Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 

59 


Bayatı janrının xüsusiyyətlərini öyrətmək üçün 

aşağıdakı tapşırıqlar da xüsusi maraq doğurur.  

1. Misraların düzgün ardıcıllığını tap və bayatını 

sağdakı boş sətirlərə yaz. 

Yaxşı evim olunca  

-------------                         

Mən aşiqəm, şum olsun,    

-------------                

Bir yaxşı qonşum olsun.  

-------------                   

Şumla yeri, şum olsun.       

------------                

2. Aşağıdakı bayatını oxu və suallara cavab ver. 

Əziziyəm, alçalar 

Yaşıl çalar, al çalar. 

Dərdlərimi yükləsən, 

Uca dağlar alçalar. 

 

2.1. 2-ci misradakı “çalmaq” sözü hansı  mənada 



işlənib? 

a)Musiqi alətində ifa etmək 

b)Müəyyən bir rəgdə olmaq 

c)Sancmaq, dişləmək 

2.2. 4-cü misradakı “alçalar” sözü hansı sözlə  əks 

mənalıdır? 

a)Kiçilər             b)boşalar                 c)ucalar 

2. Aşağıdakı bayatıda meyvə  ağacları  əkilmiş sahə” 

mənasında işlənmiş sözün altından xətt çək.    

Don tiksən, ağı bizdən, 

Belinin bağı bizdən. 

Qoymayın yadellini, 

Almağa bağı bizdən. 

3.Doğru , yoxsa yanlış ? 

 

60

1. Bayatının 3-cü misrası o biri misralarla 



qafiyələnmir.  

2. Tapmacada müdrik fikir ifadə olunur. 

3.Yanıltmacı demək çətindir.        

4. Nağıl qəhrəmanları həmişə quş və heyvanlar olur. 

5. Sanamanı oyun bitəndə deyirlər.  

II sinfin “Azərbaycan dili” dərsliyi oxu dərsliklərinin 

müəyyən  ənənələrinə sadiq qalsa da onun gətirdiyi yeniliklər 

fəal/interaktiv dərsin təşkili üçün diqqəti cəlb edən 

məlumatlarla zəngindir. Lakin bu məlumatlar hafizəyə 

əsaslanmır, düşüncəyə, şagird intelektinə əsaslanır. “Janr nədir” 

bölməsinə nəzər salaq.  

Yadda saxla  

Hər bir əsər müəyyən xüsusiyyətlərə malik olur. 

Məsələn, atalar sözləri müdrik fikir, tapmacalar sual ifadə edir, 

bayatılar dörd misradan ibarət olur, yanıltmacı demək çətindir. 

Bu cür xüsusiyyətlərə görə əsərlər janrlara ayrılır. 

1. Aşağıdakı xüsusiyyətlərin hansı janra aid olduğunu 

müəyyən et.   

- şeirlə və ya nəsrlə yazıla bilər: 

- nağıla bənzəyir: 

- baş qəhrəmanları heyvanlar və quşlar olur: 

- məzmunu müdrik fikir ifadə edir. 

A) atalar sözü 

B) təmsil 

C) layla 

2. Atalar sözünün əsas xüsusiyyəti nədir? 

A) Dörd misradan ibarət olur. 

B) Uşağı yatızdırmaq üçün söylənilir. 

C) Müdrik fikir ifadə edir. 

3. Hansı xüsusiyyət tapmaca janrına aid deyil? 

A) Sual ifadə edir 

B) Yalnız nəsrlə yazılır 



 

61 


C) Həcmcə kiçik olur 

4. Şeirin janrını müəyyən et. 



Mən aşiqəm gələnə, 

Dərdin sənlə bölənə. 

Namərdə bel bağlama, 

Kölgəndə kölgələnə. 

A) bayatı           B) tapmaca            C) layla  

Seçimini izah et.  

“Janr nədir” mövzusunun “söz sənətimiz” bölməsinin 

sonunda verilməsi də doğrudur. Çünki bu bölmədə bir neçə 

janrın xüsusiyyətlərindən bəhs olunur. Bir növ bölməni 

yekunlaşdırmaq və  şagird düşüncəsini yenidən hərəkətə 

gətirmək üçün belə bir bölmənin verilməsi faydalıdır. Bu 

dərsdən sonra verilən ümumiləşdirici təkrar dərsin həmin 

bəhsinin məntiqi davamı kimidir.  

1. Hansı atalar sözündə təvazökarlıq tövsiyə olunur? 

A) Yıxılana balta çalmazlar. 

B) Zər qədrini zərgər bilər. 

C) Ağac bar verəndə başını aşağı dikər. 

2. Əyri – düz, dar – geniş, doğru -  ... 

Nöqtələrin yerinə hansı söz uyğun gəlir? 

A) Düzgün 

B) Yanlış 

C) həqiqi 

3. Hansı atalar sözündə  əks mənalı sözlərin yeri 

dəyişik düşüb? 

A) Kiçiyin kiçik yeri var, böyüyün – böyük  

B) Hər şeyin təzəsi, dostun köhnəsi 

C) Az bilsən də, çox danış  

4. Hansı sırada yanıltmac verilib? 

A) Kolları gəzər pusa-pusa, qıçları uzun, qolu qısa. 

B) Qonşu qonşuya baxar, özünü oda yaxar 

 

62



C) Çəp keçi çəp keçidi çəpəki keçib gedər, çəp keçi 

çəp keçidi çəpəki keçib çəpəri keçər 

5. Hansı sırada əks mənalı ad bildirən sözlər varilib? 

A) daxma-koma 

B) sual-cavab 

C) aparmaq-gətirmək 

6. Yaxın mənalı sözləri tap. 

A) bulaq-çeşmə 

B) dağ-dərə 

C) ayaq-yerimək 

7. “Aş” sözünün belə bir mənası yoxdur? 

A) maneəni keç 

B) ağaca dırmaş 

C) plov  

Dilin mahiyyətini dərk etmək üçün şagirdin müstəqil 

oxusunun  əhəmiyyəti böyükdür. Bu gün elmin zirvəsini kəşf 

etmiş bir sıra alimlər, söz-sənət adamları da bunu etiraf edirlər. 

Filologiya elmləri doktoru, prof. Ə.Tanrıverdiyev “Kitabi-Dədə 

Qorqud”un obrazlı dili” adlı monoqrafiyasının ön sözündə 

yazır: 


“Kitabi-Dədə Qorqud”la ilk tanışlığım 1973-cü ilə 

təsadüf edir (həmin vaxt VIII sinifdə oxuyurdum)Ədəbiyyat 

müəllimimiz tövsiyə etdi ki, “Salur Qazanın evinin 

yağmalandığı boy”u oxuyaq. Mən bir şagird kimi müəllimin 

tövsiyəsini yerinə yetirdim. Ulu abidəmizin sirli-sehirli, 

möcuzəli dünyasına xüsusən də Dədə Qorqud hikmətinə, Salur 

Qazan cəsurluğuna, Burla xatun qeyrətinə, Qaraca Çoban 

döyüşkənliyinə vurğunluğum da elə o dövrdən başlandı.” (68, 

3) 

Bu səmimi sözlər bir daha onu təsdiq edir ki, dil 



öyrənməyin  ən yaxşı yolu bədii  ədəbiyyatın mütaliəsindən 

keçir. Orta məktəbdə bədii mətnlə tanışlıq sonralar fundamental 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə