Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə62/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

_____________Milli Kitabxana_____________ 
218 
       Dördüncü salamın mənası: bu salam 
səmazənlərin mənəvi yolçuluğunun, meracının 
tamamlandığını, dərvişlərin  əbədiyyətə dönüşünü 
bildirir. Yenidən  “Evfer” çalınır.  8/6 ritmik ölçülü 
musiqi parçası zamanı ekstaza düşənlər indi bütün 
fikirlərini batinlərində  cəmləşdirirlər. Elə  təəssürat 
yaranır ki, güya dərvişlər yerin cazibəsindən qurtulub 
qaranlıq fəza içində  ağ  tənnurələrilə  fırlanırlar. 
İnstrumental musiqi qurtardıqdan sonra “təqsim” bir 
daha səmaxana fəzasına hakim kəsilir. 
       Bu,  artıq finaldır,  beşinci bölümdür, ikinci 
hissənin tamamıdır. Hafiz avazla Qurandan parçalar 
söyləyir. Indi Şeyxin növbəsidir. O, “Hu” kəlməsi ilə 
bitən “Gülbəng” adlı dini duanı oxuduqdan sonra rəqs 
ustası ilə bahəm səmaxananın ortasında fırlanmağa 
başlayır. İnstrumental musiqi öncə “pişrou”dan, sonra 
isə “Yürük səmai”dən hissələr səsləndirir. Burada 
Şeyx Günəşi, səmazənbaşı isə Ayı simvollaşdırır. 
Beləliklə, səma məclislərinin kompozisiyasında fəza 
cismlərinin hərəkətinin canlı şəkli alınır. Günəşlə Ay, 
gecə ilə gündüz Şeyxlə  səmazənbaşının timsalında 
yerlərini növbə ilə bir-birilərinə verib fırlanırlar. Ətraf 
sakitlikdir. Yalnız “Allah” sözünün qısaldılmış 
əvəzləyicisi olan “Hu...” nidasının sürəkli pıçıltısı eşi-
dilir. Dərvişəlr gerçək varlığa laqeydlik bildirən üz  
ifadəsilə  səmaxananı bir-bir tərk edirlər.  İndi onlar 
tamam başqa bir dünyaya mənsubdurlar.  Bu dünya 
MÜTLƏQ GÖZƏLLİK və  İLAHİ KAMİLLİK 


_____________Milli Kitabxana_____________ 
219 
dünyasıdır. Bir azdan “Huva” (Odur) və “Hu” (O) 
pıçıltıları da eşidilməz olur. Əbədi sükut səmaxananın 
yeganə sahibinə çevrilir. Lakin elə bu zaman yenidən 
hafizin səsi eşidilir və o, “Fatihə” surəsini oxumaqla 
səma məclisinin sona yetdiyini bəyan edir. 
       Göründüyü 
kimi 
səma məclislərinin 
kompozisiyası çox sadədir və adi, aramsız 
hərlənmələrdən ibarətdir. Ancaq elə ilk baxışdan sadə 
və adi təsir bağışlayan bu hərəkətləri yerinə ytirmək 
üçün dərvişlər Axçi Dədənin rəhbərliyi altında uzun 
sürən asketik təlim-məşq prosesi keçirdilər. Bu, ondan 
ötrü idi ki, dərvişlər mənəvi təmizli-yə, saflığa 
çatsınlar və  fırlanğıc hərəkətlərin ideal icrasına nail 
olsunlar. Dərvişlər Mövləvi xanəgahında  1001 gün 
müddətinə sığışan sınağa çəkilirdilər. Bu sınaq “çillə” 
adlanırdı. 1001 günlük çillə 25x40 üstəgəl 1 prinsipi 
üzrə qurulurdu. Dərvişlər 25 dəfə 40 gün ərzində 
müxtəlif sahələrdə fiziki əməklə  məşğul olmalı, 
dilənməli və dini biliklərini artırmalı idilər; zikr 
praktikasını  mənimsəməliydilər. Sonrakı bir gün isə 
səmaxanada düzəldilən imtahana verilirdi. 
       Dönən dərvişlərin səma məclisləri Ortaçağ 
müsəlman mədəniyyətinin virtual merac teatrıdır, 
simvollar teatrıdır. Biomexanika qanunlarına 
əsaslanan bu zikr teatrının, vəcd teatrının sadə kompo-
zisiyası  çərçivəsində poeziya, musiqi, rəqs, natiqlik 
sənəti, hətta kalliqrafiya belə vahid bir inkişaf xətti 
ətrafında yüksək gözəllik və ölçü duyğusu ilə sintez 


_____________Milli Kitabxana_____________ 
220 
olunur. Vahid inkişaf xəttinin, konkret məqsədin
teatral obrazlılığın, dəqiq ritmik strukturun, güclü 
sintezin mövcudluğu səma məclislərini teatr ta-
maşaları ilə qohumlaşdırır.  Şərq teatrının aparıcı 
prinsiplərinə söykənən mistik-dini pafoslu səma 
məclislərinin struktur elementlərində, onların ard-arda 
düzülmə münasibətlərində Orta əsrlər müsəlman 
mədəniyyəti üçün xarakterik dünya modelinin, sufi 
kosmoqoniyasının qrafik sxemini görmək mümkündür. 
Bu məclislərin dini təfəkkürlə  sıx  əlaqəsinə 
baxmayaraq onlar Orta yüzillərin demokratik 
xarakterli mədəniyyət hadisəsi olub əsas etibarı ilə 
şəhər əhalisinin, sənətkar təbəqəsinin ovqatını əks et-
dirmişdir. Hətta Mövlananın vaxtında səmaxanalarda 
qadın zikrləri də keçirilmişdir.  Əksər hallarda səma 
məclisləri bollu yemək-içməklə müşayət olunmuşdur. 
Bu faktın özü də mövləvi zikrlərini, dərvişlərin səma 
məclislərini  Şərq teatrı müstəvisində öyrənməyə bir 
şans verir. 
 
 
 
 
 
 
 
 
 
 


_____________Milli Kitabxana_____________ 
221 
                                  
VI FƏSİL 
ƏRƏB TEATRI 
 
       Ərəb  ənənəvi teatrının təzahür formalarının  əksəriyyəti 
fars və türk ənənəvi teatrının formaları ilə bir çox hallarda 
identikdir. Fərq yalnız adlar müxtəlifliyində  və onların 
tələffüzündədir. Nağılçılara, şəbih tamaşalarına, kukla və kölgə 
oyunlarına istər Misirdə, istər Livanda, istərsə də Suriyada rast 
gəlmək mümkündür. Bir çox Şərq ölkələrində olduğu kimi ərəb 
dünyasında da avropatipli teatrın tarixi XIX yüzildən başlayır. 
Ona görə  də  qərara alınıb ki, bu fəsildə yalnız  ərəb dünyası 
üçün xarakterik teatr hadisələrindən söhbət açılsın... və 
mümkün təkrarlara yol verilməsin.  
 
                          1. “Xəyal əz-zill” kölgə teatrı  
 
       Misrin  “Xəyal  əz-zill” kölgə teatrı türk “Qaragöz”ündən 
dörd  əsr öncə dünyaya gəlmiş, Səlahəddin  Əyyubinin 
hakimiyyəti zamanında formalaşmış böyük qardaşıdır. Quruluş 
və texnika baxımından hər iki teatr arasında, demək olar ki, 
fərq yoxdur. Hərçənd birbaşa “Xəyal  əz-zill” kölgə teatrının 
mövcudluq tarixilə bağlı arxiv materialları “Qaragöz”ə 
nisbətən daha mötəbərdir.  İş bu ki, 1909-cu ildə alman 
tədqiqatçısı  Paul Kale Misrin Mekuale  kəndində “Xəyal  əz-
zill” teatrının  500 il yaşı olan təsvirlərini və  “İskəndəriyyə 
mayakı” adlı tamaşanın mətnini tapmışdır. Təsvirlərin 
bəzilərinin üstündə görünən məmlük turğalarına (gerblərinə) 
əsaslanan Paul Kale onların tarixini təqribən  1350-ci illə 
müəyyənləşdirmişdi. Belə ki, İskəndəriyyə mayakı yenə  də 
təqribən  1326-1349-cu illər arasında dağıdılmışdır. Məşhur 
islam tarixçisi İbn Batuta isə bu mayakı  1326-cı ildə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə