Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

 

111 


“salamlaşan əllər” portretləri də obrazlı düşüncənin nəticəsidir. 

Beləliklə  həm intellektinə, həm də obrazlı düşüncəsinə  təsir 

edən bu tipli dərslər müasir təlim texnologiyalarının verdiyi 

imkanların nəticəsidir.  

Bu cədvəl “Yeddi çubuq” metaforasının imkanlarını 

açır. Yeddi çubuq əhvalatı cədvəldə göstəriləndən bir neçə dəfə 

artıq çoxaltmaq olar. 7 müəssisə, 7 ailə, 7 insan, 7 ölkə  və s. 

Beləliklə bu metaforanın verdiyi imkanlar hesabına  şagirddə 

daha geniş təsəvvür yaratmaq mümkündür.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

112



 

YAZI MƏDƏNIYYƏTI 

 

  

Yazı  mədəniyyəti deyəndə  nəyi başa düşürük? 

Orfoqrafiyanı bilməyi? Sözü sətirdən sətrə düz keçirməyi? 

Gözəl xətlə yazmağı? Fikri sərrast ifadə etməyi?  

Əlbəttə bunların heç biri ayrı-ayrılıqda yazı 

mədəniyyəti deyil. Sadəcə yazı yazmağı bacarmaq üçün 

yuxarıdakı bacarıqların hamısına nail olmaq lazımdır. (əlavə1) 

“Cəmiyyətin yeniləşməsi ilk növbədə insanı  və onu 

əhatə edən varlığı  ənənəvi baxışlardan fərqli mövqedən 

dəyərləndirmədən başlanır. Gənc nəsli sosial sifarişdən irəli 

gələn bu dəyərlərə uyğun formalaşdırıb həyata hazırlamaq 

köklü islahatlar prosesini yaşayan Azərbaycan təhsilinin başlıca 

məqsədlərindən biridir. Bu yanaşmada ümumtəhsil 

məktəblərinin fənn kurrikulumlarının konseptual sənəd kimi 

işlənərək 2008-2009-cu tədris ilindən tətbiq edilməsi mühüm 

pedaqoji hadisədir. Onun səmərəli nəticə verməsi isə pedaqoji 

kadrların, xüsusən fənn müəllimlərinin metodik hazırlığının 

ümumi səviyyəsinin artırılmasından çox asılıdır. Müəllimlərin 

lazımi metodik ədəbiyyatla vaxtında təmin edilməsi sözsüz, 

təlim prosesinin daha canlı alınmasına,  şagirdlərin dərsə olan 

maraqlarının yüksəlməsinə, müəllim-şagird münasibətlərinin 

qarşılıqlı anlaşma müstəvisinə keçirilməsinə  zəmin yaradır”. 

(28,3)  

Tapşırıqların  əsas məqsədi  şagirdləri təkcə dil 

qaydalarına alışdırmaqla məhdudlaşa bilməz. Onlar şagirdləri 

estetik kamilliyə gedən yola çıxarmalıdır. Çünki estetik şüur 

intellektin də zirvəsidir. Bu problem təkcə müəllimlərin deyil, 

dünyanın qabaqcıl alimlərinin çoxunu düşündürmüşdür. Ilk 

baxışda intellekt və bədii düşüncə insan qabiliyyətinin müxtəlif 

qütbləri kimi görünsə  də sonda onların hər ikisi bir-biri ilə 




 

113 


çulğalaşıb estetik şüuru yaradır. Böyük alman filosofu Hegel 

yazır: “Mən  əminəm ki, bütün ideyaları  əhatə edən ali zəka 

məqamı estetik şüurdur. Həqiqət və fayda doğma tellərlə ancaq 

gözəllikdə birləşir. Estetik hissə malik olmadan hər hansı 

sahədə mənəvi cəhətdən inkişaf etmək mümkün deyil. (Səh. 39, 

212)  


Azərbaycanın görkəmli filosofu S.Xəlilov həmin fikri 

davam etdirərək yazır: “Estetiklik dar mənada xüsusi 

professional fəaliyyətlə, ən çox incəsənətlə bağlı olduğu halda, 

geniş  mənada insanın bütün fəaliyyət sahələrində  təzahür edir 

və özünüdərketmənin başlıca göstəricisi kimi çıxış edir. (42,səh 

303) Yazı mədəniyyəti estetikanın xüsusi bir sahəsidir. Estetik 

duyğusu olmayan adam mədəni səviyyəli yazılar yaza bilməz. 

Yazı mədəniyyəti geniş bir anlamdır. Distant əlaqənin ən gözəl 

forması yazıdır.  

Necə edək ki, biz öz məktublarımızı, məruzə  və 

çıxışlarımızı mümkün qədər az sözlə, amma dolğun ifadə edək? 

Yazılı nitqimizi uzun-uzadı ibarələrlə doldurmayaq, yığcam, 

sərrast, düz hədəfə  dəyən ifadələrlə quraq. Bu suallar müasir 

təhsilin qarşısında dayanan əsas problemlərdən biridir.  

 “Şagirdlərin inkişaf etməsi, fəal bir vətəndaş kimi 

formalaşmasında onların idraki və kommunikativ bacarıqlara 

yiyələnməsi vacib tələblərdən hesab edilir. Respublikada Təhsil 

Islahatının həyata keçirildiyi hazırkı  şəraitdə bu tələblər bir 

daha aktuallıq kəsb etməklə ümumtəhsil fənlərinin, o 

cümlədən, Azərbaycan dili təliminin qarşısında vacib vəzifələr 

qoyur. Bütövlükdə  şagird  şəxsiyyətinə, onun mənəvi 

ehtiyaclarına yönəlmiş  həmin vəzifələr içərisində nitq 

mədəniyyətinə aid keyfiyyətlər öz əhəmiyyəti və roluna görə 

daha çox fərqlənir. Təcrübələr göstərir ki, hazırkı  şəraitdə 

Azərbaycan dilinin öyrədilməsi prosesində daha çox linqvistik 

biliklər vermək meyli üstünlük təşkil edir. Şagirdlərin istər 

yazılı, istərsə  də  şifahi nitqinin inkişafında geriləmələr 

 

114



müşahidə edilir. Onlar öyrəndikləri dil qaydalarını nitq 

fəaliyyətində, xüsusən də yazıda tətbiq edərkən çətinliklərlə 

rastlaşırlar. Yazının düzgünlüyünü şərtləndirən orfoqrafik, 

durğu işarəsi və sair qaydaların tətbiqində  səhvlərə yol 

verirlər”. (30, 3)  

 

(əlavə 2) 



 

Ibtidai siniflərdən başlayaraq 

şagirdlər yazı 

mədəniyyətinə doğru gedən yola çıxırlar. Onun ilk nümunələri 

imla və inşalardır. Azərbaycan təhsilində  şagird yazılarının 

çeşidlərini, hər yazının qarşısında dayanan konkret tələblərin ən 

böyük bilicisi prof. Y.Kərimovdur. Onun imla və ifadə yazılar 

haqqındakı kitabları uzun illərdir ki, məktəblərimizdə istifadə 

olunur. Y.Kərimov yazır:  

“Kiçikyaşlı 

məktəblinin bir şəxsiyyət kimi 

formalaşmasında orfoqrafik savadlılıq mühüm rol oynayır. 

Yazı qaydalarını mükəmməl bilməyən məktəblinin yazılı 

nitqinin inkişafından söz açmaq olmaz. Qrammatik-orfoqrafik 

qaydaları  tətbiq etməkdə  çətinlik çəkən  şagird ifadə  və inşa 

yazarkən orfoqrafiyasını bilmədiyi bu və ya digər sözü 

işlətməkdən çəkinir, onu başqası ilə  əvəz edir. Nəticədə 

kontekstdə söz yerinə düşmür, həqiqi mənasında işlənmir. 

Bəzən bircə sözün dəqiq işlənməməsi, sözdə bir hərfin 

buraxılması  və ya ona bir hərfin  əlavə edilməsi, bir hərfin 

digəri ilə  əvəz olunması, həmçinin bitişik və ayrı yazılma 

hallarının gözlənməməsi, sözün mənasının dəyişməsi ilə mətnin 

məzmununun anlaşılmaması ilə nəticələnir. (50,3) 

Ifadə nitq inkişafının çox mühüm mərhələlərindən 

biridir. Ibtidai sinif şagirdləri nitqin bu sahəsi üzrə bacarıq və 

vərdişlərə yiyələnmədən rabitəli nitqin inkişafının daha mühüm 

mərhələsi olan inşalar üzrə bacarıq və  vərdişlərə yiyələnə 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə