Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə58/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   63

_____________Milli Kitabxana_____________ 
204 
məlumata görə Muhavere çox zaman bütün tamaşanı əvəz edə 
bilərdi. Hətta belə bir fakt da var ki, keçən  əsrin xəyalçısı 
Həsənzadə soyadlı birisi axşamdan səhərəcən düz 15 saat 
Muhavere oynamış, yalnız Qaragözlə Həcivəti səsləndirmişdir. 
       Tamaşa isə  əslində  Fəsildən başlayır. Burada artıq 
kölgələr arasında münasibətlər  şəbəkəsi yaranır və inkişaf 
etdirilir. “Qaragöz” teatrının tamaşaları  məhz Fəslin 
xarakterinə uyğun şəkildə adlandırılır. 
       Bitiş, yəni final zamanı Qaragöz və Həcivət yenidən pərdə 
üzərində görünürlər. Qaragöz Həcivəti təzədən döyür, 
Həcivətsə “sən pərdəni yandırdın, gedim ağamıza xəbər verim” 
deyib ekrandan çəkilir. Qaragöz isə “sabah axşam, Həcivət, gör 
sənin başına nə oyun açacağam” sözlərilə biçarə Həcivəti hədə-
ləyərək işıq altından çıxır. 
     “Qaragöz” kölgə teatrının öz xüsusi repertuarı var və onu iki 
hissəyə, iki qrupa ayırmaq mümkündür: 
1. qarı-qədim oyunlar, yəni klassik pyeslər; 
2. nev-icad oyunlar, yəni müasir pyeslər. 
 
       Birincilərə aiddir: “Abdal Bekçi”, “Baxça”, “Çeşmə”, 
“Qayıq”, “Meyxanə”, “Qanlı  Nİgar”, “Fərhad və  Şirin”, 
“Böyük evlənmə”, “Hamam”, “Tahir və Zöhrə”. Nev-icad 
oyunlar dağarcığına isə  “Baqqal”, “Xəncərli Haşım”, “Əsli 
və  Kərəm”, “Leyli və  Məcnun”, “Aşiqlik”  kimi pyeslər da-
xildir. Bu pyeslərin mövzuları həmişə gündəlik məişətlə bağlı-
dır. “Qaragöz” kölgə teatrında  ən qəmli süjetlər belə özünün 
komediya variantında zühura gəlir. “Fərhad və Şirin” buna gö-
zəl misal ola bilər. Hətta ölümün özü belə kölgə teatrında gülüş 
hədəfidir. 
       “Qaragöz” kölgə teatrında hər bir personajın konkret bədii 
səciyyəsi mövcuddur. Kölgə oyunlarının baş  qəhrəmanı 
Qaragöz xalq arasından çıxmış, amma cahil, kobud, həyasız 
bir adamdır, sadə və dialektdə danışır, Həcivət, Çələbi, Tiryəki 


_____________Milli Kitabxana_____________ 
205 
kimi savadlı şəxslərə gülür, onları lağa qoyur, hər yerə burnunu 
soxur, bütün hadisələrin iştirakçısı olur. Qaragöz də Keçəl 
Pəhləvan kimi şorgözün, arvadbazın biridir. Əksərən o, 
tamaşanın qadın personajlarını özünə asanlıqla məftun edir.  
       Həcivət Qaragözün tam əksidir, elm adamıdır, mərifət və 
nəzakət sahibidir. Çələbi kukla teatrının klassik personajıdır, 
oxumuş, müdrik bir kimsədir. Zən qadın personajıdır. Tiryəki 
bütün ömrünü tiryək çəkməklə keçirib söhbətin ən şirin yerində 
yatan bit tipdir. Beberuhi  məhəllə abdalıdır, nə istəsə sata 
bilər: alverçi kimi bir şeydir.  
       Bundan  başqa iştirakçılar sırasında  Duzsuz Dəli Bəkir, 
Zeybək, Sərxoş, Gülxanbəyi kimi personajlara da rast gəlmək 
mümkündür.  Qurt, Ağ  ərəb, Zənci  ərəb, Yəhudi, Erməni, 
Əcəm (varlı tacir) kimi obrazlar da kölgə teatrının təsvirləridir. 
Bu teatrın tədqiqatçıları “Qaragöz” kölgə oyununun 
personajlarını 4 qrupda cəmləşdirirlər:
 
 
1. Əsl personajlar             -    Qaragöz, Həcivət, Duzsuz Dəli  
                                                 Bəkir, Beberuhi; 
2. Dialekt personajları     -    Əcəm, Erməni, Yəhudi, Ağ ərəb,  
                                                 Zənci ərəb, Rumlu, Zeybək;                      
3. Xəstə personajlar         -     Tiryəki, Kəkəmə, Sərxoş, Dəli; 
4. Uşaqlar və qadınlar. 
 
       Ənənəvi olaraq “Qaragöz” kölgə teatrının tamaşası  şərq 
musiqisi və yaxud göbək rəqsilə bitir. Bu tamaşalar hələ XX 
yüzilin  əvvəllərində çayxanalarda, kənd meydanlarında, varlı 
evlərində göstərilirdi. Lakin 1923-cü ildə  Mustafa Kamal 
Atatürk  “Qaragöz” teatrını Türkiyədə rəsmi fərmanla qadağan 
eləyir. Bu qərar kölgə oyunlarının Türkiyədə inkişafına nöqtə 
qoyur və “Qaragöz”ü muzey eksponatına çevirir. İndi “Qa-
ragöz” təsvirlərindən ibarət zəngin bir kolleksiya İstambulun 
“Topqapı” muzeyində saxlanılır. XX əsrin tanınmış xəyalçısı 


_____________Milli Kitabxana_____________ 
206 
Xəyali Torun Çələbi son yüzilin ikinci yarısında “Qaragöz” 
teatrının tamaşalarının yalnız sünnət toylarında oynanıldığını 
xəbər verir. Türkiyədə zorxana oyunları, sirk sənəti, kukla ta-
maşaları da geniş yayılmışdı. Osmanlı türkləri ipli kuklalardan
qol-korçak oyuqlardan, div kuklalardan tamaşa göstərmək üçün 
yararlanmışlar. Lakin bunlardan heç biri dünya mədəniyyəti 
müstəvisində “Qaragöz” kölgə teatrı kimi tanınmamışdır.  
 
              4. Mövləvi zikrlərində teatr elementləri 
                         
“Təsəvvüf intellekt və nəfəs üzərində nəzarətdir”.       
                                                     Əbu Bəkr əş-Şibli 
                                                                            
       Fırfıra, mövləvi şeyxlərinin təbirincə isə, dönən dərvişlərin 
səma məclisləri Ortacağ müsəlman mədəniyyətinin möcüzə ilə 
sərhədləşən, heyrətlə seyr edilən min bir nağıl gecəsindən 
biridir, bircəsidir. Səma məclislərinin Konya (Türkiyə) 
şəhərində XIII yüzildən üzü bəri düzənlənməsinə baxmayaraq 
bu hadisə bütün islam dünyasına mənsubdur və ərəb, fars, türk 
mədəniyyətlərinin qəribə bir sintezini sərgiləyir. Dərvişlər 
müsəlman aləminin ən ifadəli, ən aktiv, ən kosmopolit gəzərgi 
fiqurlarıdır.  İslam ölkələrinin inkişafı tarixi üçün dərvişlərin 
intellektual, əməli və psixofiziki çabalarının önəmi son dərəcə 
böyük olub. Onların Yaxın və Orta Şərq mədəniyyəti 
şəbəkəsindəki qaydasız, dağınıq maarifçı, mənəvi-əxlaqi, 
kulturoloji, duyğusal və ruhsal fəaliyyətinin cövhəri səma 
məclislərində konkret məkani obrazlarda, plastik formalarda 
güzgülənir.  
       Bəzi  şərqşünaslar, xüsusilə  Qərb tədqiqatçıları  fırfıra 
dərvişlərin səma məclislərini “ayin rəqsi”, “spiritik konsert”, 
“mistik balet” adlandırmaqla  Şərq mədəniyyətinin bu 
fenomenal təzahürünə Avropa incəsənəti tarixində adekvat 
forma bulmağa çalışmışlar. Özü də    məsələnin izahı,  şərhilə 
bağlı onların seçdikləri metodoloji aparat, problemə yanaşma 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə