Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə20/73
tarix07.11.2017
ölçüsü4,51 Kb.
#8765
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

 
77 
1974-cü ildə isə kürdlərə milli muxtariyyət verilməsi barədə Qanun 
qəbul edilir. 
 1980-ci ilin sentyabrında  İraq-İran münasibətləri olduqca 
kəskinləşərək uzun sürən dağıdıcı müharibəyə çevrilən hərbi to-
qquşmaya səbəb oldu. Kökü çox uzaq tarixi keçmişə gedən İraq-İran 
münaqişəsinin  əsasını dini, siyasi və  ərazi xarakterli ixilaflar təşkil 
edirdi. Bu müharibə bir tərəfdən ABŞ-a Yaxın  Şərqdəki itirilmiş 
mövqeyini möhkəmlətməyə imkan verdi. Digər tərəfdən isə siyasi 
baxımdan «barıt çəlləyinə» bənzəyən Yaxın  Şərqdəki vəziyyəti lap 
gərginləşdirdi. 
Dünya mətbuatında İraq-İran müharibəsi müxtəlif cür «tanker 
müharibəsi», «qeyri-adi müharibə», «iqtisadiyyatı  əldən salmaq 
müharibəsi» və s. adlandırılıb. İran körfəzində 7 il 6 aydan artıq da-
vam edən bu müharibə XX əsrdə Asiyada ən uzun və dağıdıcı 
müharibə olmuşdur. Bu müharibənin vurduğu ziyanı  dəqiq he-
sablamaq olduqca çətindir. Müharibə  nəticəsində  hər iki ölkə 
özlərinin inkişaf səviyyəsini ən azı 15-20 il geri atıblar. 
1988-ci ilin 20 avqustunda İraq-İran cəbhəsində barışıq barədə 
razılaşma əldə olunur. Bu hadisədən 5 gün əvvəl isə İraq prezidenti 
Səddam Hüseyn, İran prezidenti Haşimi Rəfsancaniyə 1975-ci il 
Əlcəzair müqaviləsi əsasında sülh bağlamaq müraciətini edir. Həmin 
müqaviləyə  əsasən ölkələr arasında mübahisəli sərhəd xətti  Şətt-ül-
Ərəb çayının talveqindən (ortasından) keçirdi. Bağdadın müraciəti 
Tehran tərəfindən qəbul olunur və avqustun 17-22-si arasında İran öz 
qoşunlarını İraq sərhədindən uzaqlaşdırır. 1990-cı ilin oktyabrında isə 
hər iki ölkə diplomatik münasibətlərini bərpa edirlər. 
İranla müharibədən sonra iqtisadi cəhətdən zəifləməsinə bax-
mayaraq  İraq 1990-cı ilin 2 avqustunda qonşu Küveytə qarşı  hərbi 
təcavüzə başlayır. Küveyt İraq ilə birlikdə (onun Bəsrə vilayəti kimi) 
uzun müddət Osmanlı  İmperiyasının tərkibində olmuşdur. 1899-cu 
ildə Küveytin əmiri  İngiltərə ilə «Dostluq» haqqında müqavilə 
bağlamış və bununla da faktiki olaraq (rəsmi sürətdə 1914-cü ildən) 
onun protektoratlığına çevrilmişdir. Bütün bunları İraq hökuməti irad 
tutaraq, sübut etməyə çalışmışdır ki, Osmanlı imperiyası dövründə 
Küveyt Bəsrə vilayətinin bir hissəsi kimi İraqın tərkibində olmuş 
sonralar isə zorla ingilis müstəmləkəçiləri tərəfindən Bəsrə 
vilayətindən qoparılmışdır. 
Müharibə başlayandan sonra BMT-nin Təhlükəsizlik  Şurası 
 
78
İraq təcavü-zünü pisləyən bir neçə  qətnamə  qəbul edir. Həmin 
qətnamələrdə Küveytin qanuni hökumətini bərpa etmək və  İraqa 
qarşı beynəlxalq sanksiyaları  qəbul etmək məsləhət bilinir. 
Qətnamələrdə  həmçinin müdaxilənin hüquqi cəhətdən qeyri-qanu-
niliyindən də bəhs edilir. 
 BMT-nin  Təhlükəsizlik  Şürası  İraqa zəbt etdiyi ərazidən öz 
qoşunlarını geri çəkmək üçün 1997-ci ilin 15 yanvarına qədər vaxt 
vermişdir. Bir gün sonra, daha doğrusu, yanvarın 16-dan 17-nə keçən 
gecə  tərkibi  əsasən ABŞ, Böyük Britaniya, Fransa və  bəzi  ərəb 
ölkələrinin qoşunlarından ibarət çoxmillətli hərbi qoşun kontingenti 
Küveytin  ərazisinə daxil olub İraqla müharibəyə başlayır və  qısa 
müddət  ərzində Küveyt ərazisi  İraq qoşunlarından təmizlənir. 1994-
cü ilin 19 noyabrında  İraq, Küveytin suverenliyini, ərazi bütöv-
lüyünü, sərhədlərinin beynəlxalq statusunu tanıdığını  rəsmi  şəkildə 
elan edir. 
Bununla «ürəyi soyumayan» BMT-nin Təhlükəsizlik  Şürası 
İraqa qarşı daha sərt tədbirlərə  əl atır və müxtəlif sanksiyalar tətbiq 
etməyə başlayır. Başqa sözlə desək İraqdan hər cür xammal və hazır 
məhsulun çıxarılmasına ilk növbədə neftin və  təbii qazın ixracına, 
eləcə də ərzaq və dərman məmulatları istisna olmaqla İraqa xamma-
lın, hazır məhsulların, xüsusilə  hərb sənayesinə kömək edəcək 
məmulatların idxalına qadağa qoyulur. 1998-ci ilin dekabrında ABŞ 
və Böyük Britaniya hərbi hava və  hərbi dəniz qüvvəlləri  İraqı, ilk 
növbədə Bağdadı raket atəşinə tutur. Bu zorakılıq dünya ictimaiyyəti 
tərəfindən birmənalı qarşılanmır. 
Sonrakı illər İraq üçün daha faciəli olmuşdur. Ölkədə atom si-
lahının olmasını  və hökumətin rəsmi dairələrinin beynəlxalq 
terrorizmə  dəstək verməsini bəhanə edərək (əslində  məqsəd  İraq 
neftinə sahib olmaq və rəsmi Vaşinqtonun istəklərinə məhəl qoyma-
yan Səddam Hüseyn hökumətini devirmək idi) ABŞ  və onun 
tərəfdarları öz hərbi hava qüvvəllərini İraqa göndərir. Ölkə tamamilə 
zəbt olunur. Səddam Hüseyn həbs edilir və 2005-ci il dekabrın 30-da 
edam edilir. 
Ölkədə  rəsmi Vaşinqtonun nəzarəti altında parlament və 
prezident seçkiləri keçirilsə  də sülh və  əminamanlıq bərpa olun-
mayıb. Artıq bir neçə ildir ki, İraqda vətəndaş müharibəsi səngimir. 
Xalq və dünya ictimaiyyəti xarici qoşunların ölkədən çıxarılmasını 
tələb edir. 


 
79 
Dövlət quruluşu. Dövlət quruluşuna görə  İraq respublika 
şəklində idarə olunan ölkədir. 2003-cü ilin aprelinə qədər – yəni ABŞ 
və onun tərəfdarlarının hərbi qüvvələri  İraqı tam zəbt edənə  qədər 
dövlət idarəçiliyinin ali orqanı  İnqilabi Komandanlıq  Şurası idi. 
Şuranın sədri eyni zamanda ölkə prezidenti və  hərbi qüvvələrin baş 
komandanı  vəzifələrini yerinə yetirirdi (1979-cu ilin iyulundan bu 
funksiyalar Səddam Hüseynin əlində idi). 
İraqda Səddam Hüseyn rejimi devrildikdən sonra parlament 
(30 yanvar 2005) və prezident (6 aprel, 2005) seçkiləri keçirilmişdir. 
Prezident seçkilərində kürd mənşəli Cəlal Təlabani qalib gəlmişdir. 
Ölkənin ali icraedici orqanı Baş Nazirin rəhbərlik etdiyi Nazirlər 
kabinəsidir. 
İraqda S.Hüseyn dövründə hakimiyyətdə olan siyasi partiya 
qısaca şəkildə BƏ'S adlanan Ərəb Sosialist Dirçəliş Partiyası idi. XXI 
əsrin  əvvəllərində  İraq çoxpartiyalı dövlətə çevrilir. Ölkədəki  şiə 
müsəlmanları  İbrahim  əl-Cəfərinin rəhbərlik etdiyi «Birləşmiş  İraq 
Alyansı», kürdlər Cəlal Təlabaninin rəhbərlik etdiyi «Kürd alyansı», 
ərəblər isə «İraq Milli sazişçilik» partiyalarını yaratmışlar.  
  
3. Əhali və şəhərlər. Paytaxtın qısa səciyyəsi 
 
İraqda yaşayanların sayı 28,0 mln. nəfəri keçmişdir. Bu gös-
təriciyə görə dünyanın 40-cı dövlətidir. Ölkədə 1920-ci ildən əhalinin 
siyahıyaalınması işləri aparılır. 1965-95-ci illərdə ölkə əhalisinin sayı 
təqribən iki dəfə artmışdır. Orta illik artım 3 faizdən aşağı düşmür. 
Etnik tərkibinə görə əhalinin 70 faizini İraq ərəbləri, təqribən 15 faiz-
ini isə kürdlər təşkil edir. Onlardan başqa yerli ərəblərin «turkman» 
adlandırdıqları türkdilli əhali (Ağqoyunlular və  Səfəvilər dövründə 
Azərbaycandan  İraqa köçənlər), həmçinin farslar, aysorlar və digər 
xalqların nümayəndələri yaşayır.  Ərəblər  şimal  əyalətləri istisna ol-
maqla ölkənin hər yerində  məskunlaşmışlar. Oturaq həyat tərzi 
keçirən  ərəblərin  əsas kütləsi Dəclə-Fərat çayları arasında yaşayır. 
Kürdlər əsasən İraq Kürdüstanı adlanan bölgədə yaşayır. 
İraqda kürd problemi uzun illərdir mövcuddur. 1974-cü ildə 
kürd xalqının muxtariyyəti barədə qanun qəbul edilmişdir.  İlk dəfə 
olaraq kürdlər ölkənin başqa vətəndaşları ilə  bərabər hüquqa malik 
oldular. Onların milli-mədəni dil xüsusiyyətlərinin müdafiə olunması 
təmin olundu. Kürd dili ölkənin ikinci rəsmi dili elan edildi. 
 
80
İraq-İran müharibəsi  ərəfəsində  İraq hökuməti kürdlərə qarşı 
münasibətini birdən-birə dəyişərək Kürdüstanın muxtariyyətinin tan-
ınması barədə yenidən danışıqlara başlamağı qərara alır. Beynəlxalq 
təşkilatların yenidən kürd probleminə qarışması  İraq hökumətini 
əksəriyyəti xaricə qaçmış kürdlərə  əfv barədə dekret qəbul etməyə 
məcbur etdi və BMT qoşunlarının nəzarəti altında kürdlər öz daimi 
yaşayış yerlərinə qayıtdılar. 
Süleymaniyədə yaşayanların 90, Kərkük,  Ərbil, Neynəvə 
əyalətlərində yaşayanların isə 50-60 faizi kürdlərdir. Kürdlərin oturaq 
həyata keçməsinə baxmayaraq bəzi iri nəsillər tayfa bölgüsünü sax-
lamışlar.  Ərbil  şəhəri Kürdüstan muxtar rayonunun inzibati 
mərkəzidir. 
İraqda rəsmi dövlət dili ərəb və kürd, hakim din İslamdır. 
Müsəlmanların yarıdan çoxu şiələrdir.  İraqda  şiələrin 2 müqəddəs 
şəhəri Kərbəla və  Ən Nəcəf yerləşir. Fərat çayı vadisində yerləşən 
Kərbəla  şəhəri  imam  Hüseynin  tərəfdarları ilə  xəlifə  Yəzidin qo-
şunları arasında vuruşma yerində salınmışdır. Həmin döyüşdə öl-
dürülmüş imam Hüseynin qəbri Kərbəlada yerləşir. Qəbrin üstündə 
türbə,  ətrafında isə  məscid və  mədrəsə tikilmişdir. Həzrəti Abbasın 
məscid türbəsi də Kərbəladadır. İmam Hüseynin qəbrini ziyarət edən 
müsəlmanlara kərbəlayi titulu verilir. Məhəmməd Füzuli bu 
müqəddəs şəhərdə doğulmuşdur. 
Ən Nəcəf Kərbəla  əyalətində  Fərat çayının sağ sahilində 
yerləşir. Ən Nəcəf VIII yüzilliyin ikinci yarısında İmam Əlinin Kufə 
ətrafında dəfn edildiyi yerdə salınmışdır.  Şəhərdə imam Əlinin 
məscid məqbərəsi (hünd. 32 m) yerləşir. 
 İraqda əhalinin orta sıxlığı hər kv. km-ə 60 nəfərdən artıqdır. 
Dəclə, Fərat və  Şətt-ül-Ərəb çayları vadisində,  şimaldakı dağətəyi 
bölgələrdə  əhali sıx, ölkənin qərb və  cənub bölgələrində isə 
seyrəkdir. Daxili miqrasiya kənd yerlərindən şəhərlərə istiqamətlənir. 
İşləmə qabiliyyəti olanların təqribən 40 faizi kənd təsərrüfatı, 
qalanları isə xidmət və  sənaye sahələrində çalışır.  İraq  İslam 
dövlətləri içərisində urbanizasiya səviyyəsi yüksək olan ölkələrdən 
biridir. Ölkə əhalisinin 70 faizindən çoxu şəhərlərdə yaşayır. Bağdad, 
Mosul, Bəsrə, Kərkük, Ən Nəcəf ölkənin böyük şəhərləridir. 
Bütün göstəricilərə görə ölkənin  ən böyük şəhəri – əhalisinin 
sayı 4,0 mln. nəfəri ötmüş paytaxtı Bağdaddır. Dəclə çayının hər iki 
sahilində yerləşmiş  şəhərin  əsasını 762-ci ildə Abbasilər dövlətinin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə