Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə30/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   26   27   28   29   30   31   32   33   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
120 
ölmüş bitkilər yenidən dirilir, yeni həyata başlayırlar. Bu 
misallar cismani məadı anlatmırmı?  
Bəzən Quranda ilk yaradılış barədə danışılır: Sizi 
yoxdan yaradan Allah, cisminiz parçalanıb dağılandan 
sonra yenidən yaradacaq. 
Şübhəsiz, bu bənzətmə yalnız cismani məadı isbat 
etmək üçündür, çünki cism fani olandan sonra ruhun 
qalması ilə bu bənzətmənin heç bir əlaqəsi yoxdur. 
Həmçinin kitabın  əvvəlində geniş söhbət açdığımız 
enerjilərin məadı (qayıtması), Əshabi-kəhfin və İbrahimin 
(ə) quşlarının  əhvalatı, yaxud bədəvi  ərəbin səhradan 
quru bir sümük taparaq Peyğəmbərin (s) yanına gəlməsi 
hadisəsi və bu barədə “Yasin” surəsinin sonunda olan üç 
sual bütünlüklə cismani məad haqqındadır. Təkcə ruhani 
məadın bu misallarla heç bir bağlılığı yoxdur. 
Maraqlıdır ki, həmin cahil ərəbin ruhani məada əqidəsi 
vardı. Çünki onun təəccüb edərək inkar etdiyi məsələ 
cismani məad barəsindəydi. 
Quran onların dilindən belə deyir: 
O, sizə ölüb bir ovuc torpaq və sümük olduqdan sonra 
(yenidən dirildilərək qəbirdən) çıxarılacağınızı vəd edir?
1
 
(Müşriklər) dedilər: «Məgər (biz) torpağın köksündə 
dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!» 
(Bizim qüdrətimiz məhdud deyildir). Əksinə, onlar öz 
Rəbbi ilə görüşü inkar edirlər.
2
 
Kafir olanlar (bir-birinə istehza ilə) deyirlər: «Sizə siz 
(yerin altında) tamamilə parça-parça olub dağıldıqdan 
                                                 
1
 Muninun surəsi, 35. 
2
 Səcdə surəsi, 10. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
121 
sonra mütləq (başqa bir aləmdə) yeni bir yaradılışla zahir 
olacağınızı  xəbər verən bir kişini göstərəkmi?!» «Görəsən 
o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi 
var?!» (Belə deyildir), əksinə  (əslində) axirətə iman 
gətirməyənlər (indidən) əzabda və uzun-uzadı bir azğınlıq 
içərisindədirlər.
1
 
Bütün bu ayələrdən anlaşılır ki, İslam Peyğəmbəri (s) 
həmişə bu cismin qayıdacağından, başqa sözlə desək, 
cismani məaddan söhbət açmışdır. Buna görə  də 
müxaliflər buna təəccüb edirdilər. Qurani-Kərim də 
onların cavabında deyir: Allah məxluqları əvvəlcə yaradır, 
onları (öldürdükdən sonra, axirət günündə) yenıdən 
dirildir. O zaman siz Ona tərəf qaytarılacaqsınız.
2
 
Sözün qısası budur ki, Qurani-Kərimdə  məad cismani 
olaraq müəyyənləşib. Cismani məaddan söz açan bu 
ayələri başqa mənaya yozanlar, ya daha doğrusu təhrif 
edənlər, “misali cism” və bu kimi mənalar çıxaranlar 
həqiqətdən uzaq mənasız işlərlə  məşğul olmaqdan başqa 
bir şey etmirlər. 
Ağıl tərəzisində cismani məad  
Keçən bəhslərdə tam aydın oldu ki, Qurani-Kərimdə nə 
vaxt məaddan söz açılsa, cismani məad nəzərdə tutulur. 
Belə ki, Qurani-Kərim nazil olan zamanlarda ruhani 
məadı inkar edən çox az insan tapmaq olardı. Elə buna 
görə  də cahil ərəbin Quranın məad məsələsində olan 
nigaranşılığı da məhz cismani məad barəsində idi.  
                                                 
1
 Səba surəsi, 7-8. 
2
 Rum surəsi, 11. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
122 
İndi görək bu deyilənlərə əqli dəlillər də tapa bilərikmi? 
Ağıl deyir: Ruh və  bədən bir-birindən ayrılmayan iki 
həqiqətdir. Bunlar “maddə” və “enerji” kimi bir-birinə 
iltizamı olan varlıqlardır. Birlikdə  bəslənir, birlikdə 
təkamülə doğru irəliləyirlər. Buna əsasən, biri olmadan o 
birinin (uzun müddət) ayaqda qalması  və yaşaması 
mümkün deyil. Bu, bir tərəfdən. 
Digər tərəfdən iki ayri-ayri insanın cismi bütün 
cəhətlərdən bir-birinin bənzəri və eyni olmadığı kimi 
(hətta son elmi araşdırmalara görə insanların barmaq 
uclarındakı cizgilər də bir-birindən fərqlənir) iki ruh da 
bir-biri ilə eyni ola bilməz. Cism ruhsuz naqis olduğu 
kimi, ruh da cismsiz naqisdir. Əgər bərzəx aləmində 
(dünya ilə axirətin arasında olan aləm) bu ikisi bir-
birindən ayrılırsa, müvəqqəti xarakterlidir. Bu müvəqqəti 
zamanda ruhun fəaliyyətləri məhdudlaşır. Çünki bu 
müvəqqəti zaman kəsiyi axirət aləmi kimi geniş imkanlı 
və kamil deyil. 
Başqa sözlə desək, ruh əmr verən rəhbər və  təsir edən 
bir amil, bədən isə  əmrləri yerinə yetirən məmurdur. 
Rəhbərin məmura ehtiyacı olduğu kimi, ruhun da bədənə 
ehtiyacı vardır. Sadəcə ruh başqa bir aləmdə bu cahandan 
daha ali səthdə olacağına görə  bədən də ona münasib 
daha kamil və ali səviyyədə olmalıdır. Belə də olacaq. 
Deməli ruh və cism bir-birinin tayı 
və 
təkmilləşdiricisidir. Buna görə  də  məad yalnız ruhani, ya 
yalnız cismani ola bilməz. Cism və ruhun yaradılışı 
barədə mütaliə etdikdə bu həqiqət daha da aydın 
görünür. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
123 
Lakin burada dörd irad, ya bəzilərinin dediyi kimi dörd 
“dalan” meydana gəlib ki, onları geniş surətdə araşdırmaq 
lazımdır: 
1.
 
Yeyən-yeyilən barədə olan irad
2.
 
Yer üzərindəki maddələrin azlığı barədə olan irad; 
3.
 
Bir ömür boyu insanın bədəni çoxlu dəyişikliklərə 
məruza qaldığı halda hansının məada gələcəyi barədə 
olan irad; 
4.
 
Məadın harada olacağı barədə olan irad. Çünki yer 
üzərinin səthi bu qədər insanın məhşəri üçün yetərli deyil. 
Bu iradların hər biri ayrı-ayrılıqda 
araşdırılmalıdır.  
1. Yeyən-yeyilən barədə olan irad 
Bu, cismani məad məsələsində irəli sürülən  ən qədim 
iradlardan biridir. İrad bundan ibarətdir: 
Fərz edək, aclıq dövründə bir insan başqa bir insanın 
ətindən qidalanır və onun bədəni tamamilə, ya qismən 
həmin qidalandığı insanın bədənindən formalaşır. Belə 
olan halda qiyamətdə yeyilən insanın bədəni yeyən 
insanın bədənindən ayrılacaqmı? Əgər ayrılacağını desək, 
onda yeyən insanın bədəni naqis qalacaq. Əgər 
ayrılmayacağını desək, onda da yeyilən insanın bədəni 
naqis olacaq. 
Əslində heç bu fərzə  də ehtiyac yoxdur. Bu mövzu 
daima təbiət aləmində müşahidə olunur. İnsanlar 
dünyadan getdikdə  bədənləri dağılaraq torpağa qarışır, 
torpaq da yerin bir hissəsi olur. Sonra mineral maddələr 
qismində bitkilərin kökləri ilə onların canına hoparaq 
meyvə  və s. meydana gəlir. Başqa  insanlar  da  o  meyvəni 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə