Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

Ömürdən düşən yarpaqlar 
 
97
 
QİSMƏT 
 
Yarpaqsız ağaca qonan quşcuğaz, 
Bihuşmu olmusan, payız ətrindən? 
Hələ irəlidə axtardığın yaz,  
Təlaş hiss olunur, cəh-cəh səsindən. 
 
Fəsil dəyişkəndi, həyat qəribə, 
Kimi şad-xürrəmdi, kimlərsə yalqız. 
Acı ruzigardan aldığın zərbə, 
Ötüşməz qəlbindən,sinəndən dağsız. 
 
Vuruldum səndəki qeyrətə, gücə, 
Kiçik vücudunda olan qüdrətə. 
Dönüb baxışında  küləklər heçə, 
Salmısan payızı, qışı heyrətə. 
 
Baharda böyüyüb, yetişən balan
Qarşı bir budaqdan səsləyir səni. 
Söyləyir ey fələk, yalansan, yalan. 
Tanrı yetirəndir, ruzini-dəni! 
 
 
 
 
 
        


Məhəmməd Bəylər Aranlı  
 
98
 
GƏL APAR QƏLBİMİ 
 
Saxla əllərimi, saxla əlində, 
Yerimir ayağım, qabar bağladı. 
Gözlərim   yol çəkir, dirənib göyə
Dodağım gülsə də, qəlbim ağladı. 
 
Gəl apar qəlbimi, gəl apar məni, 
Ürəyim dayanar, görməsəm səni. 
Üzüm dönük deyil, kədəri unut, 
Bacarsan, gəl barış, qəlbimi ovut. 
 
Sinəmə od düşüb, sönəsi deyil, 
Olmuşam ağlayan sərsəm tüfeyli. 
Sənə yalvarmışam, bəlkə min kərə, 
Gəl, öyrətmə məni bu itkilərə. 
 
Ey məni tovlayan əcəl, uzaq qaç
Qəlbim məhəbbətdən əvvəl-axır ac. 
Bəlkə, inadları adlayım keçim, 
Sənin tək gözəldən necə əl çəkim?! 
 
Taqətim tükənib, qəmdən, fikirdən, 
Tanrıya etdiyim dua-zikrdən. 
Çətin sorğulara cavablarım var, 
Söz xəzinəsindən kitablarım var. 
 
 
                                  


Ömürdən düşən yarpaqlar 
 
99
 
SƏDA 
 
Buz bulağın gözün oydum, su içdim, 
Bir tərlana çiçəklərdən don biçdim. 
Baxıb gördüm, boylanan var, lal keçdim
Qulağıma səda gəldi Tanrıdan. 
 
Geri dönüb, zirvələrə boylandım, 
Öz-özümə hey üşəndim, xoflandım. 
Yüz yerimdən yara aldım, oxlandım, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Zəmanənın üzü dönür, dəmədəm, 
Muğamatın mayasıdır  zillə, bəm. 
Gələn qalmaz, gedən dönməz, yemə qəm, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Kim bilir ki, xeyir harda, şər harda? 
Bu bazarda arvad harda, ər harda? 
Gözü bağlı ərən harda, ər harda, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Çərxi-fələk çox evləri yıxıbdı, 
Su yerinə qırmızı qan axıbdı. 
Bizi hicran yandırıbdı-yaxıbdı, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Döyüşlərdə zaman-zaman bərkidim
Haqqa tərəf hey dartındım, yeridim. 
İçin-için bulaq kimi əridim, 
Qulağıma səda gəldi Tanrıdan. 


Məhəmməd Bəylər Aranlı  
 
100
 
Dəryaların sahilində daş oldum, 
Hicran ütmüş yarpaqlarda yaş oldum. 
Haqq tapdandı, haqq əzildi, çaş qaldım, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Çərxi-fələk nənnisində hərləndim, 
Çarx ilişdi,yerə düşdüm, səksəndim. 
Sıralarda qalammadım, təkləndim, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Üzbəsurət dayanıbdı, nizə-ox, 
Eyş-işrəti tərgidən yox, atan yox. 
Dərd-möhnətdən infarkt vuran, ölən çox, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Yalanlara and içən çox Allaha, 
Ömür qısa, məzar qəhət, daş baha. 
Sözüm yoxdu bu səhnəyə heç daha, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Külək əssə, ləçəklərə tay ollam, 
Qorxuram ki, sel-sularda boğulam. 
Əqlim-fikrim, süfrəm üstə yanan şam, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Ustadlardan misra-misra  dərs aldım, 
Sirri-xuda qənşərində mat qaldım. 
Dədə-Qorqud dastanından söz saldım, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
 


Ömürdən düşən yarpaqlar 
 
101
 
Cilalanıb sinəm üstə alov-köz
Harda qaldı canı yanmış alagöz? 
Yaddan çıxmaz yaxşı kəlam, şirin söz, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Qocalmışam, çatammıram haraya, 
Mən nə deyim, ipi qırıq dünyaya? 
Ahım, naləm gedib çıxır lap aya, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
Aranlıyam, hissim güclü, dilim lal, 
İntizardan ciyərimə düşüb xal. 
Zalım fələk, vaxt keçirmə, canım al, 
Qulağıma səda gəldi Tanrıdan. 
 
 
 
 
           
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
102
 
HARAY 
 
Bu zülümə göz dikibdi zülmət gecə
Ölüm, insan naləsi dönüb heçə. 
Boz faşistlər uşaqları tökür peçə, 
Qalx, Xocalı, qalx ayağa məğrur dayan, 
Dərd-sərini millətlərə eylə bəyan! 
 
Pay verilmiş Zəngəzurum bəs olmadı, 
Sonra da, İrəvan getdi səs olmadı. 
Unutqanlıq heç bizlərə dərs olmadı, 
“Axçılarla” hesablaşıb mazaqlaşdıq. 
Qapımızı üzlərinə açıb qaçdıq. 
 
Hey həmişə soruşdular “hayes, türkes” 
Cavab verdik, məzlum-məzlum, “türkes-türkes” 
Xoşallandıq, deilər ki, “başa dur keç” 
Anlamadıq, biz məst olub, qəşş elədik, 
Avantürist “potalara”güc dilədik. 
 
Qına girmiş satqın çıxan Əkrəm gördüm
Köks ötürüb, çox dərindən nəfəs dərdim. 
Millət kimi xəcalətdən mən əridim, 
Bu yazılmış taleyimə çox acıdım, 
İçimdəki ağrılardan mən qocaldım. 
 
Xeyirlə-şər savaşını anlamadıq, 
Sənv elədik, özümüzü danlamadıq. 
Perik düşmüş bir quşu da ovlamadıq, 
Nə qədər ki, ay ürəyim gec ki, deyil, 
Şirin-şəkər saxta sözə salma  meyil. 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə