Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə1/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
  1   2   3   4   5   6   7   8   9   ...   36


 
 
 
 
MƏHƏMMƏD BƏYLƏR ARANLI 
 
 
 
 
 
 
 
 
ÖMÜRDƏN DÜŞƏN  
YARPAQLAR 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2017 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
2
 
Redaktor: 
Tofiq Mahmudov 
Prezident təqaüdçüsü, “Tərəqqi” medalı təltifçisi, 
Azərbaycan Yazıçılar Birliyinin üzvü. 
 
Tərtib edəni və çapa hazırlayanı: 
Mayisə Əsədullaqızı 
Azərbaycan Yazıçılar və  
Jurnalistlər Birliyinin üzvü. 
 
 
Məhəmməd Bəylər Aranlı, "Ömürdən düşən yarpaqlar", 
"Ecoprint" nəşriyyatı, Bakı, 2017, 220 səh. 
 
 
Məhəmməd Bəylər Aranlının “Ömürdən düşən 
yarpaqlar” adlı kitabı, müəllifin oxucuları ilə, 
sayca altıncı görüşüdür. Müəllifin indiyədək 
“Ürəyimin harayı” (1991), ”Gözümün qara-
sı”(1995), ”Sevgim, taleyim”(2000), ”Sənli 
günlərimin təşnəsiyəm mən” (2004),”Külək 
döyür qapımı” (2008) adlı kitabları, pərəstiş-
karları tərəfindən rəğbətlə qarşılanıb.  
Məhəmməd Bəylər Aranlının Vətən, məhəbbət, 
insanlığa sədaqət, ülviyyət, mərhəmət, ilk od-
ocaq kimi mövzularda qələmə aldığı  şeirləri 
özünəməxsus ahəng və rəng tapır.  
 
ISBN: 978-9952-108-9-7 
 
© 
Məhəmməd Bəylər Aranlı
 
                         
  
 


Ömürdən düşən yarpaqlar 
 
3
 
ÖN SÖZ 
 
ÖMÜRDƏN YARPAQLAR DÜŞÜR 
İnsan  ömrü  bir  ağacdır  və  illər  keçdikcə  bu  ağac 
yaşa  dolur,  yarpaqlar  düşür,  gövdəsi,  budaqları  quruyur. 
Amma,  bu  ağacın  kökü  dərinlikdədir,  torpaq  o  kökü 
qoruyur. Və insan bu dünyadan köçəndə unudulmur, onun 
kökü xoş əməllərdir, həyatda qoyduğu gözəl, xeyirxah iş-
lərdir. Şeirimizdə bu müqayisəyə dəfələrlə təsadüf etmişik, 
amma,  hər  şair  insan  ömrü-ağac  müqayisəsini  orijinal 
ifadə  üsulları  ilə,  təcəssüm  etməyə  çalışıb.  Ümumiyyətlə, 
epiqonçuluqdan,  özgələrinin  fikirlərini,  şeirdə  istədikləri  
bədii təsvir vasitələrini təkrar etməkdən uzaq olan şairlər, 
daha çox uğur qazanırlar.  
İmişlidə yaşayan, illər boyu bir həkim kimi yüzlərlə, 
minlərlə  xəstələrə  şəfa  verən  Məhəmməd  Bəylər  Aranlı 
indiyə  qədər  çap  etdirdiyi  beş  kitabında  da  çalışıb  ki,  öz 
könül duyğularını oxuculara ünvanlasın. O, həkimdir, am-
ma, özü də xəstədir-şeir xəstəsi. Həkimin sağaltdığı xəstə 
həyata  qayıdır,  şeirin  xəstəsi  isə,  ömrü  boyu  sağalmır, 
daim  şeirin  onu  yoluxdurduğu  bu  xəstəliklə  yaşayır, 
amma, bu xəstəlik qorxulu deyil, insanı daxilən saf, təmiz 
duyğularla  əhatə  edir.  Məhəmməd  Bəylər  Aranlı  da, 
şeirlərində o saflığı yaşadan şairlərdəndir. 
Bax Araza, alov yağır, od yağır, 
Gur suları heç durulmur, qan axır. 
Köklənibdi sinən üstə kaman hey
Sənə qurban mən əsgərin, Vətən hey! 
O Naxçıvan, o Astara, o Mərənd, 
Övladların biri igid, biri mərd. 
Döşlərindən süd vermisən, mənə sən, 
Haqq-sayını itirmərəm, Vətən mən! 
Oğulların Dədə Qorqud, Xətai, 
Babəklərin, Nəbilərin yox tayı. 


Məhəmməd Bəylər Aranlı  
 
4
Qoy yolunda şəhid olum, verim can, 
Sən Günəşsən, mən bir şölən-Azərbaycan! 
Niyə  bu  şeirdən  başladım?  Çünki,  Vətən  sevgisi 
bütün  sevgilərin  ali  hisslərin  hamısından  üstündür.  Mə-
həmməd Bəylər Aranlının bu şeiri də, onun Vətən məhəb-
bətindən doğub. Biz onun yeni şeirlər kitabında doğulduğu 
kəndlə,  yaşadığı  Aran  bölgəsi  ilə  bağlı  şeirlər  görmədik, 
yəqin  ki,  bundan  öncəki  şeirlər  kitablarında  belə  şeirlər 
olub. Ancaq “Vətən” şeiri o boşluğu doldurur. 
Məhəmməd  Bəylər  Aranlı  ürək  şairidir,  yəni  ürə-
yindən  nə  keçirsə,  hansı  duyğular  onu  yazmağa  vadar 
edirsə,  ürəyinə  xəyanət  etmir,  dərhal  o  hissləri  şeirə 
çevirir. O, ilk növbədə, oxucularla ünsiyyətə tələsir, sanki 
öz  ürəyində  keçən  hisslərin,  duyğuların,  oxucuların  ürə-
yində necə əks-səda verəcəyinə inanır.  
Ömür bir nəğmədir, notu müxtəlif, 
Köklənib gah zilin, gah bəmin üstə. 
Hikməti dərindi, anları lətif, 
Ayından, ilindən sən möhlət istə. 
Yazılar üst-üstə varaq-varaqdı, 
Hər sətri bir dastan, böyük nağıldı. 
Küləklər sovurub, dağım-dağımdı, 
Verdiyi hər bəhrə öyüd-ağıldı. 
Bu  misralar  həyatın  şirinliyini,  acılığını  dadmış, 
ömründə  elə  güman  edirik,  çox  sınaqlardan  keçmiş  bir 
insanın gəldiyi qənaətlərdi. Və onun taleyi yaşadığı məm-
ləkətin taleyindən ayrılmazdı. Hamımız kimi, Məhəmməd 
Bəylər  Aranlı  da,  Azərbaycanın  bu  otuz-otuz  beş  ildə 
keçdiyi  yolun  mənzərəsinə,  ictimai-siyasi  həyatına,  Qara-
bağda  baş  verən  olaylara,  maddi  və  mənəvi  sarsıntılara 
yaxşı  bələddir.  O  da  xalqın  bir  nümayəndəsidir  və  Azər-
baycana  gələn  bəlalar  onu  da,  sarsıdıb,  müstəqilliyimizin 
gətirdiyi yeni həyat tərzi, azadlıq onu da sevindirib.  
“Ulu türk”, “İgid əsgər”, “Qarabağ”, “Vəhdət” və 
digər şeirlərində, Məhəmməd Bəylər Aranlı bir 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə