Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə13/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
51 
 
Heç güman etmə kiçik zərrəsən aləm içrə
Bir cahan var sənə sığmış ki, böyük aləmdir. 
 
Bu gün böyük dünya kitabxanalarında kitabların çox 
yer tutması problemini həll etmək üçün mikrofilmlərdən 
istifadə etmək fikri irəli sürülmüşdür ki, çox kiçik həcmli 
olmalarına baxmayaraq böyük bir kitabxananı ora yer-
ləşdirmək mümkün olur və lazım gələndə böyüdücülər 
vasitəsilə böyüdülüb istifadə olunur. 
İnsan da sanki yaradılışın böyük kitabxanasının mikro-
filmidir. Bu iftixar insana kifayətdir. Böyük cahanla kiçik 
varlığın maraqlı bənzətməsi bu gün elmin inkişafı ilə daha 
aydın görünür. Onun başqa nümunələrini dünyanın digər 
varlıqlarında da görmək olar. İnsanı heyrətə gətirən atom 
da böyük Günəş sisteminin bir maketidir. Günəş sistemi 
özü də  kəhkəşanların maketidir. Eləcə  də mikroskopla 
görünən bir hüceyrə  də bir ağacın, bir insanın, ya bir 
heyvanın kiçildilmiş formasıdır. Güllərin kiçik toxumları, 
bütün varlıqlarda olan canlı hüceyrələr, yumurtanın 
tərkibində olan kiçik nütfə hissələrinin hər biri bir gülün, 
bir ağacın, bir quşun zərif nümunələridir. Böyük varlıq-
larda olan hər bir şey onlarda da kiçildilmiş formada möv-
cuddur. Belə  də olmalıdır. Məgər varlıq aləmi bir-birinə 
bağlı olan vahid bir varlıq deyilmi? 
Kiçik insanla böyük cahan arasında olan bu bənzərlik 
bəzən səbəb olur ki, cahanda gördüyümüz bir xüsusiy-
yətin bənzərini insanda axtaraq, yaxud əksinə, insanda 
olan xüsusiyyətləri əzəmətli cahanda müşahidə edə bilək. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
52 
İnsan vücudunun daxilində kiçik bir məhkəmə vardır. 
Bu gün ona “vicdan” deyilir. Filosoflar onu “əqli-əməli”, 
Qurani-Kərim “nəfsi-ləvvamə”, ya sadəcə “nəfs” adlandı-
rır.  Ərəblər isə ona “zəmir” deyirlər. Bu, çox qəribə bir 
məhkəmədir. Dünyamızın təm-təraqlı  məhkəmələri onun 
yanında gülməli görünür. Bu, elə bir məhkəmədir ki, onun 
qazisi də, şahidi də, hökm icraçısı da, tamaşaçısı da birdir. 
Bu, həmin gizli qüvvə adlandırdığımız vicdandır. 
Səs-küylü dünya məhkəmələrində bəzən bir mühakimə 
50 il çəkir. Amma vicdan məhkəməsində vaxta ehtiyac 
yoxdur. Bəzən bir saat, bir dəqiqə, hətta bir an belə kifayət 
edir. Burada yeni rəy almağa, daha ali instansiyalara 
müraciət etmək prosesi də yoxdur. Onun hökmünün 
yalnız bir mərhələsi vardır. Çünki burada etimadın özü 
bir hökumətdir və hökm edir. 
Dünya məhkəmələrində isə daha yuxarı instansiyalara 
müraciət etmək ondan əvvəlkinə etimadın olmamasından 
irəli gəlir. Hakimlərin mühakimədə olan azğınlıqları da 
saysız-hesabsızdır. Yuxarı  məqamlardan qorxmaq və 
ədalət tərəzisinin gözünü onlara tərəf istiqamətləndirmək
eləcə  də bu tərəzini alt-üst edən sifarişli hökmlər və s. 
misal çəkmək olar. 
Bunların heç biri vicdan məhkəməsində yoxdur, 
cahanın fövqündə  duran  bu  ilahi  qüvvəyə heç bir qüvvə 
təsir edə bilməz. 
Burada mövcud olan təkcə nöqsan budur ki, insan 
məsum olmadığından və məhdud elmə sahib olduğundan 
bəzən vicdanın pak və saflığından sui istifadə edib haqqı 
onun nəzərində nahaq, ya nahaqqı haqq kimi göstərmək 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
53 
olar. Elə ona görə deyirik ki, vicdan təkbaşına din əvəzinə 
mühakimə edə bilməz. Amma yenə  də vicdanın nöqsanı 
dünya məhkəmələrinin yanında mində bir nisbəti kimidir. 
Vicdan məhkəməsi həm günahkara cəza, həm də 
vəzifəsini doğru icra edənlərə mükafat verir. Dünya 
məhkəmələrində isə əgər mən yüz il də iynənin ücü qədər 
qanunsuz hərəkət etməsəm, əməl dəftərimdə heç bir qara 
nöqtə olmasa da, heç bir tərifnamə verilmir, ya “çox sağ 
ol” deyilmir. Ümumiyyətlə daha öncə qeyd etdiyimiz 
kimi, dünya məhkəmələrinin üşü yalnız nöqsan və 
eyiblərlə məşğul olmaqdır. 
Vicdan məhkəməsinin cəzası da bunlara bənzəməz. 
Bəzən bu cəzalar insanı daxildən elə yandırır ki, bütün 
dünya dəhşətli və  sıx bir zindan kimi dar gəlir. Bəzən 
insanın günahı böyük olduqda bu işgəncələr onun ağlını 
başından çıxarıb dəli edir. Bəzən o qədər dözülməz həddə 
çatır ki, insan edam olunmağı bundan yüngül hesab edir. 
İstənilən halda onu bu əzablardan xilas edə biləcək bir 
kimsə olmur. 
Onun mükafatı da vəsf olunmaz dərəcədə çox sevincli 
və xoşdur. Buna “vicdan rahatlığı” deyirik, çünki başqa ad 
tapa bilmirik. 
Deyirlər ki, əsrimizin psixoloji xəstəliklərinin artma-
sının səbəblərindən biri bu gün cəmiyyətdə günahın rəvac 
tapmasıdır. Günahkarlar nə  qədər səy etsələr də özlərini 
vicdan  əzabından xilas edə bilmirlər. Müxtəlif psixi 
narahtçılıqlar surətində özünü büruzə verən də elə həmin 
vicdan  əzabıdır. Tanınmış çoxlu siyasi xadimlər tanıyırıq 
ki, tutduqları  mənsəbdən gedən kimi qısa müddətdə öz 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
54 
qüdrətlərini əldən verib ölüm qarşısında diz çökürlər. Ola 
bilsin ki, bunun başlıca səbəblərindən biri mənsəb başında 
olarkən etdikləri qanunsuz işlər  əsnasında vicdanlarının 
səsini eşitməyə fürsət tapmamalarıdır. Amma səs-küy 
bitəndən sonra ardıcıl olaraq vicdan məhkəmələri başlayır 
və ona ağır zərbələr vurur. Bu, vicdan adlandırdığımız 
qəribə məhkəmənin fəaliyyətlərindən kiçik nümunələrdir. 
Kiçik insan varlığında belə bir sirli məhkəməni 
müşahidə etdikdən sonra bu böyük cahanda, yaxşı və pis 
əməllərimizin  əvəzini verəcək məhkəmənin olacağına 
inanmamaq olarmı? Məgər vicdan məhkəməsi bizi oyadıb 
xəbər vermirmi ki, bu cahanda da böyük bir məhkəmə 
var? Heç bir məhdudiyyəti olmayan bu məhkəmədə 
sonunda hamı hazır olmalı, bütün əməllərimiz, hətta 
unutduğumuz hər kiçik bir iş əməl dəftərimizdə yazılaraq 
orada açıqlanacaq. Vicdanın verdiyi əzablardan daha ağır 
işgəncələr, onun mükafatlarından daha xoş  və sevincli 
mükafatlar hər kəsin əməli müqabilində seçiləcək. Sözsüz 
ki, belə bir məhkəmə olacaq. Ona “aləmin vicdan 
məhkəməsi” adını da vermək olar. 
Elə buna görə böyük səmavi kitabda əzəmətli hesab 
günündən, qiyamətdən söhbət açılanda onunla yanaşı 
vicdan məhkəməsi barədə də danışılır: 
And içirəm qiyamət gününə; And içirəm özünü 
qınayan nəfsə! Məgər insan elə güman edir ki, onun 
sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli, Biz onun 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə