Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
46
 
Aranlı at sürdü, zirvələr aşdı, 
Qapısın həmişə dostları açdı. 
Gözəllik görməyə çəmənə qaçdım, 
Mən belə qismətə çox şükür dedim. 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
47
 
MƏNİ GƏZSƏN 
 
Naz-qəmzənin alovunda alışdım, 
Zəncirlədi qollarımı ilk andım. 
Keçən günü günlərimdən xoş sandım, 
Tellərini  küləklərdə  əzərsən, 
Məni gəzsən, ürəklərdə gəzərsən. 
 
Vaxtından çox əvvəl solası oldum, 
Bulud tək boşalıb, dolası oldum. 
Leylilər yanında qalası oldum, 
Tellərini  küləklərdə  əzərsən, 
Məni gəzsən, ürəklərdə gəzərsən. 
 
Nələr çəkdi bu sevdada gör başım, 
Zaman keçib, o yaş deyil, bu yaşım. 
Bir arzudu, məhəbbətdi yoldaşım, 
Tellərini  küləklərdə  əzərsən, 
Məni gəzsən, ürəklərdə gəzərsən. 
 
Aranlıyam,  dünya qədər qocayam
Bir çeşməyəm, dağ başında ucayam. 
Könüllərdə bir ümmanam,bir çayam, 
Tellərini  küləklərdə  əzərsən, 
Məni gəzsən, ürəklərdə gəzərsən. 
 
         
 
  


Məhəmməd Bəylər Aranlı  
 
48
 
ƏL ÇATMAZ OLDUN 
 
Əqlimi, hissimi başımdan aldın, 
Bitməyən nağıltək yadımda qaldın. 
Gülüstan içində xəyala daldın, 
Əfsanəyə dönüb, əl çatmaz oldun. 
 
Könlümü uçurub, viranə etdin, 
Sonra, həyatımdan sakitcə getdin. 
Məgər sən əhdinə beləmi yetdin?! 
Əfsanəyə dönüb, əl çatmaz oldun. 
 
Mübarək qədəmin, bəxtin mübarək
Oturaq çəməndə, bir nəfəs dərək. 
Yenədə a zalım, tərpəndin zirək, 
Əfsanəyə dönüb, əl çatmaz oldun. 
 
Bəylər söz ustası, Bəylər sənətkar, 
Sözləri  dərmandı, pozulmaz ilqar. 
Məni məhəbbəti eləməmiş car, 
Əfsanəyə dönüb, əl çatmaz oldun. 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
49
 
LAYLA ÇAL 
 
Sinən üstə baş qoymuşam, 
Lal olmuşam, mat qalmışam. 
Od eşqindən məst olmuşam
Qəlbimə eləmə zülüm, 
Layla çal, layla çal gülüm! 
 
Bağ-bağatda çiçək açıb, 
Dan sökülüb, şəfəq saçıb. 
Şeyda bülbül küsüb, qaçıb, 
Qəlbimə eləmə zülüm, 
Layla çal, layla çal gülüm! 
 
Qoy yanında yatım, qalım, 
Gül-çiçəyə batım,qalım. 
Daha yoxdu qeylü-qalım, 
Qəlbimə eləmə zülüm, 
Layla çal, layla çal gülüm! 
 
Bədgüman xəyala daldın, 
Aranlını dərdə saldın. 
Kül olmuşam, közüm qaldı, 
Qəlbimə eləmə zülüm, 
Layla çal, layla çal gülüm! 
 
                  


Məhəmməd Bəylər Aranlı  
 
50
 
AYRILIQ 
 
Yanağın gül-çiçək, dodağın şəkər, 
Gözlərin ay-ulduz, sökülən səhər. 
Nəyinə gərəkdir zər-ziba, gövhər? 
Ayrılıq çətindir, gəl qurban olum. 
 
Dilim yox səninlə kəlmə kəsməyə, 
Halım yox bir daha  coşub-əsməyə. 
Naz eyləyir gözlər qara vəsməyə, 
Ayrılıq çətindir, gəl qurban olum. 
 
Alışır bədənim, od tutub qəlbim, 
Gülü soraqlayır bu şair təbim. 
Dərdimin dərmanı, mənim həbibim
Ayrılıq çətindir, gəl qurban olum. 
 
Məhəmməd Aranlı xəstədi, xəstə, 
Salmısan yatağa, a boyu bəstə. 
Gəlib-gedənlər var, dəstəbədəstə. 
Ayrılıq çətindir, gəl qurban olum. 
 
        
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
51
 
ÇEŞMƏSƏN 
 
Sanki, içindəsən buludun, çənin, 
Dözürəm ərkinə, ədana sənin. 
Elə bil kədərdi, yoldaşdı, qəmin, 
Ərit qəm  yükünü, ərit buzlağı, 
Qəlbimin, könlümün çeşmə, bulağı. 
 
Ürəyim dağ çayı, dəryadı, göldür, 
Sənsiz ev-eşiyim çılpaqdı, çöldür. 
Ya mənə sahib ol, ya məni öldür, 
Dünyanın tutulub, kardır qulağı, 
Qəlbimin, könlümün çeşmə, bulağı. 
 
Əlimdə tutduğum kamanım, tarım, 
Ümid-ümidgahım, dövlətim, varım. 
Nə olar gözəlim, sən olsan, yarım, 
Ollam gül-çiçəyin yaşıl oylağı, 
Qəlbimin, könlümün çeşmə, bulağı. 
 
Cahana gəldik ki, sevək-seçilək, 
Gəlmədik əzabla ölək-dirilək. 
Məhəbbət bağında çiçəklər əkək, 
Girib öz qınına söyləmə, ağı, 
Qəlbimin, könlümün çeşmə, bulağı. 
 
 
                       


Məhəmməd Bəylər Aranlı  
 
52
 
İNAM 
 
Yolunda ölməyə dayandım hazır, 
Bəs niyə ürəyin mənə inanmır?! 
Xəyalım çəməndə,  dumanda azır, 
Damarımda qan dayanıb, ta axmır. 
 
Necə oldu, bir zalıma döndün sən?! 
Höcətləşdik, gah sən dedin, gah da, mən. 
Saçlarıma o hikkədən düşdü dən, 
Qəlbim, gözüm sözlərimə ta baxmır. 
 
Yaş ötüşdü gözlərimdə qaldı kam, 
Arzularım alovlandı, oldu şam. 
İstədim ki, ayrılam, halallaşam, 
Dəydi mənə yüz şəbədə, yüz qahmar. 
 
Vermə ömrü nə küləyə, nə yelə,  
Xoş avazın yayılıbdı bu elə. 
A zalımın zalım qızı, səbr elə, 
Daha gedib ömür, yaş sözə baxmır. 
 
Çəmənlər yurdumun nəm xalçasıdır, 
Nəqqaşı şairin söz fırçasıdır. 
Bəylərin Vətəni gül parçasıdır, 
Qəlbim,  gözüm  sözlərimə ta baxmır. 
 
     
   


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə