Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə3/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   2   3   4   5   6   7   8   9   ...   36

Ömürdən düşən yarpaqlar 
 
11
 
YOX-YOX DEYİRSƏN 
 
Könlünü buz alıb, qəlbini şaxta, 
Mənim istəyimə yox-yox, deyirsən. 
Sevirəm söhbətin saxtadan-saxta. 
Mənim istəyimə yox-yox deyirsən. 
 
Vaxt baxmır, heç nəyə, ömürə-günə. 
Çəkilmə bu qədər, dalana-tinə. 
Hicrana gərmisən, çoxdadır sinə, 
Mənim istəyimə yox-yox deyirsən. 
 
Hərdən nazlanırsan, girisən dona, 
Olursan gözümdə, yaşılbaş sona. 
Qiymət verməyirsən, zamana-ana. 
Mənim istəyimə yox-yox deyirsən. 
 
A zalım balası, bir insaf elə
Odlanan ürəyim qoy gəlsin dilə. 
Uzadıb görüşü hey ildən-ilə,  
Mənim istəyimə yox-yox deyirsən. 
 
Bəylər dərd içində itib batıbdır, 
Ayılmır yuxudan sanki, yatıbdır. 
 Hicran sinəm üstə yataq salıbdır, 
 Mənim istəyimə yox-yox deyirsən. 
 
                    
 
 


Məhəmməd Bəylər Aranlı  
 
12
          
SƏN SORUŞ HALIMI 
 
Düşmürsən ağızdan, düşmürsən dildən, 
Yanağın seçilmir, çiçəkdən güldən. 
Sən soruş halımı şeyda bülbüldən
Çarşaba bürünüb ötmə yanımdan, 
Od axır qəlbimin damarlarından. 
 
İnciyib özümdən, olmuşam küskün, 
Taqətim tükənib, üzgünəm, üzgün. 
 De görüm, nədəndir, kimdəndir qorxun? 
Qəm-kədər yapışıb, tutub canımdan, 
Gəl soruş, halımı vaxtdan, anımdan. 
 
Aç söylə, qəlbinin dərdini mənə, 
Yaraşmır bədbinlik, yaraşmır sənə. 
Ömrü əldən alır, boş söhbət, tənə, 
Keçdim  bu sevdama şöhrət-şanımdan, 
Çarşaba bürünüb, ötmə yanımdan... 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
13
 
BİR ÜMMANSAN 
 
Sonsuz bir ümmansan, ləpə dalğalı, 
Sahilin qızılı balıqqulağı. 
Əlində tutduğun şamı, çırağı, 
Soyuq otağıma gəl, gətir qızdır. 
 
Lətif təravətlə ötüb keçirsən, 
Hərdən oğurlanıb, hərdən itirsən. 
Şirin yalanlara and da içirsən, 
Umub istədiyim bir quru nazdır. 
 
Qəlbimi baxışın, sözün çalıbdı, 
Əllərim havadan asılı qalıbdı. 
Mənə, öz quluna olan olubdur, 
Deyirsən bu əzab, azdanda azdır. 
 
Fəsillər dəyişib, illər ötübdü, 
Əzabım içimdə damar atıbdır. 
Alovum göylərə ərşə çatıbdır, 
Çoxda ki, çöllərdə, bahardır, yazdır. 
 
Aranlıyam, çiçək açdı  diləyim, 
Qızıldandı, könül evim, dirəyim. 
Arzulardan qüvvət alan ürəyim, 
Şirin xəyalların əlində sazdır. 
 
 
             


Məhəmməd Bəylər Aranlı  
 
14
  
BİLƏSƏN 
 
Ürəyim çiçəkli tala ormanı, 
Gəl yıxıl içinə, boylanım sənə. 
Kipriyin ox, neştər, qaşların kaman, 
Onu öz yayından geri çəksənə. 
 
Durub qənşərimdə, durub camalın, 
O şux təravətin, dərin kamilin. 
Püstə dodaqların şəkərim, balım, 
Nabatdan, o qənddən mənə versənə! 
 
Yenə çəkilmisən, küncə-bucağa, 
Xəyalın gözümdə dönübdür dağa. 
Gəlmişəm, gəzdiytin, sevdiyin bağa
Yolları uçulub, yolun tiksənə. 
 
Bəylər bu möhnətdən qocaldı, getdi, 
Gəncliyi uzaqdı, gözündən itdi. 
Dadına ümidi, gümanı yetdi, 
Qayğısın, izzətin barı bilsənə... 
 
  
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
15
 
GÖZLƏRİ PİYALƏ 
          
Çəkmisən yuxumu, çəkmisən ərşə, 
Gözləri piyalə a gözəl-göyçək. 
Dalıb xəyallara, girrəm qoynuna, 
Gözləri piyalə, a gözəl-göyçək. 
 
Məst olub getmişəm, özüm-özümdən
Rəhm  elə, dolanma, bu qədər gendən. 
Ürəyim ayrılmır, ayrılmır səndən, 
Gözləri piyalə, a gözəl-göyçək. 
 
Yollarda yorulub, tənha qalmışam, 
Bir quru salama möhtac olmuşam. 
Qönçə gül ətrinlə  nəfəs almışam,  
Gözləri piyalə, a gözəl-göyçək. 
 
Keçirsən yanımdan yad adam kimi, 
Unutma, qəlbimin sənsən hakimi. 
Cavabsız qoymusan etdiyim himi, 
Gözləri piyalə, a gözəl-göyçək. 
 
Aranlı dərd əhli, dərdinə qurban, 
Sənindi bu çöllər,  çiçəkli bağlar. 
Gəl elə, gəl elə dərdimə dərman, 
Gözləri piyalə, a gözəl-göyçək. 
 
      
   
 
 


Məhəmməd Bəylər Aranlı  
 
16
 
İSTƏSƏN 
 
Qəlbimə od saldı pərişan telin, 
Qəlbimi alıbdı o şirin dilin. 
Nəğməylə büsatla ötüşsün ilin
Gül-çiçək olsa da, həm sağın, solun, 
İstəsən olaram, olaram qulun. 
 
Dağılıb tellrin yanağa, üzə, 
Bir çıxaq gəzməyə, laləli düzə. 
Qorxuram, gələsən bədnəzər gözə, 
Gül-çiçək olsa da, həm sağın, solun, 
İstəsən olaram, olaram qulun. 
 
İncədən incəsən, bənövşə kimi, 
Anlaya bilmədin etdiyim himi. 
Ürəyim yelkəndi, xəyalım gəmi, 
Gül-çiçək olsa da, həm sağın, solun, 
 İstəsən  olaram, olaram qulun. 
 
Bir quru, bir şirin sözə möhtacam, 
Möhnətdən yorulan dilənçi, acam. 
Alovun qoynunda qızaran sacam, 
Gül-çiçək olsa da, həm sağın, solun, 
İstəsən  olaram, olaram qulun. 
 
Toylu büsatlıdır bu dünya, cahan, 
İsti bir təndirdir, bu vücudum, can. 
İllərə bərabər gözlədiyim an
Gül-çiçək olsa da, həm sağın, solun, 
İstəsən  olaram, olaram qulun. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə