Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə22/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
88 
(Ya Rəsulum!) Xatırla ki, o zaman gənclər mağaraya 
sığınıb: «Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət 
bəxş et və  işimizə  fərəc ver! (Bizi kafirlərin bəlasından, 
düşmənlərin təhlükəsindən qoru, bizə ruzi verib doğru 
yola yönəlt!)» - demişdilər. Biz onları mağarada illərlə 
(üç yüz doqquz il) yuxuya verdik. Sonra iki tayfadan 
(möminlərdən və kafirlərdən) hansının onların 
(mağarada) qaldıqları müddəti daha düzgün 
hesabladıqlarını bilmək üçün onları oyatdıq.
1
 
(Gəncləri illərlə yatırtdığımız kimi) beləcə  də onları 
bir-birindən hal-əhval tutsunlar deyə, oyatdıq. Onların 
biri dedi: «(Mağarada) nə  qədər qaldınız?» Onlar: «Bir 
gün və ya bir gündən az!» - deyə cavab verdilər. 
Onlardan (bəziləri isə) belə dedi: «Qaldığınız müddəti 
Rəbbiniz daha yaxşı bilir. İndi içərinizdən birini bu 
gümüş pulunuzla şəhərə (Ufsusa) göndərin ki, görsün 
ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) 
gətirsin. O, çox ehtiyatlı olsun (ağıllı  hərəkət etsin) və 
sizin barənizdə heç kəsə bir xəbər (nişan) verməsin! 
Doğrusu, onlar sizi ələ keçirsələr ya sizi daşqalaq 
edəcək, ya da öz dinlərinə döndərəcəklər. Belə olacağı 
təqdirdə, siz (nə dünyada, nə  də axirətdə) nicat tapa 
bilməzsiniz!» (İnsanları) onların halı ilə beləcə tanış 
etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi 
haqqındakı) vədinin doğru olduğunu və qiyamətin 
qopacağına  əsla  şübhə olmadığını bilsinlər. O zaman 
(möminlər və kafirlər) öz aralarında onların (əshabi-
                                                 
1
 Kəhf surəsi, ayə 10-12. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
89 
kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-
dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və 
bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində 
mübahisə edirlər. (Nəhayət,  əshabi-kəhf öldükdən 
sonra) dedilər: «Onların üstündə bir bina tikin. Rəbbi 
(onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və 
nəyə etiqad etdiyini) daha yaxşı bilir!» Onların (əshabi-
kəhfin) haqqındakı mübahisədə qalib gələnlər 
(möminlər) isə: «Onların (məzarı) üstündə (Allaha 
ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!» - 
dedilər.
1
 
Bu  əhvalat Qurani-Kərimdən başqa bir səmavi kitabda 
vardırmı? 
Tarixi mənbələrdə bu əhvalat danışılırmı? 
Belə bir yuxu elmi cəhətdən mümkündürmü? 
Yuxu vaxtında qidalanmayan bir insan üçün belə bir 
uzun ömür yaşamaq imkanı vardırmı? 
Nəhayət bu əhvalat məad məsələsini başa düşməkdə 
bizə necə kömək edə bilər? 
Birinci və ikinci sualın cavabında deməliyik ki, Əshabi-
kəhf əhvalatı  heç bir səmavi kitabda (istər əsli kitab olsun
istər təhrif olunmuş) yoxdur və olmamalıdır da. Çünki 
tarixin nəql etdiyinə  əsasən, bu hadisə  Həzrət  İsanın (ə) 
zamanından sonrakı dövrə aiddir. Dəqiq desək, 
xristianlara çoxlu işkəncələr verildiyi bir dövrdə, 
Dəqyanusun zamanında baş vermişdir. Avropa 
tarixçilərinin dediyinə görə, bu, miladın 49-251-ci illərinə 
                                                 
1
 Kəhf surəsi, ayə 19-21. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
90 
təsadüf edir. Bu tarixçilər onların yuxusunun müddətini 
157 il bilir və “Ufsusun yeddi yatmışı” adı ilə tanıyırlar.
1
 
Bizim aramızda isə “Əshabi-kəhf” adı ilə tanınır.  
Bəs Ufsus haradadır? Türkiyənin  İzmir  əyalətinin 
cənub  şərqində yerləşən qədim  şəhərdir. Bura Artamis 
bütxanasına görə də məşhur bir yerdir.
2
 
Deyilənə görə  Əshabi-kəhf  əhvalatı ilk dəfə V əsrdə 
suriyalı kilsə xadimi Jak tərəfindən siryani dilində 
yazılmışdır. Sonralar Qoqoyus adlı bir şəxs bu yazını latın 
dilinə  tərcümə edərək ona “Şəhidlərin cəlalı” adını 
vermişdir.
3
 Bu da onu göstərir ki, İslamdan iki əsr öncə bu 
əhvalat məsihiyyət ardıcılları arasında məşhur olmuşdur. 
Əlbəttə 
bəzi təfərrüatında (məsələn, yuxularının 
müddətində)  İslami mənbələrdə qeyd olunanlarla fərqlər 
mövcuddur. Çünki Qurani-Kərim açıq surətdə onların 309 
il yatdıqlarını bəyan edir. 
Başqa bir tərəfdən də Yaqut Həməvinin “Möcəmul-
buldan”,  İbn Xərdadəbənin “Əl-məsalik vəl-məmalik”, 
Əbu Reyhan Biruninin “Əl-asarul-baqiyə”  əsərlərində 
bildirilir ki, qədim dünya səyahətçiləri Abəs  şəhəri 
yaxınlığında bir mağara tapıblar. Həmin mağarada bir 
neçə qurumuş  cəsəd tapıldığından onun bu məsələ ilə 
əlaqədar olduğu ehtimal edilir. 
Quran ayələrinin deyiliş formasından (Kəhf surəsində), 
eləcə  də  İslami mənbələrdə bu ayələrin nazil olma 
səbəblərini araşdıran təfsirlərdə bu hadisənin yəhudilər 
                                                 
1
 Elamul-Quran, səhifə 153. 
2
 Müqəddəs qamus kitabından iqtibas, səhifə 87. 
3
 Elamul-Quran, səhifə 154. 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
91 
arasında da məşhur tarixi hadisə kimi qəbul olunduğu 
qeyd olunur. 
Əfsanə, yoxsa həqiqət? 
Dediyimiz kimi Əshabi-kəhf  əhvalatı  şərq və  qərbin 
tarixi sənədlərinə əsasən tam bir həqiqətdir. 
Amma bəziləri bu uzun yuxunun mümkünlüyü barədə 
tərəddüd edə  və elmi cəhətlərdən uyğunsuz bir məsələ 
kimi anlaya bilər, nağıl və  əfsanələr siyahısına daxil 
edərlər. Çünki belə uzun müddətdə yaşamaq hətta oyaq 
insanlar üçün uzaq görünür, o ki qala yatmışlar üçün. 
Digər tərəfdən əgər oyaq insanlar üçün bunu qəbul etsək 
də, yatmışlar üçün bunun mümkünlüyü ağlasığmazdır. 
Necə ola bilər ki, yemədən, içmədən insan bu müddətdə 
sağ qalsın. Əlavə olaraq bütün bunlara göz yumsaq, yenə 
də bir irad meydana gəlir. O da budur ki, insanın bir 
vəziyyətdə uzun müddət qalması orqanizmdə külli 
miqdarda fəsadlar yarada bilər. 
Bu iradlar ilk növbədə insanın gözü önündə canlana 
bilər. Amma əslində belə deyil. Uzuömürlülük məsələsi 
(hətta yüz illər  boyu  olsa  da)  elmi  cəhətdən qəbul 
olunmuş bir həqiqətdir. Çünki heç bir varlığın yaşam 
müddəti hansısa bir qanunlarla tənzimlənmir. Düzdür, 
insanın cismani qüvvəsi məhduddur, lakin bu o demək 
deyil ki, bir nəfər adi ömürlərdən çox yaşaya bilməz. 
Bütün varlıqlarda ömrün uzun olması onların yaşadığı 
şəraitlə  sıx  əlaqəlidir.  Şərait dəyişdikdə ömürlərin də 
uzanması, ya qısalması mümkündür. Bunu alimlərin 
araşdırmalarında da görürük. Onlardan heç biri ömürlərin 
müəyyən vaxtı barədə heç bir söz deməyib. Bundan əlavə 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə