SəRBƏst iŞ №6 İxtisas: Maliyyə işi Şöbə



Yüklə 16,14 Kb.
tarix19.12.2023
ölçüsü16,14 Kb.
#151837
6. Rəqabət, onun mahiyyəti, formaları və metodları


AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ NƏZNİNDƏ HUMANİTAR VƏ İQTİSADİYYAT KOLLECİ
SƏRBƏST İŞ №6

  • İxtisas: Maliyyə işi

  • Şöbə: İqtisadiyyat ixtisasları

  • Kurs: 2

  • Qrup: 025 A

  • Tələbə: Kərimzadə Səbinə

  • Müəllim: Mikayılova Kəmalə

  • Fənn: İqtisadiyyata giriş

  • Mövzu: Rəqabət, onun mahiyyəti, formaları və metodları

Bakı – 2023



Rəqabət, onun mahiyyəti, formaları və metodları
Bazar iqtisadiyyatı sistemində özütənzimlənən mexanizm kimi, bazar mexanizmindən istifadəsiz bazar mümkün deyil. Bazar mexanizmi bazar subyektləri və onların məhsul istehsalı və satışında, həmçinin kapital qoyuluşu sahəsində maraqlarının qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini təmin edir. Məlumdur ki, istənilən təsərrüfat mexanizmi qarşılıqlı əlaqədə olan elementlərin məcmusudur, elementlərin hərəkət dinamikasını, həmçinin iqtisadi sistemin təşkilati quruluşunu müəyyənləşdirən iqtisadi qanunlar sistemidir. Bazar mexanizmi bazarın əsas elementlərinin və bazarın əsas iqtisadi qanunlarının qarşılıqlı əlaqə və s. qarşılıqlı təsir mexanizmidir. Bazarın əsas elementləri, ünsürləri dedikdə tələb, təklif, qiymət, rəqabət, inhisar nəzərdə tutulur. Bunlar bir-biri ilə sıx bağlı olan, biri digərini tələb edən, bəzən isə biri digərini məhdudlaşdıran tənzim edən iqtisadi kateqoriyalardır.
Rəqabət əmtəə istehsalı və realizə edilməsinin (alış və satışının) ən yaxşı şəraitləri uğrunda bazar təsərrüfatının ayrı-ayrı subyektləri arasında mübarizədir. İstehsal vasitələri üzərində mülkiyyət müxtəlifliyi istehsalçılar və həmçinin istehlakçılar arasında rəqabətin baş verməsinə səbəb olur. Rəqabət bazar təsərrüfatı sisteminin ağırlıq mərkəzi, bazarda qiymətlərin və təklif olunan əmtəələrin həcmini müəyyənləşdirmək istiqamətində istehsalçılar arasında olan münasibətləri əks etdirir. İnsani rəqabət mübarizəsinə girməyə sövq edən amil bşqalarına üstün gəlmək arzusudur.
Rəqabət iqtisadi tərəqqinin hərəkətverici qüvvəsidir. Marksizmə görə rəqabət iqtisadi bəhsləşmənin antoqonist cəmiyyətə xas olan formasıdır. Bu da öz əksini sahələrarası və sahələrdaxili rəqabət növlərində tapir
Müasir nəzəriyyəçilərə görə isə rəqabət, istehsalçı və istehlakçıların bazara azad surətdə daxil olmalarını və çıxmalarını nəzərdə tutur. Bu da öz əksini azad (mükəmməl) və inhisarçı (qeyri mükəmməl) rəqabət növlərində tapır.
İstehsalın təmərküzləşməsi və mərkəzləşdirilməsi sonda inhisarların yaranmasına gətirib çıxarır. Bu rəqabətə əks olan bir kateqoriyadır. İnhisar hər hansı bir təsərrüfat fəaliyyətinin həyata keçirilməsi dövlətin, müəssisənin, təşkilatın müstəsna hüququnu ifadə edir. İnhisarların aşağıdakı növləri vardır:

  1. kartel “Bu elə bir inhisar formasıdır ki, onun iştirakçıları xüsusi mülkiyyət hüququnu saxlayır, istehsal və satış proseslərini müstəqil həyata keçirirlər. Lakin onlar müəyyən şərtlər üzrə razılığa gəlirlər.

  2. Sindikat – şərtlər karteldə olduğu kimidir. Lakin onun iştirakçıları istehsal etdiyi əmtəələrin satışı və istehsalı üçün lazım olan istehsal vasitələrinin alınması müəyyən bir təşkilat tərəfindən həyata keçirilir.

  3. Trestdə isə istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüquqi itirilir.

  4. Konserndə - isə təkcə istehsal müəssisələri deyil, nəqliyyat, sığorta, ticarət və s. iştirak edir.

Tələb ayrı-ayrı şəxslərin, cəmiyyət üzvlərinin müəyyən dövr ərzində məhsul və xidmətlərdən müəyyən qiymətdə, müəyyən kəmiyyədə əldə etmək arzusudur. Onların tələblərinin yerinə yetirilməsi, malik olduqları pulun miqdarından asılıdır. Tələbin həcmi dedikdə konkret zaman kəsiyində alıcının müəyyən qiymətə almaq istədiyi əmtəənin həcmi nəzərdə tutulur. Təklif dedikdə bazarda mövcud olan və ya bazara çıxarıla biləcək məhsul və xidmətlərin məcmusunəzərdə tutulur. Təklif satıcının müəyyən dövr ərzində hər hansı bir əmtəəni müəyyən qiymətə, müəyyən miqdarda satmaq arzusu və imkanıdır. Təklif bazarın maddi əsasını təşkil etməklə, təkrar istehsal prosesinin fasiləsizliyini təmin edir.
Yüklə 16,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə