Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə61/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

_____________Milli Kitabxana_____________ 
214 
adlandırılır və  dərvişlərin səma məclislərində 
dünyanın bütün əksliklərinin, dörd yönünün eşqlə 
coşan ruhun ekstatik atmosferində birləşib vəhdətə 
gəlməsinə  işarə edir. Mövlananın  “biz birləşdirmək 
üçün gəldik, ayırmaq üçün yox” deyimi də bu fikri 
təsdiqləyir. Sufisayağı zikr şəriətə  əsaslanan 
improvizədir. Elə improvizədir ki, sonradan kanonik 
formaya çevrilib dərvişlərin səma məclislərinin kom-
pozisiyasının başlıca konstruktiv elementi kimi özünü 
büruzə verir. Təsadüfi deyildir ki, ingilis tədqiqatçısı 
İra Fredlənder  dərvişlərin dairə boyu zikrini “canlı 
mandala” (buddizmə bağlı miflərdə dünya modeli) 
adlandırır. 
       Səma məclislərinin bu hissəsinə  Mukabele, 
dərvişlərin dairə perimetrilə  gəzişinə isə  “halqa” 
deyilir. Bu gəzişmə üç dəfə təkrar olunur və Ruminin 
böyük oğlunun şərəfinə “Dövr-i Sultan Vələd” və ya 
“Dövr-i Kəbir” adlanır. Burada halqa planetlərin 
sonsuz kəhkəşanda cızdığı  əbədi hərəkət yolunun
əbədi dönüşünün simvoludur, dünyada mövcud olan 
şəkil və surətlərin bir-birinə salamıdır.  
       Halqa  üç  dəfə  təkrarlandıqdan sonra şeyx öz 
yerinə keçir. Buradan səmazənlər və musiqiçilər aydın 
görünür. Dərvişlər çevikcəsinə xirqələri  əyinlərindən 
çıxarıb öpür və yerə atırlar. Axçi Dədə  və 
səmazənbaşı bu xilqələri yığıb bir kənara qoyurlar. 
Tək bir tənnurədə qalmış  dərvişlər  əllərini 
çarpazlaşdırıb çiyinlərindən tuturlar və  Şeyxin 


_____________Milli Kitabxana_____________ 
215 
hüzuruna addımlayırlar. Sinədə çarpazlanmış qollar 
“əlif-lam”dır,
 “lə 
ilahə illəllah”ın kalliqrafik işarəsidir. 
Bu zaman səmazənbaşı Şeyxin əlindən öpüb onun beş 
addımlığında dayanır və buradan rəqsə rəhbərlik edir. 
Digər dərvişlər də onun kimi davranıb öz yerlərinə 
keçirlər. 
       Beləliklə, üçüncü bölüm (və ya birinci hissə) 
qurtarır, xanəgahın sükutu səmavi sədalar otağında bir 
anlığa bərqərar olur. Rəqs ustasının və ya Şeyxin ağ 
başmağının xirqənin altından görünməsi “dörd 
salam”dan ibarət ikinci hissənin, yaxud dördüncü 
bölümün, yəni səmazənlərin rəqsə başlaması üçün 
şərti siqnaldır. Dördüncü bölüm dörd salamdan 
ibarətdir. 
     Birinci salamın mənası: insan bilgisiylə həqiqətin 
aydınlığına çatır, Allahı  və özünün ona bir qul 
olduğunu dərk edir. Bu vaxt “dü-yek” ritmində 
“Dövri Rəvan” adı verilmiş melodik musiqi çalınır. 
Dərvişlər aramla dönüb fırlanmağa başlayırlar. 
Fırlanma məqamında sinə, ürək nahiyyəsi göylərə pa-
ralel olmalıdır. Ona görə də qollar yana açılır, baş isə 
çiynə doğru əyilir. Səmazənin azacıq yuxarı tuşlanmış 
açıq sağ  əli Allahın, göylərin mərhəmətini, xeyr-
duasını sanki ovuc içinə toplayır. Sol əlin döşəməyə 
perpendikulyar olan barmaqları isə bu xeyir-duanı 
aşağı dünyaya ötürür. Belə pozada dərvişlərin bədəni 
sakral və urvatsız dünyalar arasında mediator rolunu 
ifa edir. Fırfıra dərvişlərin səma zamanı hərəkətlərinin 


_____________Milli Kitabxana_____________ 
216 
quruluşu sufilikdə ayaq zikrinə uyardır. Ayaq zikri 
mövləvilərdə batində xatırlanan  “İsmi Cəlal”ın 
(tanrının adı) zahirdə, məkanda yaradılan konfiqu-
rasiyasıdır. Bu zikr sağdan sola doğru yerinə yetirilir. 
Səmazən sol ayağını geri çəkib təzədən sola   dönür 
və beləliklə, səmaxana boyu fırlana-fırlana gəzişir. 
Zikr vəcdin astanasıdır, vəcdə çatmağın yoludur, 
sufilikdə “hal” məqamına yetişmək üçün vasitədir. 
Səma isə  vəcdin zirvəsidir, vəcdə  gəlib bayılmaq, 
özünü unudub İstəkliyə qovuşmaqdır.      
       İkinci salamın mənası:  bu salam zamanı insan 
Allahın yaratdıqlarında təzahür edən ilahi əzəmətinin 
müşahidəsinə qapılır, Allahın böyüklüyünə  və 
qüdrətinə heyran olub heyranlıqla dönməyə davam 
edir. Zikr gücləndikcə  dərvişlərin fırlanma sürəti də 
artır. Melodiyaların ritmik strukturu ardıcıl olaraq 
dəyişir, “dü-yek” 9/8 ölçüsündə ifa olunan “Evfer”lə 
əvəzlənir. 
       Salamdan  salama  keçid  küdüm  (türk  zərb aləti) 
səsiylə müşayət edilir və bu səs dərvişin ruh 
“nərdivan”ında mərtəbədən mərtəbəyə yüksəlişini və 
Allahın “KUN” (OL) əmrini simvollaşdırır. 
       Üçüncü salamın mənası: bu salam bildirir ki, 
artıq heyranlıq duyğusu eşqə çevrilmişdir; yəni bu 
məqam vüsal məqamıdır, sevgidə yox olmaq, 
heçləşmək məqamıdır. Üçüncü salamda yaşanan ha-
lətə sufilikdə “fənafillah”, buddizmdə isə “nirvana” 
deyirlər. Burada dərvişlərin fırlanma tempi özünün ən 


_____________Milli Kitabxana_____________ 
217 
yüksək nöqtəsinə çatır. Odur ki, musiqi kompozisiyası 
iki hissəyə ayrılır: öncə sazəndələr 24/8 ritmik 
qəlibinin ölçülərini gözləyirlər. Dərvişlər ara 
vermədən dönürlər. 6/8 ritmik qəlibində ifa edilən 
becid “Yürük səmai” eşidiləndə üçüncü salamın ikinci 
hissəsi başlayır. Dönmələr sürətlənir və tezləşir.  Sə-
mazənlər indi dairə boyunca düzülüb aramsız şəkildə 
hərlənən iri, ağ  fırfıraları xatırladırlar. Dərvişlərin 
tənnurələri bu zaman hava ilə dolub şişir və  ağ 
yelkənlərə bənzəyir. Elə yelkənlərə bənzəyir ki, sanki 
bu dəqiqə  hərlənib-hərlənib səmaya qalxacaqdır. 
Səmaxanada bir-birilə kəsişən kiçik və böyük dairələr 
əmələ  gəlir. Kənardan baxdıqda sanki maddi əsası 
olmayan, səmavi təsvirə malik tablo alınır. Dərvişlər 
dayanmadan fırlanırlar, Y.E.Bertelsin bənzətməsinə 
görə, saatın kiçik əqrəbi kimi fırlanırlar; fırlanırlar ki, 
mənzil başına tez çatsınlar: həmin mənzilə ki, orada 
zaman və məkan duyğusu itir, gerçəklik və təxəyyül, 
yuxu və  həyat arasındakı  sərhəd aradan götürülür, 
əbədiyyətlə an bir-birinə  bərabər tutulur, insan tanrı 
kimilaməkan olur. Getdikcə dərvişlərin fırlanma sürəti 
o qədər artır ki, hərəkətlə statika arasındakı zahiri fərq 
sanki yoxa çıxır. Elə bil ki, hərlənən dərvişin pozası 
əbədiyyətin yeganə və təkrarolunmaz fotoşəklidir. Bu 
fotoşəkil sanki qalaktikanın spiralvari formasının və 
dünya burulğanının inikasıdır. Üçüncü salamın so-
nuna yaxın10/8 ritmik qəlibində  səslənən “Axsaq 
səmai” çalınır və dönmələr getdikcə yavaşıyır. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə