Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə29/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   25   26   27   28   29   30   31   32   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
116 
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü 
zənn etmə!  Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi 
yanında ruzi əta olunur. Onlar Allahın Öz mərhəmətindən 
onlara bəxş etdiyi nemətə sevinir, arxalarınca gəlib hələ 
özlərinə çatmamış  (şəhidlik səadətinə  hələ nail olmamış) 
kəslərin heç bir qorxusu olmayacağına və onların qəm-
qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” 
Bu ayədə açıq-aşkar şəhidlərin ruhunun qalması deyilir 
və bu, təkcə  şəhidlərə  məxsus deyil. Çünki ruhun maddi 
olub olmamağında onlarla başqaları arasında fərq yoxdur. 
Əgər burada söhbət təkcə onlardan gedirsə, bu da ona 
görədir ki, ayənin mövzusu insanlar içindən çıxmış 
şəhidlərin aqibətidir. 
Mumin surəsinin 46-cı ayəsində Fironun ailəsi barədə 
oxuyuruq: 
“Onlar səhər-axşam odda yandırılarlar. Qiyamət 
qopduğu gün isə (deyiləcəkdir): -Firon əhlini  ən  şiddətli 
əzaba salın!” 
Bu ayə də Firon ailəsi üçün nazil olsa da, təkcə onlara, 
zalım və günahkarlara məxsus deyil. 
Bu iki ayədən məlum olur ki, həm yaxşıların, həm də 
pislərin ölümdən sonra bərzəx həyatı vardır. Bu da ruhun 
müstəqilliyinə dəlalət edir. 
Ənfal surəsinin 50-ci, Zümər surəsinin 42-ci, Yunis 
surəsinin 36-cı ayələri də bu mövzudadır. Bu ayələr 
göstərir ki, insan öldükdə hər şeyi məhv olmur, nəsə qalır. 
Bu da ruhun qalmasına Quran ayələrində olan incə 
işarələrdir. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
117 
CİSMANİ (CİSM VƏ RUHLA) VƏ 
RUHANİ (ANCAQ RUHLA) 
MƏAD 
Görəsən ölümdən sonrakı həyat yalnız ruhani aləmdən 
ibarətdir? Yəni ölüm anında cismimiz həmişəlik olaraq 
bizdən ayrılır və  əbədi həyat təkcə bizim ruhumuzla 
əlaqədardır? Yoxsa məad hər iki yöndə baş verir, yəni 
cism və ruh birlikdə əbədi həyata başlayırlar? 
Ya məad ruhani və yarı cismani yöndə baş verir? Yəni 
cism də ruh kimi qayıdır, lakin adət etdiyimiz bu maddi 
cism yox, daha lətif və incə formada olan bir cism 
şəklində. 
Ya məadın yalnız cismani tərəfi vardır? Bu, ruhu müs-
təqil varlıq kimi tanımayan kəslərin  əqidəsidir. Belə ki, 
onlar ruhu cismin xüsusiyyətlərindən biri bilirlər. 
Bu dörd nəzəriyyənin hər birinin tərəfdarları vardır. 
Birinci nəzəriyyə: Ruhani məad 
Qədim filosofların  əksəriyyəti bu əqidənin tərəfdarları 
olublar. Onların dediyinə  əsasən, ölüm anında ruh 
həmişəlik olaraq bədəndən ayrılır və ruhlar aləmində 
qalır. Bu nəzəriyyəyə görə “məad” (qayıdış) məsələsinin 
heç bir mənası olmur. Çünki bu zaman heç bir qayıdış baş 
vermir, sadəcə ruh öz həyati varlığı ilə davam edir. 
Onların  əqidəsi bu idi ki, cücə yumurtanın içində, ya bir 
körpə ana bətnində bir müddət yaşamağa məcbur olub
təkamül həddinə çatandan sonra oradan ayrılıb bir daha 
ora dönmədiyi kimi insan da bu dünyada cismən 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
118 
müvəqqətidir. Buna görə  də ölümdən sonra baş verəcək 
bütün mükafat və cəzalar, ləzzət və narahatçılıqlar yalnız 
ruhani cəhətdən reallaşacaq. 
İkinci nəzəriyyə: İki yönlü məad 
Bu nəzəriyyəni qədim və müasir alim və filosoflardan 
bir dəstəsi seçmişdir. Növbəti bəhslərdə görəcəyimiz kimi 
Quran ayələri də ümumi surətdə bu nəzəriyyəni 
dəstəkləyir ki, qiyamətdə cismin pərakəndə halda 
dağılmış hissələri yenidən toplanaraq təkmilləşəcək və 
cana gələcək, sadəcə bu yenilənmə ali dərəcədə  və daha 
yüksək səviyyədə bir aləm və  həyatın başlanğıcı olmaqla 
indiki həyatdan fərqlənəcək. 
Üçüncü nəzəriyyə: Ruhani və yarı cismani 
məad 
Qədim filosoflardan bəzisi bu əqidədədirlər ki, bu 
həyatda sahib olduğumuz cism ölümdən sonra 
qayıtmayacaq. Belə ki, ruh bədəndən ayrılandan sonra 
zaman və  məkan cəhətdən fövqəladə  fəal olan, hətta 
maneələrdən asanlıqla ötüb keçə bilən, fəna və  fəsaddan 
uzaq olan incə bir cismlə birləşərək  əbədi həyata davam 
edəcək. Həqiqətdə bu cism maddə deyil. Sadəcə cismə 
bənzərliyi olduğu üçün ona “misali cism” deyilir. 
Dördüncü nəzəriyyə: Yalnız cismani məad 
Bu nəzəriyyəni də qədim və müasir alimlərdən bəziləri 
seçiblər. Onların  əqidəsinə görə, ölüm zamanı  hər  şey 
tamamlanır. Burada ölüm elektrik istehsal edən dəzgahın 
işdən düşüb xarab olması kimi təsəvvür olunur. Belə ki, 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
119 
əgər dəzgah işləmirsə, enerji istehsalı da olmayacaq. Lakin 
yenidən işə düşərsə, ona aid olan bütün xüsusiyyətlər geri 
dönəcək. Qiyamətdə də insan bədəninin dağılmış hissələri 
bir yerə toplanaraq həyat libası geyinərkən təbii olaraq 
cismin xüsusiyyətlərindən olan ruh da yenidən bu cismə 
qayıdır. 
Məadın keyfiyyəti barədə İslamın məntiqi 
Burada  əvvəlcə  məad məsələsi barəsində  İslamın 
nəzərini qeyd edib, sonra mövzunu əqli dəlillər 
gətirməklə davam etdirmək istəyirik. 
Bilirik ki, dini məsələlər üçün ən  əhəmiyyətli mənbə 
Qurani-Kərimdir. Bu səmavi kitab hər yerdə açıq-aşkar 
cismani məad barədə  (əlbəttə ki, ruhani məadla birlikdə) 
söhbət açır. Quran ayələri ilə az da olsa tanış olan hər kəs 
üçün məadın təkcə ruhani cəhətdən olmaması aydın olur. 
Çünki kitabın əvvəlində də qeyd etdiyimiz kimi Quran 
bu məsələni inkar edənlərin zehninə uyğunlaşdırmaq 
üçün onların cavabında maraqlı misallar çəkmiş  və 
istəmişdir ki, məad məsələsini insanların müşahidə  və 
hisslərinə yaxın etsin. Qurani-Kərimdə  məad barədə olan 
bütün bu misal və  bənzətmələr cismani məad məsələsini 
təsdiqləyir. 
Məsələn, bitkilərin solub yenidən cücərməsini 
müşahidə etməyə  dəvət edir və göstərir ki, hər il 
gözümüzün önündə bitkilər aləmində “məad” təkrarlanır. 
Payızda torpaq tədricən ölür, bitkilər solğun rəng alır, 
nəticədə  qış  gəldikdə  hər  şey ölür. Bahar nəsimi  əsdikdə, 
bu fəslin ilıq havası hiss edildikdə, yağışı yağdıqda həmin 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə