İnsanlar hansı yaşda olduqlarından asılı olmayaraq müxtəlif hiss və duyğular keçirirlər



Yüklə 14,74 Kb.
tarix13.01.2022
ölçüsü14,74 Kb.
#82828
Nəzrin İsmayılova Məqalə3


Aqressiya

İnsanlar hansı yaşda olduqlarından asılı olmayaraq müxtəlif hiss və duyğular keçirirlər. Bu duyğuların bir qisminə sevinmək, gülümsəmək kimi pozitiv, bir qisminə isə aqressiya, nifrət, qorxu kimi neqativ duyğular daxildir. Neqativ hisləri yaşayan aqressiyalı uşaqlar istər ailələrində, istər çevrələrində problem yaradır, vurur, qışqırır, dava edir .Belə uşaqlar eyni zamanda böyüklər ilə kobud rəftar edir. Bu hərəkətlərinə görə cəzalandırılsalar belə kobud hərəkətlərinə davam edirlər və hər zaman özlərinə haqq qazandırırlar. Uşaqlarda aqressiyanın səbəbi genetik xüsusiyyətlər və ətrafından və mühitindən öyrənilmiş davranışlardır. Belə uşaqlar digərləri ilə müqayisədə ətrafdakı hadisələrə qarşı daha həssas olur .

Uşaqlar aqressiyanı çevrədən və ailədən öyrənirlər. Çünki, uşaqların ilk çevrəsi onların ailələridir. Əgər ailədə uşağa şiddət göstərilirsə, hər etdiyi hərəkətə görə cəza verilirsə və ya ata-ana uşağın yanında münaqişə edirsə və bir-birlərinə şiddət göstərirsə bu uşağın davranışlarına təsir edə bilər.

Valideynlərin ayrılması, yaşayış yerlərinin dəyişdirilməsi, sevdiyi bir insanı itirmək belə uşaqlarda aqressiv hərəketlərə səbəb ola bilər. Əgər uşaq vaxtının çox hissəsini TV və telefonla keçirisə, oradan mənfi xarakterləri özünə nümunə alırsa bu, onların aqressiv davranışlarını artıracaqdır.Valideynlər bu hərəkıtlərlə vurmaq, qışqırmaq, cəzalandırmaq kimi reaksiya verməməlidir. Gün ərzində uşaqlar ilə vaxt keçirilməli, müsbət davranışlar göstərdikdə təqdir edilməlidir. Uşaqlar nə qədər aqressiv davranış göstərirsə göstərsin, valideyn özünü sakit tutmağa çalışmalı və duyğularını idarə etməyi bacarmalıdır.Cəmiyyət içində uşaq hər hansı xoşagəlməz davranışlar göstərdiyi halda, ətrafdakılar narahat olmasın deyə uşağı döymək, cəzalandırmaq olmaz. Bunun əvəzinə uşaqla tək qaldıqda məsələni sakit şəkildə izah etmək lazımdır.Uşaqlara hər zaman “səni anlayıram”, “səni başa düşürəm” deyərək həqiqətən onu anladığınızı və yanında olduğunuzu hiss etdirin.Aqressiv hərəkətləri görmzədən gəlmək bu davranışların daha da artmasına səbəb olacaqdır. Bunun yerinə mütəmadi olaraq birlikdə oturub müzakirələr aparmaq lazımdır.Uşaqların ilk cəmiyyət içində olduqları yer evləridir. Hər bir fərdin cəmiyyətdə düzgün formalaşa bilməyi üçün ilk öncə ona evdə şəxsiyyət kimi davranılmalıdır.

Bizlər uşaqlarımız üçün model rolunu oynayırıq , onların qarşısında diqqətli davranmalıyıq ,onlar üçün nümunə oluruqsa müsbət yöndə nümunə olaq.

Hər bir fərd ilk olaraq öz valideynini nümunə kimi görüb onu özünə idealı seçir, bunun üçün öz danışdıqlarımıza ,etdiklərimizə diqqət yetirek!!!



Yazar: Nəzrin İsmayılova
Yüklə 14,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə