M. C. Pişəvəri



Yüklə 178,67 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix15.03.2018
ölçüsü178,67 Kb.
#32414
  1   2   3   4   5   6   7   8   9


www.acjiq.info

 

 



M.C.Pişəvəri 

Xatirələrkitabindan 

)

1941



-

1945


(

 

 



Milli Nehzətdən Qabaq Azərbaycanda Siyasi Firqə və İctimai Təşkilatlar. 

Bütün İranda gözə dəyən siyasi hərəkatlar və ictimai təşkilatları əzib, ortadan aparmaqla bərqərar olan 

Pəhləvi səltənəti davam etdiyi iyirmi il müddətində 15 milyon nüfusa malik olan İran xalqları ölkənin heç 

bir nöqtəsində bəlli başlı ictimai bir təşkilat qurmağa müvəffəq olmamışdır. Riza xanın Azərbaycan 

xalqından və onun azadlığa olan əlaqəsindən həmişə nigaran olduğuna görə mərhum Şeyx Məhəmməd 

Xiyabaninin rəhbərlik etdiyi hərəkat basdırıldıqdan sonra orada firqə naminə heç bir ciddi müəssisənin 

yaradılamsına imkan verilməmişdir. Hətta Süleyman Mirzənin (1300-1308-ci illərdə) (1921-1929) qurduğu 

zəif ictimai firqəsi belə Azərbaycanda Riza xan məmurlarının Şədid təqibi və Ələsgər Sərtibzadənin 

xudpəsəndliyi nəticəsində parlayıb, cəmiyyətdə mühüm yer tuta bilməmişdir. Həmin tarixdə bəzi zəhmətkeş 

və rovşənfikirlər vasitəsilə təşkil tapan İran Kommunist Firqəsinin Azərbaycanda təşkilatı daha çox məhdud 

dairədə və fövqəladə gizli fəaliyyət göstərməsinə baxmayaraq, Təbriz şəhrbani ədliyyə rəisi Sərhəng Asif 

ümum İran şəhrbani rəisi Sərtib Armin əlilə pozulmuş və onun fəal üzvləri isə başqa azadixahlarla birlikdə 

Qəsri-Qacar həbsxanasında zendebequr edilmişdilər. Bir sözlə demək olar ki, Riza xanın süqutu və müttəfiq 

dövlətlərin hərbi qüvvələrinin İrana varid olduğu vaxt (1320-ci il 3 şəhrivərdə, 1941-ci il 25 avquvst) 

Azərbaycanda siyasət və təşkilat naminə heç bir şey yox idi. 

Acı təcrübələr nəticəsində Tehrana bədbinlik gözü ilə baxan Azərbaycan xalqı hətta orada Riza xan taxtdan 

düşəndən sonra təşkil tapan Tudə Firqəsini qəbul etməyə belə hazır olmaq istəmirdi. Cünki xalq üçün Riza 

xanın süqutu elə nagihanı bir surətdə qabağa gəlmişdir ki, mat və mütəhəyyir qalıb hansı yol ilə gedəcəyini 

təyin edə bilmirdi. 

O günə dək özlərini xalqa rəhbər kimi göstərməyə çalışanlara isə xalq çox pis gözlə baxırdı. Neçə gün qabaq 

Riza xanın məddahlığında ifrat edən yalançı pəhləvanların maskalarını dəyişib, azadixah olmaları cəmaatı 

iğfal edə bilmirdi.  

Rizaxanın tacqoyma mərasimini Azərbaycan xalqı naminə təbrik edən və bütün Azərbaycanda siyasi 

hərəkatları satıb kef həyatının təmininə çalışan Sərtibzadə - 20 il tamam istibdad və diktatorluq rejiminin 

məddahlığı ilə yaşayan Ağazadə, həmçinin azadixahlıq namından sərvət və saman qazanan- bütün 

macəracular mövqedən istifadə edərək xalqa rəhnəma olmaq üçün təzahürə başladıqları cəmaatın xoşuna 

gələn işlərdən deyildi və xalq bu kimi yalançı azadixahlara bel bağlayıb, onların dalınca gedə bilmirdi. 



www.acjiq.info

 

 



Bu bədbəxtliyə bir də Alman casuslarının isə təbliğatını səbəb göstərmək olar. Hitlerin bərqasa fütuhatı )ilə 

xalqı qoruxudub, ona elə qandırmışdılar ki, Faşistlərin Şuralar İttifaqını yıxıb-dağıdıb İrana və oradan 

Hindistana qoşun yeritmələri günün məsələsidir. 

20

 il 


gözübağlı halda saxlanılmış xalq bu Hizbi-Tudənin təbliğatın mənasını təbiidir ki, anlaya bilmirdi. 

Xüsusilə Almanın mühum amilləri olan böyük bazar dəllalları vasitəsilə Berlin radiosunun yalan xəbərlərini 

yaymaqla milyonlar qazanmaq istədikləri üçün xalqı öz halına buraxmırdılar. Bunların intişar verdiyi 

şaiyələr xalqa göz açmağa imkan vermirdi. Bu səbəblərə görə Riza xan süqutunun birinci, ikinci hətta 

üçüncü aylarında Azərbaycanda firqə namına heç bir ciddi iş görülməyib, Hizbi-Tudənin oraya göndərdiyi 

nümayəndələr də heç bir müvəffəqiyyət qazana bilməmişlər. Misal üçün Hizbi-Tudə komitəsi tərəfindən 

azadixah şəhidlərin qəbri üzərinə gül sancmaq üçün təşkil olunan nümayişi göstərə bilərik. Qabaqda abü-

tabi ilə elan edilmiş bu nümayişdə Qəsri-Qəcr həbsxanasından təzə azad olan beş-üç nəfərdən artıq iştirak 

edən olmamışdı. Hətta nümayişi təşkil etməyi qərara alan əyalət komitəsi üzvləri Sərtibzadə, Ağazadə 

Astarayi də özlərini xalqa göstərməmişdilər. 

1321-ci il mehr ayının axırlarında ittifaq düşən bu hadisə, Azərbaycan xalqının ümumiyyətlə siyasətə

xüsusən onun başında durmaq istəyən yalançı adamlar pis gözü ilə baxdığını açıb aşkara çıxaran bir 

həqiqətdir. 20 il davam edən irticai siyasətin nəticəsi isə başqa cür ola bilməzdi. Lakin günahların hamısını 

da Pəhləvi rejiminə yapışdırmaq olmaz. Çünki xarici imperialistlərin azadixahları cürbəcür hiylələrlə tora 

salıb oynatdıqları və onların vasitəsilə xalqı azadlıqdan məhrum edib, öz yeritdikləri siyasetlərini xalq 

dəfələrlə görüb imtahan etmiş olduğdan onun siyasətlərini daha sınamaq istəmirdi. 

O gün hizb və təşkilat namına təzahür edənlərin xalqdan uzaq olmaları da onların şüarının köhnəlməsi də 

kiçik maneə deyildi. 20 il ərzində təhəmmül edib, ictimadə geniş yer tutan yeni nəsl onları tanıyıb hesaba 

ala bilmirdi. Məşrutə hərəkatında tutuquşu kimi ağızdan-ağıza söylənilib gələn təntənəli kəlmələrin təkrarını 

xalq daha eşitmək istəmirdi. Mühitinin şəraitinə görə xalqın yeni arzuları, yeni amal və yeni istəkləri var idi. 

Köhnə siyasətçilər isə onları dərk edə bilmirdilər. 

Bunların bədbəxtliklərinin biri də həsadət və xüdpəsəndlikləri idi. Onlar özlərindən savayi kimsəni pəsənd 

etməyib (bəyənməyib), xalqı qoyun sürüsü hesab edərək, istədikləri yerə çəkib, satmağa çalışırdırlar. 

Cəmaat içərisində gözə çarpan təzə ərsiyə çıxmış ləyaqətli adamlar onlar üçün taun və vəbadan daha mohlek 

(təhlükəli) idi. Ona görə birinci günlərdən Hizbi-Tudənin əyalət komitəsindən mühkəm yapışıb, onun 

qapılarını bilikli, bacarıqlı adamların üzlərinə açmaq istəmirdilər. 

Bunlara görə yazdığımız dövrdə Azərbaycanda mühüm bir siyasi firqə meydana çıxa bilməmişdi. 

 



Yüklə 178,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə