Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 

63 


əsərlərin yaranmasına səbəb olmuşdur. Belə misalları yüzlərlə 

gətirmək olar.   

Humanitar fənlərin xüsusilə ana dilinin canı suallardır. 

Müəllimin düşünülmüş ağıllı sualı şagirdin yatmış duyğularını 

oyada bilər. Sualı elə qoymaq olar ki, darıxdığı üçün çöldə uçan 

quşlara tamaşa edən uşaq da çevrilib müəllimə diqqət yetirər. 

Müəllimlər böyük filosof Sokratın məktəbini misal gətirirlər. 

Sokratın fikrincə  təfəkkür sualdan başlayır. Sual uşaq 

beynindəki intellekt toxumuna can verən günəş  şüası  və ya 

təmiz su ilə müqayisə oluna bilər. Psixoloqlarımızın fikrincə 

dialoji mədəniyyət müasir təhsilimizin əsasıdır. Sinif şəraitində 

dialoji mədəniyyətə nail olmaq şagird təfəkkürü üçün sağlam 

mühit yaratmaq deməkdir. Ünsiyyət mədəniyyəti elmin 

açarıdır.  

Sinif daxilində sualları  şərti olaraq iki yerə bölmək 

olar. 


A) hafizəni möhkəmləndirən suallar 

B) təfəkkürü fəallaşdıran suallar 

Hafizəni möhkəmləndirən suallar ənənəvi təhsilimizin 

əsas prinsiplərindən biridir. Dərs ilinin müəyyən mərhələsində 

keçilən mövzular təkrarlanır, müddəalar yada salınır və 

beləliklə hafizəyə keçən bilgi möhkəmləndirilir. 



 

                             

 

 

 

 

 

 

 

 

 

 

64



     INTELLEKTƏ ÜNVANLANAN   

                                  TAPŞIRIQLAR  

Alimlər bu fikirdədir ki, bu gün məktəb elmi biliklərin 

sürətlə qavranılması, məqsədyönlü bacarıqların yaranması üçün 

meydan olmalıdır.  Şagirdlərin məntiqi təfəkkürünün inkişafı, 

intellektlərinin genişlənməsi başqa fənlərlə birlikdə ana dili 

tədrisinin də üzərinə düşür. Intellektin inkişafı  gələcək 

texnologiyaların inkişafıdır. Təfəkkür və düşüncə  uşaqların 

təhsildə daha böyük nailiyyətlər əldə etməsinə kömək edir.  

Hələ XX əsrin 70-ci illərində rus metodistləri belə bir 

həqiqəti dərk etməyə başlamışdılar ki, ana dili dərsləri şagirdə 

təkcə elmi bilikləri verməklə kifayətlənə bilməz. “Ruskiy yazık 

v  şkole” jurnalının 1980-ci il II sayında A.V.Nexayev yazırdı 

ki, bir halda ki, müasir məktəbin vəzifələrinə  şagirdləri təkcə 

biliklərin əsasları ilə silahlandırmaq yox, eyni zamanda onlara 

müşahidələr aparmağı, yaradıcı surətdə düşünməyi, mühakimə 

etməyi, nəticələr çıxarmağı və ümumiləşdirmələr apara bilməyi 

öyrətmək də daxildir, təlimin müasir priyomları  şagirdlərdə 

fəaliyyətin inkişafını  təmin etməlidir. N.A.Sorokin yazır: 

“Sovet didaktikası  təlimin metodları ilə idrak metodları 

arasındakı möhkəm  əlaqəyə istinad edir. Belə ki, təlim 

metodları idraki vəzifələri həyata keçirməyə xidmət göstərir, 

bunlar da elmi idrakın metodları kimi, fikri əməliyyatların və 

məntiqi təfəkkürün priyomlarından-analiz və sintezdən, 

ümumiləşdirmədən, abstraktlaşmadan və konkretləşdirmədən, 

induksiya və reduksiyadan geniş istifadə edir. Demək, məntiqi 

təfəkkürün priyomları (analiz və sintez, müqayisə  və 

qarşılaşdırma, ümumiləşdirmə  və abstraklaşdırma, təsnifetmə 

və differensasiya) sovet məktəbində eyni zamanda təlimin 

priyomları kimi təzahür edir.  

Fikri  əməliyyatlardan metodik priyom kimi istifadə 

olunmasının doğruluğunu bir çox metodistlər də təsdiq edirlər. 

Məsələn, A.V.Tekuçev müqayisənin, başqa müəlliflər isə eyni 




 

65 


zamanda qrammatik təhlili, ümumiləşdirmə və sistemə salmanı 

təlimin priyomları sırasına daxil edirlər.  

Rus dilinin tədrisi metodikasına linqvistik 

eksperiment (yerini dəyişmə,  əvəzetmə priyomu) və 

alqoritmləşdirmə priyomları çoxdan məlumdur.  Əyaniliyə, 

problemli vəziyyət yaratmağa və suallara gəldikdə, bunlar çox 

doğru olaraq, təlimin vasitələri kimi qiymətləndirilir;  əyani 

vəsait görmə qıcıqlarını səfərbər etməkdə; problemli vəziyyət-

dərketmə  fəaliyyətini qüvvətləndirməkdə; suallar-müxtəlif 

qrammatik kateqoriya və formaları mənimsəmək və s.vasitədir. 

Lakin onlara təlim prosesində istifadə mövqeyindən 

yanaşdıqda, həmin vasitələr özlərini priyom kimi göstərir. 

Sadəcə  əyanilik, sadəcə problemli vəziyyət, sadəcə suallar 

özlüyündə vasitədir, lakin əyanilikdən istifadə, problemli 

vəziyyət yaratmaq, sualları tətbiq etmə isə təlimin priyomlarına 

çevrilir.   

Təfəkkürü fəallaşdıran suallar fakt və hadisələri 

keçilən dərsləri yada salmağa xidmət göstərmir. O daimi 

inkişafda olan intellektə yeni impuls verir, onu daha da 

fəallaşdırır, şagird təfəkkünü alovlandırır. Müasir təhsilin yolu 

budur.  

Lakin sualları heç də həmişə müəllim vermir. Şagirdin 

müəllimə, şagirdin şagirdə ünvanladığı suallar da eyni dərəcədə 

maraqlı olmalıdır.  

Necə etmək olar ki, şagird müəllimə elə sual versin ki, 

onun cavabı “hə”, “xeyr”, “doğrudur”, “Yanlışdır” kimi bir 

sözlə ifadə olunmasın?  Şagirdə düşünülmüş, ağıllı suallar 

verməyi necə öyrətmək olar? Bu suala cavab müasir 

texnologiyanın başqa bir qiymətli cəhətini aça bilir. Hər şeydən 

əvvəl  şagirdin yaxşı sual verməsi onun düşüncəsi ilə bağlıdır. 

Ilk növbədə  həmin düşüncənin inkişafına  şərait yaratmaq 

lazımdır.  Şagird qaydasız döyüşdə  məğlub olan idmançı kimi 

bir küncə  sıxılmamalı, daxilində coşub daşan hissələrini dilə 

 

66



gətirməyi bacarmalıdır. Bunun üçün oxu dəslərində ona imkan 

vermək lazımdır ki, nağıl və ya hekayədə  cərəyan edən 

hadisələrə öz prizamasından qiymət versin. Qoy bu qiymət 

başqaları tərəfindən gülüşlə qarşılansın, sadəlövh olsun. Amma 

müəllim-şagird danışığının içindən bir qnesoloji ünsür tapıb 

onu nəzərə çarpdırmalıdır. Bu, o biri uşaqlara da təsir edəcək, 

öz düşüncələrini söyləyəcəklər. Yadda saxlayaq ki, hər bir 

uşağın qəlbində bir dünya döyünür. Dənizin bir damlası ilə bir 

vedrə  və ya bir çəllək suyunun  tərkibi arasında heç bir fərq 

tapmazsınız. Hər uşaq eyni mühitin yetişdirməsidir. 

Düşüncələrində başqalarından fərq ola bilər, amma cəmiyyətin 

bir qətrəsi kimi onun düşüncələrində  də  əhəmiyyətli nəsə 

tapmaq mümkündür. 

Uşaqları ruhlandıraraq daha çox dialoqa cəlb etmək 

faydalıdır. Mənalı dialoq sonda uşağın ağıllı suallar verməsinə 

səbəb olacaqdır. Müasir metodika belə düşünür.  

Müasir psixologiya isə bu suala daha elmi cavab 

tapmağa çalışır. Amerika psixoloqu Kinq 25 sual 

müəyyənləşdirmişdir. Həmin suallar intellektə ünvanlanır. 

Şagird həmin suallarla təfəkkürünü məşq etdirir. Psixoloqun 

fikrincə bu suallardan istənilən situasiyalarda istifadə etmək 

olar. Həmin sualları təqdim edirik. 

 Təfəkkürün gedişini istiqamətləndirən suallar   

Ümumi suallar  

Istifadə olunan təfəkkür 

vərdişləri  

...misal göstərin Tətbiqetmə 

...üçün...necə istifadə etmək 

olar 

Tətbiqetmə 



Əgər... nə baş verər? Ehtimal 

(fərziyyənin irəli 

sürülməsi) 

...dedikdə nə nəzərdə tutulur?  Analiz/nəticə 

...güclü və zəif cəhətləri nədən 

ibarətdir? 

Analiz/nəticə 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə