Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə11/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
43 
İnsan öz varlığına bir dəlil tapa bilmirsə, bu dünyada 
biganəlik duyur, özünü başqa fərd və əşyalardan ayri hiss 
edir və  tənha qalaraq özünə  həyatda münasib yer tapa 
bilmir.”
1
 
Əgər uşaq ana bətnində  ağıl və elmə malik olduğu 
fərzilə ana bətnindən kənardan heç bir xəbəri olmasa və o 
mühitdə yaşamaq barədə düşünsə, Sarter məktəbinin 
ardıcılı olmaqda heç bir tərəddüd etməyəcək. O duşaq da 
kənar idarəçiliyə tabe olan narahat və məhdud həyatı (ana 
bətnini) puç, hədəfsiz və məqsədsiz biləcək. Lakin olduğu 
həyatın başqa böyük bir həyat üçün hazırlıq mərhələsi 
olduğunu və bu dövrün xüsusi tərbiyə almaq dövrü 
olduğunu, o dövr olmayınca böyük həyatda yaşamaq 
imkanının olmadığını bilsə, o zaman ana bətnindəki həyat 
onun üçün məna kəsb edəcək. 
Bizim də  gələcək həyatın yoxluq aləmi olmamasına, 
olduğumuzdan daha yuxarı  səthdə bir varlıq aləmi 
olduğuna, bir üfüq üstün tərzdə bu həyatın davamına, 
bütün səylərin sonunda onunla nəticələnəcəyinə 
yəqinimiz və əminliyimiz olsa, bu halda həyatımız puçluq 
və bihudəlikdən xaric olub məna qazanacaq. Buna əsasən 
deməliyik ki, ölümdən sonrakı  həyata və  məada 
inanmağın ilk təsiri həyata məna və hədəf verməsi, insanı 
bihudəllikdən çıxarmasıdır. 
 
 
 
                                                 
1
 Fəlsəfə kitabı (fəlsəfi məsələlər, fəlsəfi məktəblər, elmin əsasları), səhifə 363, 
Dr. Şəriətmədari 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
44 
 
Tərbiyəyə təsir edən bir amil 
Cazibə və dafiə təsirinə malik bir amil 
Təhsil almış bir cavan deyirdi: “Mən özümün əsaslı bir 
vicdana sahib olduğumu düşünürəm. Buna görə də haqq-
ədalət əsaslarına bağlıyam və məzhəbə, məzhəbi təlimlərə 
özümdə ehtiyac duymuram. Çünki məzhəbin insana bəxş 
etmək istədiyi Allaha inam, o biri cahanın cəza qorxusu və 
mükafatlarından yaranacaq duyğulara mən vicdanımın 
vasitəsilə malikəm. Bu surətdə düşünmürsünüz ki
məzhəbi təlimlər məndən aşağı  səthdə olanlara, məzhəbi 
iman olmadan islah olunmayanlara, bir-birinin ətini 
yeyənlərə aiddir? Hətta bəzən məzhəbi iman tam gücü ilə 
təsir etmək istəsə  də onları islah edə bilmir, əksinə onlar 
həmin qanunlardan sui istifadə etməklə,  şəri hiylələrə  əl 
atmaqla səhv yolda öz işlərindən bəhrələnirlər.” 
Bilirik, bu təfəkkür tərzi təkcə bu cavana aid deyil, 
filosof və alimlərin də arasında bəziləri özlərini 
məzhəbdən daha yüksək bilir və iddia edirlər ki, məzhəb 
yalnız aşağı  səthdə olan insanları  tərbiyə etməkdə  təsir 
qoya bilər, özləri isə ümumiyyətlə bu təlimlərə möhtac 
deyillər. 
Belə düşünənlər həmişə böyük cinayətlərin elə 
böyüklər tərəfindən, yəni “yuxarı” səthə məxsus olanların 
əliylə  işləndiyini sanki bilmirlər. Atom bombalarını onlar 
düzəldir, müharibələri onlar təşkil edir, ölkələrin siyasi və 
iqtisadi istismarının planlarını onlar çəkirlər. Elə  həmin 
mütəfəkkir və alimlərdir ki, dünyanın cəhənnəm 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
45 
qüdrətlərinin ixtiyarında olmaqla öz dolğun məlumat
ixtira və istedadlarını satmaqla dünya “ağa”larının özünə 
inamlarını möhkəmlədirlər. Bu mövzu bu günkü dünyaya 
məxsus deyil, keçmişdə  də fironların yanında dərrakəli 
hamanlardan, alim və  sərvətli qarunlardan ibarət alimlər 
cərgəsi dururdu. Qarun həm Musanın (ə) əmisi oğlu, həm 
fironun Bəni-İsrail üzrə nümayəndəsi idi. Çoxlu sərvəti 
var idi və bu sərvəti elminin gücü ilə qazandığını 
düşünürdü. Müaviyələrin də yanında  əmr-aslar və  əbu-
hüreyrələr əyləşmişdi. 
Buna  əsasən alimlərin, dərrakəlilərin, istedadlıların, 
yuxarı  səthə aid olunanların məzhəbi təlimlərə  və 
nəzarətə daha çox ehtiyacları var. Çünki onlar dünyanı 
cəhənnəmə  də çevirə bilər, sülh və  əmin-amanlıqla 
rəhbərlik də edə bilərlər. Aşağı səthdə olanlar isə onsuz da 
əksər hallarda onların əmrlərinə tabedirlər. Bu səthin verə 
biləcəyi zərər də daha az və zəifdir. 
Yuxarıda dediyimiz məzhəbi təlimlərə möhtac 
olmadıqlarını hesab edənlər, ümumiyyətlə bütün dünya 
əhli ölümün həyat dəftərinin sonu olmadığına,  əksinə 
başlanğıc olduğuna, bu dünyanın sadəcə müqəddimə 
olduğuna, hər  şeyin  əbədiyyət rəngi aldığına,  əməl və 
rəftarların, yaxşılıq və pisliklərin heç birinin fani 
olmadığına inansalar, həmin pis və yaxşı əməllərin bizim 
gələcək uzun həyatımızda bizə narahatçılıq, ya aramlıq 
bəxş edəcəyini bilərlər. Ana bətnindəki uşaq da əgər 
oradakı qısa, lakin təkamül yönlü həyatında inkişafı üçün 
etinasızlıq göstərsə, ya ifrat həddini aşmaqla özündə 
çatışmamazlıqlar icad etsə, bu dünyada uzun bir 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
46 
müddətdə (məsələn 100 illik ömrü boyu) həmin ifrat və 
etinasızlıqların ağrısını  çəkəcək. Bu dünya həyatında da 
özünü düzəltməkdə etinasızlıq edənlər, o cahana nöqsan, 
eyib, müxtəlif ruhi və  əxlaqi xəstəliklərlə addım atanlar 
həmişəlik işgəncə və əazb görməlidirlər. 
Bu  əqidə insanın bütün həyatını  dəyişdirə  və ali 
tərbiyəvi dərs olaraq insanın ruh və canını düzəldə bilər, 
eyni zamanda da maddi bir insandan, özünün fəna olmağı 
ilə  əməllərinin də aradan gedəcəyinə inanan bir kəsdən 
baş verə biləcək cinayətləri yerinə yetirməkdən də 
qorunar. 
Ölümdən sonrakı  həyata və  əməllərin o cahanda təsir 
edəcəyinə inanmaq da insanın günah və  səhvlər 
müqabilində dözümlülük qüvvəsinin yaranmasına bir 
amil, məxluqlara xidmək etmək amalıyla maddi və 
mənəvi cəhətdən səy etməyə  təşviq olmaq üçün təhrik 
edici qüvvənin yaranmasına isə başqa bir amildir. 
Ölümdən sonrakı aləmə inamın fasid və azğın fərdlərin 
islahında, eləcə  də  fədakar və mücahid fərdlərin 
təşviqində qoyduğu təsirlər adi məhkəmələrin cəza 
tətbiqindən, mükafat və  təşviqatların təsirindən qat-qat 
daha çox nüfuzedicidir. Çünki hesab gününün 
xüsusiyyətlərindən biri budur ki, orada nə yeni nəzər və 
rəy mümkündür, nə  də tövsiyə. Nə qazilərin fikrini 
buraxıb yalançı rəylərlə dəyişmək olar, nə  də uzun-uzadı 
təşrifatlara ehtiyac var. 
Gələn bəhslərdə  də deyiləcək ki, o aləmin cəza və 
mükafatları bir çox cəhətdən təbii təsir və xüsusiyyətlərə 
malikdir. Məsələn,  şəfa verən, ya öldürücü olan bir 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə