АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 49-52 (2014)
49
Quba-Xaçmaz Bölgəsində Meşə və Kənd Təsərrüfatı Bitkilərinə Zərərverən
Başlıca Yarpaqyeyən Böcəklər (Coleoptera, Chrysomelidae) və Onların Təbii
Düşmənləri
G.İ. Nadirova
AMEA Zoologiya İnstitutu, A.Abasov küç., 1128 döngə, Bakı AZ1073, Azərbaycan
Quba-Xaçmaz bölgəsində meşə və kənd təsərrüfatı bitkilərinə zərər verən 6 növ yarpaqyeyən böcəyin
(Oulema melanopus L., Colaphellus sophiae hoefti Men., Plagiodera verzicolora Laich., Luperus
xanthopoda Schrnk., Chrusomela vigintipunctata Sckop., Lochmaea crataegi Forst.) bioekoloji
xüsusiyyətləri, təsərrüfat əhəmiyyəti və Azərbaycanda ilk dəfə olaraq onların təbii düşmənləri haqda
məlumatlar verilir.
Açar sözlər: zərərverici, entomofaq, parazit, yırtıcı, biosenoz
GİRİŞ
Muasir elmi-texniki tərəqqi dövründə, Quba-
Xaçmaz bölgəsinin ekoloji şəraitini nəzərə al-
maqla, meşə və kənd təsərrüfatının daha da inkişaf
etdirilməsi, fauna və floranın kompleks müha-
fizəsi, onlardan səmərəli istifadə edilməsi, başlıca
vəzifə kimi qarşıda duran məsələlərdən biridir.
Bölgənin özünəməxsus iqlim şəraiti, meşələrinin
rəngarəng bitki örtüyü və torpaq tipi, burada
entomofaunanın zənginləşməsinə, o cümlədən
zərərverici həşəratların artıb-çoxalmasına, geniş
imkan yaradır. Bu baxımdan zərərverici həşəratlar
qrupuna daxil olan yarpaqyeyən böcəklərin öyrə-
nilməsi və onlara qarşı mübarizə tədbirlərinin
həyata keçirilməsi günün ən vacib məsələlərin-
dəndir.
Yarpaqyeyən böcəklər bioloji və ekoloji xü-
susiyyətlərinə görə bir birindən fərqlənən növlər
olub, kənd təsərrüfatı bitkilərinə və meşə ağac-
larına daha çox zərər verirlər.
Azərbaycanda yarpaqyeyən böcəklərin öyrə-
nilməsinə XX əsrin əvvəllərində başlanmışdır. Bu
istiqamətdə respublika alimləri (Самедов, 1963;
Mirzəyeva, 1988) ilə yanaşı başqa xarici alimlər
də (Radde, 1889; Оглобин, 1936) ara-sıra tədqi-
qatlar aparmışlar.
MATERİAL VƏ METODLAR
Materialların toplanması və işlənməsi (2011-
2013-cü illərdə) entomologiyada qəbul edilmiş
ümumi üsullar vasitəsilə (Оглобин, 1936; Саме-
дов, 1963; Mirzəyeva, 1988) çöl və laboratoriya
şəraitində həyata keçirilmişdir. Stasionar məntə-
qələr kimi Quba, Qusar, Xaçmaz və Şabran rayon-
ları seçilmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Aparılan tədqiqatlara əsasən Quba-Xaçmaz
bölgəsində meşə və kənd təsərrüfatı bitkilərinə zərər
verən 6 növ yarpaqyeyən böcək və onların təbii
düşmənləri haqqında məlumat verilir.
1. Oulema melanopus L. - Zəlicə.
Böcəklər arasında Zəlicə bitkilərə vurduğu
zərərə görə əsas yerlərdən birini tutur. Yumurtaları
uzunsov, kəhraba rəngli, üç cüt ayağı olan sürfələri
isə açıq-sarı rənglidir. Onlar yumurtadan çıxan kimi
boz-sarı seliklə örtülür. Selik onları xarici təsirlərdən
və yırtıcılardan qoruyur. Puplar ağ rəngdə olub küp
formasında olan baramaların daxilində inkişaf edir-
lər. Bir çox həşəratlar kimi zəlicə də öz inkişafının
müəyyən mərhələsini (imaqo) diapauza mərhələsində
keçirir.
Böcəklər yazda çox tez oyanırlar. Havanın tem-
peraturu müsbət 12-13 dərəcə olanda onlar qışlama
yerlərindən çıxaraq, taxıl bitkilərinin yarpağı və zoğ-
ları üzərində qidalanmağa başlayırlar. Payızlıq buğda
və arpa sortlarına nisbətən, yulaf və qarğıdalı
bitkilərinə daha çox zərər verirlər.
Böcəklər 5-6 gündən sonra, yəni aprelin birinci
və ikinci ongünlüyündə kütləvi surətdə mayalanaraq
yumurta qoyma prosesinə başlayırlar. Yumurtaqoyma
prosesi may ayının axırına qədər davam edir (Şabran
27 may 2012-ci il). Zəlicə orta hesabla öz inkişafı
dövründə 70-150, bəzi hallarda isə 200-dən artıq
yumurta qoya bilir. Onlar taxıl yarpaqının alt tərəfinə
hər sıraya zəncirvari formada 5-8 ədəd yumurta qoyur.
Yumurtaların inkişafı 10-12 gün davam edir. Yumur-
tadan çıxan sürfələr taxıl yarpaqları ilə qidalanırlar.
12-15 gündən sonra onlar axırıncı qabıqdəyişmə mər-
hələsini keçirlər. Beləliklə, zəlicələr 4 dəfə qabıq
dəyişirlər. Puplaşma torpağın 4-6 mm dərinliyində 15
gün davam edir.
İyun ayının birinci yarısında yeni nəslin fərdlə-
rinə rast gəlmək olur. Yeni nəslin fərdləri yabanı
Quba-Xaçmaz Bölgəsində Meşə və Kənd
50
taxıl bitkilərinin üzərində qidalanırlar. Quba-
Xaçmaz bölgəsində ildə 1-2 nəsil verir.
Taxıl sahələrində zəlicənin sayının tənzim-
lənməsində 10 növ (Bracon fumipennis Thoms.,
Eulophus chrysomelae Hees., Trichogramma
evanescens West., Calosoma sycophanta L.,
Staphylinus olens Mull., Adonia variedata Gz.,
Semiadalia notata L., Coccinella quatuor-
decimpunctata L., Chrysopa carnea L., Yalla
dumosa F.) parazit və yırtıcı iştirak edir.
2. Colaphellus hoelti Men - Şərqxardal yar-
paqyeyəni.
Mezokserofil növdür. Şərqxardal yarpaqye-
yəninin həyat tərzi digər yarpaqyeyənlərin həyat
tərzindən elə də fərqlənmir. Bədəni 5-6 mm, qa-
barıq formadadır. Onların inkişafı ilk əvvəl yabanı
xaççiçəklilər üzərində, sonra isə mədəni bitkilər
(qarabaşaq, kələm, turp, qıtıqotu və çuğundur)
üzərində başa çatır. Bitkilərə əsasən may-iyun
aylarında zərər vurur. Bəzən zərərvermə dərəcəsi
40-50%-ə çatır.
Yarpaqyeyənin
bioekoloji xüsusiyyətləri
Quba, Qusar və Şabran rayonlarında öyrənil-
mişdir. Yaz və yay aylarında (22.III.2011,
15.IV.2012, 20.V.2013) havanın orta günlük
temperaturu 20-25
0
C olduqda, böcəklər torpaqdan
çıxmağa başlayırlar. Qışlamadan çıxan böcəklər
sürətlə qidalanırlar.
Qışlama yerlərindən çıxdıqdan sonra onlar
yabanı və mədəni bitki növlərinin yarpaqlarını
yeyərək onları skeletləşdirirlər. Böcəklərə toxunan
kimi yerə düşüb özlərini ölülüyə vururlar. Onlar
qida bitkilərinə yaxın yerlərdə uçurlar. Qidalan-
madan 6-8 gün sonra, yəni may ayının əvvəllə-
rində cütləşirlər. Mayalanma 10-15 gün davam
edir. Dişilər yumurtanı bitkinin kökünə yaxın
torpağa, bəzən isə yarpağın alt hissəsinə, ya da
torpağın üst hissəsində qoyurlar. Onların kütləvi
yumurta qoyması isə may ayının əvvəllərində
müşahidə edilmişdir. Yumurtalar 15-20 ədəd ol-
maqla topa halında qoyulur. Müşahidələr nəticə-
sində aşkar olunmuşdur ki, qoyulan yumurtaların
hamısından sürfə çıxır. Belə ki, çıxan sürfələrin
sayı 8-10 fərdə çatır.
Laboratoriya şəraitində, yumurtaların em-
brional inkişafı, orta günlük temperatur 15-16
0
C
olduqda 12-14 gün davam edir. Təbiətdə isə 23-
25
0
C-də yumurtaların inkişafı 6-10 gün çəkir. 28-
30
0
C isti müşahidə olursa yumurtalar cəmi 3-4
günə inkişaf edir. Eləcə də, müəyyən olunmuşdur
ki, temperatur 34-36
0
C-dən yuxarı olanda yumur-
talar tamamilə məhv olurlar. Şərqxardal yarpaqye-
yəni 100-dən 300-ə qədər yumurta qoya bilir. Yu-
murtadan çıxan sürfələr inkişaf edərkən 3 yaş
mərhələsi keçirlər. 6-8 gündən sonra axırıncı mər-
hələdə bitkini tərk edir, torpağa düşür və pup-
laşırlar. Təbiətdə havanın orta günlük temperaturu
20-23
0
C olduqda puplar 7-10 günə inkişaf edirlər.
Yeni nəslin çıxması iyun ayının birinci ongünlü-
yündə başlayır. Sentyabr ayının axırında böcəklər
xəzəllərin altında, bəzən də torpaqda qışlayırlar. İldə
1-2 nəsil verir. Tədqiqatlar nəticəsində müəyyən
edilmişdir ki, zərərvericinin sayının azalmasında
taxin milçəklərinin və ixnevmonid minicilərinin rolu
vardır. Rusiya alimlərinin (Бронштейн, 1991) mə-
lumatlarına görə bu zərərvericiyə qarşı işlənilən
karate kimyəvi preparatı zərərvericinin sayını 97-
100% aşağı salır.
3. Plagiodera versicolora Laich. - Abı rəngli
söyüd yarpaqyeyəni.
Qiqrofil növdür. Bu cinsə 100 növ daxildir.
Onlar, yer kürəsinin hər yerində yayılmışdır. Azər-
baycanda 1 növü qeydə alınmışdır. Başqa növlərdən
o qədər də fərqlənmir. Bədəni 6-7 mm, qabarıq,
qanadlıdır, parlaq abı rəngdədir. Cavan sürfələrin baş
hissəsi parlaq-qara, bədənləri yaşıl-gəhvəyi rəngində,
son mərhələnin sürfələri isə qara, göy-yaşıl rəng-
dədir. Sürfənin uzunluğu 8-10 mm-dir. Yumurtalar
parlaq-sarı rəngdə olmaqla oval formadadırlar. Pup-
lar isə açıq-sarı, yumşaq və çox zərifdirlər.
Abı rəngli söyüd yarpaqyeyəni Quba-Xaçmaz
bölgəsinin bütün rayonlarında yayılmışdır. Ona,
meşə senozlarında tez-tez rast gəlinir. Böcəklər
ağacların qabığı altında ya da çatlarında qışlayırlar.
Təbiətdə havanın temperaturu 15-20
0
C olduqda qış-
lama yerlərindən çıxırlar. Böcəklər çıxan kimi ağac-
ların (söyüd, qovaq) cavan yarpaqlarılə qidalanırlar
(Бровидин, 1977). Nəticədə yarpaqların üzərində
müxtəlif formalı deşiklər əmələ gətirirlər. Qidalan-
madan 10-15 gün sonra yetkin fərdlər cütləşib cavan
və zədələnmiş yarpaqların alt hissəsində topa halında
yumurta qoymağa başlayırlar. Dişilərin reproduktiv
imkanı çox güclüdür. Dişi fərd təbii şəraitdə hər dəfə
50-dən 80-ə qədər yumurta qoya bilir.
Laboratoriyada aparılan müşahidələrə əsasən bir
dişi fərd 280-350-ə qədər yumurta qoyur, hər topada
25-45-ə qədər yumurta olur. Bu proses may ayının
ikinci ongünlüyünə kimi davam edir. (Xızı, 20.V.2012).
Yumurtaların inkişafı iqlim şəraitindən asılıdır.
Yumurta qoyulduqdan 4-8 gün sonra sürfələr çıxır və
qidalanmağa başlayırlar. Əvvəlcə onlar topa halında
yarpağı skeletləşdirir, sonra isə digər yarpağa keçib
tək-tək qidalanmağa başlayırlar. Bu cür güclü qidalan-
madan sonra yarpaqlar burulur, quruyub tökülürlər.
Sürfələr 5-6 gündən sonra qabıq dəyiş-məyə başlayır-
lar, 8-10 gün keçdikdən sonra ikinci qabıqdəyişmə
başlayır. 2 həftədən sonra isə sürfələr 3-cü yaşa ça-
tırlar. Puplaşmadan 3-4 gün əvvəl sürfələr qabıqlarını
atıb torpağın üzərinə düşürlər və qida bitkisinin altında
5-6 sm dərinliyə gedib puplaşırlar. Sürfənin inkişafı
14-16 gün davam edir. Pup dövrü isə 4-6 gündür. Bir
nəslin inkişaf dövrü 20-25 gün çəkir, bəzən 30 gün
davam edir. May ayının axırı iyun ayının əvvəlində
yeni nəslin böcəkləri görünməyə başlayırlar.
Nadirova G.İ.
51
Müşahidələrə əsasən, böcəklərin kütləvi çıxı-
şı may-iyun aylarında baş verir və bu zaman ağac-
lara ciddi ziyan dəyir (təxminən 35-40%), ildə iki
nəsil verir.
Abı rəngli söyüd yarpaqyeyənin təbii düş-
mənlərindən hörümçəyi, taxin milçəyini, xalsid-
ləri, cır arıları və karabid böcəyini göstərmək olar.
4. Luperus xanthopoda Schrnk - Sarıayaq
yarpaqyeyəni.
Böcək aprel ayının II-ci yarısında bölgənin
bütün rayonlarında qeydə alınmışdır. Onlar meşə,
park və bağların kənarlarında yaşayırlar. Polifaq
növdür. Biz tərəfdən Qusar rayonunun Digəh
kəndində (10.IV.2012-22.VI.2013) müşahidə apa-
rılmışdır. Bədəninin üstü şəffaf qara, ayaqları sarı
rəngdədir, uzunluğu 4-6 mm-dir. Onlar qarağac,
göyəm, yemişan, zoğal, ərik, şaftalı, heyva və baş-
qa ağacların yarpaqlarında (damar hissəyə toxun-
madan) iri deşiklər açırlar. Bu böcəklər göyəm,
gavalı və alça ağaclarına daha çox zərər vururlar.
Onlar təkcə yarpaqları deyil, eyni zamanda mey-
vələri də zədələyirlər. İntensiv qidalanma ilə əla-
qədar olaraq tezliklə cütləşib yumurta qoymağa
başlayırlar. Yumurtaları topa halında (hər topada
10-35 ədəd yumurta olur) torpağın səthindəki çat-
lara qoyurlar. Hər bir dişi fərd 150-250 yumurta
qoyur, bəzən də 300-ə qədər olur. Yumurtadan
çıxan sürfələr ot bitkilərinin kökləri üzərində
inkişaf edirlər. Sarıayaq yarpaqyeyənin sayının
tənzimlənməsində parazit və yırtıcıların rolu
böyükdür. Beləliklə, onları 7 növ parazit və yırtıcı
məhv edir, bunlar: Tetrastichus sp., Bethylus sp.,
Meygenia mutabilis Fall., Staphylimus olens
Mull., Semiadalia notata L., Chrysopa septem-
punctata Wesm., Ch. perla L. (Мамедов, 2004).
5. Chrysomela vigintipunctata Scop. - 20
nöqtəli yarpaqyeyən.
20 nöqtəli yarpaqyeyən çayların, kanalların
sahillərində rütubətli yerlərdə yaşayır.
Böcəklərin öyrənilməsinə dair müşahidələr
Xaçmaz rayonunda (12.IV.2011-22.VII.2013)
aparılmışdır. Böcəklər yaşlı mərhələdə dayaz tor-
paqda və yarpaqların altında qışlayırlar. Onlar
qışlamadan aprel ayının ortasında, ya da axırında
çıxırlar. Qovaq ağaclarının cavan yarpaqları ilə
qidalanır, sonra isə müxtəlif növ söyüd ağaclarına
keçirlər. Qışlamadan çıxandan 7-10 gün sonra
böcəklər cütləşməyə və yumurta qoymağa başla-
yırlar. Yumurtalarını yarpaqların aşağı hissəsinə
topa halında qoyurlar. Hər bir topada 30-35, bəzən
50-dən çox yumurta olur. Bir dişi fərd yaşadığı
dövrdə 300-350-ə qədər yumurta qoya bilir. Yu-
murtalardan çıxan sürfələr yarpaqlarla qidalanır,
onları skelet halına salırlar. 4-6 gündən sonra on-
lar üç dəfə qabıqlarını dəyişirlər. Son qabıqdəyiş-
mənin axırında sürfələr qarınlarının arxa hissəsin-
dən yarpağa birləşir, başı aşağı sallanaraq
puplaşma mərhələsini keçirirlər. Yaşlı sürfələr çox
vaxt ağaclardan yerə düşərək müxtəlif ot bitkiləri
üzərində puplaşırlar. Puplaşma mərhələsi 5-8 gün
arasında davam edir. May ayının axırı və iyunun
əvvəlində puplardan böcəklərin yeni nəsli çıxır.
Cavan böcəklər yem bitkiləri üzərində qidalanırlar.
Əlverişli şəraitdə cavan böcəklər yumurta qoymağa
başlayır və tez bir müddətdə yeni nəsil əmələ gəlir.
İldə 1-2 nəsil verir. 20 nöqtəli yarpaqyeyənin bir
neçə parazit və yırtıcıları (Bracon fumipennis Th-
oms., Tetrastichus evonymelae L., Carabus auratus
L., Holysia sedecimpunctata L., Orius minutus L.,
Pieromerus bidens L., Formica rufa F.) aşkar edil-
mişdir. Onlar bu zərərvericinin sayının tənzimlən-
məsində mühüm rol oynayırlar. Qovaq və söyüd
ağaclarına daha çox zərər verir.
6. Lochmaea crataegi Forst. - Yemişan
yarpaqyeyəni.
Yemişan yarpaqyeyəni yetkin formada qışlayır.
Müşahidələr
Şabran
rayonunda
(06.IV.2012-
23.VII.2013) aparılmışdır. Aprel ayının ortalarında
böcəklər qışlama yerlərindən uçub meyvə bağlarına
gəlirlər, yeni əmələ gəlmiş tumurcuqlar, yarpaqlar və
qönçələrlə qidalanırlar. 7-8 gün keçəndən sonra ma-
yalanaraq yumurta qoymaqa başlayırlar. 10-15 gün-
dən sonra çıxan sürfələr cavan meyvələrin daxilinə
girirlər. Burada onlar 30 gün qidalandıqdan sonra
meyvənin içindən çıxırlar və torpağa düşüb 5-6 sm
dərinliyində puplaşırlar. Pupların inkişafı 14-15 gün
davam edir. Yeni nəsil avqust ayının əvvəlində çıxıb
meyvə ağaclarının (alça, zoğal, alma) yarpaqları ilə
qidalanıb qışlamaya gedirlər. İldə 1 nəsil verir.
Böcəklərin sayını tənzimləyən bir neçə növ
entomofaq (Bracon guttiger Wesm., Eulophus sp.,
Tetrastichus asparagi Grav., Trichogramma eva-
nescens West., Vespula germanica Fab., Carabus
auratus L., Calosoma sycophanta L., Adonia
variegata Gz.), aşkar edilmişdir.
ƏDƏBIYYAT
Mirzəyeva N.B. (1988) Azərbaycanın yarpaq-yeyən
böcəkləri. 5 cild, Bakı: “Elm”, 209 c.
Бровдий В.М. (1977) Фауна Украины ( Chryso-
melini), Киев, 347 c.
Бронштейн Ц.Г. (1991) Материалы по фауне и
биологии жуков-листоедов Зеровшанской доли-
ны. Тр. Самаркандского У-та, 100: 3-65.
Мамедов З.М. (2004) Паразиты вредных чешуе-
крылых плодовых культур Азербайджана и пу-
ти их использования в биологической защите.
Баку: «Элм», 233 c.
Оглобин Д.А. (1936) Листоеды Galerucinae. Фа-
уна СССР (Насекомые жесткокрылые). М.Л.,
XXVI (1): 455.
Quba-Xaçmaz Bölgəsində Meşə və Kənd
52
Самедов Н.Г. (1963) Фауна и биология жуков,
вредящих с/х культурам в Азербайджане.
Изд. АН Азерб. ССР: 102-103.
Radde G.Z. (1899) Коллекция Кавказского музея,
обработанные совместно с учёными специали-
стами Museum Caucasicum Zoologiya, Tiflis, 1:
43-51.
Основные Вредители Лесных и Сельскохозяйственных Культур и Их Естественные Враги в
Условиях Куба-Хачмазской Зоны Азербайджана
Г.И. Надирова
Институт зоологии НАНА
В статье представлена информация относительно биоэкологических особенностей и хозяйственного
значения 6 видов жуков-листоедов (Oulema melanopus L., Colaphellus sophiae hoefti Men., Plagiodera
verzicolora Laich., Luperus xanthopoda Schrnk., Chrusomela vigintipunctata Sckop., Lochmaea crataegi
Forst.) – вредителей лесных и сельско-хозяйственных растений в Куба-Хачмазской области. Впервые
сообщается об их естественных врагах в Азербайджане.
Ключевые слова: вредитель, энтомофаг, паразит, хищник, биоценоз
Main Pests (Coleoptera, Chrysomelidae
)
Of Forest And Agricultural Plants And Their Natural
Enemies In The Guba-Khachmaz Zone Of Azerbaijan
G.I. Nadirova
Institute of Zoology, ANAS
Information has been presented on bioecological features, economic importance of six pests (Oulema
melanopus L., Colaphellus sophiae hoefti Men., Plagiodera verzicolora Laich., Luperus xanthopoda
Schrnk., Chrusomela vigintipunctata Sckop., Lochmaea crataegi Forst.) in Guba- Khachmaz Zone and their
natural enemies have been identified for the first time in Azerbaijan.
Key words: pest, entomofag, parasite, predator, biocenosis
Dostları ilə paylaş: |