A ,3 qram b 2, qram c 3,9 qram



Yüklə 0,81 Mb.
səhifə1/2
tarix11.05.2022
ölçüsü0,81 Mb.
#86547
  1   2
Atmosfer II


101. Temperaturu 30°C olan havada nisbi rütubətlilik 52%-dən 65%-ə qədər yüksəlmişdir. Bu zaman mütləq rütubətliliyin nə qədər artdığını hesablayın.

A) 9,3 qram B) 2, 3 qram C) 3,9 qram

D) 2,5 qram E) 5,4 qram
102. 3500 m mütləq hündürlüyə malik dağın zirvəsində havanın temperaturu -14°C-dir. Dağın ətəyində 700 m mütləq hündürlükdə temperaturu hesablayın:

A) -16,8°C B) -7°C C) 2,8°C

D) -2,8°C E) 16,8°C
103. B məntəqəsində havanın temperaturu 13°C olarsa, müvafiq olaraq A və C məntəqələrində temperaturu hesablayın: ( kəsmə yüksəklik 150 m)

A) -12,1°C; 13,9°C

B) 1,5°C; 2,8°C

C) 13,9°C; 12,1°C

D) 12,1°C; 13,9°C

E) 21,2°C; 3,9°C

104. Zirvədə havanın temperaturu 10°-dir. Kəsmə yüksəkiyin 50 m olduğunu nəzərə alaraq B məntəqəsində temperaturu hesablayın:

A) 1,2°C B) 8,8°C C) 11,2°C

D) -8,8° E) -11,2°C

105. A nöqtəsi ilə B nöqtəsi arasında temperatur fərqini hesablayın (Kəsmə hündürlük 50 m-dir).



A) 0, 9°C B) 3, 5°C C) 4, 2°C

D) 6°C E) 0,6°C
106. A məntəqəsində atmosfer təzyiqi 760 mm c.s, B məntəqəsində 360 mm c.s olduğunu nəzərə alaraq horizontalların kəsmə hündürlüyünü müəyyən edin:

A) 4000 m B) 2000 m C) 1000 m

D) 2300 m E) 2500 m
107. A nöqtəsində atmosfer təzyiqi 760 mmc.s, B nöqtəsində isə 460 mmc.s. A nöqtəsində havanın temperaturu +10°C olarsa, dağın nisbi hündürlüyünü və B nöqtəsində havanın temperaturunu müəyyən edin:

A) 2500 m; 18°C

B) 3000 m; -8°C

C) 3000 m; 8°C

D) 2500 m; 18°C

E) 1000 m; 10°C


108. Dağın yamacında, dəniz səviyyəsindən 1700 m yüksəklikdə havanın temperaturu -5° olarsa, onun ətəyində 350 m yüksəklikdə havanın temperaturu nə qədər olar?

A) 3,1°C B) 8,1°C C) 5°C

D) 12,1° E) 10,2°
109. B nöqtəsində atmosfer təzyiqi 758 mm c.s-a bərabərdir. Horizontalların hər 20 m-dən bir

keçirildiyini nəzərə alaraq, A nöqtəsində atmosfer təzyiqini müəyyən edin



A) 754 mmc.s B) 762 mmc.s C) 768 mm c.s

D) 712 mmc.s E) 634 mmc.s
110. Ümumi günəş radiasiyasının 80 kkal/sm²-i yəni 40%-i yer səthi tərəfindən əks olunmuşdur. Ümumi və udulan radiasiyanın kəmiyyətini müvafiq olaraq hesablayın.

A) 120 kkal; 200 kkal

B) 80 kkal; 120 kkal

C) 200 kkal; 120 kkal

D) 300 kkal; 150 kkal

E) 120 kkal; 250 kkal


111. Horizontallarla təsvir edilmiş dağın ətəyinin dəniz səviyyəsində olduğunu nəzərə alaraq , dağın mütləq hündürlüyünü müəyyən edin:

A)1000 m B) 2000 m C) 300 D) 4000 m E) 5000 m

112. Horizontallar ilə təsvir edilmiş dağın ətəyindən keçən horizontalın dəniz səviyyəsində yerləşdiyini nəzərə alaraq , K nöqtəsi ilə zirvə nöqtəsi arasındakı hündürlük fərqinin neçə m olduğunu müəyyən edin:

A) 700 m B) 800 m C) 3220 m D) 1000 m E) 550 m


113. Dağın ətəyi ilə zirvəsi arasında atmosfer təzyiqi fərqi 480 mm.c.s olarsa , bu dağı kəsmə yüksəkliyi 800-ə bərabər olan neçə horizontal ilə təsvir etmək olar?

A) 6 B) 7 C) 5 D) 9 E) 10


114. Qlobal iqlim dəyişmələrinin qarşısını almaq üçün həyata keçirilməsi vacib olan tədbirləri

müəyyən edin.

1. İstehsalda tullantısız texnologiyaların tətbiq edilməsi

2. Faydalı qazıntıların açıq üsulla çıxarılması

3. Sənaye müəssisələrində təmizləyici qurğulardan istifadə edilməsi

4. Avtomobil istehsalının məhdudlaşdırılması

5. Atmosferə karbon qazını və digər zərərli qazların atılmasının azaldılması

6. Yanacaqla işləyən nəqliyyat növlərindən geniş istifadə

7. Əhalinin enerjiyə və xammala olan tələbatının azaldılması

A) 1, 3, 5

B) 2, 4, 6

C) 4, 5, 7

D) 2, 4, 5

E) 1, 6, 7
115. Sxemdə hansı küləklər əsk olunub:

A) Qərb küləkləri və passatlar

B) Mussonlar və passatlar

C) Qərb küləkləri və mussonlar

D) Qərb küləkləri və brizlər

E) Şimal-şərq və cənub-şərq küləkləri


116. Dağın ətəyində havanın temperaturu +240C, zirvəsində isə (-60C)-dir. Dağın nisbi hündürlüyünü müəyyən edin:

A) 3500 m B) 5000 m C) 8000 m

D) 4000 m E) 4200 m
117. Sublimasiya nədir?

A) düzənlikdə gildən yaranmış hamar səth

B) suyun maye halından buxar halına keçməsi

C) suyun bərk halından qaz halına keçməsi

D) suyun buxar halından bərk halına keçməsi

E) torpaqların yararsız hala düşməsi


118. Avrasiya materikində hansı iqlim qurşağı qərbdən şərqə doğru tam zolaq yaratmır?

A) subarktik B) tropik C) subtropik

D) mülayim E) arktik
119. Ərazidə rütubət əmsalı 1,5, mümkün buxarlanmanın qiyməti 800 mm olarsa, əraziyə düşən yagıntının miqdarını tapın:

A) 350 mm B) 600 mm C) 900 mm

D) 1200 mm E) 1500 mm

120. İllik temperatur amplitudasınındaha az olduğu ərazilər:

A) Qrelandiya , Şərqi Avropa düzənliyi

B) Liviya , Qaraqum səhrası

C) Konqo çökəkliyi , Turan ovalığı

D) Antraktida , Amazon ovalığı

E) Mərkəzi düzənlik , Dekan yaylası

121. Yer səthindən hündürlüyə doğru temperaturun artması halı adlanır

A) temperatur inversiyası

B) albedo

C) temperaturun zonal paylanması

D) temperatur amplitudu

E) rütubətlik əmsalı
122. Şərqi Asiya üçün qış mussonunu əks etdirən “Külək gülü” qrafikini müəyyən edin.




A) B)




C) D)



123. Sxemdə müvafiq olaraq A məntəqəsində havanın temperaturunu, B nöqtəsində isə atmosfer təzyiqini müəyyən edin (okean səviyyəsində temperatur 22°C, atmosfer təzyiqi 760 mmc.s)



A) 12°C; 350 mmc.st

B) 18°C; 500 mmc.st

C) 16°C; 360 mmc.st

D) 38°C; 300 mmc.st

E) 16°C; 460 mmc.st


124. Appalac dağlarının Mitçel zirvəsinin mütləq hündürlüyü 2037 m, Kordilyer dağlarının Mak-Kinli zirvəsinin mütləq hündürlüyü isə 6194 m-dir. Zirvələr arasında müvafiq olaraq tepmeratur və təzyiq fərqini hesablayın.

A) 24,9°C; 415,7 mm c.st

B) 12,8°C; 208,2 mm c.st

C) 24,9°C; 600,4 mm c.st

D) 28,2°C; 415,7 mm c.st

E) 18,4°C; 300,4 mm c.st


125. A və B nöqtələri arasındakı temperatur fərqi 1,8°C, A və C nöqtələri arasındakı temperatur fərqi 2,4°C olarsa, C nöqtəsinin mütləq yüksəkliyi neçə m olar?

A) 300 m B) 750 m C) 900 m D) 1000 m E) 1200 m

126. Temperaturu 30°C olan havada nisbi rütubətlilik 52%-dən 65%-ə qədər yüksəlmişdir. Bu zaman mütləq rütubətliliyin nə qədər artdığını hesablayın.

A) 2, 3 q B) 3,9 q C) 9,1 q

D) 2,5 q E) 1 q
127. Ətəyi 400 m mütləq hündürlükdə yerləşən dağın zirvəsində havanın temperaturu (–4°C), atmosfer təzyiqi isə 430 mm c.s.-dur. Dünya okeanı səviyyəsində atmosfer təzyiqinin 760 mm.c.s. olduğunu nəzərə alıb, dağın ətəyində havanın temperaturunu tapın (cavab °C-lə ifadə edilir).

A) 19,8°C B) 15,8°C C) 2,4°C

D) 18,2°C E) 13,4°C
128. Karalois qüvvəsi nədir?

A) Ayın Yer ətrafında fırlanması nəticəsində yaratdğı qüvvə

B) Yerin öz oxu ətrafında fırlanması nəticəsində yaratdığı meyletmə qüvvəsi

C) Yerin Günəş ətrafında fırlanması nəticəsində yaratdığı meyletmə qüvvəsi

D) Daimi küləklərin təsiri nəticəsində yaratdığı sirkulyasiya qüvvəsi

E) Günəşin yerdə yaratdığı cazibə qüvvəsi



129. HM məntəqələri arasındakı atmosfer təzyiqi fərqinin 108 mmc.s olduğunu nəzərə alaraq, K Z məntəqələri arasındakı nisbi hündürlüyün neçə m olduğunu hesablayın:

A) 270 m B) 810 m C) 1080m

D) 8100 m E) 1000 m
130. A və B nöqtələri arasında temperatur fərqi 6°C, A və C nöqtələri arasında isə 7,5°C olarsa, C nöqtəsinin mütləq yüksəkliyini hesablayın:

A) 1000 m B) 2750 m C) 2250 m

D) 400 m E) 1500 m
131. Okean səviyyəsində atmosfer təzyiqinin orta göstəricisinin enlikdən asılılıq qrafikini müəyyən edin:


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə