Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə12/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
47 
dərmanın öz təsirində xəta və səhv ehtimalının olmaması, 
rüşvət və sifarişin bunu dəyişdirə bilməməsi kimi
ölümdən sonrakı  həyatda insanın  əməl və  rəftarları da 
təxminən belə bir durumda olacaq. Bu bir tərəfdən. Digər 
bir tərəfdən bu cahanın min bir nöqsanı olan 
məhkəmələrində  təşviq məsələsinin məfhumu yoxdur. 
Məsələn,  əgər bir nəfər  əlli il qanunlara rəayət edibsə  və 
heç bir kiçik qanun pozuntusu da etməyibsə, buna görə 
ona heç bir mükafat verilməz. Bunun üçün heç mükafat 
da təsis olunmayıb ki, verilsin. Demək, bu qanunlara 
rəayət olunmaq zəmanəti bir tərəflidir. Yəni qanun 
keşikçiləri həmişə qanunu pozanları axtarırlar, nəinki ona 
rəayət edənləri. Dini qanunların icrasına olan zəmanət isə 
iki tərəflidir. Cəza verilməklə əks tərəfdə mükafat vermək 
də eyni dərəcədə aktualdır. 
Şübhəsiz, belə bir cahana inamı olan kəs özünün 
islahında, müxtəlif əməlləri yerinə yetirməkdə son dərəcə 
diqqətli olur. Eynilə  şəfa verən, ya zəhərli dərmanların 
xüsusiyyətlərini bilən bir fərd birinciyə nisbətən çox 
istəkli, ikinciyə nisbətən isə çox qorxaqdır. Məada inanan 
insan da hər dəfə addım atdığı hər işin qəti təsirini gözləri 
önündə canlandırır. Bu qayda ilə daxilində daimi diqqət 
hissi yaratmaqla həmişə cinayət və  fəsadlar qarşısında 
özünü nəzarətdə saxlayır. 
Bu həqiqətə inanmaq insanı elə bir həddə çatdırır ki, 
sonunda deyir: “Allaha and olsun, əgər gecələr sübhə 
kimi yatağım canyaxıcı tikanlar olsa, gündüzlər  əl-
ayağımı  zəncirləyib küçələrdə  gəzdirsələr, birinə zülm 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
48 
etmiş, ya birinin haqqını qəsb etmiş halda ilahi məhkəmə 
qarşısında durmaqdan mənə daha xoş olar.”
1
 
Belə bir şəxs qızarmış  dəmiri qardaşının  əlinə 
yaxınlaşdırdıqda onun fəryadını görüb nəsihət verir və 
deyir: “Sən  əldə oyuncağa bənzəyən bu kiçik şölədən 
fəryad edib qaçır, amma qardaşını Allahın qəhr və 
qəzəbindən şölənənən atəşə atırsan?”
2
 
Həmçinin  ətradındakılardan bir qismi hökuməti 
möhkəmlətmək üçün ona müsəlman cəmiyyətinin içindən 
bəzilərinə xüsusi diqqət ayırmağa dəvət edərkən onlara 
fəryad edib deyir: “Vay olsun sizə, mənə deyirsiniz ki, 
hökumətimin pənahında yaşayanlara zülm etməklə öz 
qələbəmi təmin edim? And olsun Allaha, ulduzlar səmada 
durduqca mən belə etmərəm.”
3
 
Həqiqətən də əgər bütün dünya rəhbərləri və bütün adi 
insanlar bu açıq və qəti imanın bir parçasını vücudlarının 
dərinliklərində  işıqlandıra bilsələr, dünyamız necə 
dəyişər. Bu təkəbbürdən, özünü bəyənməkdən, özünə 
pərəstişdən, zülm və təcavüzlərdən əsər-əlamət qalarmı? 
Bu əsasa görə bütün səmavi məzhəb və dinlər fərdlərin 
tərbiyəsi və  cəmiyyətlərin islahı üçün ölümdən sonrakı 
həyata olan imanı insanların ürəyində yaratmaq  yolunda 
çox çalışmışlar. Xüsusilə Qurani-kərimdə  tərbiyəvi 
məsələlərin böyük bir qismi bu yolla icra olunur. Bu 
cəhətdən yəqin ki, Quranda bu məsələyə  və onun 
xüsusiyyətlərinə 1400 dəfə  işarə olunduğunu eşitsək
                                                 
1
 Nəhcül-bəlağə, xütbə 224. 
2
 Həmin mənbə. 
3
 Nəhcül-bəlağə, xütbə 126. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
49 
təəccüb etmərik. Onların arasında ən maraqlı bir neçəsini 
burada qeyd edirik: 
1.  İnsanın tərbiyəsi üçün o böyük günə  təkcə  yəqin və 
iman deyil, hətta zənn və güman da olunsa yenə insanda 
öz dərin təsirini buraxacaq. 
Məgər onlar diriləcəklərini düşünmürlərmi?! Özü də 
dəhşətli bir gündə?! O gün bütün insanlar aləmlərin 
Rəbbinin hüzurunda duracaqlar!
1
 
2. Bir neçə yerdə təkid olunur ki, o cahana təkcə ümid 
etmək belə tüğyanın qarşısını almaq, haqq müqabilində 
təəssübü tərk etmək və saleh əməl etmək üçün kifayətdir. 
Diqqət edin, “ümid” anlayışında “yəqin” və “qətilik” 
mənası yoxdur. 
Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı 
iş görsün.
2
 
Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər: «Bizə 
mələklər endirilməli, yaxud biz Rəbbimizi görməli 
idik!» - dedilər.
3
 
3. Quranda xüsusilə qeyd olunmuşdur ki, insanın əməl, 
rəftar və sözləri  əbədilik rəngi alır, o cahanda onların 
hamısı insanla birlikdə olacaqlar. 
O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında 
hazır görəcək.
4
 
Başqa bir yerdə isə təkidlə deyir: 
                                                 
1
 Mutəffifin surəsi, ayə 4-6. 
2
 Kəhf surəsi, ayə 110. 
3
 Furqan surəsi, ayə 21. 
4
 Ali-İmran surəsi, ayə 30. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
50 
Onlar etdikləri bütün əməllərin öz qarşılarında hazır 
durduğunu görəcəklər.
1
 
Məad sizin daxilinizdədir 
Qazisinin,  şahidinin, hökm icraçısının bir olduğu və 
hər birimizin canımızın dərinliklərində yer tutan 
məhkəmə  də hesab gününün məhkəməsinə canlı bir 
nümunədir. 
Bu gün adətən bir bina, ya idarə inşa etmək istəyərkən 
əvvəlcə  həmin böyük proyektin bütün ayrıntılarını  əks 
etdirən kiçik maketini düzəldirlər ki, onların karına gəlsin. 
İnsan da əzəmətli yaradılış aləminin çox kiçildilmiş  və 
sıxılmış maketidir, təkcə bir fərqlə ki, bu maket həmin 
əzəmətli yaradılışdan  əvvəl yox, sonra yaradılmışdır. 
Çünki onun yaradıcısı  əməli məhdud olan insan kimi 
deyil və bu maketi böyük yaradılışın qarşıya çıxa biləcək 
çətinliklərini həll etmək üçün yaratmayıb. Ümumiyyətlə 
“kiçik” və “böyük” anlayışı  hər cəhətdən məhdud olan 
bizə aiddir. Elm və qüdrəti sonsuz olan üçünsə bu ikisi 
eynidir. 
Yaradılış aləminin bu kiçik və  qəribə maketində  hər 
şeydən diqqətlə nümunələr götürülmüşdür. Müxtəlif 
qüvvələr, sirlər, qəribəliklər, meyillər, həmçinin günəş  və 
ulduzlar, heyvanlar və onların xasiyyətləri, mələklər və 
onların ruhaniliyinin hər birindən bu kiçik və qarışıq 
cahanda (insanda) mövcuddur. 
Bu barədə  ən gözəl söz Həzrət  Əliyə  (ə) nisbət verilən 
şerdə öz əksini tapır: 
                                                 
1
 Kəhf surəsi, ayə 49. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə