Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə21/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   73

 
81 
paytaxtı kimi xəlifə  Cəfər  əl-Mənsur qoymuş  və ona Mədinət  əs-
Səlam (sülh şəhəri) adı vermişdir. Sürətlə inkişaf edən  şəhər IX 
yüzillikdə ən yüksək mərhələyə çataraq ticarət, sənətkarlıq və orta əsr 
ərəb-islam mədəniyyət mərkəzinə çevrilmişdir. 
Bağdad ölkənin sənaye, ticarət, maliyyə  və  mədəniyyət 
mərkəzidir. O, Aralıq dənizi ölkələrini Orta Şərq və Cənubi Asiya ilə 
əlaqələndirən yollar kəsiyində mühüm nəqliyyat qovşağıdır. Bağdad 
həm də  əlverişli çay portudur. Ölkədə mövcud olan sənaye 
müəssisələrinin üçdə biri Bağdad və onun ətrafında cəmlənmişdir. 
Bağdadda iki Elmlər Akademiyası  (İraq və Kürd), universitet və 
digər təhsil ocaqları  fəaliyyət göstərir. Bağdad Milli Muzeyi nəinki 
ölkənin eləcə də Ərəb Şərqinin ən böyük muzeylərindən biridir. Orta 
əsrlərdə  İraq-Azərbaycan mədəni  əlaqələrində Bağdad mühüm rol 
oynayıb. Azərbaycanın bir çox şairləri, o cümlədən, Xətib Təbrizi, 
Məhəmməd Füzuli Bağdadda yaşayıb yaratmışlar. Müharibə və terror 
aktları Bağdadın əvvəlki görkəminə xeyli ziyan vurmuşdur. 
 
4. İqtisadiyyatı 
 
XXI  əsrin başlanğıcında  İraq mədən sənayesi inkişaf etmiş, 
ortasəviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili 
Məcmui Məhsulunun dəyəri 60-65 mlrd. ABŞ dollarına yaxın idi. O 
vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına 
bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü 
dəyişikliklərə  məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri 
partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiya-
lar, başqa qadağalar, maliyyə  vəsaitlərinin həbs edilməsi və 
xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu. 
Hazırda  İraq hökuməti iqtisadiyyatı  bərpa etmək sahəsində 
aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır: 

 
əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə ener-
getika və mədən sənaye müəssisələrini yenidən işə salmaq; 

 
ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq; 

 
insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq; 

 
əhalini ərzaq, içməli su, dərmaq preparatları ilə təmin etmək; 

 
səhiyyə və maarif sistemlərinin işini bərpa etmək; 

 
ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq; 
 
82

 
qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək. 
XIX  əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft 
sənayesi ilə  əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, 
elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı  sənaye 
sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi 
infrastruktur və  ən yeni silahların və  hərbi sursatların alınması  işi 
geniş vüsət almışdı. 
Sənayenin aparıcı sahələri.  İraqı  məşhurlaşdıran, həm də 
iqtisadi cəhətdən irəliləməsinə  səbəb, onun mədən sənayesi, ilk 
növbədə neftçıxarma olmuşdur. Ölkədə  aşkar edilmiş 70-dən artıq 
neft yatağında neftin ehtiyatı 15 mlrd.tondan artıqdır. Bu göstəriciyə 
görə regionda ancaq Səudiyyə Ərəbistanından geri qalır. Başlıca neft 
rayonları:  Ər-Zubeyr,  Ər-Rumeyla, Mosul, Xanakin, Nefte-Xare və 
cənub bölgələridir. Ölkədə  ən iri neft yataqları  Kərkük və 
Rumeyladır. 
İraqın problemsiz illərində bu iki yataqdan ildə orta hesabla 40-
43 mln. ton neft çıxarılırdı. O vaxtlar həmin yataqların nefti güclü 
kəmərlər vasitəsilə Aralıq dənizi sahilinin Trablis (Livan) və Bəniyaz 
(Suriya) limanlarına nəql edilirdi. Çıxarılan neftin bir hissəsi Kərkük 
şəhərinin müəssisələrində emal olunurdu. Ölkənin cənubundakı 
yataqlardan çıxarılan neft gəmilər vasitəsilə Fao və Umm-Qəsr 
limanlarına nəql edilirdi. Oradan da tankerlər vasitəsilə dünya bazarına 
çıxarılırdı. Bəsrə  şəhərində iri neft emalı müəssisəsi fəaliyyət 
göstərirdi. Neft emalı müəssisələrində  təyyarə  və avtomobil benzini, 
reaktiv mühərriklər üçün yanacaq, məişətdə  işlədilən ağ neft, dizel 
yanacağı, sürtkü yağları və s. istehsal olunurdu. 
Neftlə yanaşı ölkədə böyük ehtiyata malik təbii qaz yataqları 
da var. Təbii qazın ehtiyatı 30 trilyon kub m-dən artıqdır. 1980-ci 
ildə ölkənin  şimalında və  cənubundakı yataqlardan təbii qazın 
yığılması  və mayeləşdirilməsi üzrə qurğu sisteminin tikintisi 
planlaşdırılmışdı.  Şimal sistemi ölkənin daxili tələbatı üçün, cənub 
sistemi isə  əsasən xaricə mayeləşdirilmiş qaz (balon qazı) ixracatı 
üçün nəzərdə tutulmuşdu. Cənub layihəsini Yaponiya şirkəti yerinə 
yetirirdi və bu iş 1982-ci ildə başa çatdırılmalı idi. Əfsuslar olsun ki, 
1980-ci ilin payızında İranla, 1990-cı ilin avqustunda Küveyt ilə baş 
vermiş müharibələr və ondan sonrakı qadağalar,  ərazinin raket 
atəşinə tutulması  və s. qaz sənayesində  əldə edilə biləcək inkişafı 
xəyala çevirdi. 


 
83 
Bu yanacaq sərvətlərindən  əlavə  İraqda böyük ehtiyata malik 
kükürd və fosfat yataqları da var. Ötən əsrin sonlarına qədər ölkədə 
fosfat xammalının emalı üzrə ümumi gücü 700 min ton olan bir neçə 
sənaye müəssisəsi tikilmişdi. Kükürd hasilatının yalnız 10 faizi daxili 
tələbat üçün istifadə edilirdi, qalan hissəsi ixrac olunurdu. İraq 
kükürdünün idxalatçıları  əsasən Hindistan, Misir, Çin və Banqladeş 
idi. Başqa sahələr kimi mədən sənayesinin bu sahələri də iflic 
vəziyyətindədir. 
Ölkənin emaledici sənayesi ilk növbədə idxal olunmuş 
hissələrdən avtomobil yığma, kənd təsərrüfatı maşınları, 
elektrotexniki məmulat,  əczaçılıq, tikinti materialları istehsalı  və s. 
ilə  məşğul olurdu. Ötən  əsrin axırları üçün ölkənin elektrik 
stansiyalarının gücü 1,7 mln. kvt-a bərabər idi. 90-cı illərin 
ortalarından başlayaraq İraq 6 mlrd. kv saat elektrik enerjisi istehsal 
edirdi. Dokan şəhərində xarici əsasən rus mütəxəssislərinin köməyi 
ilə «Yusifiyə» adlanan istilik elektrik stansiyası tikilib istifadəyə 
verilmişdi. 
Xarici kapitalın və xarici mütəxəssislərin yardımı ilə  İraqda 
yeni sənaye sahələrinin yaradılması işinə başlanılmışdı. 1978-ci ildə 
Nəsiriyyə  şəhərində ölkənin ilk alüminium istehsalı müəssisəsi işə 
salındı. Süvürrada əczaçılıq məhsulları istehsal edən müəssisə,  əl-
Tağidə elektrik lampaları zavodu, müxtəlif  şəhərlərdə  kənd 
təsərrüfatı maşınları  və avadanlıqları istehsal edən müəssisələr, 
Kərbəla şəhərində müxtəlif konservlər istehsal edən zavod, Ramadidə 
şüşə zavodu, Küt-əl-Ömərdə pambıq-parça istehsal edən fabrik tikilib 
istifadəyə verilmişdir. Yüngül və yeyinti sənayesi  İraqın  ənənəvi 
inkişaf etmiş  təsərrüfat sahələridir. Toxuculuq, xalçaçılıq, kişi və 
qadın üst geyimləri, gön-dəri məmulatları nisbətən yaxşı inkişaf 
etmişdi. Yeyinti sənaye müəssisələrinə ölkənin bütün yaşayış 
məntəqələrində rast gəlmək olardı. Regionun başqa ölkələrində 
olduğu kimi İraqda da sənətkarlıq (xüsusilə  zərgərlik və toxuculuq) 
yaxşı inkişaf etmişdir. 
Kənd təsərrüfatının aparıcı sahələri. İraq tarixən böyük kənd 
təsərrüfatı ölkəsi kimi tanınmışdı.  Əvvəlki illərlə müqayisədə  kənd 
təsərrüfatı istehsalı hazırda xeyli azalmışdır. Kənd təsərrüfatına 
yararlı torpaq sahələri başlıca olaraq Aşağı Mesopotamiyada və 
Şimali 
İraqın dağətəyi rayonlarındadır. Qədim suvarma 
mədəniyyətinə malik olmuş İraqda müharibələr nəticəsində suvarma 
 
84
sistemləri sıradan çıxmışdır. Ölkənin torpaq iqlim şəraiti isə elədir ki, 
əkinlərin hamısı süni suvarmaya möhtacdır. 
Ölkənin başlıca  əkinçilik rayonları  Dəclə  və  Fərat çaylarının 
vadiləridir.  İraqın cənubunda  Şətt-ül-Ərəb çayı boyunca xurma 
plantasiyaları geniş sahələri tuturdu. Xurma ağaclarının sayına, 
xurma istehsalında, ixracatında  İraq dünyada birinci yeri tuturdu. 
İraq-İran müharibəsinə  qədər dünya bazarına çıxarılan xurmanın 30 
faizi İraqın payına düşürdü. 
Xurma iraqlıların, ümumiyyətlə  ərəblərin məişətində mühüm 
əhəmiyyətə malikdir. Ağacın yarpaqlarından, lifindən həsir, süfrə, 
səbət, tabaq, kəndir, yelpik və s. toxunur. Xurma salxımları 
təmizləndikdən sonra onun saçaqlarından içki çəkilir. Ağacın 
budaqları  və gövdəsindən tikinti materialları, tapul adlanan qalın 
qabığından isə oduncaq kimi istifadə olunur. Bunlardan əlavə  ağacı 
və onun budaqlarını  kəsərkən içindən tökülən qatı  ağ kütlə yeyilir. 
Xurma pendiri adlanan bu qatı şirənin alıcıları çox olur. 
Əkin sahələrinin 80 faizində taxıl bitkiləri, xüsusilə buğda, 
arpa, çəltik  əkilir. Taxıl bitkilərinin istehsalına görə ölkənin  şimal 
rayonları  fərqlənir. Ölkənin cənub hissəsində, çay vadilərinin 
bataqlaşmış hissələrində çəltik becərilir. Diala çayının vadisi boyunca 
pambıq plantasiyaları yerləşir. Mesopotamiya ovalığının su olan hər 
yerində bağçılıq, üzümçülük inkişaf etmiş, tərəvəz, bostan bitkiləri 
geniş yayılmışdır. Ölkənin  şimal hissəsində az miqdarda tütün 
yetişdirilir. 
Heyvandarlıq ekstensiv yolla inkişaf etdirilir. Ərazinin təqribən 
60 faizini əhatə edən səhra və yarımsəhralardakı  təbii otlaqlarda 
yarımköçəri heyvandarlıq mövcuddur. Yuxarı Mesopotamiyada 
ölkənin qərbi və cənubundakı səhralarda heyvandarlığın inkişafı üçün 
əlverişli təbii  şərait var. Qaramal ölkənin  şimal bölgələrində, davar 
isə  hər yerdə  bəslənilir. Böyük şəhərlərin  ətrafında quşçuluq 
təsərrüfatı yaradılmışdır. 
İraqın kənd təsərrüfatı  əhalinin  ərzaq məhsullarına (xurma 
istisna olmaqla) olan tələbatını təmin etmədiyindən ölkə hər il ərzaq 
məhsullarının idxalına 3-4 mlrd. dollar vəsait sərf edir. 
Nəqliyyatı  və xarici ticarəti. Başqa qonşu  ərəb ölkələri ilə 
müqayisədə  İraq nisbətən sıx dəmir, avtomobil yollarına və boru-
kəmər  şəbəkəsinə malik olub. Bu yollar əvvəl ingilis 
müstəmləkəçilərinin hərbi-strateji planlarına  əsasən tikilmişdir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə