Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə18/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   14   15   16   17   18   19   20   21   ...   41

Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
71 
skeletdən başqa heç bir şey qalmır. Bu səhnə quru 
səhralarda, xüsusilə Hicaz səhralarında daha aydın 
görünür. Bu səhraların qış  mənzərəsi köhnə  və  tərk 
edilmiş qəbristanlıqları xatırladır. 
Lakin bir neçə ay sonra öz həyat bəxş edən nəsimi ilə 
bahar gəlir. Xoş  və ürək açan hərarəti ilə, bərəkəti ilə 
təbiətə sevinc gətirir. Ölü ərazilər canlanır, baharın 
məsihayi nəfəsilə  ağacların ölü skeletləri yenidən həyata 
başlayırlar. Atılmış  qəbristanlıq qoxusu gələn həmin 
səhralar yenidən gül-çiçəyə  qərq olur, həyata dönürlər. 
Təbiət aləmini başdan-başa böyük bir məad (qayıdış) 
əhatə edir, qiyamət bərpa olur. 
Hər il gözümüzün önündə baş verən təbiətin bu ölüm 
və  həyatı insanların da ölümdən sonra həyatına və 
dönüşünə canlı bir nümunədir. Nə  fərqi var ki. Ölüm və 
həyat qanunu hər  şey üçün eynidir. Əgər ölümdən son-
rakı həyat qeyri-mümkündürsə, o zaman ölmüş torpaqlar 
da bu qanundan istisna olunmamalıdır. Yox əgər 
mümkündürsə, insanlar üçün də mümkündür. Əgər 
dünən həyatdan heç bir əsər-əlamət olmayan, hətta xara-
balıqların sakini olan bayquşların da qaçdığı qurumuş bir 
səhra bu gün havanın hərarətinin bir neçə dərəcə artması, 
bir neçə lətif nəsimin əsməsi və bir qədər bahar yağışının 
yağması ilə elə canlı  və  təravətli olursa, o zaman bu 
qanunu niyə insanların ölüm və  həyatına da şamil 
etməyək? Bu ikisinin arasında nə fərq vardır? Bu, dəfələrlə 
müşahidə etdiyimiz məad səhnələrindən biridir. 
Qurani-Kərim insanların məad məsələsini sübut etmək 
üçün bu həqiqəti incə bir tərzdə belə deyir: 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
72 
1. Buludları  hərəkətə  gətirən küləkləri Allahdır 
göndərən! Biz (o buludları) quru (ölü) bir məmləkətə 
tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik. 
(Ölüləri) diriltmək də belədir!
1
 
Burada insanların ölümdən sonra dirilmə məsələsi bitki 
aləminin dirilməsi ilə müqayisə olunur. 
2. Biz göydən bərəkətli su endirdik, sonra onunla 
bağlar və biçilən taxıl dənələri yetişdirdik. Həm də 
tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür 
xurma ağacları. Bəndələrə ruzi olsun deyə! Biz onunla (o 
su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən 
dirilib) çıxmaq da belədir!
2
 
3. Sən yer üzünü qupquru görərsən. Biz ona yağmur 
endirdiyimiz zaman o, cana gəlib qabarar və  hər növ 
gözəl bar gətirər. Bu ona görədir ki, Allah haqdır, ölüləri 
dirildir və O, hər şeyə qadirdir!
3
 
Buna  əsasən bir gün cahiliyyə  ərəblərinin ağlasığmaz, 
qeyri-mümkün və  dəlilik  əlaməti kimi qəbul etdikləri 
ölümdən sonrakı  həyat məsələsi  əslində hiss olunan və 
əyani bir formada hər il bizim gözümüzün önündə 
cilvələnir. 
                                                 
1
 Fatir surəsi, ayə 9. 
2
 Qaf surəsi, ayə 9-11. 
3
 Həcc surəsi, ayə 5-6. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
73 
 
Mühüm bir irada cavab 
Bu məqamda bəzilərinin mühüm hesab edə biləcəkləri 
bir irad nəzərə gəlir: 
Ölümdən sonra insanın dirilmə  məsələsi ilə bahar 
fəslində ölmüş torpaqların həyata dönməsi arasında çoxlu 
fərqlər vardır. Çünki torpaqda və bitkilərdə ölümün 
həqiqi omadığını bilirik. Bu, sadəcə  həyat  şöləsinin 
çəkilməsidir. Qış  fəslində  ağaclar ölmür, sadəcə yuxuya 
gedib sakit olurlar. Onların kökündə, budaqlarında həyat 
zərəcikləri qışda da qalır. Elə ona görə də qurumuş ağacla 
soyuqdan donmuş ağac fərqlidir. Eləcə də torpaqalr həqiqi 
mənada ölmür. Çünki onun qatlarında çoxlu canlı bitki 
toxumları olur, münasib mühit tapan kimi cücərməyə 
başlayırlar.  Əks təqdirdə bitki toxumları olmayan 
torpaqlara min il də yağış yağsa, dirilən deyillər. Bu da 
insanın həqiqi ölümündən çox fərqlidir. 
Bu iradın cavabında iki məsələyə diqqət etmək 
lazımdır: 
1. Bilmək lazımdır ki, otların toxumları, ya ağacların 
çəyirdəkləri kiçik bir hüceyrədən başqa bir şey deyil. Bu 
halda bəs necə olur ki, həmin kiçik toxum yüzlərlə 
budağa, yarpağa çevrilir? Demək ölmüş  təbiət aləminin 
maddələri və hissələri olan cansız torpaqlar, yerin 
zərrələri, suyun damlaları, havanın oksigen və karbonu 
həmin toxumun bir hissəsi olmaqla onu böyüdür, bu 
cansız madələrdən canlı bir varlıq meydana gəlir. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
74 
Bu zaman ölmüş bir torpağın diri varlıqlara çevrildiyini 
deyə bilmərikmi? Bundan başqa Qurani-Kərim də ölü 
ağacların dirildiyini demir, deyir ki, ölü torpaqlar dirilir. 
Yəni təkcə ot və  ağacların bir hissəsinə çevrilən zərrələr 
dirilir. 
2.  Əgər yer üzərində  həyatın yaradılış başlanğıcına 
baxsaq, məsələ tam aydın olar. Çünki əvvəl yer üzü 
yandırıcı bir od idi, heç bir canlı mövcud deyildi. Ötən 
bəhslərdə deyildiyi kimi uzun bir prosesdən sonra, hələ 
də sirri bilinməyən formada ölü aləmdən canlılar yarandı. 
Bu da ölmüş bir ərazinin dirilməsi deməkdir. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
75 
 
MƏAD VƏ ENERJİLƏRİN 
DÖNÜŞÜ 
Üçüncü yol 
Hər kibrit çöpünü yandırdıqda ondan xüsusi hərarət 
enerjisi çıxır. Elə bir hərarət və istilik ki, bəlkə  də  əlli il 
bundan qabaq günəşdən ayrılıb. Hamı onun yox 
olduğunu düşündüyü halda müəmmalı bir tərzdə kibrit 
çöpündə qalmışdır. Yalnız bir kibriti yandırmağımızla 
onun məadı (dönüşü) baş verir. 
Neft, ya benzinə də od vurduğumuz an ondan hərarət 
enerjisi çıxır. Bu da milyon illər bundan qabaq günəşdən 
ayrılan həmin enerjidir ki, yerin dərinliklərində qalmış, 
indi yandırmaqla onun məadını (dönüşünü) müşahidə 
edirik. 
Qurani-Kərim məad bəhsində onun səhnələrini təsvir 
etmək üçün bu dünyada bu mövzulara işarə edir, 
enerjilərin dönüşünü maraqlı misallarla gözlərimiz önün-
də canlandırır. 
Bu bəhsi diqqətlə oxuyun. Atom enerjisindən başqa 
bütün enerjilərin mənbəyi Günəşdir. Bu, nə cahilanə bir 
sözdür, nə  də mübaliğə. Tam bir həqiqətdir. Misal üçün 
bəzi enerjilərin mənbələrini araşdıraq. Bu enerjilərin hər 
birinin tarixini vərəqləyəndə onların  əsl amili olan günəş 
nurundan bəhrələndiyini görürük. 
1. Daş kömür. Adından məlum olduğu kimi ağacların 
əsrlər boyu qalan qalıqlarıdır ki, yer üzərində baş verən 
müxtəlif təbii hadisələr nəticəsində yerin dərinliklərində 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə