Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə9/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

Ömürdən düşən yarpaqlar 
 
53
 
QOYNUNDA BATIM 
 
Yanağın qərənfil, buxağın çiçək, 
Tanrı bəxtəvəri, göyçəkdən-göyçək. 
İzin ver, üzünə baş qoyum yatım, 
Çəmənə, çiçəyə qoynunda batım. 
 
Cənnətə bənzəyən qoşa  xalın var, 
Dilin üstə şirin-şəkər balın var. 
Ayaq saxla, gözəl, qoy gəlim çatım, 
Çəmənə,  çiçəyə qoynunda batım. 
 
Qoyma yaş adlayıb üstündən keçsin, 
Eşqin sorağıyla badələr içsin. 
Can ver, vüsalına bir kəmənd atım, 
Çəmənə, çiçəyə qoynunda batım. 
 
Ömür çox qısadı, qısadan qısa, 
Bəylərlə gedirsən  bahardan qışa. 
Sənsiz günlərimi ömürdən atım, 
Çəmənə, çiçəyə qoynunda batım. 
 
              
 


Məhəmməd Bəylər Aranlı  
 
54
 
NƏ DEYİM 
 
Yaşın xəbəri yox, gözəlliyindən, 
Ötüb keçən ilə, günə nə deyim? 
Xəbərin yox, o şux bər-bəzəyindən, 
Zamansız ağaran başa nə deyim? 
Ötüb keçən ilə, yaşa nə deyim? 
 
Sənə təravətdə gül-çiçək çatmaz, 
Səni görən kəslər dincəlməz, yatmaz. 
Sinən arasında ay doğar batmaz, 
Zamansız ağaran başa nə deyim? 
Ötüb keçən ilə, yaşa nə deyim? 
 
Necə kimliyini söyləyim, deyim, 
Qəlbimin başında sızlayır neyim. 
Nəyinə gərəkdi, al-qumaş, geyim?! 
Zamansız ağaran başa nə deyim? 
Ötüb keçən ilə, yaşa nə deyim? 
 
Sən şəfəqli alov, mən isə çınqıl, 
Tanrı dərgahında  gəzirik haqqı. 
İçimi yandırdı susuzluq, yanqı, 
Zamansız ağaran başa nə deyim? 
Ötüb keçən ilə, yaşa nə deyim? 
 
Zərin qiymətini zərgərdən soruş, 
Könül ovsunlamaz, hər yeriş, öpüş. 
Bəs niyə yubandı, dediyin görüş? 
Zamansız ağaran başa nə deyim, 
Ötüb keçən ilə, yaşa nə deyim. 


Ömürdən düşən yarpaqlar 
 
55
 
QALANDAN BƏRİ 
 
Pərvanəyə şamam, alovlanmışam, 
Gözlərin qəlbimi alandan bəri. 
Hüsnünə söz qoşub, nəğmə yazmışam, 
Əllərin əlimdə qalandan bəri. 
 
Taleyim gül açıb, çəmənlər coşub, 
Üstümdən ildirim, bulud sovuşub. 
Qəlbim çaya dönüb, kükrəyib, daşıb, 
Əllərin əlimdə qalandan bəri. 
 
Sevgi ülviyyətdir, bir yaranışdır, 
Arxam çiçəkli yaz, qənşərim qışdı. 
Ta indi qazancım, dua-alqışdı, 
Əllərin əlimdə qalandan bəri. 
 
Sənsən ürəyimin dərdi, bəlası, 
Sağalmaz vurduğun nizə yarası. 
Bəylərin dərdinin yoxdu çarası, 
 Əllərin əlimdə qalandan bəri. 
      
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
56
 
SÖZ AÇDI 
 
Sənə könül açdım, qəlbimə dəydin, 
Gözlərin süzüldü, kədər  söz açdı. 
Yox dedin, qəddimi yenidən əydin, 
Lal olmuş o şəkər dilin söz açdı. 
 
Mən necə əl çəkim, nurlu əməldən
Sənə vurulmuşam, neynim, əzəldən. 
Necə ümid üzüm səntək mələkdən, 
Lal olmuş o şəkər dilin söz açdı. 
 
Dəlib ürəyimi dediyin kəlmə,  
Ölmüşəm, ta artıq, üstümə gəlmə. 
Soyuq məzarımı ahınla dəlmə, 
Lal olmuş o şəkər dilin söz açdı. 
 
Bəylər Aranlını yara göynədər, 
Həsrətə, hicrana, zülmə öyrədər. 
Çalxanar içimdə bu ağı-kədər, 
Lal olmuş o şəkər dilin söz açdı. 
 
       


Ömürdən düşən yarpaqlar 
 
57
 
QADASIN ALLAM 
 
Bir zaman gördüyün gül-çöhrəm solub, 
Ahım ərşə çıxıb, yuxum yox olub. 
Ürəyim qubarla büsbütün dolub, 
Öl desən  ölərəm, qal desən, qallam, 
O ahu gözlərin qadasın allam! 
 
Elə bil canımda sazaq var, sazaq, 
Bədnəzər gözündən uzaq ol, uzaq. 
Alov atəşində ovunaq, qızaq, 
Öl desən, ölərəm, qal desən, qallam, 
O ahu gözlərin qadasın allam! 
 
Neçə fikir içrə yorğun düşmüşəm, 
Xəyala dalmışam, səndən küsmüşəm. 
Həsrət tonqalında yanıb-bişmişəm, 
Öl desən, ölərəm, qal desən, qallam, 
O ahu gözlərin qadasın allam! 
 
Kaş ki, gecikəydi al səhər, al dan, 
Sənə qul olmağa  gəlmişəm, canan. 
Məhəmməd Bəyləri unutmaz zaman, 
Öl desən, ölərəm, qal desən, qallam, 
O ahu gözlərin qadasın allam! 
 
  
       
   


Məhəmməd Bəylər Aranlı  
 
58
 
GÖZƏLLİK PƏRİSİ 
 
Sənə qısıldım ki, qızınam özüm, 
Sənin varlığınla boy ata qəlbim. 
Gəzir sorağında dolaşır gözüm, 
Tərpənmə, çiynindən düşər əllərin. 
 
Gözəllik pərisi, nur üzlü, bəxtli, 
Tanrının qələmi bəxtinə düşüb. 
Əynində libasın qırçın taxtalı, 
Neçə ürəkləri oxlayıb deşib. 
 
Mən yandım atəşdə, yandım alovda, 
Nə gözləyim bu fələkdən, gərdişdən? 
Dilsiz öləsiyəm, vurduğun odda, 
Barı peşiman ol, tutduğun işdən. 
 
              
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
59
 
GERİYƏ DÖN 
 
Məni hicran üzüb getdi, hardasan? 
Bəxtimin dan ulduzu, dön geriyə. 
Sən niyə bu qədər uzaqlardasan, 
Bəxtimin dan ulduzu, dön geriyə. 
 
Qoşalaşıb, ürəyimdə kədər-qəm, 
Darıxıram, naləm zildi, həzin, bəm. 
Deyirsən ki, görüşməyə yoxdu çəm, 
Bəxtimin dan ulduzu, dön geriyə. 
 
İlahidən cüt düşübdü püşkümüz
Yaradanın töhfəsidir eşqimiz. 
Ömür boyu qoşa gəzək, gərək, biz, 
Bəxtimin dan ulduzu, dön geriyə. 
 
Taleyimi hənirtinlə, gəl, oyat, 
Məhəbbətsiz nəyə lazım bu həyat? 
Sənli olsun hər dəqiqə, hər saat, 
Bəxtimin dan ulduzu, dön geriyə. 
 
Məhəmmədi çox çıxartdın sınaqdan, 
Gözlərini yola dikib, nə vaxtdan. 
Yaxına gəl, cavab vermə, uzaqdan, 
Bəxtimin dan ulduzu, dön geriyə. 
 
 
               


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə