Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   2   3   4   5   6   7   8   9   ...   36

Ömürdən düşən yarpaqlar 
 
5
vətənpərvər şair kimi öz sözünü deyir. Böyük inamla yazır 
ki: 
Çəkilsin göylərə, daransın hissim, 
Bürüsün aləmi alovum, tüstüm. 
Şuşaya boylansın həsrətim, hisim, 
Suvar al qanımla Vətən torpağın, 
Yaz gələcək nəslə, Vətən növrağın! 
Məhəmməd  Bəylər  Aranlının  dünya  silsiləsindən 
olan şeirləri də, onun təkcə fərdi yaşantıları deyil, həm də, 
daha geniş miqyasda düşüncələrini əhatə edir. 
Onun fikrincə, dünya təzadlarla doludur: 
 “Acı xəbərlərlə sökülür hər dan
Dünya təzadlardan doymayıb ancaq” 
Amma, dünyanı yaşadan insanların xeyirxah əməllə-
ridir. Nə qədər ki, dünyada belə insanlar yaşayır, o zaman 
gözəldi  dünya.  Amma,  pisliklər,  rəzil  əməllər  də,  unu-
dulmur,  ürəkdə  yaraya  çevrilir.  Bu  təzadlar  dünya  yara-
nandan mövcuddur. 
Məhəmməd  Bəylər  Aranlı  bütün  şeirlərini  hecada 
yazır.  Qoşmaları  daha  çoxdur  və  hər  qoşmada  fikrini  ob-
razlı ifadə etməyə çalışır. Özü də bu qoşmaların əksəriyyə-
ti  sevgi  mövzusundadır.  O,  yaşadığı,  duyduğu  sevgi  his-
slərini şeir dili ilə özünəməxsus şəkildə təqdim etməyə can 
atır. Yaşı altmışı keçsə də, görünür, o hissləri, o duyğuları, 
unudulmaz  sevgi  anlarını  unutmayıb.  Ömrün  payızında 
belə  bir  sevgiyə  həsəd  çəkmək  olar.  Nədir  sevgi?  Onun 
fikrincə,  sevgi  insanı  qocalmağa  qoymayan  ən  ali,  ən 
müqəddəs  bir  duyğudur.  Sevgisiz  yaşamaq,  yaşamamaq 
deməkdir.  Hissiz,  duyğusuz  adamda  nə  sevgi  ola  bilər? 
Sevgi  alovlu  köynəkdir...və  ömrün  boyu  o  köynəyin 
alovuna  dözməlisən.  Dünyada  hansı  bəlaya  düşsən,  o 
bəladan öz ağlınla çıxarsan, amma, sevgi alovundan, sevgi 
bəlasından çıxmağı düşünmə. 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
6
Dağılıb tellərin yanağa, üzə, 
Gəl çıxaq gəzmyə, laləli düzə. 
Qorxuram, gələsən bədnəzər gözə, 
Gül-çiçək olsa da, həm sağın, solun, 
Mən sənin olaram bir qara qulun. 
Sevgidə  qul  olmaq...Bizim  klassik  şeirlərdən  gələn 
bir  ənənədir.  Sevgi  yolunda  qul  olmaq  şərəfdir.  Məhəm-
məd  Bəylər  Aranlının  sevgi  şeirlərində  lirik  qəhrəmanın 
yaşanılan və indi də davam edən “tərcümeyi-halı” ilə qar-
şılaşırıq.  
“Ümidini vermə yelə, ay insafsız, insaf elə”-deyəndə 
də, bu sevgidəki hicrana inanırsan. İnanırsan ki:  
“Sevənlər yanında Məcnun, qul oldum, 
 Mən belə qismətə çox şükür dedim” 
Məhəmməd Bəylər Aranlıya daha gözəl şeirlər yaz-
mağı arzulamaqla, sözümüzü bitiririk. 
Vaqif Yusifli 
                                                     Filologiya emləri doktoru 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
7
 
 
MƏHƏBBƏTİN BAŞI QARLI UCA DAĞ 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
8
     
DÜZDÜMÜ 
 
Vücudun gülüstan, atəş, yaraşıq, 
Yanağın gül-çiçək, baxışın işıq. 
Yandı alovunda ötən hər aşiq, 
Qəsdin can almaqdı, düzdü, düzdümü? 
 
Nazın, bu naz-qəmzən  canımı aldı, 
Hissim sinən üstə yurd-yuva saldı. 
Siyah tellərində baxışım qaldı, 
Qəsdin can almaqdı, düzdü, düzdümü? 
 
Ovsunlu mələksən, atəşli-odlu, 
Buxağın, yanağın təravət dolu. 
Taleyin işıqlı bir ulduz  yolu. 
Qəsdin can almaqdı, düzdü, düzdümü? 
 
Bəylər  dərd içində, fikir içində
Sən isə, bir şeyda bülbül səsində. 
Boylanıb baxırsan uşaq sinində, 
Qəsdin can almaqdı, düzdü, düzdümü? 
 
 
         
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
9
 
ASILI QALDI 
 
Oturdum yerimdə, kal nəfəs dərib, 
Açdım əllərimi sənə, sən fəqət. 
Şəninə  söylədim bir neçə tərif, 
Vücudun canımı odlara saldı, 
Nəfsim gözlərindən asılı qaldı. 
 
Çəkdin ruhumu sən, çəkdin göylərə, 
Yandı baxışından, sinəm, dağ, dərə. 
Kövrəldi ürəyim, oldu bir tərə, 
Vücudun canımı odlara saldı, 
Nəfsim sözlərindən asılı qaldı. 
 
Olmusan əlçatmaz, sirli bir qala, 
Gəldi bu qəlbimə, gəldi min bəla. 
Nəyimə gərəkdi, boş orman, tala, 
Vücudun canımı odlara saldı, 
Nəfsim əllərindən asılı qaldı. 
 
Bəylərəm, vuruldum çiçəyə gülə, 
Bürünüb pərquya, bürünüb tülə. 
Yandım bu atəşdən,  döndüm bülbülə, 
Vücudun canımı odlara saldı, 
 Nəfsim tellərindən asılı qaldı. 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
10
 
SÜZGÜN GÖZLƏRİN 
 
Aldı ixtiyarı, aldı əlimdən, 
O şirin, o şəkər süzgün gözlərin. 
Naz etdi, söz atdı, tutdu dilimdən, 
O şirin, o şəkər süzgün gözlərin. 
 
Xəyalın fikrimi apardı göyə, 
Bütün varlığımı can deyə-deyə. 
Böldü ürəyimi,böldü ikiyə, 
O şirin, o şəkər, süzgün gözlərin. 
 
Yas tutub ağlayır, özünü, məni, 
Qarşıdan hər gələn zülmət gecəni. 
Şirin xatirəli olub, keçəni, 
 O şirin, o şəkər süzgün gözlərin. 
 
Ayıra bilmirsən, əyrini düzdən, 
Saxtalıq oxunur, baxışdan, gözdən. 
Könlümü oxuyur, oxuyur, üzdən, 
O şirin, o şəkər, süzgün gözlərin. 
 
Ovsunun ovsundu, kəməndin kəmənd, 
Mindiyin köhlənin səmənddir, səmənd. 
Nəyinə gərəkdir, bu insaf, bu and? 
O şirin, o şəkər, süzgün gözlərin. 
 
 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə