Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
60
 
BİLSƏM 
 
Yolunda can verib, kül olub ağlaya bilsəm, 
Olmazdı heç qəmim, bu eşqi saxlaya bilsəm. 
 
Canım üzülübdür, bir anla,dərdi-sərimdən, 
Qulunam, eşqimi  zülfə bağlaya bilsəm. 
 
Canım mütəəssir can üstə,  zilləti-qəmdi, 
Ölməzdim , bəxtinə yar olub, yaşaya bilsəm. 
 
Xəyalım dolaşır hüsnü-camalın şərəfiylə, 
Söylə  min alqış, Bəylər, pərini ovlaya bilsəm... 
 
 
                
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
61
 
SƏN 
 
Zülmətdə, qaranlıq gecədə nursan işıqsan, 
Könlüm evini abad edən bir yaraşıqsan. 
 
Bağçalarda-bağda qalıb, gəzmə, amandı, 
Dəryada görünməyən mayaksan,  bir işıqsan. 
 
Gəl,  qəlbimin çırağı,  gül  şamdanısan, 
Çəməndə  çiçək açan lalə, baharsan. 
 
Ruhum çəkilib göy üzünə, bax, dolanır tək, 
Bəylərə şöhrət gətirən, şansan,işıqsan. 
 
 
 
 
 
        


Məhəmməd Bəylər Aranlı  
 
62
 
EŞQ ÜÇÜN DOĞULMUŞAM 
 
Yaralı könlümün dərdi, qəmi nə? 
Tapılmır dərmanı, çarəsi yenə. 
 
Təşnədir atəşə, təşnədir oda
Güvənir saçımda ağaran dənə. 
 
Eşqim zirvələrdən ucadır, uca, 
Həsrətim dönübdür dumana, çənə. 
 
Gözüm hara getsəm, axtarır səni, 
Əzizim, ömürlük bağlıyam sənə. 
 
Bir ömür boyunca, səninəm gülüm, 
Necə ki,bağlıdır çiçək çəmənə. 
 
Bəylərəm, eşq üçün doğulmuşam mən, 
Vallah, yuxuda da, həyansan mənə! 
 
           
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
63
 
ƏZƏLDƏN 
 
Sənə əbədilik vurulmuşam mən
Ötməsin başımdan nə duman,çən. 
 
Yandırıb atəşdə, məni şux dilbər, 
Telləri pərişan, nəfəsi ənbər. 
 
Canana bağlıdır bütün varlığım, 
Ondadır ümidim, firavanlığım. 
 
Ruhumda şeiriyyət, qəlbdə məhəbbət, 
Vücudumda sevgi adlı ülviyyət. 
 
Al-əlvan duyğular qoymaz qocalım, 
Tanrı kömək olsun, daim ucalım. 
 
Məhəmməd Bəylərəm, sönməz ocağam
Yüz illər keçsə də, qıvraq, qoçağam. 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
64
 
HƏSRƏT QALMIŞAM 
    
Od parçası deyim sənə, 
A zalımın gül balası. 
Həsrət qalmışam istinə, 
A zalımın gül balası. 
 
Vaxt qayıtmır bir də geri, 
Ufuldama, qıvraq yeri. 
At kənara dərdi-qəmi, 
A zalımın gül balası. 
 
Hökmdar kimi əmrin var, 
Cığırın var, ləpirin var. 
Dünya boyda səbirin var
A zalımın gül balası. 
 
Cahan xırda bir əl içi, 
Ömür karvan, bir bələdçi. 
Düz gəlməyir ölçü-biçi, 
A zalımın gül balası. 
 
Tulladığın nizə-oxdu, 
Möhnətinə çarə yoxdu. 
Demə gözəl-göyçək çoxdu, 
A zalımın gül balası. 
 
        


Ömürdən düşən yarpaqlar 
 
65
 
ACİZƏM ÖNÜNDƏ 
 
Sən sakit dəryasan, mən isə qayıq, 
Girmişəm qoynuna sərinlik üçün. 
İkimiz də yolun ortasındayıq, 
Qəvvasam dayazlıq, dərinlik üçün. 
 
Kölgə tək izləyir, ayrılıq, sitəm, 
Sən elə bilmə ki, daşlaşmış bütəm. 
Vüsal anlarına yaman həsrətəm, 
Məni ağla gülüm, hey için-için. 
 
Dərdimi dərəyə, dağa söylədim, 
Canımı canana qurban eylədim. 
Tale  karvanını yolda əylədim, 
Məhəmməd Bəyləri əsir eylədin. 
 
 
            
 
 
 
 
      


Məhəmməd Bəylər Aranlı  
 
66
 
ETİBAR 
 
Sanki, tükənibdir varlığım daha, 
Sənə qovuşmağa ümidim yoxdu. 
Vəfasız bilirmi batır günaha?! 
Yanıb kül olası atəşi çoxdu. 
 
Xəyalım zənnimi aldadıb mənim, 
Sənə könül verib, qocaldım, heyif. 
Haqqın dərgahına çatmayır əlim, 
Ayrılıq güclüdür, Məhəmməd zəif? 
 
Çətin sağalacaq yaralı könlüm, 
Olub keçənlərə borcluyam, borclu. 
Üzbəüz dayanıb, özümlə ölüm,  
Acı həqiqətin quluyam, qulu! 
 
Hicran ölçüsüzdür, həyatsa qısa, 
Etiraf necə də, çətindir, çətin. 
Az qalıb, əlimə götürəm əsa, 
Lakin, əsiriyəm ilk məhəbbətin. 
 
Demə Aranlını uğurda uddum, 
Qələbə gülünü mən sənə dərdim. 
Yanıram, vermirsən su da, bir qurtum
Ürək həmdəmimdir çarəsiz dərdim. 
 
 


Ömürdən düşən yarpaqlar 
 
67
 
GÜNAHKARAM 
 
Çox gözələ könül açdım, 
Ənbər kimi ətir saçdım. 
Bu halıma çox acıdım, 
Yuxularda yozam səni
Ürəyimə yazam səni. 
 
Məni saxla yaddaşında, 
Sinən üstə, yaddaşında. 
Günah görmə, sirdaşında, 
Yuxularda yozam səni, 
Ürəyimə yazam səni. 
 
Cığırlarda çox yeridim, 
Eşq deyib, çox kiridim. 
Eniş-yoxuşda bərkidim, 
Yuxularda yozam səni, 
Ürəyimə yazam səni. 
 
Çıxmaz sözün yaddaşımdan, 
Asılı deyil bu yaşımdan. 
Buz asılıb, göz-qaşımdan, 
Yuxularda yozam səni, 
Ürəyimə yazam səni. 
 
Fəryad edir, içim-çölüm, 
Yaşılbaşsız  qalıb gölüm. 
Sanki, gəib çatıb ölüm, 
Yuxularda yozam səni, 
Ürəyimə yazam səni. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə