Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə32/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   28   29   30   31   32   33   34   35   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
128 
Bu ayə  də dirilənin sonuncu bədən olacağını göstərir. 
Bundan başqa bu həqiqəti dəstəkləyən başqa ayələr də 
vardır. 
4. İki bədən tam şəkildə vahid bədən ola bilərmi? Başqa 
sözlə desək, bir nəfərin bədəni qida şəklində tamamilə 
başqa bir nəfərin bədəni ola bilərmi? Bu sualın cavabı 
mənfidir. Çünki bir nəfərin bədəni yalnız başqa bədənin 
bir hissəsi ola bilər, nəinki hamısı. Bunun dəlili də 
aydındır. Çünki başqasının bədəni ilə qidalanan insanın 
əvvəlcədən bir bədəni vardır. Başqasından qidalanmaqla 
onu bədəninin yalnız bir hissəsi edə bilər. 
Doğrudur, birinci insanın bədəni tamamilə ikinci 
insanın bədənində  həll olur, lakin bu müqədimədə bizim 
demək istədiyimiz bu deyil. Məqsədimiz birinci insanın 
bədəninin  əsla ikinci insanın bədəninin tamamı 
olmamasıdır. Diqqət edin! 
Bəli,  əgər fərz etsək ki, bir insan 7-8 il müddətində 
birinin bədənindən başqa heç nə, hətta sonradan onun 
bədəninin bir hissəsinə çevriləcək su və oksigen də qəbul 
etməyib, bu surətdə birinci insanın bədəni ikinci insanın 
bədəninin tamı ola bilər. Lakin məlumdur ki, bu fərziyyə 
heç bir tərəddüd olmadan batildir. Bir insanın 7-8 il 
müddətində hətta su və oksigen də qəbul etməyib birinin 
bədəni ilə qidalanması mümkün deyil. Əlavə olaraq su və 
oksigeni istisna etsək də, bu fərziyyənin nümunəsi  ətraf 
aləmdə əsla imkanı olmayan şeydir. 
Nəticə budur ki, iki bədənin bütün cəhətlərdən bir 
olması heç vaxt mümkün deyil. Yalnız birinin bədəni 
başqa birinin bədəninin bir hissəsi ola bilər. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
129 
5. Bədən hüceyrələrimizdən hər biri bizim 
şəxsiyyətimizi ehtiva edir. Belə ki, onlardan hər biri 
bəslənərsə, bədənimizi yarada bilər. Başqa sözlə, 
bədənimizin bütün xüsusiyyətləri hər bir hüceyrədə 
mövcuddur. 
Genetika bəhslərinə müraciət etməklə bu mövzu daha 
da aydın olur.  
Bu, təkcə bizim bədənimizə  məxsus deyil, bütün 
varlıqlara hakim olan bir qanundur. Buna görə də görürük 
ki, ağacların çoxunu calaq etməklə artırırlar. Yəni bir 
ağacın kiçik bir budağı  və ya tumurcuğu öz-özlüyündə 
kamil bir ağac olmaq qabiliyyətinə malikdir.  
Bəzi həşəratlarda təcrübə yolu ilə məlum olmuşdur ki, 
əgər onların bədənləri kiçik parçalara ayrılsa, həmin 
parçaların hər biri  müstəqil olaraq yenidən tam bir varlıq 
ola bilir. 
İnsan bədənində də bu məsələ ümumi şəkildə və təbiət 
qanunlarına  əsasən qeyri-mümkün sayılmır. Yəni  əgər 
münasib  şərait olarsa, insan bədəninin hər bir hüceyrəsi 
təkbaşına həmin insanın eynini yarada bilər. 
Məgər yaradılışımızın ilk günündə biz bir hüceyrədən 
ibarət deyildikmi? İndi müşahidə etdiyımiz bədənımiz 
tamamilə  həmin bir hüceyrədən ayrılıb təkamül yoluyla 
bu həddə çatmayıbmı? 
6. Bizim şəxsiyyətimiz cismani cəhətdən maddələrin 
azalıb çoxalmasıyla, kiçilib böyüməsiylə  dəyişirmi?  Əsla 
yox. 
Məsələn, biz ilk gün təkhüceyrəli bir nütfə idik,  bir 
neçə  həftə keçdikdən sonra bir neçə qramdan çox çəkisi 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
130 
olmayan bir ət parçası olduq. Bir neçə aydan sonra 
çəkimiz 2-3 kiloqrama çatdı və bu surətdə dünyaya gəldik. 
Bizə ad qoydular, bu adla tanındıq. Lakin zaman keçdikcə 
biz (məsələn) yetmiş kiloqramlıq böyük bir insan olduq. 
Ola bilər ki, bəzi tənəzzüllər sayəsində bədənimizin çəkisi 
(məsələn) qırx kiloqrama qədər düşsün. Cismani cəhətdən 
baş verən bu dəyişikliklər bizim şəxsiyyətimizi dəyişərmi? 
Böyüsək belə biz bir vaxtlar yeni doğulmuş  həmin körpə 
deyilikmi? 
Bu sualların cavabı  məlumdur. Bütün bu cismani 
dəyişikliklərə baxmayaraq insanın 
şəxsiyyəti 
əsla 
dəyişməz. 
 
***   *** 
 
Bu altı müqəddimə aydın olduqdan sonra  bəhsin 
əslinə qayıdırıq.  İndi görək bir insanın başqa bir insanın 
bədəni ilə qidalanması cismani məad məsələsində bir 
problem yaradırmı? 
Həqiqət budur ki, burada heç bir problem yaranmır. 
Çünki məadda bir insanın bədənində olan başqa 
varlıqların hissələri öz yerinə qayıdır, yalnız bədənin öz 
hissələri qalır. Dediyimiz kimi bir insanın bədəni heç vaxt 
başqasının bədəninin hamısı ola bilməz. Demək başqa 
hissələr ondan ayrılandan sonra onun öz hissələri qalmış 
olur. Diqqət edin! 
Bu da dəqiqdir ki, ikinci bədən onun bütün vücuduna 
səpələnmiş birinci bədənin hissələrini xaric olarsa, bir o 
qədər azalmış  və kiçilmiş olur. Lakin bu azalmaya 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
131 
baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi əgər bir 
vücuddan hətta bir hüceyrə də qalmış olsa, həmin hüceyrə 
artıb çoxalmağa qadirdir. 
Nəticə budur ki, Qiyamətdə  hər iki bədən nə  qədər az 
və kiçik həcmli olsa da, ağaca vurulmuş calaq kimi artıb 
çoxalma istedadına malikdir. Bu artıb çoxalma heç bir 
cəhətdən problem yaratmır. Çünki bədən həmin bədən, 
vücud və şəxsiyyət də elə həmin vücud və şəxsiyyətdir. 
Sual 
Burada təkcə bir sual yaranır ki, bu nəzəriyyəyə əsasən 
bəzən hansısa müəyyən bir hissə bir zamanlar günahkar 
bir insanın hissəsi olmuş, torpaq olub çürüyəndən və 
müxtəlif mərhələlərdən keçəndən sonra yaxşı bir insanın 
bədəninin bir hissəsi olmuşsa, o zaman bir müddət 
günahda, bir müddət isə yaxşı işlərdə istifadə olunmuş bu 
hissə yenidən ilk yeri olan günahkarın bədəninə qayıdırsa, 
ədalət məsələsi ilə bunu necə uyğunlaşdırmaq olar? 
Cavab 
Bu sualın cavabı bir məsələyə diqqət etməklə aydın 
olur. O da budur ki, dərd və  bəlalar, eləcə  də rahatlıq və 
rifah insanın ruhu ilə  əlaqədardır. Cism bunlara yalnız 
vasitə və alətdir. Məsələn, əgər ölmüş bir bədəni tikə-tikə 
doğrasalar, heç bir ağrı yaratmayacaq. Yaxud huşdan 
getmiş insanın bədən üzvlərini yarmaq ona heç bir 
narahatçılıq yaratmır. 
Günah və savab ruhdan qaynaqlanır, bədən sadəcə ona 
vasitədir. Mükafat və  cəza da sonunda ruha qayıdır, 
bədən yenə  də ancaq vasitədir. Biz cismani məad 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə