yayıldığı sahədir. Biosferdə fiosenozlar, zoosenozlar və 
mikrosenozlar yayılmışdır. Buların cəmi isə 
biosenoz 
adlanır.
 
Biosenozu iki qrupa
bölmək olar:
Avtotroflar – yaşıl bitkilər, bir neçə avtotrof və xemotrof bakteriyalar, 
fotosintez edərək üzvü maddələr sintez edirlər. 
1.
Qeyri-üzvi maddələrdən üzvi maddələr hazırlayan orqanizmlər – 
avtotroflar-produsentlər adlanır. 
Heterotroflar – heyvanlar, bakteriyalar, göbələklər və saprofitlər aiddir. Bunlar 
üzvi maddələrin parçalanma enerjisindən istifadə edirlər. Bununla da maddələr 
dövranının əsas mərhələsi başa çatır.


Yüklə 264,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə