Microsoft Word M?h?mm?d Aranl?



Yüklə 5,63 Mb.
Pdf görüntüsü
səhifə14/36
tarix26.09.2018
ölçüsü5,63 Mb.
#70974
1   ...   10   11   12   13   14   15   16   17   ...   36

Məhəmməd Bəylər Aranlı  
 
90
 
HACI DƏMİR 
 
Yaddaşlarda qalan, ruzili ömür yolu olan, nümunəvi  
ailə başçısı, dostum-qardaşım Hacı Dəmir Hacıbala 
oğlu Dəmirova  ithaf edirəm. 
 
Sən artıq əl çatmaz göy yaşıl ada, 
Ölümün ağırdır qohuma, yada, 
Şirin xatirələr hey düşür yada. 
Ruhumun  köklənən odu qardaşım, 
Hacı Dəmir, urək dostum, qardaşım. 
 
Yağan yağış, çaxan şimşək, qan ağla, 
Zalım fələk, qılınc çəkmə, əl saxla. 
Yaram dərin,qanım axır, gəl bağla, 
Hanı mənim təbib, loğman qardaşım, 
Hacı Dəmir, urək dostum, qardaşım. 
 
Yaz-baharın öz şöhrəti adı var, 
Baxışların doğması var, yadı var. 
Göynərtimin saya gəlməz çatı var, 
Nələr gördü, nələr çəkdi bu başım, 
Hacı Dəmir, urək dostum, qardaşım. 
 
Çörək kəsdik, bircə qısma, bir az çox, 
Aramızda dedi-qodu, pərdə yox. 
Könlüm evi, abad, dolu, gözü tox, 
Axşam, səhər mühasibim, yoldaşım, 
Hacı Dəmir, urək dostum, qardaşım. 
 
 


Ömürdən düşən yarpaqlar 
 
91
 
Ürəyində sevgi, istək, mərhəmət, 
Dəsti-xəttin dilə gəlməz sədaqət. 
Baxşeyişin qazandığın məhəbbət
Qələm, fırça götürübdür yaddaşım, 
Hacı Dəmir, urək dostum, qardaşım. 
 
İtkin ağır, yenə qardaş itirdim, 
Qəm hicranı sinəm üstə bitirdim. 
Məclisinə yanar ürək gətirdim, 
Çaya döndü, selə döndü göz yaşım, 
Hacı Dəmir, urək dostum, qardaşım. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
92
           
DÜZ YOL 
 
Vətənin o başı, bu başı olmaz, 
Vətən bir anadır, övladıyq biz. 
Çeşmənin gözünə ayaq sallanmaz, 
Sözdə etibarlı, vicdanında düz. 
 
Düz oldun, qorxun yox, xatadan, şərdən, 
Mənim etibarım, mənim qürurum
Yaradan o varıq uzaqdır dərddən, 
Düşmənlə vuruşum, dostla görüşüm. 
 
Haqqa sarı yeri, qorxma, çəkinmə, 
Düzün hörməti var, Tanrı yanında, 
Boş yerə dartınma, nahaq öyünmə, 
Ədalət yoxdursa, əgər canında. 
 
Yox, belə fırlanmaz bu dünya, gərdiş, 
Haqqa, düzə tərəf toplar dikəlmiş. 
Riya, hərcayılıq olmuşdur vərdiş, 
Zülümdən, qorxudan vicdan kirimiş. 
 
Ey Tanrı, ey düz yol, yoldaşım sən ol, 
Qoru, bu şərlərdən xətadan məni, 
Dünya təlatümdə, vədələr bol-bol
Yaradan, sən qoru, bəladan məni. 
 
Bəylərəm,  inamım kişilik, qeyrət, 
Öyrət, uca saxla haqdan olanı. 
Hərdən özün ilə ol həmsöhbət, 
Çıxar ürəyindən şübhə yalanı... 


Ömürdən düşən yarpaqlar 
 
93
 
GÖYGÖLÜM, XƏZƏRİM 
 
Kəpəzin aynası şəfalı Göygöl, 
Ceyran bulağına göstər, keçim yol. 
Bənövşə tər-qönçə, yanaqları al, 
Mirvari ləpəli körpə Xəzərim
Sevincim, fərəhim, qumaşım, zərim. 
 
Qaynayır aşığın, ozanın təbi,  
Qayalar əks edir hər zili, bəmi. 
Qoynunda bərq vurur sürdüyüm gəmi, 
Mirvari ləpəli körpə Xəzərim, 
Sevincim, fərəhim, qumaşım, zərim. 
 
Gözəllik ondursa, doqquzu dondur, 
Ömür adlamasın, zamanı dondur. 
Ürəklər fəth edir payladığın nur, 
Mirvari ləpəli körpə Xəzərim, 
Sevincim, fərəhim, qumaşım, zərim. 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
94
 
MÜDRİKLİK 
 
Ağıllar döyüşdə üzbəüz gəldi, 
İstedad hayqırdı baş vurdu Aya. 
Başımın üstünü mələklər aldı, 
Döndü könül evim,bir axar çaya. 
 
Coşdu ürəklərdə sevgi-məhəbbət, 
Açıldı qəlblərin baharı,yazı. 
Yandı külə döndü ayrılıq, həsrət, 
Dil açdı, sızladı aşığın sazı. 
 
Xanhüseyn Bəylərlə, Barat İmanla, 
Söz ordum giribdi döyüşə, cəngə. 
Üzbəüz qalmışam günəşlə-ayla, 
Kömək et, ilahi, gəlməyim təngə. 
 
Söhbətim, yan keçmə, sözüm, yan ötmə
Çiçək tək çəməndə zamansız bitmə. 
Yazıl tarixlərə, könüldən itmə, 
Ömür kitabında qızıl söz axtar, 
Zaman dayanmayan yol gedən qatar. 
 
Güc aldım səmadan, güc aldım nurdan, 
Söhbət, söz açıldı iki aqildən. 
Xanhüseyn, Barat  doğulan yurddan, 
Günəşli, ulduzlu Aran elindən! 
 
 
 
 


Ömürdən düşən yarpaqlar 
 
95
 
Qoy olsun mübarək, şad olsun ovqat
Qızıldan qiymətli ötən vaxt, saat, 
Çıxsın cıdırlara, köhlən, kəhər at, 
Doğmalıq, şirinlik sığmasın dilə, 
Can verək ömürdən bülbülə, gülə. 
 
Dartınıb çəkinmək ağıldan deyil, 
Xudpəsənd nadanlıq zülmətdən betər. 
Vara, şan-şöhrətə salınan  meyil, 
Vaxtsız, vəd-vədəsiz ölümdən betər. 
 
Məlum həqiqətdir bilənlər bilir, 
İstedad diplomla ölçülmür heç vaxt. 
Bəxtə də, pul-para çox çətin gəlir, 
Qazanan həmişə ya taleh, ya bəxt. 
 
Bu iki insanla dostam, qardaşam, 
Qəlbimə doğmadır  adları, soyu. 
Bir ömür boyunca yaxın sirdaşam, 
Dibdən sulu gərək qazılan quyu. 
 
Söhbətim, yan keçmə, sözüm, yan ötmə, 
Çiçəklər çəməndə zamansız bitər. 
Yazıl tarixlərə könüldən itmə, 
Ömür kitabında qızıl söz axtar, 
Zaman dayanmadan yol gedən qatar! 
 
 


Məhəmməd Bəylər Aranlı  
 
96
 
QƏLBİMƏ DƏYMƏ 
 
Fikrim perik düşüb yurd-yuvasından, 
Xəbərsiz dolanır, el-obasından. 
Hərarət yox olub od-sobasından, 
Yaradan, toxunma qəmli qəlbimə. 
 
Yatmış ürəyimi canan sən oyat, 
Qüssəni-kədəri ürəyindən at. 
Könül həmdəminə gözəl, çarə et, 
Ağlayan, sızlayan, bəmli qəlbimə. 
 
Bəylər nalə çəkib, etməsin haray, 
Coşar ürəyində şırıltılı  çay. 
Qələmində sevgidi bircə haray, 
Söhbətli, şeirli, təbli qəlbimə. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə