Alin yazimizdan yarpaqlar



Yüklə 170,42 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü170,42 Kb.
#54376
növüYazi


«Qarapapaqlar».-2010.-№5(35).-S.8-14.

ALIN YAZIMIZDAN YARPAQLAR

ATA YURDUMUZ BORÇALI XX ƏSRDƏ

Şurəddin MƏMMƏDLI,

filologiya elmləri doktoru, professor



VI yazı

Əvvəli "Qarapapaqlar"ın öncəki saylarında

...Ehey, Alın Yazım, Qan Yaddaşım - Ulu Tarixim! Nə Qədər Sirli-Sehirlisən!..

1905 ilində Erməni - Müsəlman çatışması Borçalıya və Borçalılılara da sirayət  etdi, özəl  qatışıq komissiya

oluşduruldu,  noyabrın 21-22-də  Tiflisin  Meydan,  Hallavar  məhəllələrində  Erməni  - Müsəlman  toqquşmasında  34

adam öldü, 55 adam yaralandı. Borçalı ağsaqqalları Bolus-Kəpənəkçidən Emin Ağa, Faxralıdan Oruc Ağa, habelə

Gürcü  Xeyriyyə  Cəmiyyətinin  xəttiylə  knyaz  Çavçavadze  və  başqaları  Bolnis-Xaçınlıda,  Bolnis-Kəpənəkçidə,

Şüləverdə, Başkeçiddə, Boslebdə... qırğını dayandırdılar.

Bu  vaxtlar  qəza  mərkəzi  Şüləver  idi.  Yerli  (zemstvo)  yönətim  üsulunun  tətbiqinə  dair  1909-cu  il  oktyabr

müşavirəsinə Dəmirçihasanlıdan Osman Sadıq oğlu da qatıldı. Borçalıda 46 qlasnı (məclis üzvü) seçildi, bunun 40

nəfəri  qəza  və  nahiyə  məclislərində,  qalanı quberniya  və  vilayət  məclislərində  təmsil  olundu.  Qəzada  6  zemstvo

birimi (vahidi) oluşduruldu.

1913-də Qafqaz Canişin Şurasının hazırladığı mövcud quberniyaların sərhədlərində dəyişikliklər layihəsində

etnik  prinsiplərə  görə,  Borçalı qəzasının  güney-günbatar  qismini  İrəvan  quberniyasına,  quzey-gündoğar  budağını

Yelizavetpol (Gəncə) qubernyasına birləşdirmək ön görülürdü. Eyni il noyabrın 6-da və dekabrın 18-də Mehdi Ağa

Sultanovun,  Əhmədmirzə  Məmməd  oğlunun,  Şamil  Abbas  oğlunun,  Əbdürrəhman  Qayıbovun  da  daxil  olduqları

özəl  komissiya bu səmtin iqtisadi baxımdan  daha  çox  Tiflislə  ilişkidə  olduğunu  diqqətə  alaraq,  "Borçalı qəzasını

Tiflis  qubernyasının  tərkibindən  ayırmağın  arzuedilməzliyinə"  yekdilliklə  tərəf  çıxdı.  24  yanvar  1914-də  Tiflis

Quberniya Şurası bu qərarı təsdiqlədi.

1917-dəQafqazda  yenidən  sınır  bölgüsü  məsələsi  qalxdı.  Ermənilər  Borçalının  Loru  nahiyəsi  və  başqa

ərazilər  hesabına  Gümrü  (Aleksandropol)  quberniyası  oluşdurmaq  xəyalına  düşdülər.  Həmən  il  Borçalı  qəza

komissarı  Əbdürrəhim  Bəy  Haqverdiyevin  sədrliyilə  Loru  nahiyəsi  bütün  camaatları  təmsilçilərinin  qurultayı

çağırıldı  və  qərara  alındı:  "Tiflis  qubernyası  hüdudlarından  heç  vəchlə  ayrılmamalı  və  yeni  oluşdurulan

Aleksandropol  quberniyasına  birləşməməli".  Noyabrın 10-da  Tiflisdə  keçirilmiş  əlahiddə  müşavirə  də  Borçalının

parçalanmamasının lehinə qətnamə qəbul etdi.

Rus əsgərləri Türkiyədən qayıdarkən 1918 ilin fevralın 18-də Borçalı bəylərindən Mursaqulların Almaz Ağa,

Cöyrü oğlu Qara başlarına dəstə yığıb, Candar stansyasında şalonlara həmlə etdilər, silahlar ələ keçirmək istədilər.

Xalq  dilində  "Şalon  qırğını"  olaraq  bilinən  bu  atışmada  yüzlərcə  yurddaşımız  öldürüldü,  bir  çoxu  zindanlara

yollandı.  Arçil Yadigarov rus əsgərlərindən camaatı qurtardı.  Öldürülənlər arasında Mursa-qullardan Almaz Ağa,

Əbzər Ağa, İsmayıl Ağa, leytenant Abdulla Ağa da var idi.

1918-in mayında Güney Qafqazda üç xalq respublikasının istiqlal bəyannamələri oxunandan sonra, Borçalı

üç  respublika  arasında  son  dərəcə  mürəkkəb  mübahisəli  əraziyə  çevrildi.  Gürcüstandakı  bütün  müsəlmanlar

adından  Borçalının  sünnü  qazısı Yusif  Əfəndi  Allahyarzadə,  şiə  qazısı Məhəmməd  Şeyx  Məhəmmədəli,  Borçalı

xeyriyyə  cəmiyyətinin  sədri  Qurbanəli  Əfəndi  Xəlilzadə  və  başqaları müraciət  qəbul  edərək,  "mərkəzi  üsul-idarə

Tiflis şəhərində olmaqla Türkiyənin himayədarlığı altında Qarapapaq adıyla yarımmüstəqil xanlıq kimi tanınması"

haqqında  məsələ  qaldırdılar.  Borçalı  məsələsi  haqqında  Gürcüstanla  Azərbaycan  arasında  yazışmalar  bir  yana

qaldı,  üçüncü  dövlətin  -  Ermənistanın  iddiaları  gücləndi.  Erməni  siyasətbazları  fitnələrə  əl  atdılar,  qəfildən

Ermənistan  qoşun  hissələri  Gürcüstanın  sərhəd  postlarına  basqına  keçdilər.  Gürcüstanın  ultimatumuna  məhəl

qoymayan  erməni  qoşunu  hücumu  davam  etdirdi.  Şüləver-Sadaxlı  qisminin  savaş  səhnəsinə  çevrilməsiylə  ilgili

olaraq  qəza  inzibati  idarələri  Şüləverdən  Yekaterinenfeldə  köçdü.  Ermənilər  qan  tökə-tökə  irəlilədilər.  Yerli

müsəlmanlar  öz  başlarına  özləri  çarə  qılmaqdan  ötrü  tədbirlər  tökdülər.  Təcavüzdən  qorunmaq  üçün  Qars  İslam

Şurasının bünyəsində Borçalı Milli Şurası oluşduruldu, onun rəisi Qars İslam Şurasının rəisi-cümhuru (prezidenti)

olmuş Kəpənəkçi Emin Ağa Hacalıyev (Hacallı) seçildi.

Dekabrın  17-də  Borçalı  üstündə  Ermənistan  -  Gürcüstan  müharibəsi  rəsmən  bəyan  olundu.  Voronsovka,

Yekaterinenfeld,  Sadaxlı,  Dəmyə,  Ləmbəli,  Saral,  Ağammədli,  Bəytərəfçi,  Axlılələ,  Allahverdi  tərəflərdə  qanlı

savaşlar  getdi.  Dekabrın  31-də  ingilislərin  müdaxiləsiylə  hərb  dayandırıldı.  Yanvarın  9-dan  17-dək  Tiflisdəki

Ermənistan - Gürcüstan konfransında Loru neytral (tərəfsiz) bölgə elan edildi. (Borçalı üstündə müharibə və onun

sonucları müəllifin "Paralanmış Borçalı..." kitabında ayrıntılı şərh olunmuşdur).

...Borçalı qəzasının ərazisi 1902-də 6.567 km

2

, 1905-də 6.870 km



2

, 1915-də 6.408 km

2

, 1917-1921 illərində



4.360 km

2

 idi.



...XX  əsrin  əvvəllərində  Tiflis  quberniyasında  türklər  107.623  nəfəriydilər,  bunun  63.337-si  Borçalı


qəzasında,  7749-u  Tiflis  qəzasında,  6635-i  Tiflis  şəhərində  yaşayırdı.  Türklər  Loru-Borçalı nahiyəsində  36.065,

Trialet  nahiyəsində  10.560,  Yekaterinenfeld  nahiyəsində  13.762,  Loru  nahiyəsində  3.058  nəfəri  təşkil  edirdilər.

1918-də  də  Borçalıda  və  Qarayazıda  əhalinin  çoxu  müsəlman  türklər  idi.  Öncəliklə,  Borçalının  orta  hissəsində

əhalinin 93 faizi (36.615 nəfər), Qarayazıda 88,8 faizi (7.419 nəfər) qarapapaqlar idi.

...Yüzilin  başlarında  Borçalı qəzasına  Türkiyədən,  İrandan  ermənilər,  yunanlar,  Tiflis  quberniyası və  ətraf

regionlardan da gürcülər gətirilirdilər. Örnəyin, Kaspidən Apsiauri, Xevsuretdən Tsiklauri, Racadan Xomasuridze,

Burduladze,  Metreveli,  Lobjanidze,  Sxirtladze,  Davlianidze,  Pşavdan  Miqriauli,  Xizanaşvili,  Cavaxetdən

Aspanadze, Kaxetdən Zirakaşvili... nəsilləri gəlib Marabda, Qomaret, Muşevan, Cavax kəndlərində məskənləşdilər.

...Üzdə olan, seçilən öndər adamlarımızdan yüzilin ilk illərində ata yurdumuzun ellərində kətxudalar olmuş

Baydarda  Molla  Abdulla  İbiş  oğlu,  Dəmirçihasanlıda  Osman  Sadıq  oğlu,  Görarxıda  Məmmədsöyün  Süleyman

oğlu,  Sadaxlıda  Nağı Adıgözəl  oğlu,  Arıxlıda  Yolçu  Nəbi  oğlu,  Qızılhacılıda  Hümbət  Nəzərəli  oğlu,  Qaçağanda

Kərbəlayı İsmayıl Miki  oğlu,  Körpülüdə  Aslan  Mürşüd  oğlu,  Qırxlıda  Xəlil  Mustafa  oğlu,  Saralda  Məşədi  Balı

Bala oğlu, Bolnis-Kəpənəkçidə Allahverdi Göyüş oğlu, Darbazda Alı Əhməd oğlu, Saraclıda Paşa Ağa  Naibzadə,

Sarvanda  Əliməmməd  Söyün  oğlu, Faxralıda  Təhməzqulu  Dünyamalı oğlu, Ərçivan-Sarvanda  Hümbət  Kərbəlayı

Əhməd oğlu, habelə Ağtəhlədə Həsənəli Kərbəlayı Əli oğlu, Qaraçalarda Ömər İbrahim oğlu, Gölkənddə (Candar)

Həsən  Çopur  oğlu. Qaracalarda  (Kosalı)  Cəlil  Əhməd  oğlu, Sığnaq  qəzasının  Muğanlı icmasında  Əli  Dünyamalı

oğlu,  Qanlıkənddə  Murtuzəli  İsmayıl  oğlu,  Telavın  Qaracalarında  İlyaz  ağa  Səfiyev,  Tiflisdə  öncül  vəzifələrdə

işləmiş  Həsən  və  Sadıq  Yadigarovlar,  1912-də  "Bəsdir,  oyan"  kitabını  yazmış,  1915-də  Tulada  haqqında  kitab

çıxmış,  1918-də  Qars  İslam  Şurasının  rəisi  seçilmiş  Emin  Ağa  Hacallı,  1916-da  Rus  əsgərlərinə  divan  tutmuş

Qaçağanlı Mustafa Tağı oğlu, Məmmədtağı Axund oğlu, Qasımlı Kərəm, 1919-da Gürcüstan Müəssisan Məclisinin

üzvü seçilmiş Hüseyn-qulu Məmməd oğlu Məmmədov, ayrıca Tiflisə gəlib Borçalılıların içtimai işlərinə yaxından

qatılmış  Borçalı  qəza  komissarı,  Özəl  Güney  Qafqaz  Komitəsinin  Borçalı  qəzasının  vəkili  Əbdürrəhim  Bəy

Haqverdiyev,  Gürcüstan  Milli  Şurasının  üzvləri,  Borçalı  qəza  qlasnısı  Əziz  Şərif,  Əliheydər  Qarayev,  Mirzə

Hüseyn Həsənzadə, Gürcüstan Müsəlman Milli Məclisinin sədri Əlimirzə Nərimanov, ağsaqqallardan Yüzbaşoğlu

Kərim  Ağa,  Uzunbaşoğlu  Məhəmməd,  Molla  İsə,  Dəli  Nəsib,  Məmmədəli  Bəy,  Qurban  Ağa,  Haqverdi,  Yusuf

Əfəndi, Yunus Əfəndi, İsaoğlu Nuru, Hacılıların İsa, Qobeslərin Kərim, Kəlbi Ağa, Rüstəm Ağa, Aslan Ağa, İsrafil

Ağa, Süleyman Ağa, Rəşid Ağa, Çopur Mustafa, Molla Paşa, İsmayıl kişi, Qazı Əfəndi,  Ağ Molia,  Kolqıranoğlu

İsmayıl, Alıoğlu Paşa, Molla  Musa,  Şatıroğlu İsmayıl, Əsgər  kişi, Ömər  kişi,  Dünyamalı  kişi,  Çıraq  kişi,  Əlləzli

Əbdüləli,  Şirətli  Söyünqulu,  Həsənli  Təhməzqulu,  Balammədli  İman,  Böyük  Ağa,  Ayorta  Qaranın  hörmət-izzətii

böyüküydü. 

...1910-da  Kəpənəkçi  Emin  Ağanın  təqdim  etmiş  olduğu,  indi  Gürcüstan  Dövlət  Muzeyində  qorunan

"Borçalı azərbaycanlı qadınının geyim dəsti" - arxalıq, çəmbərə, çalma-kələğay, şərf, şalvar-tuman, məzər, corab,

köynək o vaxtkı etnoqrafik geyim tərzimiz haqqında qiymətli saxlancdır.

...Bu  illərdə  quberniyada  toplam  114müsəlman  məktəbi  varıydı  və  onlarda  680  şagird  oxuyurdu,  habelə

1901-də  Arıxlıda,  1903-də  Sadaxlıda,  1910-da  Görarxıda,  sonra  Qaçağanda,  Qasımlıda,  Saraclıda,  Faxralıda,

Saralda,  Qızılkilsədə,  Lök-Candarda,  Soyuqbulaqda  dünyəvi  məktəblər  açıldı.  Yüzə  qədər  məscid  və  dini

məktəblərimiz,  Cəlil  Məmmədquluzadənin  şəxsi  məktəbi,  "Leyli"  qızlar  məktəbi,  Tiflisdəki  Azərbaycan  Xalq

Universitəsi,  Azərbaycan  məktəbləri,  ev  təhsili  ocaqları  da  maarifimizə  təkan  vermişlər.  Arıxlıdan  Hüseyn,

Sirəcəddin  və  Ziyəddin  Əfəndizadələr,  Tiflisdən  Teymur  Qulubəyov,  Əlimirzə  Nərimanov,  Məmməd  Bəy

Ömərbəyov,  Məmməd  Bəy  Məmmədov,  Ələsgər  Abbasov,  Faxralıdan  Mirzə  Rza  Əlizadə,  Sarvandan  Kərim

Şərifli, Rüstəm Şərifli, Hüseyn Minasazlı, Təcisdən Ziyad Şərifov, Telav-Qaracalardan Əbdül Manafi-Sofiyev və

başqaları Qori Müəllimlər Seminaryasının Borçalı yetirmələriydi.

1918-1920  illərində  ana  dilində  tədrisə  keçidlə  bağlı milli  maarifimiz  də  inkişaf  etdi.  Tiflisdə  üç  məktəb,

habelə Şeyx Nizami adına yüksək dərəcəli ibtidai məktəb, Arıxlı, Bolnis-Kəpənəkçi, Görarxı, Qızılhacılı, Sarvan,

Sadaxlı,  Təcis,  Qaçağan,  Kosalı, Muğanlı kəndlərində  ibtidai  məktəblərimiz  fəaliyyət  göstərirdi.  Ancaq  yenə  də

genəl  durumdan  narahatlıq  var  idi.  Nəriman  Nərimanov  yazırdı:  "Borçalı  bəyləri,  ağaları  kimi  qeyri  ölkələrdə

xabiqəflətdə  qalanlara  təəccüb  etməlidir!  Nə  əcəb  bunlar  qeyri  şəhərlərdə  din  qardaşlarının hümmətini  görüb,  ya

eşidib hümmətə gəlməyiblər?".

...Tiflisdə  yaşamış  ilk  maarifçi  qadınlarımızdan  Rəhilə  Hacıbababəyova,  Azərbaycanın  ilk  peşəkar  qadın

rəssamı Qeysər  Kaşıyeva,  gözəl  musiqiçi,  pianoçu  Kişvər  Əliyeva,  görkəmli  xanəndə  Məcid  Behbudov,  akvarel,

portret,  tablo  ustadı  Abbas  Hüseyni,  əslən  Sarvan  kəndindən  olan  Abdulla  Şaiq,  yazıçı-publisistlər  Ömər  Faiq

Neymanzadə,  Hüseyn  Minasazlı, aşıqlar,  el  şairləri  Nəbi,  Ağacan,  Sadıq,  Bayram,  Balakişi,  Güllər  Pərisi,  Dollu

Əbuzər,  Tüləhmədoğlu,  Yetim  Söyün,  Usuf,  Abbas,  Şikəstə  Pəri,  Alxas  Ağa,  Hüseynxan,  Hüseyn,  İbrahim

Abdulla, İsmayıl, Hasan, Nədir, Şaban, dramaturqlar Kərim Şərifli, Mirzə Əli Abbasov və başqaları Borçalı-Tiflis

ədəbi-mədəni mühitin yetirmələri olmuşlar.

"Molla  Nəsrəddin"  dərgisinin  Borçalı  təmsilçisi  Mirzə  Həsən  Məcruh  onun  səhifələrində  ata  yurdumuzun

həyatını işıqlandırmışdır.  1918-1920 illərində Tiflisdəki "Şərq" basmaxanasında Azərbaycanca kitablar (o sıradan

Kolayır  kəndindən  şair  Məhəmməd  Rzazadə  Mühəqqərin  "El  şeirləri"  toplusu)  buraxılmışdır,  "Gələcək",  "Al

Bayraq",  "Yeni  Dünya",  "Tartan-Partan",  "Vətən"  dərgiləri,  qəzetləri  çıxmışdır,  teatr  truppaları  fəaliyyət

görsətmişlər.




1921-ci il 12 fevral gecəsi sovet ordusu Şüləverdə sovet bayrağı dalğalandırdı.

Gürcüstanda sovet hökuməti  qurulan kimi oluşdurulmuş  İnqilab Komitəsi özəl  bəlgəylə  Borçalının taleyini

yerli  əhalinin  öhdəsinə  buraxdı.  Rusya  Kommunist  (Bolşeviklər)  Partiyası Mərkəzi  Komitəsi  Qafqaz  Bürosunun

qərarıyla ərazi məsələlərini tənzimləyən komissiya iyunun sonlarında Tiflisdəki iclasında  Loru probleminə ayrıca

baxdı,  iyulun  7-də  Qafqaz  Bürosu  Stalinin  iştirakıyla  öz  iclasında  bütün  neytral  (tərəfsiz)  zonanın  Ermənistan

tərkibinə  daxil  edilməsi  haqqında  qərar  çıxardı.  Ermənilərə  "beynəlmiləlçilik"  siyasətilə  peşkəş  verilən  Loru  -

Voronsovka bölgəsi 2.575 kvadrat kilometrə yaxınıydı, bu, Borçalının, demək olar, yarısı, parasıydı.

Gürcüstan Müsəlmanlarının İşləri Şurasının sədri Ömər Faiq: "Əhalisinin 80 - 85 faizini Müsəlmanlar təşkil

edən  Borçalı qəzasında  heç  kəs  onlarla  hesablaşmır...  Bütün  Borçalı qəzası öz-özlüyündə  qarşı-qarşıya  duran  iki

düşərgəyi xatırladır: bir tərəfdən azlıq təşkil edən Almanlar, Ermənilər, Aysorlar, Malakanlar, Gürcülər, Yunanlar -

yönətənlər; digər tərəfdən çoxminlik Müsəlmanlar kütləsi - yönətilənlər kimi".

1929-da  Borçalı  qəzası  rayonlara  bölündü.  Bölgədə  kəndliləri  kütləvi  şəkildə  kollektiv  təsərrüfatlara

(kolxozlara)  yazmağa  başladılar,  ilin  sonlarında  Borçalı  rayonunda  MTS  (maşın-traktor  stansiyası)  yaradıldı.

Kolxoz  quruluşunun  gedişatı Borçalıda  qarmaşıq oldu.  Sovet  hökumətinin  tərəfdaşlarıyla  əleyhdarları üzləşdilər.

Sarvan, Görarxı, Qızılhacılı, Qaçağan, Sadaxlı, Arıxlı, Faxralı... ellərini silahlı üsyanlar bürüdü. Dəmirçihasanlıda

İsaxan  üsyanı da  bu  vaxt  oldu.  Kulaklığı  ləğv  etmək,  "təmizlik"  bəhanəsiylə,  xalqın  gözünü  qırmaqdan  ötrü  bir

çoxları güllələndilər,  yaxud  çox-çox  uzaqlara  sürgünə  göndərildilər.  1932-də  kollektivləşmə  başa  çatdı.  Kolxoza

girməyənlərə vergi qoyuldu, köhnə zənginlərə birər inək saxlandı, qalan mal-qarası kolxoza verildi.

1937-nin repressiyası (bulanımı) ata yurdumuzu, öz yurddaşlarımızı da göynətdi...

1941-1945  illəri  İkinci  Cahan  Hərbində  sovet  ordusu  sıralarında  Alman  faşistlərinə  qarşı  Borçalıdan  on

minlərlə gənc vuruşdu, yarıdan çoxu geri qayıtmadılar.

1950-li  illərdə  bərpa,  altmışlı-yetmişli  illərdə,  qismən  də  sonra  aqrar-sənaye  təsərrüfat-iqtisadiyyat

yönlərində  gəlişim  Borçalıda  da  rahat  getdi,  beşillik  planlar  artıqlamasıyla  ödənildi,  bir  çox  sənaye  obyektləri

oluşduruldu, inşa-tikinti genişləndi.

Səksəninci illərin sonlarına doğru yaşayışda qarmaşıqlıq görülməyə, duyulmağa başladı. 1989 iyunun 24-də

Marneuli şəhər meydanındakı mitinqdən sonra bölgədə toplumsal-siyasi durum gərginləşdi.

...1922-1929  illəri  arası Borçalı qəzasının  ərazisi  2.952  km:,  1949-da  Dmanisi  rayonu  ərazisi  1.223  km

2

,



Marneuli  rayonu  ərazisi  970  km

2

,  Bolnisi  rayonu  ərazisi  747  km



2

,  Qardabani  rayonu  ərazisi  714  km

2

 olmuş,


1979-da  Dmanisi  rayonu  ərazisi  1.208  km

2

,  Marneuli  rayonu  ərazisi  955  km



2

,  Bolnisi  rayonu  ərazisi  804  km

2

,

Qardabani rayonu ərazisi 1.734 km



2

 olmuşdur. 1926-da Borçalı qəzasında 16 nahiyə, 185 kənd, 1949-da Marneuli

rayonunda 70, Bolnisi rayonunda 44, Qardabani rayonunda 19, Dmanisi rayonunda 18 kənd varıydı.

Rəsmi statistik hesabatlarda Azərbaycanlıların sayı 1922-də Borçalı qəzasında 47.562, 1923-də 42.036 (68,9

%), 1926-da 50.979 (59,3 %), 1959-da Gürcüstanda 153.600 (3,8 %), 1970-də 217.800 (4,6 %), 1989-da 307.556

(5,7 %) qeydə alınmışdır.

1926 ili əhali sayımına görə, Türklər (bizi belə adlandırırdılar) Borçalı qəzasında çoxluğu tuturdular, belə ki,

Borçalı (Sarvan)  rayonunda  37.005  nəfər  genəl  əhalinin  23.680-i  (64%),  Lüksemburq  rayonunda  25.174  nəfərin

15.060-1  (60%),  Başkeçid  rayonunda  24.468  nəfərin  12.254-ü  (50%)  türklər  idi,  bundan  əlavə,  Zalqa  rayonunda

1.856, Ağbulaq rayonunda 834 nəfər soydaşımız varıydı.

Kəndlər üzrə bizimkilər (ailə-nəfər):

Borçalı rayonunda

Araplı - 258,

Aşağı Saral 81 - 320,

Yuxarı Saral 61 - 267,

Axlılələ 42 - 182,

Axlımahmudlu 44 - 194,

Bəyazitli 20 - 56,

Dəmyə-Görarxı 56 - 340,

Daştəpə 20 - 37,

İmir 53 - 175,

Seyidxoçalı 30 - 105,

Qayaxoçalı 20 - 99,

Qırıxlı 89 - 216,

Yuxarı Qullar 22 - 48,

Aşağı Qullar32 - 104,

Hacıisəkənd 8 - 61,

Baydar 160 - 582,

Gültəpəli 24 - 126,

Ləcbəddin 95 - 546,

Böyük Muğanlı 133 - 617,

Kürtlər 167 - 556,




Əzizkənd (İvanbəyli) 131 - 1050,

Görarxı 325 - 2378,

Səbriyəkənd (Mamğallı) 155 - 914,

Ambarovka (Ambarlı) 21 - 133,

Dəmirçihasanlı (Kəpənəkçi) 135 - 480,

İlməzli 41 - 240,

Kosalı 171 - 734,

Böyük Keşəli 113 - 602,

Bala Keşəli 24 - 198,

Ağkörpü 8 - 34,

Ağqula25 - 109,

Zirəkli 4 - 17,

Mamey 52 - 96,

Mollaoğlu 45 - 192,

Sadaxlı 445 - 2033,

Bala Muğanlı 65 - 198,

Sarvan 484 - 2493,

Qızılhacılı 404 - 1888,

Candar 93 - 366,

Hallavar 38 - 129,

Böyük Bəylər 36 - 106,

Bala Bəylər 29 - 89,

Ağməmmədli 105 - 575,

Baytallı 19 - 51,

Bəytərəfçi 33 - 140,

Təkəli 150 - 495,

Quşçu 29 - 90,

Qaçağan 266 – 1246,

Ulaşlı 70 – 258, 

Qasımlı 140 – 688,

Qırxlı-Muğanlı 50 – 207,

Xacıkəzli 13 – 72, 

Canəhmədli 8 - 33,

Xocornu 148 - 172,

habelə Şüləver 48 nəfər (qatışıq),

Marneuli 109,

Sandar (stansiya) 26 nəfər;

Lüksemburq rayonunda

Bolnis-Kəpənəkçi 408 - 2257,

İnçəoğlu 23 - 117,

Mığırlı 24 - 102,

Sarallar 20 - 155,

Dəmirsu 11 - 44,

Görcülər 18 - 67,

Abdallı 40 - 232,



Ağayurt 79 - 290,

Araqala 36 - 191,

Bəytəkər 22 - 123,

Musapirilər 32 - 288,

Muşəvlər 53 - 314,

Seneb 8 - 36,

Zol-Güvəc 91 - 474,

Qaradaş 11 - 68,

Qaratikən 6 - 33,

Çürük Qəmərli 11 - 40,

Aşağı Güləver 28 - 153,

Yuxarı Güləver 39 - 231,

Darbaz 208 - 1144,

Dəmirli 20 - 109,

Kipircik 15 - 102,

Əsmələr 8 - 43,

Qoçulu 76 - 383,

Cəfərli37 - 144,

Sisqala 30 - 172,

Dəştioğullar 40 - 184,

Mollaəhmədli 9 - 54,

Saraclı 316 - 1438,

Yuxarı Qoşakilsə 33 - 168,

Aşağı Qoşakilsə 68 - 371,

Faxralı 470 - 2321,

Şahbuzlu 46 - 236,

Arıxlı 306 - 1585,

Kolagir 82 - 430,

habelə Lüksemburq 316, 

İmirhasan 104 nəfər; 

Başkeçid rayonunda 

Hamamlı 127 - 858, 

Əngirəvan 21 - 133, 

Yuxarı Bəzəkli 18 - 80, 

Aşağı Bəzəkli 52 - 325, 

Boğazkəsən 13 - 22, 

Dəllər31 - 253, 

Məmişli 64 - 362, 

Yuxarı Oruzman 82 - 490, 

Aşağı Oruzman 45 - 273, 

Səfərli 76 - 463, 

Axçingil 3 - 11, 

Başkeçid 12 - 45, 

Bağçalar 15 - 104, 

Dunus 26 - 195, 

Gəyliyən 42 - 305, 

Ormeşən 67 - 487, 

Qızılkilsə 88 - 588, 

Şindilər 70 - 462, 

Şorşolet 11 - 78, 




Yırğançay 174 - 1078, 

Dağ Muğanlı 45 -355, 

Lök-Candar49 - 325, 

Saatlı 40 - 295, 

Qamışlı 72 - 509,

Armudlu 23 - 112,

Gödəkdağ 26 - 155,

Göybulaq 4 - 19,

Dağ Arıxlı41 - 290,

Dağ Qızılhacılı 67 - 423,

Yaqublu 59 - 377,

Lager 38 - 198,

Məmişlər 20 - 113,

Mehtiağalar (Muzdurlar) 12 - 65,

Salamməiik 29 - 158,

Salamməlik-Səfihli 33 - 183,

Saca 87 - 476,

Soqutlu 8 - 30,

Qarabulaq 110 - 765,

Qəmərli 67 - 406,

Şahmarlı 40 - 248,

Söyünkənd 17 - 70 nəfər;

Zalqa (Barmaqsız) rayonunda

Ərcivan-Sarvan 151 - 760,

Gəldiqar 33 - 231,

Tecis 96 - 466, 

Minaskənd 7 - 37, 

Çölyan 64 - 355, 

Ağbulaqda 4, 

Dağet 8,


Şıxeli (Qəmərli) 249, 

Kosalar 572 nəfər.

12 nahiyədə kargüzarlıq (dəftərxana işləri) Türkcə aparılırdı.

Cəmi  Gürcüstanda  1923-də  72.926  (3,8%)  Türk  (yəni  bizlər)  qeydə  alınmışdı.  Borçalı  qəzasından  əlavə,

Tiflis  qəzasında  12.711  (9,5%),  Sığnaq  qəzasında  5.199  (4,1%),  Telav  qəzasında  1.552  (1,7%),  Duşet  qəzasında

119  (0,2%),  Qori  qəzasında  249  (0,1%),  habelə  Tiflis  şəhərində  3.255,  Qori  şəhərində  19,  Telav  şəhərində  14,

Kutais  şəhərində  46  nəfər  bizimki  varıydı.  1926-da  Tiflis  rayonunda  11.444  (Avçala  24,  Qrmağele  157,  Ağtəhlə

1.792,  Qardaban  16,  Qışlaq  83,  Qaratəhlə  842,  Qaracala  711,  Suçəkən  8,  Vedzis  21,  Telovan  59,  Txinval  101,

Msxaldid  133,  Şləməngdərə  19,  Zəylilərdərə  49,  Codoret  101,  Soğanlıq  738,  Qocor  14,  Birlik  158,  Qışlaq  163,

Təzəkənd 388, Mixaylovka 45, Nazarlı 1.621, Rustavi 14, Ulyanovo-Voyekovo 179, Kosalı 2.004, Qaratəpə 1.071,




Yuxarı Kəpənəkçi  338,  Aşağı  Kəpənəkçi  86,  Candar  661);  Məngilis  rayonunda  280  (Göhnar  40,  Zəzəkənd  68,

Nəbillər  154,  Məngilis  18);  Msxeta  rayonıın-  da  243  (Sixisdziri-Cömbərli  117,  Calabaşı  126);  Tiflis  şəhərində

5.836;  Qare-Kaxet  (Saqareco)  rayonunda  1.429  (Qombor  574,  İkievli  70,  Paldı-Çənçqərib  37,  Muğanlı  1.118);

bütövlükdə Gürcüstan Sovet Sosyalist Respublikasında 72.986 nəfər soydaşımız yaşayırdı.

1989-da  Marneuli  rayonunda  91.923  (76,3%),  Bolnisi  rayonunda  53.808  (66%),  Qardabani  rayonunda

48.781 (42,5%), Dmanis rayonunda 33.107 (63,9%), Tiflis şəhərində  17.000  (1,3%),  Saqareço  rayonunda  15.804

(26,3%), Rustavi şəhərində 11.576 (7,3%), Kaspi rayonunda 2.872 (5,2%), Zalqa rayonunda 2.281 (5,1%), Msxeta

rayonunda 2.199 (4 %), Karel rayonunda 1.426 (2,8%) nəfər olmuşuq.

...1920-1924  illəri  arası  ata  yurdumuzdan,  o  sıradan  Oruzman,  Kəpənəkçi,  Darvaz,  Bəzəkli,  Yırğançay,

Qəmərli,  Ağalıq,  Faxralı ellərindən,  Qarayazıdan,  Lorudan,  Qaraçöpdən,  Ahısqadan  45  min  Qarapapaq  dəyişmə

yoluyla Qars tərəflərə aparıldı.

1944-də Borçalıdan, Ahısqadan 115 min əhali, 198 kənd Qazaxıstan çöllərinə sürgün edildi.

1989-1991  illərdə  bəlli  olaylar,  Erməni  -  Azərbaycanlı  qarşıdurmasının  yurdumuza,  yurddaşlarımıza  da

sirayət etməsi sonucunda baş dəhlizimizin Başkeçid qapısının Dağ-Muğanlı, Saatlı elləri gizlin sövdələşmə tələsinə

urcah olub boşaldı, Bolnis şəhərindən 760, Kazret qəsəbəsindən 450, Dmanis şəhərindən 120 ailə, başqa yerlərdən

də xeyli adam Azərbaycana köçdü.

...1924-1925  illəri  arasında  Qorunçaq  (Maşaver),  Qələmçə  (Qantiadi)  kəndlərinə  Gürcüstanın  orta

bölgələrindən, 1941-də Asuretə, Bolnisə və 1956-da Racisubana İmeretdən, Svanetdən, Racadan, 1989-da ayrı-ayrı

yerlərə Svanetdən Gürcü ailələri köçürülüb yerləşdirildilər.

...Milli təhsilimiz maraqlı gəlişim yolu keçmişdir. Sovet yönətiminin ilk çağlarında kəndlərimizdə dördillik

ibtidai  məktəblər,  yeddiilliklər,  doqquzilliklər,  kəndli-gənclər  məktəbləri,  Tiflisdə,  Sarvanda,  Lüksemburqda,

Başkeçiddə,  Ahısqada  padaqoji  texnikumlar  açıldı.  1934-1935  tədris  ilində  Gürcüstanda  cəmi  33.114  nəfər  Türk

(Azərbaycanlı)  balası  təhsil  alırdı,  bunun  4840-ı  Borçalı  rayonunda,  3556-sı  Başkeçid  rayonunda,  3314-ü

Lüksemburq rayonunda, 1843-ü Qarayazı rayonunda, 1055-i Tiflis şəhərində, 367-si Ağbulaq rayonunda, qalanları

başqa bölgələrdə idi. Sonralar da icbari (zorunlu) orta öyrətim gerçəkləşdirildi.

...Ellərimizin  bəziləri  rəsmən  başqa  cür  adlandırıldı:  Sarvan  kəndi  -  Borçalı  kəndi  (1932,  13  fevral),

Barmaqsız kəndi - Zalqa qəsəbəsi, Qaratəpə kəndi - Qarayazı kəndi (1932, 22 dekabr), Şüləver qəsəbəsi - Şaumyan

qəsəbəsi  (1932,  28  dekabr),  Ağbulaq  qəsəbəsi  -  Tetrisxaro  qəsəbəsi  (1940,  19  oktyabr),  Lüksemburq  qəsəbəsi  -

Bolnisi qəsəbəsi (1943, 3 aprel), Valdheym kəndi - Kirovisi kəndi (1943, 5 avqust), Traubenberq kəndi - Tamarisi

kəndi (1944,18 fevral), Qarayazı qəsəbəsi - Qardabani qəsəbəsi, Başkeçid kəndi - Dmanisi qəsəbəsi, Borçalı kəndi -

Marneuli  qəsəbəsi,  Qarayazı  rayonu  -  Qardabani  rayonu,  Başkeçid  rayonu  -  Dmanisi  rayonu,  Borçalı  rayonu  -

Marneuli  rayonu  (1947,  18  mart),  Qarakilsə  kəndi  - Vake  kəndi  (1949,  1  iyul),  Qələmçə  kəndi  -  Qantiadi  kəndi,

Qorunçaq kəndi - Maşaver kəndi, Mahmudlu kəndi - Mtisdziri kəndi, Armudlu kəndi - Pantiani  kəndi,  Qaşqatala

kəndi - Sakire kəndi, Dəmirbulaq  kəndi  - Sarkineti  kəndi,  Busuqala  kəndi  - Kariani  kəndi  (1949,  12  iyul),  Çatax

kəndi  -  Poladauri  kəndi  (1951,  6  sentyabr),  Görarxı  kəndi  -  Alget  kəndi  (1959,  3  avqust),  Boğazkəsən  kəndi  -

Tğispiri kəndi (1959, 9 noyabr); sonra Soğanlığın adı Poniçala, Bolnis-Kəpənəkçinin adı Kvemo-Bolnisi qoyuldu...

(1994-də Bolnisidəki onlarla kəndlərimizin adları qeyri-rəsmi olaraq dəyişdirilmişdir).

1947-ci ilədək Tiflis Azərbayçan Teatrı, 20-li  illərdə Gürcüstan Türk Yazıçılar Cəmiyyəti, Borçalıda ədəbi

dərnəklər,  30-lu  illərdə  Gürçustan  Yazıçılar  İttifaqının  Azərbaycan  bölümü,  70-80-li  illərdə  "Çeşmə",  "Dan

Ulduzu", "Pöhrə". "Qönçə" ədəbi birlikləri, "Sevinc", "Könül", "Sarvan" musiqi ansamblları fəaliyyət göstərmişlər.

"Yeni  Fikir",  "Yeni  Kənd",  "Dan  Ulduzu",  "Qızıl  Şəfəq",  "Gənc  Nəsl",  "Yeni  Qüvvə",  "Sovet  Gürcüstanı"

("Gürcüstan")  qəzetləri,  dərgiləri,  rayon  qəzetləri  çıxmışdır.  "Əşar  Məcmuəsi",  "Qığılçım",  "Çeşmə",  "Dan

Ulduzu" topluları nəşr olunmuşdur.

Milli  ictimai,  mədəni-xeyriyyə  birliklərimiz  -  "Qeyrət",  "Dayaq",  "Ozan",  "Birlik",  "Ümid"...  cəmiyyətləri

fəaliyyət göstərdilər.

...Genəl  əhalisayımızda  1990-da  555  nəfər  əskilmə,  1991-də  1.947  nəfər  artım, 1992-də  2.904  nəfər  artım,

1993-1996 illərində qismən sabit artım qeydə alınmışdı. Hesablamalarda sayımız yarım milyon civarında göstərilir.

...XX əsrdə 200-ə yaxın milli məktəbimiz, kollecimiz, Tbilisi Dövlət Pedaqoji Universitetində dil-ədəbiyyat



bölümümüz vardı. Marneulidə bir neçə ali təhsil ocağında Azərbaycanlı gənclər mütəxəssislər olaraq yetişirdilər.

Yüklə 170,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə