Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə5/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   2   3   4   5   6   7   8   9   ...   36

Ömürdən düşən yarpaqlar 
 
25
 
DOLA BOYNUMA 
 
Dil verdim nəğməyə, dil verdim sözə, 
Gəl gir ürəyimə, gəl gir qoynuma. 
Bu işvə bu nazla gəlməmiş gözə, 
Gəl gir ürəyimə, gəl gir qoynuma
Dola qollarını, dola boynuma. 
 
Şirin xatirələr payım, qismətim, 
Eşqə sədaqətim, andım, ismətim. 
O sənli günlərim, sözüm-söhbətim
Gəl gir ürəyimə, gəl gir qoynuma, 
Dola qollarını, dola boynuma. 
 
Ağladın, ağladım, yandım kor oldum, 
Keçdiyin yollarda işıq,nur oldum. 
Özüm öz içimdə alov, qor oldum. 
Gəl gir ürəyimə, gəl gir qoynuma, 
Dola qollarını, dola boynuma. 
 
Çəkdi ürəyimi, çəkdin qəlbimi, 
Arabir “hə”-deyib, aldın səbrimi. 
Bir bax, alovlara atırsan, kimi?! 
Gəl gir ürəyimə, gəl gir qoynuma, 
Dola qollarını, dola boynuma. 
 
Bəyləri yatağa saldı inadın, 
Köksünə yazıldı ünvanın, adın. 
Aldığı busənin unutmaz dadın, 
Gəl gir ürəyimə, gəl gir qoynuma, 
Dola qollarını, dola boynuma. 


Məhəmməd Bəylər Aranlı  
 
26
 
GƏL MƏNİ YOXLA 
 
Düşmüşəm könlündən, qəlbindən uzaq, 
Gəl, ay vəfasızım, gəl məni yoxla. 
Verdiyin vədədən çıxmayır soraq, 
Bir məni soraqla, qəlbimi oxla
Gəl, ay vəfasızım, gəl məni yoxla. 
 
Keçilən yol, cığır,hey düşür yada, 
Düşmüşəm içimdə alova, oda. 
Olmusan əlçamaz göy, yaşıl ada, 
Bir məni soraqla, qəlbimi oxla, 
Gəl, ay vəfasızım, gəl məni yoxla. 
 
Xəstəyəm, gəzməyə taqətim yoxdur, 
Yarım, yar-yoldaşım həsrətdir, oddur. 
Ürəyim dediyin vurduğun ovdur, 
Bir məni soraqla, qəlbimi oxla, 
Gəl, ay vəfasızım, gəl məni yoxla. 
 
Bəyləri çöllərə salıb hicran-qəm, 
Pozulur əhvalı hər an, dəbədəm. 
Çöhrəsi, yanağı, gözü yaşlı nəm, 
Bir məni soraqla, qəlbimi oxla, 
Gəl, ay vəfasızım, gəl məni yoxla. 
 
              
 


Ömürdən düşən yarpaqlar 
 
27
 
TOY 
 
Toy düyün var, bu ormanda,obada, 
Hanı burda söz deyən kəs, tamada?! 
Qovurmanı qızardıblar tavada, 
Saqi, götür,badə qaldır, söz desən, 
Ürəyimə qovuşmağa döz desən! 
 
Toy vaxtını ucuz tutma, demə dərs, 
Atılıb düşmə çox, etmə bəhsə-bəhs. 
Şirin sözdən, məsləhətdən küsən kəs, 
Deyəcəyin söz-söhbəti düz desən, 
Ürəyimə qovuşmağa döz desən! 
 
Həmdəmimdir soyuq bulaq, göy meşə, 
Gərəklidir, sənət, təhsil, hər peşə. 
Qarışmasın ağrı-acı, iş-işə, 
Yarın xəlvət könlünü al, üz desən, 
Ürəyimə qovuşmağa döz desən! 
 
Mənzil uzaq, yol qorxulu gecədir, 
Gözlərimdə uca dağlar təpədir. 
Döşəmələr palaz, xalça, gəbədir, 
Tamadaya ta yubanma, süz desən, 
Ürəyimə qovuşmağa döz desən! 
 
Bəylər, yatma, yatmaq vaxtı deyildir, 
“Segah", "Zabul” ömrə, günə xeyirdir. 
Bəy oğlanın bər-bəzəyi şeirdir, 
Qəlbim yanır, gətirsinlər, buz desən
Ürəyimə qovuşmağa döz desən! 


Məhəmməd Bəylər Aranlı  
 
28
   
DÖNMÜSƏN 
 
Çəkilib göylərə, çəkilib ərşə, 
Sayrışan ulduza, Aya dönmüsən. 
Salıb aşiqini bəlaya, oda, 
Kükrəyən, hayqıran çaya dönmüsən. 
 
Könlüm xəyalınla oyanıb, yatmır, 
Anda sədaqətin unutmur, atmır. 
Can qoyub yolunda, əhdinə çatmır, 
Sən lətif nemətə, paya dönmüsən. 
 
Yarışa girmisən, Günəşlə, Ayla, 
Pərquya bürünmüş bədənlə,canla. 
Yarışa girmisən vaxtla, zamanla, 
Sıxılmış kamana, yaya dönmüsən. 
 
Bəylər intizardan düşübdür xəstə
Qonağı, qarası dəstəbədəstə. 
Dərd-sərin toplayıb, yığıb üst-üstə, 
Xoş sədalı günə, haya dönmüsən!! 
 
 
 
 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
29
 
GÖSTƏR AŞİQİNƏ 
 
Dərdimin üstünə dərd qoyan gözəl, 
Uzanıb telinə, səmtinə min əl. 
Yıxılıb ölmüşəm, üstümə tez gəl, 
Pərişan qəlbimin bağ-bağatı ol, 
Göstər aşiqinə doğru-düzgün yol. 
 
Durmusan üstündə dediyin sözün, 
Qəlbinin nurundan görünmür üzün. 
Dağılıb fikirin, yol çəkir gözün, 
Tellərin yayılıb çiyninə sağ-sol, 
Göstər aşiqinə doru-düzgün yol. 
 
Tamarzı qalmışam işığa, nura, 
Eşqə-məhəbbətə, alova, qora. 
Divanə Məcnunu tap, axtar, ara, 
Həsrəti, gümanı, arzusu bol-bol, 
Göstər aşiqinə doğru-düzgün yol. 
 
Bəylər xəyallarda yaşayar, qalar, 
Leyliyə yaraşan əhli-dərd olar. 
Fikirdən saralar, fikirdən solar
Keçdiyi cığırı tutmaz tikan, kol, 
Göstər aşiqinə doğru-düzgün yol. 
 
 
        
  
 


Məhəmməd Bəylər Aranlı  
 
30
 
BƏXT ULDUZUM 
 
Dəryalardan keçən zaman, 
Yelkənində qəm daşıma.  
Ayrılığa vermə aman, 
Bəxt ulduzum, çıx qarşıma. 
 
Yuxum ərşə çəkilibdi, 
Eşq sarayım sökülübdü. 
Canıma od tökülübdü, 
Bəxt ulduzum, çıx qarşıma. 
 
Ürək daha sözə baxmır, 
Kür quruyub, Araz axmır. 
Qız-gəlinlər kəmər taxmır, 
Bəxt ulduzum çıx qarşıma. 
 
Göydə buludlar xəyaldır, 
Sənsiz hər yan, sanki, laldır. 
Eşqim, məni göyə qaldır, 
Bəxt ulduzum çıx qarşıma. 
 
Tut əlimdən qoşa gedək, 
Gəl, gözəlliyi seyr edək. 
Yarım hanı, qalmışam tək, 
Bəxt ulduzum çıx qarşıma. 
 
İncimişəm dostdan, yaddan, 
Keçirəm atəşdən, oddan. 
Çıxar məni qaranlıqdan, 
Bəxt ulduzum, çıx qarşıma. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə