Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə16/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
63 
Sən onları (yəhudiləri) bütün insanlardan daha artıq 
yaşamağa həris görərsən.
1
 
Bu ruhiyyə dünən də, bu gün də onlarda mövcud olub, 
zaman keçdikcə sanki onların qanına hopub. Keçmişdəki 
dərbədərliklərinin, bu günkü hirslərinin kökləri də bu 
cəhətlərdə axtarılmalıdır. Yalnız həqiqi mənada həyat 
proqramlarına yenidən baxmaqla, dünya əhalisi ilə barış 
yaratmaqla və “maddə”-dən başqa  şeylər olduğunu da 
etiraf etməklə bu ittihamdan qurtula bilərlər. 
İstənilən halda qədim  əhd kitablarında məad 
mövzusuna etinasız yanaşılsa da, yenə  də  həmin 
mənbələrdə bu məsələyə  dair    açıq-aydın kəlamlar 
görünür. Onlardan bir neçəsini nümunə olaraq qeyd 
edirik: 
1. Semuil kitabı (fəsil 2, cümlə 6) 
“Allah öldürür və dirildir, qəbrə göndərir və oradan 
qaldırır.” 
Gördüyümüz kimi bu cümlə  həm də cismani məada 
açıq surətdə  işarə edir. Çünki qəbir insanın torpağa 
çevriləcək cismani yeridir. Burada təkcə ruh nəzərdə 
tutulmur.  Əlavə olaraq bu cümlə Qurani-Kərimdəki bu 
ayənin sanki eynidir: “Allah qəbirlərdə olanları 
dirildəcəkdir!”
2
 
2. Əşiyayi-nəbi kitabı (fəsil 26, cümlə 19) 
Sənin ölülərin diriləcək, mənim cəsədlərim qalxacaqlar. Ey 
torpaq sakinləri, oyanın... 
                                                 
1
 Bəqərə surəsi, ayə 96. 
2
 Həcc surəsi, ayə 7. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
64 
Burada məad bir oyanış kimi (yuxudan oyanmaq kimi) 
tanıtdırılır.  İslami rəvayətlərdə  də oxuyuruq: “İnsanlar 
yuxudadırlar, ölüm vaxtı oyanırlar.” 
Məadın yuxudan oyanmağa bənzədilməsi bizə çox şey 
öyrədir. Allahın istəyilə sonradan bu mövzuda 
danışılacaq. 
Bu cümlədəki “mənim cəsədlərim” ifadəsi (halbuki bir 
insanın bir cəsədi olur) ya bir cəsədin hissələri, ya da 
ömür boyu dəyişilən bədən formalarına işarədir. 
3. Davudun Məzamiri (məzmur 23, cümlə 4-6) 
Ölüm kölgəsində vadidə yol gedirəm. Pislikdən 
qorxmayacağam, çünki sən mənimləsən. Hər zaman ömrümün 
bütün rəhmət və yaxşılıqları  mənimlə  gələcək,  əbədi tanrının 
evində məskunlaşacağam. 
Bu cümlələrdən ölümdən sonrakı  həyatda insanın bu 
həyatda etdiyi əməllərə bağlı olması aşkar göstərilir. Belə 
ki, bu əməllər onun ardınca gələcək və  əsla ondan 
ayrılmayacaq. 
Bu tərtiblə  həmin dövrə aid kitabların mətnlərində 
məada dair müxtəlif fikirlər yazılıbdir. 
Məad İncildə 
Deyildiyi kimi İncildə bu mövzuda daha açıq fikirlər 
yer alıb. Bir neçə nümunə qeyd edək. 
1. Yuhənnanın İncili (fəsil 5, cümlə 27-28) 
Elə bi zaman gələcək ki, qəbirdə olanlar onun səsini 
eşidəcək və ordan çıxacaqlar. Yaxşı  əməllərin sahibləri həyat 
qiyaməti, pis əməllərin sahibləri isə mühakimə qiyamətinə doğru 
gedəcək. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
65 
Burada həyt qiyamətindən məqsəd  yaxşı  əməl 
sahiblərinə mükafat veriləcək Allahın həmin  əbədi 
nemətləridir. Pis qiyamətdən məqsəd isə Allahın  ədaləti 
ilə pis əməl sahiblərinə qismət olacaq ilahi cəzadır. 
Bu cümlə  də “qəbirlərdən çıxmaq” ifadəsini ehtiva 
etdiyi üçün cismani məada işarədir. 
2. Mattanın  İncilində (bu, ilk yazılan incillərdəndir)  
hesab günündəki cəza və mükafatlar açıq-aydın qeyd 
olunur: 
İnsan oğlu gələr, atasının cəlalı və mələklərin ittifaqı ilə... 
O zaman hər kəs öz əməlinə müvafiq olaraq cəzalanacaq. 
(Mattanın İncili, fəsil 16, cümlə 27) 
Ölümdən sonrakı  həyatla  əlaqədar, cəza və mükafat, 
cənnət, cəhənnəm və s. barədə  İncildə  və  Əhdi-cədid 
kitablarında çoxlu xəbərlər vardır. 
Amma  əfsuslar olsun ki, günahkar məsihilər Məsihin 
(ə) onların günahlarına  əvəz kimi qurban edilməsi
həmçinin keşişlərin günah bağışlama məsələsi ilə öz 
əqidələrinə bidət gətirmiş və bununla da məadın tərbiyəvi 
cəhətlərini qüvvədən salmışlar. Onlara görə guya axirət 
cəzalarından xilas olmaq, ya əbədi səadətə yetmək üçün 
əməllərin yaxşı, ya pis olmasının heç bir fərqi yoxdur, 
sadəcə  hər  şeyi Məsihin (ə)  şəfaəti və keşişlərin günah 
bağışlaması həll edəcək. 
 
 
 
 
 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
66 
 
Quran və ölümdən sonrakı aləm 
İlk hidayət 
Bu gün bədənimizi təşkil edən zərrələr bir zaman bir-
birindən ayrı halda milyon kilometrlərlə  məsafələrdə 
idilər. Ölümdən sonra bu zərrələr yenidən dağılandan 
sonra bir daha bir-birinə qovuşacaqlarmı? 
Bütpərəstlər arasında qəribə bir çaxnaşma düşmüşdü. 
Çünki bütxanaları kökündən lərzəyə  gəlmişdi. Yeni din 
olan tohid, tək Allaha inam sürətlə düşüncələrə nüfuz 
edirdi. Xüsusilə cavanlar bundan daha tez təsirlənirdilər. 
Bu dinin qarşısını almaq üçün küçələrdə, bazarlarda
Məscidul-həramda, müşriklərin evlərində kiçikli böyüklü 
məclislər qurur, müşavirələr keçirirdilər. Hamı keçmiş 
dinlərə  lərzə salan bu yeni dinin zəif cəhətlərini tapmaq 
fikrində idi. Bu zaman məclisdən bir nəfər qəzəblə 
bağırdı: 
Sizə siz parça-parça olub dağılandan sonra yenidən 
yaradılacağınızı  xəbər verən bir adam göstərəkmi? 
Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa 
bir dəliliyi var?»
1
 
O dövrdə ölümdən sonrakı həyata, ölülərin diriləcəyinə 
inanmaq ya dəlilik hesab olunurdu, ya da Allaha töhmət 
vurmaq. Cansız bir madədən həyat çeşməsinin coşması 
qəribə, inanılmaz görünür, bu əqidə  dəlilik hesab 
olunurdu.  Əbəttə, bu təfəkkür tərzi açıq-aşkar azğınlıqda 
olan, uzun illər elm nəsiminin keçmədiyi bir cəmiyyət 
                                                 
1
 Səbə surəsi, ayə 7-8. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə