Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə31/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   27   28   29   30   31   32   33   34   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
124 
yeyirlər. Yaxud o meyvə  və bitkiləri heyvanlar yedikdən 
sonra, insan da həmin heyvanların  ətindən qidalanır. Bu 
yol ilə  də keçmiş insanların bədənləri sonradan gələn 
insanların bədəninin bir hissəsinə çevrilir. 
Belə olan halda əgər məad cismani olarsa, bir neçə 
bədən hansısa bir hissəyə görə bir-biri ilə  rəqabət apara 
bilər. Bəs bu surətdə necə cismani məaddan danışa 
bilərik? 
Araşdırma və cavab 
Dedik ki, bu, cismani məad məsələsində meydana 
gələn  ən qədim iradlardandır. Xacə  Nəsirəddin Tusi, 
Əllamə Hilli kimi qədim filosof və mütəkəllimlərin hər 
biri buna bir cür cavab vermişdir. Qədim alimlərin bu 
irada verdikləri  ən  əsas cavab “əsli və qeyri-əsli hissələr” 
üsuludur.  
Bu üsulda deyilir ki, insanın bədən hissələri  əsli və 
qeyri-əsli olmaqla iki yerə bölünür. Əsli hissələr ömür 
boyu heç vaxt aradan getməyən və  dəyişməyən 
hissələrdir. Bu hissələr heç vaxt başqasının bədəninin bir 
hissəsi ola bilməz. Hətta başqa insan o hissəni yesə  də 
onun həmin insanın bədəninə cazibəsi mümkün deyil. 
Qeyri-əsli hissələr isə daima dəyişikliyə  məruz qalan, 
başqasının bədəninin hissəsi olmaq qabiliyəttində olan 
hissələrdir. 
Bu tərtiblə də irad həll olur. Yəni qiyamət günündə hər 
bir insanın bədəninin  əsli hissələri bir yerə toplanaraq 
insanın bədənini yenidən formalaşdıracaqlar. 
Bu cavabın qarşısında cavabsız qalan və cavabı 
“qaranlıq fərziyyə” kimi göstərən təkcə bir məsələ qalır. O 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
125 
da bundan ibarətditr ki, əsli hissələr dedikdə hansı 
hissələr nəzərdə tutulur? 
Bu sualın cavabında bəlkə  də anlaşılmazlığı aradan 
apara bilməyəcək müxtəlif sözlər deyilib. Onlardan bir 
neçəsini qeyd edirik: 
1.
 
Əsli hissələr genlərdən ibarətdir ki, xromosomların 
daxilində qərar tutub. Onlar bütün ömür boyu sabitdirlər 
və heç vəchlə  dəyişməzlər. Bu da insanın  əsli hissələri 
olaraq bilinir. 
2.
 
Fəqərə sütununun sonuncu sümüyü, yəni bu sütunun 
ən aşağıdakı sümüyü insan bədəninin  əsli hissəsidir ki, 
heç vaxt aradan getmir və başqa bir varlığın bədən 
hissəsinə də çevrilmir. 
3.
 
Əsli hissələri ayrı-ayrılıqda tanımırıq, lakin bilirik ki, 
insanın bədənində belə hissələr vardır. Onların 
xüsusiyyəti heç vaxt aradan getməmək və başqasının 
bədəninin bir hissəsi olmamaqdan ibarətdir. 
Lakin bu cavablardan heç biri elmi cəhətdən məqbul 
hesab edilməz. Çünki genlər maddə  cəhətdən dəyişkən-
dirlər. Sabit qalan sadəcə onların xüsusiyyətləridir. 
Fəqərə sütununun sonuncu sümüyünün də  əsli hissə 
olmaq məsələsi  əsassızdır, çünki onun başqa sümüklərlə 
heç bir fərqi yoxdur və günümüzün elmi nəzəriyyələrinə 
əsasən bu da məqbul hesab olunmur. Bu sümük də başqa 
sümüklər kimi çürüyüb torpağa qarışır və  təbii olaraq 
başqa varlıqların bədəninin bir hissəsi olmağa  şərait 
yaranır. 
“Naməlum  əsli hissələr” iddiası  həqiqətdən çox boş 
fərziyyəyə daha çox oxşayır. Yəni bunu iddia etməyə heç 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
126 
bir dəlilimiz yoxdur. İnkişaf və təkamül qanunu deyir ki, 
insan bədəninin hər bir hissəsi həmişə  dəyişikliklərə 
uğrayır, öləndən sonra çürüyüb məhv olur. Beləliklə  də 
bütün bədən hissələrinin çürüyüb torpağa qarışdıqdan 
sonra başqa bir bədənə keçərək onun bir hissəsi olmağa 
imkanı vardır. 
Nəticə budur ki, əsli və qeyri-əsli hissələr barədə olan 
məsələ sadəcə bir fərziyyədir, isbatının dəlilə ehtiyacı 
vardır ki, hal-hazırda təəssüflər olsun, belə bir dəlil 
yoxdur. 
Daha aydın yol 
Bu iradı həll etmək üçün daha asan bir yol tapmışıq ki, 
onu izah etmək üçün diqqət olunması zəruri olan bir neçə 
müqəddiməyə ehtiyac vardır:
1
 
1. Bədənimiz ömür boyu bir neçə  dəfə  dəyişir. Sanki 
böyük bir hovuza kiçik bir deşikdən su tökülür və başqa 
bir deşikdən tədricən hovuzdakı su boşalır. Bir müddət 
keçdikdən sonra hiss olunmadan həmin hovuzun suyu 
bütünlüklə  dəyişmiş olur. Ruhun müstəqilliyi bəhsində 
dediyimiz kimi bədəndə baş verən dəyişikliklərdən heç 
bir hüceyrə, hətta beyin hüceyrələri belə istisna deyil. 
Bədənin bütünlüklə  dəyişməsi üçün lazım olan 
müddət, bəzilərinin dediyinə görə yeddi, ya səkkiz ildir. 
Bu qayda ilə yetmiş yaşlı bir insanın bədəni ömür boyu 
təxminən on dəfə dəyişmiş olur. 
                                                 
1
 Bu yola indiyə kimi heç bir yazıda rast gəlməmişik. Buna görə  də ilk dəfə 
deyildiyi üçün daha artıq diqqət və  təhqiqə ehtiyac vardır ki, lazımi dəyəri 
məlum olsun. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
127 
2. Dəyişən bədəndəki hüceyrələr öldükcə öz xasiyyətini 
onun yerinə  gələn hüceyrələrə ötürür. Elə buna görə 
dəfələrlə  dəyişməsinə baxmayaraq dərinin rəngi, göz 
bəbəyinin forması  və  rəngi, eləcə  də insan bədəninin 
başqa xüsusiyyətləri ömür boyu eyni qalır. Deməli insanın 
ömrünün sonunda malik olduğu bədən həqiqətdə əvvəlki 
bədənlərin sifət və xüsusiyyətlərini özündə daşıyır. Buna 
əsasən demək olar ki, insanın son bədəni ömür boyu 
malik olduğu bütün bədənlərin göstəricisi və 
nümunəsidir. 
3. Quran ayələrindən aydın görünən budur ki, 
Qiyamətdə insanın bədənlərinin bütün xüsusiyyətlərini 
daşıyan və ömrün sonunda çürüyüb torpağa qarışan 
sonuncu bədən diriləcək. Quranın üç ayəsində oxuyuruq 
ki: “İnsanlar Qiyamətdə  qəbrlərindən qalxacaqlar.”
1
 Bu 
ayələr Qiyamət günü sonuncu bədənin diriləcəyini 
göstərir. Çünki qəbrdə sonuncu bədənin çürüntüsündən 
başqa bir şey yoxdur. 
Əlbəttə, bu, bədən dəfn olunan surətdədir.  Əgər bir 
bədən tamamilə yanıb kül olarsa, ya başqa səbəblərdən 
tamamilə aradan gedərsə, o zaman qəbir olmasa da, 
sonuncu bədənin qalıqları toplanıb diriləcək. 
Yasin surəsinin sonunda məad barəsində bəhs edən bir 
ayədə belə oxuyuruq: “Bunu (qurumuş sümüyü) ilk dəfə 
yaradan Allah yenidən yaradacaq.”
2
 
                                                 
1
 Yasin surəsi, 51; Qəmər surəsi, 8; Məaric surəsi, 43. 
2
 Yasin surəsi, 79. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə