3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə1/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
  1   2   3   4   5   6   7   8   9   ...   40
3-cu fesil-148-218



- 148 - 
3 - cü FƏSİL 

NEFTİN VƏ QAZIN NƏQLƏ HAZIRLANMASI 
 
3.1.
 
 Neftin və qazın nəqlə hazırlanmasının zərurətləri 
 
Neft yataqlarının ilk istismarı dövründə, fontan quyularından çıxarılan 
neftin tərkibində bir qayda olaraq su olmur. Lakin hər bir mədənin istismarının 
müəyyən dövründən sonra, laydan neft ilə birlikdə, əvvəlcə kiçik, sonra isə 
böyük miqdarda su daxil olur. Ümumiyyətlə, istehsal olunan neftin 60 -75 % -
i su ilə birlikdə çıxarılır. 
Müxtəlif yataqların quyularından neftlə bir yerdə çıxarılan lay suları 
tərkibinə və onlarda həll olunmuş duzların qatılığı, qazın miqdarı və 
mikroorqanizmlərin mövcudluğu ilə xeyli fərqlənə bilir. 
Neftin lay suları ilə qarışığını çıxaran zaman yaranan emulsiyaya iki bir-
birində həll olmayan mayenin (neft və su) mexaniki qarışığı kimi baxılmalıdır. 
Bu zaman mayelərdən biri digərinin həcmində müxtəlif ölçülü damlalar 
şəklində paylanır. 
Neftin tərkibində suyun olması, nəql olunan mayenin həcminin və 
özlülüyünün artması səbəbindən nəql prosesi bahalaşır. Tərkibində mineral 
duzların olduğu su məhlulları, nefti nəql edən qurğuların və neft emalı 
avadanlıqlarının aşınmasına, tez sıradan çıxmasına səbəb olur. Neftin 
tərkibində hətta 0,1 % suyun olması, neft emalı zavodlarının rektifikasiya 
kalonlarında, neftin intensiv köpüklənməsinə səbəb olur ki, bu da emal 
rejiminin pozulmasına və əlavə olaraq kondensasiya cihazlarının çirklənməsinə 
səbəb olur.


- 149 - 
Neftin yüngül fraksiyalarından (etandan pentana kimi karbohidrogen 
qazları) spirt, sintetik kauçuk, həlledicilər, maye-mühərrik yanacağı, kübrə, 
süni lif və sənayedə geniş tətbiq olunan üzvi sintezin digər məhsulları alındığı 
üçün onlar qiymətli xammal hesab olunur. Ona görə də təkcə neftdən ayrılan 
yüngül fraksiyaların itkisinin azaldılmasına deyil, həm də sonradan emal 
olunmaq üçün neft layından çıxarılan bütün karbohidrogenlərin saxlanılmasına 
çalışmaq lazımdır. 
İstehsal olunan məhsulun keyfiyyəti, əsas etibarı ilə xammaldan, yəni 
neftdən asılıdır. Əgər yaxın keçmişdə neftayırma zavodlarının texnoloji 
qurğularında emal olunan neftin tərkibindəki mineral duzların miqdarı 100-500 
mq/

həddinə qədər qəbul olunurdusa, hazırda neftin duzlardan daha dərindən 
təmizlənməsi və əksər hallarda isə tam təmizlənməsi tələb olunur. 
Neftin tərkibində mexaniki qarışıqların (qum və gil hissəcikləri) olması 
boru kəmərləri və neftnəqledici avadanlıqların yeyilməsinə səbəb olur, neftin 
emalını çətinləşdirir, mazut və qudronların miqdarını artırır, soyuducularda, 
sobalarda və istilik mübadilə edicilərdə çöküntülər əmələ gətirir ki, bu da 
istilikötürmə əmsalını azaldır və qurğuların tez sıradan çıxmasına səbəb olur. 
Mexaniki qarışıqlar əksər hallarda çətin ayrılan emulsiyaların əmələ gəlməsinə 
yardımçı olur. 
Neftin tərkibində mineral duzların kristal və ya suda məhlulu şəklində
olması, həm neft emalı, həm də neft nəqledici avadanlıqların və boru 
kəmərlərinin korroziyaya uğramasını gücləndirir, emulsiyaların dayanıqlılığını 
artırır, emal prosesini xeyli çətinləşdirir.
Uyğun şəraitdə lay suyunun tərkibində olan maqnezium və kalsium 
xloridin bir hissəsi duz turşusu yaranmaqla, hidrolizə olunur. Kükürd 
birləşmələrinin parçalanması nəticəsində neftin emalı zamanı hidrogen sulfid (
S
H
2
) yaranır ki, bu da su mühiti olduqda güclü korroziya əmələ gətirir. Suda 


- 150 - 
həll olunmuş hidrogen xlorid də metalın yeyilməsinə səbəb olur. Suyun 
tərkibində hidrogen sulfid və duz turşularının olması, korroziyanın 
intensivliyini xüsusən artırır. 
Yuxarıda qeyd olunan səbəblərdən neftin nəqlə hazırlanması zərurəti 
yaranır. Beləliklə, neftin nəqlə hazırlanması dedikdə ondan mexaniki 
qarışıqların, suyun, duzun və qazın ayrılması nəzərdə tutulur.
Neftin nəqlə hazırlanması keyfiyyəti mövcud standartlara əsasən yerinə 
yetirilir və keyfiyyətə qoyulan əsas tələblər cədvəl 3.1-də verilmişdir. 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə