Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə25/28
tarix07.12.2017
ölçüsü0,65 Mb.
#14538
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   28

 

101 


böyüksən. Səndən 

sonra mənəm, 

qoyun da mənim, 

hamımızdan kiçik 

tülküdür, toyuq da 

onun olsun 

sənin olsun, sonra 

mən gəlirəm, 

deməli, qoyun mənə 

çatır, toyuğu da 

verək tülküyə  

 

Göründüyü kimi, biz heç bir üslubi qüsurdan söhbət 



açmamışıq. Lakin mətn üzərində  işlədikcə, test sualları 

ətrafında düşündükcə, uşaqlar hansı cümlənin daha 

məqsədəuyğun olduğunu dərk edirlər. Test suallarının 

nəticələrini hesablayanda məlum oldu ki, 25 şagirddən 21-i 

üslubi cəhətcə düzgün cümlələri seçmişlər. (62, 79) 

Nümunələrin tədrisi prosesində ev tapşırıqlarının 

verilməsi 

əhəmiyyətli bir mərhələdir. Fəal təlim 

texnologiyalarının çoxunda “Ev tapşırıqları bölməsi nəzərdə 

tutulmur. Lakin mətnin dərin qatlardakı  mənanı üzə 

çıxartmağın zəruriliyini dərk edərək nəzərə alırıq ki, bu mərhələ 

lazımlıdır. Məqsəd təkcə mövcud nümunələrin öyrənilməsi 

deyil. Biz həmçinin itib-batmaq təhlükəsi qarşısında olan nadir 

folklor  əsərlərini, həmçinin yeni yaranan nümunələrin 

toplanmasını qarşıya qoymuşuq. Ev tapşırıqlarının hazırlanması 

prosesində valideynlərin də  iştirakını  nəzərə alaraq bu  işə 

xüsusi  əhəmiyyət vermişik. Nəticədə xeyli əsər toplandı. Bu 

sərlər müxtəlif vaxtlarda çap olunan folklor nümunələrinin yeni 

variantları idi. “Səhər görüşləri”ndə istifadə etdiyimiz alqışların 

böyük bir hissəsi ev tapşırıqlarının yerinə yetirilməsinin 

nəticəsində meydana çıxdı. Fəal təlimin demokratik 

keyfiyyətlərindən ev tapşırıqlarında da istifadə etdik. Folklor 

nümunələrinin öyrənilməsi üçün tapşırıqlara oyun elementləri 

əlavə etməklə onu daha maraqlı etməyə çalışırıq. Lakin bu 

zaman ana dilinin öyrənilməsi problemini unutmadıq. 

Tapşırıqların bir hissəsi belə idi.  

 

102


Ev tapşırıqlarının verilməsi zamanı “rebus”, 

“krossvord” elementlərindən də istifadə etmək mümkündür. Bu 

cür tapşırıqlar son dərəcə maraqlı olur.  

Uşaqlar  səhvlərini qırmızı  qələmlə düzəltdilər. Ev 

tapşırıqlarının uşaqların özləri tərəfindən yoxlanılması onlarda 

düzlük və demokratik duyğular tərbiyə edir. 

IV sinifdə test sualları vasitəsilə  bədii nümunələrinin 

məzmununu tam mənimsətmək mümkündür. Bu cür tapşırıqlar 

həm səbrlə oxumağı, həm də test suallarının ayrıca 

xüsusiyyətlərinə diqqət etməyi tələb edir. Məsələn, “Şir və 

tülkü” adlı xalq nağılları  əsasında belə test sualları ilə IV “q” 

sinfinə (158 saylı məktəb) müraciət etdik. 

 

TEST “Şir və tülkü” 

1. Şahdağının başı hara çatırdı? 

a) günəşə 

b) buluda 

c) aya 

2. Şahdağının meşəsində nə var idi? 



a) şir 

b) daşlar 

c) meymun 

3. Meşədə hansı heyvan şahlıq edirdi? 

a) meymun 

b) tülkü 

c) şir 

4.  Şahdağı meşəsinin  şahı yatanda oradakı heyvanlar 



nə edirdilər? 

a) heyvanlar onun qidalarını yeyirdilər 

b) heyvanlar ondan gen gəzir, göydəki quşlar qanad 

salırdı 


c) heyvanlar səs-küy edir, quşlar mahnı oxuyurdular 

5. Şahdağının şiri bir gecə necə yatır? 




 

103 


a) ac 

b) üstü açıq 

c) tox 

6. Sabahı gün ova çıxan şirin pəncəsinə nə düşür? 



a) canavar 

b) keçi 


c) tülkü 

7. Ovu ələ keçirən şir nə edir? 

a) onu tez parçalayıb yeyir 

b) dişlərini qıcıyır 

c) ovun üstünə gülür 

8. “yeyəcəyəm səni!... Bəs bu neçə gündə harada itib 

batmışdın?” bu sözlər kimə məxsusdur? 

a) şirə 


b) tülküyə 

c) canavara 

9. Kim xalasigilə getdiyini deyir? 

a) Nigar 

b) Aysel 

c) tülkü 

10. “Getdim xalama deyim ki, mənə xoşbəxtlik üz 

verib”, “Bəs yuxuda görmüşdüm ki, Şahdağın  şahına qismət 

olmuşam” – bu sözlər kimə məxsusdur? 

a) Nigara 

b) tülküyə 

c) şirə 


11. Tülkü şahın nəyinə and içir? 

a) əllərinə 

b) başına 

c) atasına 

12. Tülkü şirin nəyini tumarlayır? 

a) saçını 

b) əllərini 

 

104



c) pəncələrini 

13. Tülkü nəyi özünə xoşbəxtlik sayır? 

a) qurda-quşa yem olmağı 

b) şaha qismət olmağı 

c) çoxlu toyuq yeməyi 

14. Tülkü şirin ürəyini necə yumşaldır? 

a) yağlı dili ilə 

b) yağlı əlləri ilə 

c) ayaqları ilə 

15. Tülkünün hansı sözləri şirin xoşuna gəlir? 

a) “Ömrüm uzunu qulunuz olaram” 

b) “Siz məni yeyin! Axı siz acsınız” 

c) “Mən anadan gör necə xoşbəxt doğulmuşam ki, 

Şahdağının böyük şahına yem oluram” 

16. Bir gün şir ovdan necə qayıdır? 

a) əli dolu 

b) əli boş 

c) yaralı 

17.  Şirə qulluq edən Tülkü Şahdağının  şahının nəyi 

oldu? 


a) dostu 

b) vəziri 

c) cəlladı 

18. Bir gün Şir Şahdağının ətəyində kimlə üzləşir? 

a) atası ilə 

b) pəhlivanla 

c) tülkü ilə 

19. Tülkü nə üçün üçüncü dəfə yaralanan şirə qulluq 

etmir? 

a) yarası ağır olduğu üçün onu sağalda bilmir 



b) yem tapa bilmədiyi üçün 

c) bu yaradan sağala bilməyəcəyini fikirləşdiyi üçün 




 

105 


20. Ağır yaradan ürəyi od tutub yanan Şir dostunu nə 

üçün səsləyirdi? 

a) ona su verməsi üçün 

b) tez həkim tapması üçün 

c) onun yanına gəlməsi üçün 

21. Tülkü Şirin yarasına nə etdi? 

a) su tökdü 

b) dərman tökdü 

c) daş atdı 

22. Şir nə üçün sağalmadı? 

a) pəhləvanın vurduğu qılınc yarası ağır olduğundan  

b) Tülkünün onun yarasına atdığı daşa görə 

c) Tülkünün dil yarası sağalmaz olduğu üçün 

23. Hansı atalar sözü “Şir və tülkü” nağılına aiddir? 

a) dost dar gündə tanınar 

b) nə yada sirrini ver, nə namərdə bel bağla 

c) başqasına quyu qazan özü düşər 

testin nəticəsində 24 şagirddən 23-ü 5 qiymət aldı. 

Qiymət almayan Firuz adlı şagird isə mətni oxumadığına görə 

suallara cavab verə bilməmişdi. 

Nəticə olaraq onu qeyd etməliyik ki, bədii 

nümunələrinin tədrisi prosesində  bu  cür  test  tapşırıqları  həm 

ədəbiyyatın yaxşı  mənimsənilməsinə kömək edir, həm də ana 

dilinin öyrənilməsinə xidmət göstərir. 

Bədii  ədəbiyyatı çox mühüm bir keyfiyyəti olan az 

sözlə böyük məna ifadə etmək xüsusiyyətini mənimsəmək 

məqsədilə 4-cü “q” sinfinin şagirdlərinə belə bir ev tapşırığı 

hazırladım. Onlara dedim ki, siz in nağıl, tapmaca, bayatı, 

layla, yanıltmac, atalar sözləri və  məsəllər, qaravəlli, lətifə, 

əfsanə və əsatir haqqında müəyyən məlumatlarınız var. Belə bir 

tapşırıq verirəm: Bu janrların hər birini səciyyələndirən bir 

cümlə yazın. Tapşırığın  şərti belədi: Yazdığınız cümlədə 

mümkün qədər az söz işlədin. 

 

106



Ev tapşırığını yoxlayanda məlum oldu ki, sinfin 

əksəriyyəti yenə də hər hansı bir janrı xarakterizə etmək üçün 

nəinki bir cümlədən iki və daha çox cümlədən istifadə etmişlər. 

Təkcə Manaf və Vəfa çox maraqlı cavablar hazırlamışlar.  

Manafın cavabları: 

1. Tapmaca=? 

2. Yanııltmac=çaşdırma, büdrətmə 

3. Nağıl=həqiqəti əks etdirən uydurma 

4. Bayatı= 4 misralıq hekayət 

5. Layla=beşik nəğməsi 

6. Atalar sözü = Hədəfə dəyən söz  

7. Məsəl=Atalar sözünə çevrilən əhvalat 

8. Qaravəlli=Gülməli əhvalatdan doğan əhval 

9. Lətifə=Ibrətli gülüş 

10. Əfsanə=həqiqəti izah edən yalan 

11. Əsatir=Insanın ilk günlərini əhatə edən nağıl 



Vəfanın ev tapşırığı: 

1. Nağıl-maraqlı yalan 

2. Əsatir-allahlar haqqında nağıldır 

3. Əfsanə-tarixi nağıl  

4. Lətifə-güldürən və düşündürən 

5. Qaravəlli-uzun lətifə 

6. Məsəl-ibrətli nağıl 

7. Atalar sözü-hikmətlər hikməti 

8. Yanıltmac-çaşdırma 

9. Tapmaca-məzəli sual 

10. Layla-Ana nəfəsli mahnı 

11. Bayatı-Nənələrin nəğməsi 

Bu iki şagirdin cavabları göstərir ki, folklor 

poetikasını  uşaqlar tam mənimsəmişlər. Digər uşaqların da 

cavablarında çoxlu maraqlı məqamlar vardır. 

Ev tapşırığı: Tapmaca haqqında elə cümlə yazın ki, bu 

janrın hər hansı xüsusiyyətini əks etdirsin. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə