Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə17/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
67 
üçün gözlənilən idi. Amma maraqlısı budur ki, Qurani-
Kərim gözəl dəlillər, maraqlı misallar, hamının başa 
düşəcəyi tərzdə asan məntiq üslubu seçib böyük hesab 
gününü sübuta yetirir. Qurani-Kərimdə çox az səhifə 
tapmaq olar ki, orada məaddan, ya ona aid məsələlərdən 
danışılmasın. Bu da bu səmavi kitabın məad məsələsinə 
verdiyi əhəmiyyətin bariz nümunəsidir. 
Ümumilikdə  məad ayələrini məntiq və istidlal 
baxımından 7 qismə bölmək olar. Bunlardan hər biri bu 
əhəmiyyətli məsələyə ayrı-ayrılıqda açıq yol və aydın 
dəlildir. 
Birinci yol: İlkin yaradılışı xatırlatmaq 
Məgər Biz ilk yaradılışdan acizmi qaldıq?! Xeyr! 
(Eləcə  də qiyamət günü ölüləri diriltməkdən aciz 
qalmayacağıq!)
1
 
Bədəvi ərəbin gözü səhrada bir insan sümüyünə düşdü. 
Onun camid beynində sanki ildırım çaxdı. Fikirləşdi: 
Muhəmməd (s) bu sümüyün yenidən cana gəlib 
diriləcəyini deyir, nə  qəribə  əfsanədir. Bütlərə and olsun, 
bununla onun məntiqini yerlə yeksan edəcəyəm... 
Sümüyü götürüb tələsik şəhərə gəldi və Peyğəmbəri (s) 
axtarmağa başladı. Həzrəti görən kimi bağırdı: 
Çürümüş sümükləri kim dirildə bilər?!
2
 
Bu zaman Quran ayələri baharın həyat bəxş edən yağışı 
kimi Həzrətin qəlbinə  ələndi və  Həzrət  şirin və aydın 
məntiqlə ona cavab verdi: 
De: «Onları ilk dəfə yoxdan yaradan dirildəcək.
1
 
                                                 
1
 Qaf surəsi, 15. 
2
 Yasin surəsi, ayə 78. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
68 
Məgər göyləri və yeri yaradan (bir daha) onlar kimis-
ini yaratmağa qadir deyilmi?!
2
 
Başqa ayələrdə  də bu məntiqə nisbətən qısa  şəkildə 
işarə olunur: 
(O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi 
qaytarıb (dirildib) əvvəlki halına salarıq.
3
 
 
İndi isə geri qayıdıb bəşərin ilk yaradılış zamanına 
nəzər salaq. 
… Birdən böyük odlu bir parça günəş kürəsindən ay-
rılıb fasiləsiz olaraq onun ətrafında dövr etməyə başladı. 
Sonralar buna “Yer kürəsi” deyildi. Bu parça o qədər 
yandırıcı  və  şöləli idi ki, ona baxan buranın bir zaman 
gözəl bağlar, çaylar, quşlar və  nəhayət insanlar məskəni 
olacağına əsla ehtimal verməzdi. O zamandan indiyə kimi 
nə qədər vaxt keçdiyini bilmirik, ola bilər ki, beş milyon il 
bundan qabaq olsun. Milyon illər Yer kürəsi elə qaynar bir 
od olaraq qaldı. 
Oksigen və hidrogen qazlarının havada bir-biri ilə reak-
siyaya girməsindən su buxarı meydana gəldi. Zaman 
keçdikcə hava yuxarı  təbəqələrdən başlayaraq soyumağa 
başladı, su buxarları ilə kifayət qədər dolandan sonra 
dəhşətli yağışlar yağmağa başladı. Amma yer üzəri o 
qədər yandırıcı temperatura malik idi ki, yağış yerə çat-
madan yenidən buxar olub qalxırdı. Və beləcə çox uzun 
illər boyu dənizlər yerlə göy arasında sərgərdan qaldı, nə 
                                                                                                         
1
 Yasin surəsi, ayə 79. 
2
 Yasin surəsi, ayə 81. 
3
 Ənbiya surəsi, ayə 104. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
69 
yerə enməyə imkan oldu, nə  də havaya qalxmağa. Lakin 
bu get-gəllər tədricən yeri soyutmağa başladı və sonunda 
su yerlə  təmas etdi. Bu dövrdə  də yer üzərində ildırım, 
vulkan, tufan kimi təbii hadisələrdən başqa bir səs 
eşidilmirdi. 
Birdən yer üzərində qəribə və ilk olaraq bir inqilab baş 
verdi, dənizlərdə ilk varlıqlar meydana gəldilər. Tədricən 
hər yerdə bitkilər göründü, daha sonra mikrovarlıqla və 
daha sonra müxtəlif heyvanlar dənizləri və  səhraları 
tutdu. 
Amma heç kim hələ  də bilmir ki, cansız maddələrdən 
canlı aləm necə yaranıb. Bircə bunu bilirik ki, müəmalı 
amillər bir-biri ilə təmasa girib bu sirli aləmi yaradıblar. 
Buna  əsasən aydın görürük ki, bizim indiki 
bədənimizin hissələri bir zamanlar dağınıq  şəkildə bir-
birindən çox-çox uzaqlarda idilər. Lakin bu məsafələrə 
baxmayaraq bir gün bir yerə toplanaraq bizim bədənimizi 
təşkil etdi. Məgər bunun təkrarlanması, torpağa dönmüş 
zərrələrin birləşib yenidən həyata dönməsi təəccüblüdür? 
Savadsız cahil bi bədəvi  ərəb bunu qeyri-mümkün və 
dəlilik əlaməti kimi bilirdisə, bu gün biz elmin inkişafı ilə 
bunu  əməli surətdə  və  əyani olaraq bilirik. Bu, elə 
filosofların dolğun və  qısa  şəkildə dedikləri bu ifadədir: 
Əmsalın hökmü mümkündə  də, qeyri-mümkündə  də va-
hiddir. 
Məadı dəfələrlə görmüşük 
İkinci yol 
Əksəriyyətimizin dünyagörüşündə bu böyük eyib gözə 
dəyir: Gündəlik həyatda yalnız istisna hallarında qarşılaş-


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
70 
dıqlarımız bizim diqqətimizi özünə  çəkir. Bızimlə  həmişə 
olanlar isə - qəribə, maraqlı  və ibrətamiz olsalar da – 
diqqətimizi çox az özlərinə cəlb edirlər. 
Bir mənzərə, bir tablo, bir libas nə  qədər  əhəmiyyətsiz 
olsa da, əgər indiyə qədər gördüklərimizdən fərqlidirsə, o 
zaman cazibədar bir şey kimi hamini ətrafına toplayacaq. 
Amma bu cahanın  ən zərif,  ən sirli, ən gözəl bir varlığı, 
əgər həmişə yanımızdadırsa, heç vaxt fikrimizdə, ruhu-
muzda  təlatüm yaratmayacaq. 
Elə fövqəladə insanlar vardır ki, bircə eyibləri vardır. O 
da budur ki, onlar bizim yanımızdadır, əlimiz onlara çatır. 
Elə ona görə də nə onların fərasətinə əhəmiyyət veririk, nə 
ali fikirlərinə, nə də böyük ruhiyyələrinə. Əksi də belədir. 
O qədər dəyərsiz insanlar var ki, ona saysız-hesabsız ehti-
ram göstəririk. Çünki artıq ölüblər,  əlimiz onlara çatmır. 
Bu, səthi və avamcasına olan bir təfəkkür tərzidir. 
Mətləbdən uzaq düşməyək. Təbiət aləmində  dəfələrlə 
ölülərin dirilməsini görmüşük, lakin gözümüzün önündə 
olduğuna görə nəzərimizi cəlb etməmişdir. 
Payız fəsli gəlir. Təbiət rəngini qoruyub saxlayan səhra 
və biyabanlara qədəm qoyuruq. Hər yer rəngi qaçmış  və 
solğun görünür. Yarımcan olan yarpaqlar budaqlardan 
asılmaqda son cəhdlərini də bitirib küləklə sovrulub 
gedirlər. Solğun budaqlar da həyat fəaliyyətlərini bitirib 
yavaş-yavaş (ölümün qardaşı  və  bərabəri olan) dərin 
yuxuya gedirlər. elə soyuq, quru və ruhsuz olurlar ki, 
sanki heç həyat nəsimi onlara dəyməyib. Təbii olaraq qış 
fəsli də onlara daha çox təsir edir. Nə təravətləri qalır, nə 
çiçəkləri, nə  də yarpaqları. Ölülərin sümükləri kimi quru 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə