Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə4/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   2   3   4   5   6   7   8   9   ...   36

Ömürdən düşən yarpaqlar 
 
17
 
Yaşın sürəti də, işıq sürətdə, 
Duyğular oxunar üzdə, surətdə. 
Söylə, nə  tapmısan, dərddə, möhnətdə, 
Gül-çiçək olsa da, həm sağın, solun, 
İstəsən  olaram, olaram qulun. 
 
Aranlı düz olub, dosta, əğyara, 
Veribdir canını, dilbərə, yara. 
Dərdi eşq dərdidir, gəl, elə çara, 
Gül-çiçək olsa da, həm sağın, solun, 
İstəsən olaram, olaram qulun. 
 
 
           


Məhəmməd Bəylər Aranlı  
 
18
  
OLSUN 
 
 Səhər şəfəqində, nurla, işıqla, 
Məni yad etməyin mübarək olsun. 
Şirin təbəssümlə, ürkək baxışla, 
Məni yad etməyin mübarək olsun. 
 
Kədərli  dayanma, bəzən-düzən sən. 
Şehli güllərdən də, özün göyçəksən. 
Axtarıb tapdığın elə mənəm, mən. 
Məni yad etməyin mübarək olsun. 
 
Düşmüşəm yatağa, dərdim bilinmir, 
Könlüm qəm içində, qızmır, isinmir. 
Xəyalım göylərdən, ruhuma girmir, 
Məni yad etməyin mübarək olsun. 
 
Ömrü kül elədim, sovurdum göyə, 
İndisə möhtacam xoş səsə, küyə. 
 Ürəyim bir uçuq viranə dəyə, 
Məni yad etməyin mübarək olsun. 
 
Aranlı yuxuya gedib, yatıbdır, 
Gəmisi dəryada itib-batıbdır. 
Qazancı məhəbbət, bir quru addır, 
Məni yad etməyin mübarək olsun. 
 
   
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
19
 
QURBAN OLUM 
 
Süzgün camal, parıldayan, 
Gözlərinə qurban olum. 
Zülfü şahmar, qonur ala, 
Gözlərinə qurban olum. 
  
Əhvalımı gizli soran, 
Qəlb evinə əsdi boran. 
Bağrım başın dələn, yaran, 
Gözlərinə qurban olum. 
 
Hərdən-birdən qəsd eyləyən, 
Ovsunlayıb məst eyləyən. 
Ürəyimi süst eyləyən, 
Gözlərinə qurban olum. 
 
Aranlını xəstə salan, 
Sinəsində gözü qalan. 
Baxışları şimşək olan, 
Gözlərinə qurban olum. 
          
   
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
20
 
İLK SEVDA 
 
Gözlərin, ləblərin şeir mətini
Axtarıb gəzirsən səadətini. 
Bölməyə kimsə yox, məhəbbətini, 
Peşmanı olduğun ilk sevdan üçün. 
 
Gəz-gəz, sinəm üstə, gəl gir qəlbimə, 
Toxunma könlümə, dəymə xətrimə. 
Söykən baş daşıma, sığın qəbrimə, 
Peşmanı olduğun ilk sevdan üçün. 
 
Qaytar Aranlının  qaytar gücünü, 
Qılıncdan itidir sözün düzünü. 
Leyli ol, Məcnuna göstər özünü, 
Peşmanı olduğun ilk sevdan üçün. 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
21
 
YAŞA ÜRƏKLƏRDƏ 
 
Ürkək baxışların, ala gözlərin
Məhəbbət haraylı  sarı simlərin, 
Bülbül tək avazın qala sözlərin. 
Yaşa ürəklərdə, şirin dillərdə, 
Sənsiz darıxmışdım  ötən illərdə. 
 
Sədaqət andına pərvanə, şam ol, 
Bağrımın üstündən sal cığırlı yol. 
Şıltaq şəlalə tək, gah boşal, gah dol, 
Yaşa ürəklərdə, şirin dillərdə. 
Sənsiz darıxmışdım   ötən illərdə. 
 
Ayın oxşarısan, ulduzun özü, 
Axar şəlalənin, çeşmənin gözü
Alıb varlığımı ovsunun sözün, 
Yaşa ürəklərdə, şirin dillərdə. 
Sənsiz darıxmışdım ötən illərdə. 
 
Bəylər od-alovlu canan xəstəsi, 
Yazıb yaratdığı çiçək dəstəsi. 
Yayılıb aləmə səadət səsi, 
Yaşa ürəklərdə, şirin dillərdə, 
Sənsiz darıxmışdım ötən illərdə. 
 
                       
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
22
 
OLDUN 
 
“Sus”-deyib, sakitcə səsimi aldın, 
Yanan ürəyimi alova saldın. 
Göylərə göz dikib, xəyala daldın, 
Axan şəlaləyə yar-yoldaş oldun, 
Sevən ürəyimdə gizlicə qaldın. 
 
Axtardın eşqini yeni nəfəslə, 
Qayıtdın özünə yeni həvəslə. 
Bayatı oxuyub, avazla, səslə, 
Axan şəlaləyə yar-yoldaş oldun, 
Sevən ürəyimdə gizlicə qaldın. 
 
Bəxtəvər, bəxtinə yar məni seçdin, 
Ağrılı illəri beləcə keçdin. 
Bəylərin ürəyin oxladın, deşdin, 
Axan şəlaləyə yar-yoldaş oldun, 
Sevən ürəyimdə gizlicə qaldın. 
 
 
 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
23
 
AXTAR 
       
Gözlərin yol çəkir, gözünə qurban, 
Sevən ürəyimi soraqla, axtar. 
Alovda, atəşdə, yandım  a canan, 
Külümü küllükdə çıraqla axtar. 
 
Bəxtəvər anları çox verdik bada
Gəldi qulağıma göylərdən səda. 
Yolunda can verib ölməyə şadam, 
Anda sədaqəti varaqla, axtar. 
 
Gəl tök ətəyindən inadı, daşı, 
Ol könül evimin yarı, yoldaşı. 
Kipriyim ucundan tökülən yaşı, 
Qara tellərində daraqla, axtar. 
 
Bəyləri özünün bilməyin  üçün, 
Qəlbini ikiyə bölməyin üçün, 
Xəlvəti görüşə gəlməyin üçün, 
Özündə inamı soraqla, axtar, 
Külümü küllükdə çıraqla axtar!! 
 
 
             
 
 


Məhəmməd Bəylər Aranlı  
 
24
 
ÜZÜ XOŞ GÜNLƏRƏ 
 
Kipriyin tuşlanmış nizə kamandır, 
Əl saxla, tələsmə,atma, amandır. 
Halın xarab olub,halın yamandır, 
Sevgi atəşindən  söndürüm səni, 
Üzü xoş günlərə döndərim səni. 
 
Qol-qola girmisən, çiçəklə, güllə, 
Halımı sorursan, ötəri dillə, 
Taleyə daş atma, bəxtinə şillə, 
Sevgi atəşindən  söndürüm səni, 
Üzü xoş günlərə döndərim səni. 
 
Saxla əllərində işvəni-nazı, 
Qaytar tellərinə baharı, yazı, 
Oxunmur alnında yazılan yazı, 
Sevgi atəşindən  söndürüm səni, 
Üzü xoş günlərə döndərim səni. 
 
 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə