Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   2   3   4   5   6   7   8   9   10   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
38
 
Bəylər xəstən oldu, dərdinə qurban, 
Çəkdiyin əzaba, qəminə qurban. 
Əkdiyin süsənə, zəminə qurban, 
Vurma, öz ovunam, əlini saxla. 
Toxun ürəyimə, qəlbimi yoxla. 
 
 
                
 
 
 
 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
39
 
ÇƏKİRSƏN 
 
Bu nə duruş, nə görkəmdi, a zalım, 
Ürəyimi niyə dara çəkirsən? 
Naz-qəmzəli baxışınla sözünlə, 
Ürəyimi hara, hara çəkirsən? 
 
Kipriyindən asılıbdı ay- ulduz
Qərq olubdu işığına çəmən, düz. 
Məst olmuşam ətirindən yüzə-yüz, 
Ürəyimi hara, hara çəkirsən? 
 
Yayılıbdı yanağına tellərin, 
Su çilədi sinəm üstə əllərin. 
Ovçu görmüş maralısan ellərin, 
Ürəyimi hara, hara çəkirsən? 
 
Aranlını aldı hicran, yordu dərd, 
Dostları var, neçə igid, neçə mərd. 
Sən zalımsa, qarşısına qoyub şərt, 
Ürəyimi hara, hara çəkirsən? 
 
             
 


Məhəmməd Bəylər Aranlı  
 
40
 
DİNCƏLDİ İNDİ 
 
Könlümü əlinə almısan, gülüm, 
Qəlbimin alovu  incəldi indi. 
Keçən günlərimi qaytardın geri, 
Sızlayan ürəyim dincəldi indi. 
 
Vüsalın hissimi çuğladı, aldı, 
Ürəyin qəlbimdən asılı qaldı. 
Baxışın yoluma nur, şəfəq saldı, 
Sızlayan ürəyim dincəldi indi. 
 
İçində batmısan badam, püstənin, 
Ağrısın alaram boyu bəstənin, 
Gəlhagəl dövrüdü Bəylər xəstənin
Sızlayan ürəyim dincəldi indi. 
 
 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
41
 
İZN VER 
 
Hüsnünə baxmaqdan doymayır gözüm, 
İzn ver, ruhuna, qəlbinə çöküm. 
Könlümü od alıb, qəlbimi alov, 
Pərişan tellərə qoy, daraq çəkim. 
 
Sən məni atəşə, alova saldın, 
Şirin baxışınla qəlbimi aldın. 
Bəs niyə, bu qədər əl çatmaz oldun?! 
Pərişan tellərə qoy, daraq çəkim. 
 
Deyirsən küsmüşəm, barışmaram, yox, 
Dağlarda bənövşə, yasəmən nə çox. 
Qaşların bir kaman, kipriyin bir ox, 
Pərişan tellərə qoy, daraq çəkim. 
 
Bəyləri yaşadır anda sədaqət, 
Könül verdiyinə sevgi-məhəbbət. 
A zalım balası, göstər şücaət, 
Pərişan tellərə qoy, daraq çəkim. 
     
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
42
 
NİGARANAM 
 
Vaxt ötüşdü, zaman keçdi, 
Qəlbim səni sevib, seçdi. 
Ürəyimi hicran deşdi
Səbirsizəm, qəlbi qanam
Əhdimizdən nigaranam. 
 
Bürünmüsən ipək şala, 
Göz gəzdirdim izə, yola. 
Püşk tulladım sağa-sola, 
Səbirsizəm, qəlbi qanam, 
Əhdimizdən nigaranam. 
 
Fikir, xəyal içindəyəm, 
Küçənizin tinindəyəm. 
İstəyirəm sənə dəyəm, 
Səbirsizəm, qəlbi qanam, 
Əhdimizdən nigaranam. 
 
Kipriyimlə od ələdim, 
Yollarına nur çilədim. 
Sənə xoşbəxt  bəxt dilədim, 
Səbirsizəm, qəlbi qanam, 
Əhdimizdən nigaranam. 
 
Söz-söhbətin şirin, məzə, 
Xara-ipək, geyim təzə. 
Eşq evimi gülə bəzə, 
Səbirsizəm, qəlbi qanam, 
Əhdimizdən nigaranam. 


Ömürdən düşən yarpaqlar 
 
43
 
İNSAF ELƏ 
 
Xatirimə düşdün gülüm, 
Yandım, söndüm, qaldı külüm. 
Ağızımda yandı dilim, 
Ümidimi vermə yelə
Ay insafsız insaf elə. 
 
Qərinəyə dönüb günüm, 
Ərşə qalxıb ahım-ünüm. 
Alışmışam, su tök, sönüm, 
Ümidimi vermə yelə, 
Ay insafsız insaf elə. 
 
Oddan, sudan yaranmışam, 
Ocaqlara qalanmışam. 
Varlığımdan talanmışam, 
Ümidimi vermə yelə, 
Ay insafsız insaf elə. 
 
Haqqa qalxıb hayım, səsim, 
Yanmaq üçün hicran bəsim. 
Səndən özgə yox bir kəsim, 
Ümidimi vermə yelə, 
Ay insafsız insaf elə. 
 
Uçub qaçan kəpənəyəm, 
Eşq yolunda divanəyəm. 
Köklədiyin udam-neyəm, 
Ümidimi vermə yelə, 
Ay insafsız insaf elə. 


Məhəmməd Bəylər Aranlı  
 
44
 
EHTİYACIM VAR 
 
Təklənib qaldım zillətdə, 
Hər əzabda, əziyyətdə. 
Sənin könlün nə niyyətdə? 
Ruhuma yağdı yağış, qar, 
Bir himə ehtiyacım var. 
 
Ağlayıb nə saral, nə sol, 
Adamla doludu, sağ-sol. 
Həyat yolunda qıvraq ol, 
Ruhuma yağdı yağış, qar, 
Bir himə ehtiyacım var. 
 
Dikmisən gözümü gözə
Nur düşüb, üzündən üzə. 
Qonaq gələcəyəm sizə, 
Ruhuma yağdı yağış, qar, 
Bir himə ehtiyacım var. 
 
Aranlı dərd əhli, biqəm, 
Eşqindən həm divanə, dəm. 
Bax, görüşə tapanda çəm, 
Ruhuma yağdı yağış, qar, 
Bir himə ehtiyacım var. 
 
                      
        
              


Ömürdən düşən yarpaqlar 
 
45
 
QİSMƏT 
         
Bəxtimə iki yar, bir övlad düşdü, 
Bədnəzər  qəlbimi oxladı, deşdi. 
Ürəyim odlandı, ciyərim şişdi, 
Mən belə qismətə çox şükür dedim. 
 
Haylı-küylü  keçdi, gənclik-cavanlıq, 
Yolumu çox aldı zülmət-qaranlıq. 
Çörək kəsdiyimdən gördüm yamanlıq, 
Mən belə qismətə çox şükür dedim. 
 
Əl çatmaz payım var, haqq dərgahında, 
Hərə öz hayında, tale payında. 
Axtarır özünü taylı-tayında, 
Mən belə qismətə çox şükür dedim. 
 
Açılan sabaha çiçək-gül  oldum, 
Ocaqsız, tüstüsüz yanıb kül oldum. 
Sevənlər yanında Məcnun, qul oldum, 
Mən belə qismətə çox şükür dedim. 
 
Harayım ünümə yetişməz oldu, 
Qəlbim məhəbbətlə alışdı, doldu. 
Bitmədi canımın alovu-odu
Mən belə qismətə çox şükür dedim. 
 
Dəryaların sinəsində yol aldım, 
İlhamımın qüdrətindən güc aldım. 
Yuxum qaçdı, hey xəyallara daldım, 
Mən belə qismətə çox şükür dedim. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə