Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə6/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   2   3   4   5   6   7   8   9   ...   36

Ömürdən düşən yarpaqlar 
 
31
 
QƏRARA GƏLDİM 
  
 Dolanıb, dolanıb gəzdim gülşəni, 
Göz yaşım süzüldü, ərşə yüksəldim. 
Kimdir mənim qədər arayan səni? 
Yolunda ölməyə qərara gəldim. 
 
Üz  tutub Xudaya, üz tutub göyə, 
Yalvarıb Tanrıya  kömək istədim. 
Keçib dəryalardan, gəldim köməyə, 
Odda- alovlarda yanıb bərkidim. 
 
Baxışın nur-işıq, gözlərin dərya, 
Yandırdın qəlbimi hicranın ilə. 
Camalın oxşayır ulduza-Aya
Nədir istədiyin, ay gözəl, söylə. 
 
Könlüm hər baxışa açılan deyil, 
Hicranın odunda yanıb-bitibdi. 
Yatmısan, nə vaxtdı, bir oyan, ayıl, 
Keçdiyin yollarda tikan bitibdir. 
 
Ölüb yanmalıyam sevgi yolunda, 
Sümüyüm torpaqda itənə qədər. 
Məzara gəl, salla, məni qolunda, 
Utansın işindən ayrılıq, kədər. 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
32
 
BİLMİRƏM 
 
Həsrətin köz olub, yandırır məni, 
Od düşüb yerimə, yata bilmirəm. 
Xəyalım yad edir, dumanı-çəni, 
Hissimi başımdan ata bilmirəm. 
 
Arzular  gül açıb, çiçəyə dönüb
Ümidim təzətər ləçəyə qonub. 
Fikirlər başımda alışıb, sönüb, 
Sevgiyə, vüsala çata bilmirəm. 
 
Zaman keçib, gün adlayıbdı xeyli, 
Ömür yaşdan, yaş ömürdən güleyli. 
Bu eşq üçün, oldum dəli, tüfeyli, 
Ayları illərə sata bilmirəm. 
 
Aranlı, burulub yolu adlama, 
Sinəmə dağ çəkib qəlbi dağlama. 
Məzarım üstündə gəlib ağlama, 
Od düşüb yerimə yata bilmirəm. 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
33
 
HƏSRƏT 
 
Gəl, qəribsəmişəm varlığın üçün, 
Yoxluğun sinəmdə asılı qalıb. 
Gücüm yox, aparım qəlbimin köçün, 
Qəlbimi əlinə bir həsrət alıb. 
 
Gəl, o  toy-büsatlı günlərə baxaq, 
Günlərin içindən günləri seçək. 
Gur şəlalə kimi kükrəyək, axaq, 
Ömür  yollarını bir yerdə keçək. 
 
 Həsrət həsrət olsun, biz də, biz olaq, 
Kədərin bağrına küt yara  vuraq. 
Sevgidən məst olub, bir nəfəs alaq, 
illərin verdiyi möhnəti yaraq. 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
34
 
TAMARZI QALDIM 
 
Ömrümü vermişəm əsən yellərə, 
Hüsnü-camalından xoş soraq aldım. 
Əllərim çatmadı qara tellərə, 
Vüsal anlarına tamarzı qaldım. 
 
Düşmüşəm sazaqlı borana, çənə, 
Deyirsən yanında yer elə mənə. 
Gəl, verim canımı qurbandır sənə, 
Vüsal anlarına tamarzı qaldım. 
 
Bəxtindən hey küsdün, həm də incidin, 
Naz qəmzə elədin, and-aman etdin. 
Qəlbimə ox vurub, yanımdan keçdin, 
Vüsal anlarına tamarzı qaldım. 
 
Hissimlə oynadın, insafsız, necə, 
Yolunu gözlədim, hər səhər, gecə. 
Ümidi, gümanı döndərdin heçə, 
Vüsal anlarına tamarzı qaldım. 
 
Vurmusan dilimə sanki, bir kilid, 
Yanan ürəyimi gəl, ovut,kirit. 
Üstümə tökdüyün buz qarı ərit, 
Vüsal anlarına tamarzı qaldım. 
 
Bəyləri çöllərə, dillərə saldın, 
Diriykən, canını  əlindən aldın. 
Bir mələk donunda görünməz oldun, 
Vüsal anlarına tamarzı qaldım. 


Ömürdən düşən yarpaqlar 
 
35
          
SƏNİ SORAQLADIM 
 
Başbaşa dayanan qoşa dağlardan, 
Kükrəyib çağlayan göy dalğalardan. 
Sahilə uzanan kürən yallardan
Səni soraqladım, dedilər yoxdu. 
 
Qəlbimə od salan çiçəkdən, güldən, 
Ağzımda od tutub alışan dildən. 
Sığalsız, daraqsız pərişan teldən, 
Səni soraqladım, dedilər yoxdu. 
 
Çiçəklər üstündə jalədi, şehdi, 
Sinəmə çırpılan buz kimi mehdi. 
Bəylərin gəzdiyi mahaldı, eldi, 
Səni soraqladım, dedilər yoxdu. 
 
Gözlərim qaraldı, gümanım itdi, 
Nəfəsim kəsildi, tükəndi, bitdi. 
Ruhumun harayı köməyə yetdi, 
Səni soraqladım, dedilər yoxdu. 
 
     
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
36
 
QƏLBİNLƏ  QALAR 
 
Köçsəm bu dünyadan vədəsiz, vaxtsız, 
Verərəm qəlbimi, qəlbinlə  qalar. 
Uzaq səfərlərə çıxası olsam, 
Verərəm qəlbimi, qəlbinlə  qalar. 
 
Qürbətdə yaşasam, zülmətdə qalsam, 
Butaykən, budaqda saralsam, solsam. 
Dodağım susuzdan partlasa, yansam, 
Verərəm qəlbimi, qəlbinlə  qalar. 
 
Tapmasam özümə bir rəfiq sirdaş, 
Tutaram ruhumu, qəlbimi yoldaş. 
Pozulsa ilqarım, korlansa yaddaş
Verərəm qəlbimi, qəlbinlə  qalar. 
 
Bəylər bir əfsanə, sözü bir nağıl, 
Vəsfinə söz tapmır, a zalım, ayıl. 
Nəyinə gərəkdi bu qonaq, bu xıl?! 
Verərəm qəlbimi, qəlbinlə  qalar. 
 
   
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
37
 
ƏLİNİ SAXLA 
 
Əllərim açılıb göylərə tərəf, 
Çarəsiz ovunam, əlini saxla. 
Mənəm tuşladığın atdığın hədəf, 
Vurma, öz ovunam, əlini saxla. 
Toxun ürəyimə, qəlbimi yoxla. 
 
Dediyin sözləri aradım, yozdum, 
Səninlə məhəbbət dastanı yazdım. 
Yolları çən tutdu, cığırda azdım, 
Vurma, öz ovunam, əlini saxla. 
Toxun ürəyimə, qəlbimi yoxla. 
 
Gözlərin gözümdə canlanır,yanır, 
Hisslərim içimdə bir-bir daranır. 
Ürəyim qəlbini özünün sanır, 
Vurma, öz ovunam, əlini saxla. 
Toxun ürəyimə, qəlbimi yoxla. 
 
Yaram sağalmazdı, dərdim çarəsiz
Arğıdan-acıdan oldum gərəksiz. 
Unum urvalıqda, əlim ələksiz, 
Vurma, öz ovunam, əlini saxla. 
Toxun ürəyimə, qəlbimi yoxla. 
 
Xəyallar önündə oturub qaldım, 
Başımı odlara, bəlaya saldım. 
Həsrətdən, möhnətdən divanə oldum, 
Vurma, öz ovunam, əlini saxla. 
Toxun ürəyimə, qəlbimi yoxla. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə